Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 13-cü səhifə

Eynulla Fətullayev rentgen işığında

Eynulla Fətullayevə uşaqdı, deyib heç kəs baş qoşmur. O da bundan istifadə edib yavaş-yavaş yekəlir və cəmiyyətin qara yaralarından birinə çevrilir. Amma gərək ki,onun  kimilər vaxtında rentgen işığına salına, düzgün diaqnoz qoyula, mümkünsə, müalicə oluna, ya da kəsilib atıla. Bu uşaqağıllı yazarı yüngülvari rentgen işığına salanda məlum olub ki:

1. Bu qoçaq yeniyetmə vaxtında gənc alimlərdən  birinin əsərini tərcümə etdirib öz adından tarixə dair kitab buraxıb, yəni plagiatlıq edib. Qalmaqal Elmlər Akademiyasının Tarix institutuna, hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb. Sonra uşaqdı, deyib çox dərinə getməyiblər.

2. Bu qoçaq sosial-demokrat, YAP, ANS və digər yerlərin qapılarını açıb, qulluq göstərib. Amma pis əməllərinə görə hər yerdən qovulub. Bunu indiki sahibləri də nəzərə almalıdırlar. Oturduğu budağı kəsmək, yediyi qaba tüpürmək, qulluq etdiyi adamlar haqqında kompramatlar toplamaq bu uşağın yoluxduğu şakərlərdəndir.

3. Bu uşaq əsgərlik yaşına çatanda əyri yollarla birtəhər özünü instituta salıb ki, çağırışdan yayınsın. Sonralar zorla qışqırda-qışqırda əsgər aparılanda “podsobnı” təsərrüfatda özünə isti yer tapıb, başını birtəhər girələyib, geri qayıdıb.

4. Bu uşaq mərhum Elmarın qətlindən sonra 10 günün içərisində qəzet maqnatına çevrildi, 2 gündəlik qəzet, bir jurnal buraxmağa başladı. Qətl hadisəsindən sonra birdən-birə bu imkan necə yarandı, bu pullar haradan gəldi?!  Qətl hadisəsi ilə axıb gələn var-dövlətin əlaqəsini görməmək mümkün deyil.

5. Bu uşağın ürəyi, böyrəyi, qaraciyəri ermənilərə məhəbbətlə doludur. Monqolu, türkü, ingilisi, lap elə onun ən yaxınını söy, səsini də çıxarmaz. Amma erməninin xətrinə dəyən  olsa, onun üstünə meşədən  çıxmış ac qaban kimi cumur. Məhəbbətini  izhar etmək üçün Arkadinin hüzuruna da getdi, “malades”-ini və əlavə tapşırıqlarını da aldı.

Rentgen işığında başqa şeylər də göründü, amma deyiləsi deyil. Mən də hər şeyi desəydim, olardım Eynullanın tayı. Sonda da bir şeyi də deyim ki, qələminə, əqlinə hörmət etdiyim bəzi para adamların bu uşağın qoltuğuna sığınmasını, onun dediklərinə züy tutmasını, başa düşə bilmirəm. Həm də başa düşürəm və təəccüb etmirəm, rəhmətlik Xudu müəllim demişkən, mən daha heç nəyə təəccüb etmirəm, hərdən yalnız təəssüf  hissi keçirirəm.

Asiman


 Kadrlar hər şeyi həll edir...

  • Xiyar turşusu ilə xalqın rifahını təmin edəcək Artur müəllim hələ də baş nazir postunda  qan-tər tökməkdədir. Onu orda saxlayanlar yəqin fikirləşirlər ki,”baş nazir-boş nazir” deyiminin sübuta yetirilməsi üçün bir az da vaxt keçməlidir. Adama maraqlı gəlir ki, görəsən bu Artur müəllim evdə Qarabağdan nə danışır. Bunu fikirləşəndə adamın yadına düşür ki, onun əcdadlarından biri Qazağı uf da demədən ermənilərə verirdi...

  • Su içində balıq kimi susmağa vərdiş eləmiş Oqtay müəllimi parlamentə, işi-peşəsi danışmaq olan bir quruma spiker təyin etdilər. İndi gərək, ya Oqtay müəllim İxtiandr olsun, ya da parlament xasiyyətini dəyişib ağzı bağlı lal məxluqa dönsün. Adama deyərlər ki, parlamenti lal-kar edib, Qarabağı ermənilərə vermək istəyirdinizsə,başqa yol tapardınız da, bu kişini niyə sudan ayırıb bədbəxt eləyirdiniz...

