|
Azad Qarabağ - 7-ci səhifə
XXI
əsrin barbarları
olan ermənilərin mənşəyi haqqında
Son iki əsr
böyük dövlətlərin təcavüzkar planlarında “qızışdırıcı maddə” rolunun ifaçısı
olan ermənilərin tarixdə oynadığı mənfi rol, xalqların təsəvvüründə mənfi obraz
kimi formalaşması bu etnosun mənşəyinin tədqiqinə istər-istəməz maraq
oyatmışdır.
Bu bir
həqiqətdir ki, ermənilərin qədim tarixi elmi təməldən məhrum olan, təmamilə
mifalogiyaya, əfsanələrə əsaslanan uydurmalarla dolu bir cızmaqaradır.
Ermənilərin keçmişi ilə maraqlanan tarixçi Qaraqaşyan yazırdı ki, “ermənilərin
keçmişi haqqında tarix və ya səlnamə sayıla biləcək məlumatlar yoxdur.”
Ermənilərin
mənşəyinin konkret bir ərazi ilə bağlılığı hələ də qaranlıq qalır. Onları
əslində hər hansı bir irqə aid etmək mümkün olmamışdır. Hay ilə erməni
sözlərinin məqsədyönlü surətdə dəyişik salınması xətasından ermənilər özlərinə
məxsus xudpəsəndliklə istifadə etmiş və məqsədləri də
bu olmuşdur ki, gələcək ərazi iddialarını uydurma faktlarla əsaslandırsınlar.
Qədim dünya tarixçilərindən Heredot,
Evdoks və başqaları protermənilərin mənşəyinin frakiya-frigiya tayfaları ilə
bağlı olduğunu qeyd edirlər. Rus alimi Dyakonov öz növbəsində qeyd edirdi ki,
erməni dili Kiçik Asiyaya kənardan gətirilmişdir. Saxtakar erməni tarixçiləri
bu etnosun avtexton-əslən yerli olmasını, yəni ermənilərin əcdadlarının qədimdən
ön Asiyada yaşamasını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Lakin,
görkəmli rus alimlərinin kollektiv əsəri olan “Qədim dünya tarixi”-ində
açıq-aydın yazılır ki, ermənilərin bu yaylanın (Şərqi Anadolu nəzərdə tutulur)
avtoxtonları olması barədə son vaxtlar yayılmış fikri, bir sıra səbəblərə görə
əsaslı saymaq olmaz. Bu fikir elmi cəhətdən tamamilə əsaslandırılmışdır.
Bəzi müəlliflər erməni etnosunu
Balkanlardan Şərqi Anadoluya köçüb gəlmiş friq tayfalarının bir qolu hesab
edirlər. Erməni müəllifi Kapançyan bununla əlaqədar olaraq yazırdı ki, Əhəməni
hökmdarı Kserksin hərbi yürüşlərində ermənilər ilə friqlər bir bayraq altında
durmuşlar.
Bu bir həqiqətdir ki, gəlmə vəhşi
tayfalar, o cümlədən ermənilər yeni ərazilərdə yüksək mədəniyyətə malik olan
aborigen xalqların mədəniyyətinin müxtəlif ünsürlərini mənimsəyərək
özününküləşdirmişdilər. Sami (samit) dillərində danışan və Mesepotamiyanın
şimalında yaşayan arameylər Arme əyalətində yaşayanlara oranın adı ilə”Armina”,
hurri dili urartulular isə “Armini” deyirdilər. Bu ad əslində etnik mənsubiyyət
bildirmir. “Armini” sözü qədim yunanlara keçdikdən sonra “Armeniya” formasını
kəsb etmişdir. Sonralar Avropa dillərinə də yayılan bu termin, həmin dillərdə
“hay” adlananlar üçün etnik ada çevrilmişdir. Dyakonov bununla əlaqədar qeyd
edirdi ki, haylar heç vaxt özlərinə “erməni” deməmişlər.
Qafqazşünas alim Şopen
erməni-hayların mənşəyindən bəhs edərək belə bir nəticəyə gəlmişdir ki,
“ermənilərdən, parsuqlardan, haykanlardan və yəhudilərdən yəni, qarışıq bir xalq
əmələ gəldi ki, o, nəinki öz tipik müstəqilliyini, hətta özünün həqiqi (doğma)
adını da itirdi.” Bu fikri daha da inkişaf etdirən erməni alimi Manuk Abeqyan
ermənilərin dumanlı keçmişi haqqında belə bir nəticəyə gəlmişdir ki, “Erməni
xalqının mənşəyi nədir, onlar necə və nə vaxt, haradan və hansı yollarla bu
yerlərə gəlmişlər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar
olmuşlar, onların dilinə və etnik tərkibinə kim necə təsir göstərib? Bizim
əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur.”
