Bu gün: 18 May 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - #1, 09/02/2006
 

BAŞ SƏHİFƏDƏ

Redaktordan
Çox çətinlikdən sonra, hələ də çətinliklər içərsində qalmaqla biz də qəzetimizi nəşr etmək qərarına gəldik. Qəzetimizi sizlərin mühakiməsinə veririk. İstərdik ki, "Azad Qarabağ" sizlərin hər birinin qəzeti olsun  daha geniş...

Mövqelər
İlham Əliyev
, Azərbaycan Respublikasının Prezidenti: Gələcək illərdə Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq. Heç bir qərar qəbul edilməyəcək ki, nə bu gün, nə sabah, nə də yüz ildən sonra imkan yaratsın ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın daha geniş...

Sabina Frayzer, Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə nümayəndəsi: Biz açıq şəkildə Azərbaycanın böyük hissəsinin işğal altında olduğunu bəyan etmişik... Diplomatik danışıqlar heç bir nəticə verməsə, Azərbaycan müharibə yolunu seçə bilər daha geniş...

Rambuye qəsrində qurulmuş tələ
Sabah Paris yaxınlığındakı Rambuye qəsrində yüksək səviyyədə keçiriləcək görüş diqqətlə izlənilir. Müxtəlif proqnozlar verilir. Bəzi mülahizələrə görə, bu görüş Qarabağ məsələsinin həlində dönüş nöqtəsi ola bilər
daha geniş...

OLAYLAR

İranı gözləyən təhlükə
İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasındakı gərginlik durmadan artmaqdadır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarəetmə şurasının fövqəladə toplantısı İranın nüvə dosyesinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına təqdim olunmasına razılıq verməyi vəziyyəti daha da ağırlaşdırıb
daha geniş...

DÜŞMƏN DÜŞƏRGƏSİNDƏ

Baş hərbi canilər daha geniş...

Ermənilərə dəm tutanlar daha geniş...

  • Ermənilər qaçır
    Qərb dövlətlərindən siyasi sığınacaq almaq istəyən vətəndaşların sayına görə Ermənistan dünyada 18-ci, keçmiş SSRİ məkanında isə ikinci yeri tutur
    daha geniş...

  • Daşnaksütyun yenə də fəallaşır
    Daşnaksütyun partiyasının Bürosu 28 fevral tarixinin “Azərbaycanın cinayətkar siyasətinə qarşı etiraz günü” kimi qeyd olunmasını təklif etmişdir
    daha geniş...

  • Partiya sədri jurnalisti şillələyir, yaxud ermənisayağı demokratiya
    Ermənilərin “Aravot” qəzeti yazır ki, Tərəqqi partiyasının sədri Tiqran Uruxanyan jurnalistlərə qarşı zor tətbiq etmiş şəxslərin sırasına qatılmaq istəyir
    daha geniş...

  • Erməni xisləti
    “Rusiyada Ermənistan ilinin” açılışı münasibəti ilə Kreml sarayında çıxış edən erməni artistləri pul üstündə qalmaqal salıblar
    daha geniş...

  • Azərbaycanlı artistlər İrəvanda çıxış ediblər
    Erməni mətbuatının yazdığına görə, Qafqaz Sülh təşəbbüsü “Gələcəyə addım” proqramı çərçivəsində İrəvanda gənc artistlərin iştirakı ilə konsert təşkil edilib.  
    daha geniş...

HƏFTƏ BUCAĞI

QAT həmsədrləri etirazla qarşıladı
Ötən həftə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri diqqət mərkəzində oldu.Qarabağ Azadlıq Təşkilatı artıq xeyli vaxtdır ki, həmsədrlərin fəaliyyəti ilə bağlı narazılığını bildirir, Minsk qrupunun nizamasalma prosesindən kənarlaşdırılmasını tələb edir
daha geniş...

“Minsklilərin” susması
...Həmsdrlərin Azərbaycan və Ermənistana bu dəfəki səfərləri qeyri-ənənəvi söz qıtlığı ilə müşayiət olundu. Vasitəçilər Bakı və İrəvanda mətbuat konfransı keçirmədilər və tək-tək hallarda yalnız qısa şəhrlərlə kifayətləndilər
daha geniş...

