Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 15-ci səhifə

Oqtay Qaynarca: Canpoladla dostluğumuz filmdə bitdi
O, filmlə bağlı yaranmış bəzi söz-söhbətlərə aydınlıq gətirib

Aktyor ilk olaraq filmin iki rejissorunun olması ilə bağlı məlumatlardan söz açıb: “Belə deyilir ki, guya filmin iki rejissoru olub. Həqiqətdə isə belə deyil. Ancaq onu deyim ki, filmi 6 ay öncə bitirmək məcburiyyətində qaldıq. Bir az problemlər yaşandı, onlar barədə isə danışmaq istəmirəm. Çox qarışıq məsələdir. Yaradıcı heyətlə rejissor arasında yarana biləcək narazılığın qarşısını almaq üçün bu addımı atmaq zəruri idi. Ssenariyə görə, filmin bitməsinə hələ çox vardı. Çakırın oynaya bilmədiyi çox şeylər qaldı bu filmdə. Canpoladla Çakırın dostluğu, macəralar, qəhrəmanlıqlar, daha nələr olacaqdı. Eşitdiyimə görə, tez bitməsinə baxmayaraq, çox sevildi. Azərbaycanda da bu qədər sevgini görəndə çox heyrətləndim, dəhşətə gəldim. Burada vətənimdəki kimi qarşılandım, bunu gözləmirdim”. Filmdəki obrazların real həyatdan götürüldüyünü deyən O. Kaynarca bildirib ki, həyatda da belə şəxslər var: “Əslində, filmdə oynanılan rollar hansısa insanların prototipidir. Bizim oynadığımız rollarda həqiqətən də bənzətmələr var, ancaq tam yox. Çəkilişlərdə real həyat filmlə birləşdi”. Bu obrazın onun üçün çox önəmli olduğunu vurğulayan aktyor “Çakır”ı təbii rol kimi qiymətləndirib: “Hamımız bilirik ki, Azərbaycanda da, Türkiyədə də, Türkmənistanda da belə insanlar var. Əslində, hər kəsin işində bir Çakırlıq var. O səbəbdən Çakır bu qədər sevildi. Hər kəs özündən bir parçasını gördü Çakırda. Çünki Çakır nə qədər sərt insan olsa da, çox yumşaq ürəkli biri idi. Çox sevildiyi üçün də onun ölümünə heç kim inanmadı”. Real həyatda Canpolad obrazını yaradan Necati Şaşmazla münasibətlərinin yaxşı olmadığını deyən O. Kaynarca bildirib ki, dostluqları filmdən sonra bitib: “Film sırasında hətta görüşürdük də, ancaq sonra hər kəs öz yoluna. Biz filmdəki dostluğumuzu həyatda davam etdirə bilmədik”. “Necati Şaşmazla yaşadığınız problemlərə görə filmi tez başa çatdırdınız” sualının cavabında isə aktyor filmin tez yekunlaşmasının bununla əlaqəsi olmadığını söyləyib. Türk aktyoru onu da bildirib ki, filmdə Elif obrazını canlandıran Özgü Namalla artıq dörd ildir, birlikdədir: “Hələ nişanlanmamışıq, ancaq bir-birimizi sevirik. O mənim sevgilimdir. Biz dörd ildir, bir yerdəyik. Filmdən öncə də birlikdə idik. Hələ də münasibətlərimiz davam edir”. “Kurtlar vadisi”nin saytında onun haqda heç bir məlumatın yer almadığına da münasibət bildirən O. Kaynarca bunu ondan soruşmamağımızı məsləhət görüb: “Mən ancaq onu deyə bilərəm ki, bütün bunlara baxmayaraq, Çakırı silmək mümkün deyil. Onsuz da o, insanların hafizəsində daimi qalacaq bir obrazdır”. Hazırda Ebru Gündəşlə “Mühafizəçi” filmini çəkilişlərinə hazırlaşdığını deyən O. Qaynarca filmdə oynayıb-oynamayacağı haqda hələlik qərar vermədiyini söyləyib. “Kurtlar vadisi İraqda” filmində rol almamağının səbəbini isə O. Qaynarca filmin ssenari müəllifinin Necati Şaşmazın qardaşı olması ilə əlaqəliliyini gizlətməyib: “Düzdür, bu da var. Ancaq təkcə bu deyil. Sadəcə onlar filmdən sonra Canpoladla bağlı ayrıca bir film çəkmək istəyiblər”.


Lazım gəlmədi

Gündəlik problemlərlə yüklənmiş  başımı ayaqlarım güclə çəkə-çəkə “Inşaatçılar” metrosuna gətirib çıxarmışdı. Başıma bəla gəzən gözüm metrostansiyasına çıxışında sazını sinəsinə sıxıb dayanan Aşığa sataşdı. Gözlərim Aşığı başdan –ayağa süzüb duruşunun səbəbini öyrənmək istəyən anda metronun pilləkənlərinə qoyulmuş bir şəkil diqqətimi cəlb etdi. Təxminən 30-35 yaşlı bir cavan o şəkildən mənə baxıb bic-bic gülürdü. Şəkilin altında iri hərflərlə “axtarılır” sözü yazılmışdı. hətta tapana mükafat olaraq Qarabağda ev də vəd olunurdu. Sıra ilə yazılan telefon nömrələri bu şad xəbəri çatdırmaq istəyənlər üçün vasitə kimi göstərilmişdi.

“Əl tutmaq əlidən qalıb” prinsipi ilə Aşığa yaxınlaşdım fikirləşdim ki, qəzetin kriminal şöbəsinə mövzu cəhətdən kömək etmək heç də pis olmazdı.