Kapançyana görə, hayasa-ermənilər
Yuxarı Fəratın qərb əyalətləri boyunda yaşayan bir sıra tayfaları asimilyasiya
etmişdilər. Burada söhbət mədəni cəhətdən ermənilərdən yüksək səviyyədə duran
yerli tayfalardan bir çox mədəni nailiyyətlərin mənimsənilməsindən gedir.
Ksenofontun “Kiropediya” əsərindən bir sıra iqtibaslar gətirən erməni akademiki
Manandyan qeyd edirdi ki, “erməni və xaldeylərin dinc, birgə yaşayışının
nəticəsi o oldu ki xaldeylər və digər yerli xalqlar gəlmə ermənilər tərəfindən
tədricən assimilyasiya edilmiş və sonrakı əsrlər gedişində müasir erməni xalqı
yaranmışdır ”
Özlərini həmişə xəyalən
“hay”adlandıran ermənilər “Hayastan” dedikdə, onu özlərinin qədim məskənləri,
ilk ideal vətənləri kimi başa düşüblər. Əslində isə belə bir ərazi heç vaxt
mövcud olmamışdır və sadəcə olaraq, erməni sözünün sinonimi kimi kənardan
verilmə bu termindən biz də hadisələrə aydınlıq gətirmək üçün istifadə edirik.
Qeyd edək ki, ermənilərin “Hayastan”
adı XX əsrin 20-ci illərində yaranmışdır və bu söz milli, etnik termin kimi
deyil, siyasi termin kimi işlədilmişdir. Görkəmli rus akademiki Meşşaninov haqlı
olaraq qeyd edirdi ki, “Ermənistan tarixinin qədimləşdirilməsi Ermənistanın
özünün deyil, erməni tarixçilərinin xidmətidir”.
Atamoğlan Məmmədli, tarixçi.
Azərbaycan Ermənistan müharibəsi
Hərbi xronika
Azərbaycan
1988-ci ldə Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqları işğal
olunmuşdur. Təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt edilmişdir.
Bu müharibədə 20.000-dən artıq adam həlak olmuş, 50.000-dən çox insan
yaralanmış, 5000 nəfərə qədər adam əsir, girov götürülmüş yaxud itkin
düşmüşdür. Bir milyon yüzmindən artıq Azərbaycanlı öz yaşayış yerlərindən zorla
çıxarılmışdır. Müharibə Azərbaycan iqtisadiyyatına real hesablanması mümükün
olmayan zərər yetirmişdir. Bu müharibə geosiyasi anlamda birmənalı
dəyərləndirilmir. Dünyanın aparacı dövlətləri, beynəlxalq təşkilatlar bu
müharibəni münaqişə kimi təqdim edərək onu Cənubi Böhran Qövsü deyilən
münaqişələr qrupuna daxil etmişlər. Məlumat üçün bildiririk ki, bu qrupa
həmçinin Əfqanıstan, Tacikistan, Rus-Çeçen, Gürcü-Obxaz, Gürcü-Ossetin,
Ossetin-İnquş, Krım-Dnesteryanı, Balkan münaqişələri də daxil edilmişdir.
Ermənistan Azərbaycan münaqişəsi bir sıra dövlətlərin, o cümlədən ABŞ, Rusiya,
Türkiyə, İranın maraqlarına birbaşa toxunur. Bu dövlətlər isə daim regionda
təsir və enerji daşıyıcıları mənbələri və marşrutları üzərində nəzarət uğrunda
mübarizə aparırlar. BMT təhlükəsizlik şurasının bu münaqişə ilə bağlı 4
qətnaməsi yerinə yetirilməmiş qalır. Nəticədə Azərbaycan çox mürəkkəb şəraitdə
müttəfiqlər və kifayət qədər təsirli xarici dəstəkdən məhrum olduğu bir zamanda
mübarizə aparmaq məcburiyyətindədir. Lakin bu müharibə Azərbaycan üçün ədalətli
müharibədir.
Bu yazıda
Azərbaycan Ermənistan müharibəsi, hərbi əməliyyatların gedişi mərhələlər üzrə
izlənilir.