  • Bu ölkənin səfirləri içərisində deyəsən bir nəfər də ixtisasca diplomat olanı yoxdur. Moskvaya da kimyaçını çıxarıb Polad müəllimi göndərdilər ki, artist dostlarından, qohumlarından yararlanıb Qarabağ üçün iş görsün.Adam məəttəl qalır ki, bu kadr siyasətini aparan kimdir. Baş naziri turşubasan, parlament sədri ixtiandr, müdafiə naziri topa gülləqoyan, xarici işlər naziri “kasoy”, Qarabağ üzrə xüsusi nümayəndəsi pəltək, səfiri artist, müxalifəti mavi səma altında meydana, küçəyə gül-çiçək, lalə çıxaran bir ölkədə Qarabağı necə azad edəcəklər, bilmək olmur...

  • Əbülfəz müəllimi də mədəniyyət və turizm naziri təyin etdilər. Yəqin mədəniyyətdən çörək çıxmadığına görə turizmi də özü ilə götürüb. Deyilənlərə görə, şərt kəsib ki, gedib orda acından öləsi deyiləm ha, heç olmasa, turizmi də verin aparım. Bizimkilər harasa göndəriləndə fikirləşir ki, orda nə qazanacam, bədbəxt, ağılsız ermənilərsə fikirləşirlər ki,görəsən millətim üçün orda nə edə biləçəyəm. Bir nəfərdən soruşurlar ki, Əbülfəz müəllimin ixtisası nədi ki, elə hara gəldi nazir qoyurlar. O da cavab verir ki, Əbülfəz müəllimin universal ixtisası var- Qara Qarayevin qardaşı oğlu, bu ixtisasla harada desən işləmək olar...

  • Belə bir deyim var ki, diplomatlar adətən çox danışır, amma heç nə demir.Bizim baş diplomat Elmar müəllim isə az danışır, amma gözü-qaşı, sir-sifəti ilə çox şey deyir. Qarabağı büküb-bükmələyib ermənilərə verməyindən razı görsənir. Adama deyərlər ki, heç olmasa kamera qarşısına çıxanda turş limondan-zaddan bir şey yesin ki, ermənilər görüşlərinin ləzzəti üz-gözündən hiss olunmasın...


 Məscidə it bağlayanlar

Famil Cəfərli adında birisi  ”Gündəlik Azərbaycan” qəzetində Qarabağ Azadlıq Təşkilatı, Akif Nağı haqqında elə bir nifrətlə, daxili qəzəblə cızma-qara yazıb ki, adamın deməyə sözü qalmır, baxırsan və məəttəl qalırsan. Görəsən QAT-ın, yaxud Akif Nağının günahı nədir? Bu nifrətin, kin-küdurətin kökündə nə dayanır? Adamı da, təşkilatı da tənqid edirlər, lap yeri gələndə söyürlər də. Gərək, tənqid edəndə və ya söyəndə, biləsən ki, bunları nə üçün edirsən. Bir dəki, bu qədər hirs-hikkə ilə yox. Erməninin QAT, Akif Nağıya olan nifrəti təbiidir, bunu başa düşürük. Bəs azərbaycanlı adı və soyadı  daşıyanların nifrətini necə başa düşək?

Əvvəlcə fikirləşdik ki, bu başabəla yazarın yazısında bir məntiq tapaq və cavab verək. Amma tapa bilmədik. Qərara gəldik ki, bu cızmaqaraçının, elə həm də qaraçının səviyyəsinə enməyək. Necə deyərlər, “it hürər, karvan keçər” (it ilində belə şeylər çox olacaq ), ya da ki, “yel qayadan nə aparar.”

P.S. Başa düşmək olmur ki, bu familləri, eynullaları hansı materialdan düzəldiblər, bunlar nə yeyib, nə içirlər, hansı mühitdə böyüyürlər. Adamın ağlına qaranlıq bir fikir gəlir ki, bunlar, deyəsən, 20-ci illərdə məscidə it bağlayanların nəslindəndirlər...

QARA LÖVHƏ

Vətən qarşısında üzü qara olanlar

EYNULLA FƏTULLAYEV

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 12 13 14 ... 16

Sənədin sonuncu korrektə tarixi: 21/2/2006 - 7:14:48
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.015502