Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 2-ci səhifə

Qarabağ məhbusları

Vüsal İsayev

Ramil Səfərov

Məmməd Məmmədov

Müşfiq Qurbanov

Əlirza Babayev

Xızır Marqaşvili

 

Məhəmməd Məhəmmədov

Ədalət Ağayev

Yaşar Məmmədov

Feyruz Babayev

Qəhrəman Şəfəqatov

Fariz Hacıyev

 


İranı gözləyən təhlükə

Rey Kərimoğlu

Təki mart qonşularımız üçün dərd ayına çevrilməsin

İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasındakı gərginlik durmadan artmaqdadır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarəetmə şurasının fövqəladə toplantısı İranın nüvə dosyesinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına təqdim olunmasına razılıq verməyi vəziyyəti daha da ağırlaşdırıb. Buna cavab olaraq İran da öz növbəsində  bu agentliklə mövcud əlaqələrini dayandırdığını və zənginləşdirilmiş uran istehsalına başladığını bəyan etdi.

Deyəsən, ABŞ da elə İranın bu addımını gözləyirmiş. Çünki ABŞ Konqresi artıq İrana qarşı hərbi güc işlədilməsinə razılıq verəcəyi barədə rəsmi məlumat yayıb. Bununla yanaşı, ABŞ-ın müdafiə naziri Donald Ramsfeld də İrana qarşı hərbi əməliyyatların başlana biləcəyindən danışır. İsrail ordusunun Baş Qərargah rəisi Den Halutz isə İranın artıq mart ayında nüvə silahı istehsalına başlaya biləcəyini deyir. Bu isə o deməkdir ki, marta qədər İranla haqq-hesabı çürütmək lazımdır.

Əgər xatırlayırsınızsa, bir neçə ay öncə də ABŞ-ın bu ilin martında İranın nüvə obyektlərinə zərbə endirəcəyi barədə məlumatlar yayılmışdı. Amma nədənsə, həmin vaxt əksər ekspertlər bu bəyanatı ciddi hesab etmədilər. İndi isə bu ehtimalın daha çox reallığa çevriləcəyi gözlənilir.

İranda baş verənlər isə Azərbaycanı narahat etməyə bilməz. Birincisi, İran ölkəmizlə həm dəniz, həm də quru sərhədə malik dövlətdir. Orada başlayacaq hər hansı bir hərbi əməliyyatların bizə də çox böyük fəsadları ola bilər. İkincisi, İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Bu rəqəm isə İran əhalisinin tən yarısı deməkdir. Deməli, başlayacaq hərbi əməliyyatların vuracağı ziyanın çoxu da orada yaşayan azərbaycanlılara dəyəcək.

Yeri gəlmişkən, İranın Şimali Koreyadan aldığı 18 ədəd uzaqmənzilli ballistik raketlərin Təbriz yaxınlığında yerləşdirildiyi bidirilir. Bu isə əhalisinin 90 faizini azərbaycanlılar təkil edən Təbrizin bəri başdan  ABŞ hava qüvvələrinin hədəfi olması  deməkdir.

Üçüncüsü, ABŞ-ın İranı vurmaq üçün Azərbaycan ərazisindən istifadə edə bilməsi amilidir. Bu isə o deməkdir ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə İran da ona qarşı yönələn atəş hədəflərini vurmağa çalışacaq. Amma İran Azərbaycan sarıdan deyəsən bir qədər arxayındır. Çünki Azərbaycanın dövlət başçısı İrana hər hansı zərbə endirmək məqsədilə ABŞ-ın ölkəmizin ərazisindən də istifadəsinə razılıq verməyəcəyi barədə qonşularımıza söz verib. Bunu İranın ölkəmizdəki səfiri Əfşar Süleymani deyib. Amma nədənsə, ABŞ-ın Azərbaycanda inşa etdiyi radar qurğuları İranı əsla narahat etmir.

Göründüyü kimi, münaqişənin danışıqlar müstəvisndən hərbi əməliyyatların başlanmasına keçməsi qaçılmazdır. Ekspertlər beynəlxalq aləmdə bütün parametrlər üzrə İranın təklənəcəyini və nəticədə uduzacağını deyirlər. Bu zaman onlar son ana qədər İranı müdafiə edən Rusiya ilə Çinin artıq ABŞ-ın mövqeyinə yaxın olan bir münasibət sərgiləməsini də önə çəkirlər.

Amma heç də hər şey İranın əleyhinə deyil. Bu yaxınlarda Avropa mətbuatında Məhəmməd peyğəmbərin karikaturasının yayılması (əslində bu İslam dünyasına açıq-aydın sataşmaqdır) və bu fonda İslam dünyasının ayağa qalxması İranın xeyrinə olan bir faktdır. Çünki heç bir kəs, hətta Amerikanın özü belə İslam dünyasının çox həssas bir məqamında İrana qarşı hərbi güc tətbiq etməyə cəsarət etməz.

Bir daha xatırladaq ki, hərbi ekspertlər matrda İranın nüvə silahına yiyələnəcəyini deyirlər. Marta isə çox az bir vaxt qalıb. Maraqlıdır, görəsən, mart ayına qədər ABŞ-ın İrana hərbi müdaxiləsi üçün lazımi şərait yaranacaqmı?

Yazın ilk ayı mart barədə atalardan qalma bir deyim var: “Mart gəldi, dərd gəldi”. İstərdik ki, təki bu mart qonşumuz İrana sülh və əmin-amanlıq gətirsin.

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 2 3 ... 16

Sənədin sonuncu korrektə tarixi: 16/2/2006 - 6:35:12
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.038034