Birinci
mərhələ (fevral 1988-ci il- yanvar 1990-ci il) : Başlanğıc
Azərbaycanlılarla Ermənilər arasında ilk toqquşmalar 1988-ci ilin fevral ayında
Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərlərinin Azərbaycanın tərkibindən çıxmaqla
bağlı cəhdlərindən sonra baş verdi: Ermənistanın emmisarları Dağlıq Qarabağda
ixtişaşlar törətməklə təcavüz üçün şərait hazırlayırdılar. Dərhal bir sıra
yerlərdə, o cümlədən Xankəndində, Əskəranda, Sumqayıtda insan təlafatı ilə
nəticələnən iri miqyaslı ixtişaşlar törədildi. Münaqişənin qarşısının alınması
məqsədi ilə regiona SSRİ DİN-nin əlavə qüvvələri göndərildi. 1988- ci il
fevralın sonu üçün Azərbaycan və Ermənistan ərazilərində daxili qoşunların sayı
13 min nəfərə çatdırıldı.
Fevral
hadisələrindən sonra Ermənistanda ilk hərbiləşdirilmiş dəstələr yaradıldı. Onlar
“Qarabağ” komitəsinin rəhbərliyinə tabe idilər. Mitinqlərin genişləndiyi dövrdə
(aprel-iyul 1988-ci il) bu dəstələr təşkilati strukturlarını formalaşdırdı,
şəxsi heyəti komplektləşdirdi, həmçinin ovçu və döyüş silahları ilə təmin
olundular. Bu qruplarla eyni vaxtda Ermənistanın kənd rayonlarından özünü
müdafiə dəstələri yaradıldı. Həmçinin cinayətkar ünsürlərdən ibarət quldur
dəstələri də yaradıldı. Həmin ilin yay-payız ayları ərzində bu hərbiləşdirilmiş
dəstələr millətçi hərəkatın liderlərinin nəzarəti altına keçdi.
1988-ci ilin
payızında Dağlıq Qarabağda növbəti toqquşmalar vəziyyəti kəskin şəkildə
pisləşdirdi. Noyabrın sonu dekabrın əvvəlində Ermənistanın silahlı qruplaşmaları
ilk iri miqyaslı hərbi əməliyyat keçirməklə 200 mindən artıq azərbaycanlnı
Ermənistandan çıxardılar bu Azərbaycanda sabitliyi kəskin şəkildə pozdu, bir
sıra şəhərlərdə etiraz aksiyaları keçirildi. Sovet rəhbərliyinin situasiyanı
nizama salmaq cəhdləri nəticə vermədi. 1989-cu ilin yanvar ayından Dağlıq
Qarabağ Muxtar Vilayəti faktiki olaraq Azərbaycanın inzibati nəzarətindən
çıxarıldı.
1988-ci ilin
qışında Dağlıq Qarabağda hərbi əməliyyatların genişləndirilməsi üçün hazırlıq
işlərinə başlanıldı. Dağlıq Qarabağın ucqar dağ ərazilərində silahlı
qruplaşmalar üçün bazalar yaradılırdı. Ermənistandan gizli yolla silah və sursat
Dağlıq Qarabağa ötürülürdü. 1988- ci ilin yayında Ermənistanın silahlı dəstələri
Dağlıq Qarabağdan Azərbaycanlıları sıxışdırıb çıxarmağa başladılar, onlar
ayrı-ayrı vətəndaşları öldürməklə kifayətlənmir, böyük yaşayış məntəqələrinə
hücumlar təşkil edirdilər. Bu əməliyyatların gedişində Ermənilər avtomat
silahlardan, payızdan etibarən isə doluvuran toplardan (KS-19 topları) və
“Alazan” raketlərdən, kiçik çaplı minamyotlardan istifadə edirdilər.
SSRİ DİN-nin
Daxili Qoşunları (Xüsusi təyinatlı hissələr əlahəddə operativ polklar, milis
batalyonları, DİN məktəbinin kursantları cəmi 15 min nəfər) onların üzərinə
qoyulmuş vəzifənin öhdəsindən gələ bilmədilər. Bununla da az vaxt ərzində
separatçı hərəkatın qarşısının alınması imkanı əldən buraxıldı. Azərbaycan
rəhbərliyi Ermənistandan fərqli olaraq hadisələrə ləng reaksiya verdi, bu isə
ölkədə müxalifət qüvvələrinin təşəbbüsü öz əlinə almasına gətirib çıxardı.
1988-ci ilin
avqustundan etibarən Azərbaycan Xalq Cəbhəsi tərəfindən könüllü dəstələr
yaradılır və münaqişə zonasına göndərilirdi. Qarabağın azərbaycanlılar yaşayan
məntəqələrində də özünümüdafiə dəstələri yaradılır və müdafiə qurğuları
tikilirdi. Azərbaycanlılar ermənilərdən fərqli olaraq silah və sursat cəhətdən
çox çətinlik çəkirdilər. Avqust ayından başlayaraq Azərbaycan Xalq Cəbhəsinin
ayrı-ayrı qrupları Ermənistana gedən nəqliyyat və enerji əlaqələrinin
dayandırılmasına çalışırdılar.