Salam Aşıq, - deyə onu fikirlər dünyasından öz dünyamıza  qaytardım.  Aşıq cavabında: salam eloğlu dedi.

Mən, keçmiş olsun, bu oğlan oğlunuzdu? - deyə yenidən ona müraciət etdim.

Aşıq: oğlumdu bala, düz on bir ildir üzünə həsrətəm. Dedim. Bəlkə bu yolla onu tapam. Onsuz da Daxili Işlər Nazirliyi onu tapıb mənə qaytaran deyil. Bəs sən kimsən ay bala, tanıyırsan oğlumu?

Mən lənət şeytana işə düşmədik sözünü içimdə, jurnalist sözünü isə aşkara dedim. Aşıq, - yaz bala bu dərdimi. Qoy hamı bilsin. Oğlum 1994-cü ilin  may ayının 12-də evdən çıxıb bir daha geri qayıtmayıb. Məni oğul itkisindən çox bu gün xalqımın ona olan ehtiyacı yandırır. O gəlsəydi bütün problemlər həll olunardı. Bu ölkədə hamı bu dəqiqə onu gəzir. İstər müxalifət, istər iqtidar, lap elə bitərəflər də.

Jurnalist marağım növbəti sualı ağzımdam necə çıxartdığından heç özümün də xəbərim olmadı. Ay dayı axı kimdi sizin oğlunuz? Yəni , belə fövqəl gücə malikdir ki, bütün xalq onu axtarır?

Aşıq əlini saza atdı. Qoy sazla deyim, onda, yaxşı başa düşərsən.   

Bu necə məmləkət, bu necə rəhbər!

Hər sözün önündə “lazım gələrsə”

Edəcək xalqını o an səfərbər.

Prezident döyüşü lazım bilərsə.

Aşıq əlini sazdan çəkdi. İndi bildin, kimdir mənim oğlum?

Mənim oğlum lazımdır. İqtidar deyir ki, lazım gələrsə Qarabağı müharibə yolu ilə azad edəcəyik.  Müxalifət isə deyir ki, lazım gələrsə bütün vasitələrdən istifadə edib bu hakimiyyəti dəyişəcəyik. Bitərəflər də deyir ki, lazım gələrsə bu millətin taleyini elə bitərəflər  həll edər. Mən indi bilirəm oğlumun qədrini. Elə mən də lazım gələrsə əlimə silah alıb Qarabağda döyüşərəm. Mitinqə çıxıb ”Azadlıq” qışqıraram. Lap elə bitərəflər tək susa da bilərəm.

Məni çətin vəziyyətdən bu həndəvərdə   Xumar Qədimova “Bir azca da döz” mahnısı çıxardı. Müxalifət liderləri kimi özümə dahiyanə görkəm verib ağsaqqala bir azca da döz dedim. Əgər lazım gəlsə lazımı məmləkətdən didərgin salanları öz qəzetimizdə biabır edərəm. Aşıq yenə sazı snəsinə basdı:

Atəşkəs adlanan körpə doğuldu,

Böyüdü, boy atdı, lazım gəlmədi.

Atəşkəs danışan şirin nağıldı,

Sonda almaları lazım bilmədi.

On bir ildir dözürəm. Nə vaxtacan dözüm? Lazımın insafı yoxdur gəlmir. Yəni onu əvəz edəcək birisi yoxdur?

Mən, artıq söhbətin yekunlaşma məqamının  lazım gəldiyini hiss edib, qələmimi saz əvəzi sinəmə basıb, bir-iki kəlmə ilə həm söhbəti, həm də məqaləni qurtardım.

Siyasət yerində gövşəməkdədir.

Aşıq, almaları görən kim yemiş ?

Ya lazım yol gəlir, kor eşşəkdədir,

Yadakı Qarabağ lazımsız imiş.

Yetim Qacar


Müsabiqə

Qarabağ Azadlıq Təşkilatı  Qarabağ mövzusunda ən yaxşı publisistik, analitik yazı, şer, plakat, karikatura müsabiqəsi elan edir. Ən yaxşı nümunələr “Azad Qarabağ” qəzetində çap olunacaq, ilin sonunda isə hər nominasiya üzrə qaliblər müəyyən ediləcəkdir. Arzu edənlər işlərini qəzetimizin ünvanına göndərə bilərlər.

Təşkilat komitəsi


01 (001) 2006-cı il

Təsisçi və baş redaktor:
Akif Nağı

Məsul redaktor:
Adil İrşadoğlu

Baş redaktorun müavinləri:
İlqar Mehdi, Tahir Məmmədli

Baş redaktor:
Firudin Məmmədli


e-mail: azad_qarabag@yahoo.com

Telefon: 510-22-39

Fax: 510-22-08

Ünvan:
Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 75

Beynəlxalq Bankın Yasamal filialı.

Bankın kodu: 805562

M/hesabı: 0137010002944

VÖİN: 9900001881

SWIFT: IBAZAZ2X

Müştərinin hesabı:

673785 AZN 382101

“Turan”, “Apa” informasiya agentliklərinin, "Qarabağ Sənədlərdə", medianaliz.com, inosmi.ru, arminfo.am, armenpress.am, regnum.ru internet səhifələrinin materiallarından istifadə olunmuşdur.

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, "Ekspres" mətbəəsində çap edilib
tiraj 2000 ədəd

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 14 15 16

Sənədin sonuncu korrektə tarixi: 21/2/2006 - 7:14:29
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.022338