Azad Qarabağ - 8-ci səhifə
|
BAŞ HƏRBİ CANİLƏR |
|

R.Köçəryan
A.Qukasyan |
|
ERMƏNİLƏRƏ DƏM TUTANLAR |
|

Y.Merzlyakov
S.Mənn
B.Fasye
V.Kazimirov |
Ermənilər qaçır
Qərb
dövlətlərindən siyasi sığınacaq almaq istəyən vətəndaşların sayına görə
Ermənistan dünyada 18-ci, keçmiş SSRİ məkanında isə ikinci yeri tutur. Belə ki,
ötən il postsovet məkanından xarici dövlətlərə siyasi sığınacaq almaq üçün
müraciət etmiş 160 min nəfərdən 36 mini Ermənistan vətəndaşıdır. Bu məlumat
“İnternational Organization for Magpasion” təşkilatının hesabatında öz əksini
tapıb. Araşdırmalardan məlum olur ki, Ermənistanı tərk edən kişilərin sayı
qadınların sayından iki dəfə artıqdır. Mühacirlərin əksəriyyəti 25-50 yaş
qrupuna daxildir. Maraqlıdır ki, Ermənistanda ali təhsil almış vətəndaşların 25
faizi artıq ölkəni tərk edib. ”İnternational Organization for Magpasion”
miqrasiyanın səbəblərini araşdırmaq üçün erməni mühacirləri arasında sorğu
keçirib.
Sorğuda iştirak
edən mühacirlərin 58 faizi sosial durumunu yaxşılaşdırmaq, 22 faizi ailəsinə
yardım etmək, 20 faizi isə siyasi təqiblərdən xilas olmaq məqsədilə ölkəni tərk
etdiyini deyib. Təşkilatın hesabatında o da vurğulanır ki, ermənistanda yaşayan
əhalinin 80 faizinin gündəlik gəliri 2 dollardan aşağıdır. Hesablamalara görə,
1990-2005-ci illər ərzində təqribən bir milyon nəfər Ermənistandan köçərək başqa
ölkələrə gedib. Erməni mühacirlərin 85 faizi Rusiya və Ukraynada məskunlaşıb.
Əhalisinin sayı 3,4 milyon nəfər olan bir ölkə üçün bu həddə miqrasiya ciddi
problem hesab olunur.
Daşnaksütyun
yenə də fəallaşır
Daşnaksütyun partiyasının Bürosu
28 fevral tarixinin “Azərbaycanın cinayətkar siyasətinə qarşı etiraz günü” kimi
qeyd olunmasını təklif etmişdir. Ermənilər Sumqayıt hadisələrinin mahiyyətini
yenə də təhrif edərək, növbəti dəfə öz çirkin niyyətləri üçün istifadə etməyə
çalışırlar. Həmin gün dünyanın müxtəlif yerlərində Azərbaycanın diplomatik
nümayəndəlikləri, həmçinin beynəlxalq təşkilatlar qarşısında aksiyalar keçirmək
istəyirlər. Bu təşkilat erməni xalqına, siyasi və ictimayi təşkilatlara,
həmçinin qeyri-erməni hüquq təşkilatlarına müraciət edərək, onları etiraz
aksiyalarında fəal iştiraka çağırır.
Ermənilərin bu təşəbbüsünün əsas
məqsədi Xocalı soyqırımı zamanı törətdikləri vəhşiliklərdən diqqəti yayındırmaq,
dünya ictimaiyyətini bir daha aldatmaqdan ibarətdir.
Partiya sədri jurnalisti şillələyir, yaxud ermənisayağı demokratiya
Ermənilərin
“Aravot” qəzeti yazır ki, Tərəqqi partiyasının sədri Tiqran Uruxanyan
jurnalistlərə qarşı zor tətbiq etmiş şəxslərin sırasına qatılmaq istəyir. Bu
“mütərəqqi” gənc bu sırada xüsusi yer tutacaqdır. O, “Dördüncü hakimiyyət”
qəzetində getmiş bir yazının müəllifinə əvvəlcədən xəbər göndərib ki, qarşısına
çıxarsa, onu sillələyəcəkdir. Urixanyanın “mən şəxsən intiqamımıı alacağam”
deməsinə “Dördüncü hakimiyyət” qəzetinin baş redaktoru, başqa bir sərsəm erməni
cavab göndərib ki, “tez elə, yoxsa biz başlayarıq.”
Görək bu erməni sillələşməsinin axırı nə ilə qurtaracaq?
Erməni xisləti
“Rusiyada
Ermənistan ilinin” açılışı münasibəti ilə Kreml sarayında çıxış edən erməni
artistləri pul üstündə qalmaqal salıblar. Gündəlik haqq olaraq vəd olunan 36
dollar əvəzinə 28 dolların ödənilməsi ciddi narazılığa səbəb olub. Uşaq xorunun
bədii rəhbəri Tiqran Ekekyan vəziyyəti belə əks etdirib: “Mədəniyyətimizə hələ
heç kəs belə tüpürməmişdi”. Bu da bir daha erməni xislətindən xəbər verir.
Qəpik-quruş üçün böyük qardaşların da əl-ayağını yeyirlər.
Azərbaycanlı
artistlər İrəvanda çıxış ediblər
Erməni
mətbuatının yazdığına görə, Qafqaz Sülh təşəbbüsü “Gələcəyə addım” proqramı
çərçivəsində İrəvanda gənc artistlərin iştirakı ilə konsert təşkil edilib.
Konsertdə Azərbaycandan da gənc artistlər və bəzi qeyri hökumət təşkilatlarının
nümayəndələri iştirak edib. Bu gənclər konserti təşkil edən Mərkəzin direktoru
Georgi Vanyannanın və digər ermənilərin qarşısında yaxşıca tullanıb-düşərək,
onları əyləndiriblər, axşam isə onların qonağı olublar. Erməni mətbuatı bu
gənclərin adlarını açıqlamır. Qarabağ Azadlıq Təşkilatı həmin gənclərin
müəyyənləşdirilməsi məqsədilə araşdırmalarını davam etdirir.
|