1990-cı ilin
yanvarında Ermənistan tərəfi Azərbaycanın Goranboy rayonunda yaşayış
məntəqələrini havadan atəşə tutmaq üçün ilk dəfə Mİ-8 mülki vertalyotlarından
istifadə etdi. Yanvarın 11-də Goranboy rayonunda Xalq Cəbhəsinin yaratdığı
silahlı dəstələrlə SSRİ Daxili Qoşunlarının Xüsusi Təyinatlı dəstələri arasında
toqquşma halları baş verdi. Yanvarın 15-də Dağlıq Qarabağ Muxtar Vilayətində və
10-a yaxın rayonda fövqəladə vəziyyət rejimi tətbiq olundu, buraya əlavə
qüvvələr göndərildi. Eyni vaxtda sərhəddin Naxçıvan sahəsində Azərbaycan və
Ermənistan silahlı qruplaşmalarının intensiv toqquşmaları baş verdi.
Qarabağ və
Naxçıvanda hərbi əməliyyatların gedişi Azərbaycanda siyasi böhranın
kəskinləşməsi ilə müşahidə olunurdu. Müxalifətlə qarşıdurma nəticəsində
respublika iflic vəziyyətinə düşdü. Bir sıra cənub rayonlarında (Lənkəran,
Cəlilabad) AXC-nin hərbiləşdirilmiş qrupları yerli hakimiyyəti nəzarətə
götürdülər. Respublikanın böyük şəhərlərində AXC-nin iştirakı ilə yaradılmış
Müdafiə Şurası dəstələr ytəşkil edərək Qarabağa göndərdi. Bu dəstələrin
silahlandırılması üçün Sovet Ordusunun hərbi hissələrinə hücumlar təşkil
edilirdi. İranla sərhəddə baş verən hadisələr nəticəsində 200 kilometrlik sahədə
sərhədlər açıldı. Respublikanın paytaxtında kütləvi mitinqlər keçirilir, dövlət
müəssisələrinin, hərbi hissələrinin fəaliyyəti iflic vəziyyətinə salınırdı. SSRİ
rəhbəri M.Qorboçov Azərbaycanda şəraiti nəzarət altına almaq məqsədi ilə iri
miqyaslı hərbi əməliyyat keçirmək qərarına gəldi. 1990-cı il yanvarın 16-dan
19-na qədər Bakı ətrafında 50.000 nəfərdən ibarət hərbi birləşmələr
yerləşdirildi. Bu hərbi qruplaşma Zaqafqaziyadan, Moskvadan, Leninqraddan
gətirilmiş hərbiçilərdən, o cümlədən 295 saylı motoatıcı diviziyadan 76, 104,
106 saylı hava desant diviziyalarının 3 alayı Xüsusi Təyinatlı 22-ci briqadadan
Qara Dəniz Donanmasının 882 saylı dəniz piyada batalyonundan, Daxili
Qoşunlarının bir neçə operativ qruplarından, Xəzər Donanmasının hissələrindən,
“Alfa” xüsusi təyinatlı qrupundan və digər hərbi hissələrindən təşkil
olunmuşdu. Bakı Qarnizonunun bütün hərbi hissələrində və bölmələrində Azərbaycan
millətindən olan zabitlər, gizir və digər hərbi qulluqçular təcrid edilmişdi.
Tabel silahının inventarlaşması bəhanəsi ilə respublika DİN və Milli
Təhlükəsizlik Komitəsinin bütün əməkdaşlarının silahları alınmışdı.
Yanvarın 19-dan
20-nə keçən gecə qoşunlar şəhərə yeridildi. Qoşunların müdaxiləsi geniş miqyasda
iri çaplı silahlardan istifadə olunması ilə müşayiət olunurdu. Sovet Ordusu
şəhərə girərkən və ondan sonrakı bir neçə gün ərzində 29 nəfər itirdi və 98
nəfər yaralı verdi. Sovet ordusunun dinc əhaliyə atəş açması nəticəsində 131
nəfər öldürüldü, 1000-dən artıq adam yaralandı. Respublikanın bir sıra rayonları
da bu əməliyyatlar fevralın sonuna qədər aparıldı. Yaranmış vəziyyətlə əlaqədar
olaraq AXC-nin hərbiləşdirilmiş qrupları qismən buraxıldı, bəziləri isə qeyri
leqal vəziyyətə keçdi.
Hazırladı: Adil
İrşadoğlu
|