Postsovet düyününün həlli üçün ümidverici işartılar görünür
...Müxtəlif amerikalı diplomatlar fevralın 10-11-də dövlət başçılarının Paris görüşündə iştirak etməyə hazırlaşırlar və ümid edirlər ki, dövlət başçıları “müfəssəl plan” üzərində razılığa gələcəklər
daha geniş...

Əliyev və Köçəryan Rambuyedə razılaşmaya cəhd edəcəklər.
Bu vaxta qədər regiona səfərlər zamanı həmsədrlər media nümayəndələrinə geniş açıqlamalar verir, səfərlərinin yekunu ilə bağlı mətbuat konfransları keçirirdilər. Ancaq bu dəfə anoloji hal müşahidə olunmadı
 
daha geniş...

VƏTƏNİ SEVMƏK İMANDANDIR

Vətən Sevgisi
İnsan oğlu yarandığı gündən bəri onun üzərində bir sıra haqlar mövcuddur. İlk növbədə hamının öhdəsinə bu haqlara sahib çıxaraq onu qorumaq düşür. Təbii olaraq bu müqəddəs amalları qorumaq üçün insan onları ayrı-ayrılıqda  sevməyi bacarmalıdır. İnsan həyatından qiymətli olan anlayışlar ilk növbədə onun dini və vətənidir
daha geniş...

Əbədi ibrət
Yaşadığımız dövr öz qayğı və problemləri ilə bütün zamanlardan fərqlənir. Günümüzdə hər bir insana təsir edən. qloballaşma deyilən bir şey mövcuddur. Bu qloballaşma bu günün insanını dünənin insanından xeyli fərqləndirir. Elə bunun nəticəsidir ki, həyatımız bütün yönlərdə fərqli şəkillərə düşmüşdür.
 
daha geniş...

Hədislərdən seçmələr 
Aləmlərin rəhməti, iki cahan sərvəri
1. Peyğəmbər (s) buyurur: “Əməllər niyyətə bağlıdır və hər kişi üçün ancaq niyyət etdiyi şey vardır.”
2. Yenə buyururdular: “Bilin ki, hər bir hökmdarın yasaq etdiyi bölgəsi var. Allahın yasaq bölgəsi də onun haram etdiyi şeylərdir.” 
daha geniş...

 

Fitnənin yeni növü
Son zamanlar Norveç və Danimarkanın bir sıra qəzetləri bütün müsəlmanların inancına təsəvvürə gəlməz dərəcədə təcavüz etmişdir. Bu kainatın əfəndisi, böyük İslam peyğəmbəri Məhəmməd (s) –nə olan hörmətsizliklə bağlıdır
 
daha geniş...

 

MƏDƏNİYYƏT

Oqtay Qaynarca: Canpoladla dostluğumuz filmdə bitdi
O, filmlə bağlı yaranmış bəzi söz-söhbətlərə aydınlıq gətirib
 daha geniş...

 

Lazım gəlmədi
Gündəlik problemlərlə yüklənmiş  başımı ayaqlarım güclə çəkə-çəkə “Inşaatçılar” metrosuna gətirib çıxarmışdı. Başıma bəla gəzən gözüm metrostansiyasına çıxışında sazını sinəsinə sıxıb dayanan Aşığa sataşdı. Gözlərim Aşığı başdan –ayağa süzüb duruşunun səbəbini öyrənmək istəyən anda metronun pilləkənlərinə qoyulmuş bir şəkil diqqətimi cəlb etdi
daha geniş...

 

GÜNDƏM

Artıq 12 ildir nə danışıqlar baş tutur, nə də müharibə baş verir”
1993-1999-cu illərdə mən bütün danışıqlarda iştirak etmişəm. Onlar bir dəfə də olsun ermənilərə deməyiblər ki. Öz işğalçı qoşunlarınızı Azərbaycan torpaqlarından çıxardın. Amma, Azərbaycana deyblər ki, gərək siz ermənilərə güzəştə gedəsiniz. Nə güzəşt edək? Nəyi güzəşt edək? daha geniş...

 

AKTUAL

Bu Vətən hamımızındır
O özünü xalqdan ayrı təsəvvür etmir. Xalqımıza yalnız səsiylə deyil, bütün varlığıyla xidmət edir. İnandığı, seçdiyi yoldan dönmədiyi üçün dəfələrlə incidilib, zaman-zaman efiri onun üzünə qapayıblar, sevdiyi sənətdən, səhnədən uzaq düşüb, sağlamlığını itirib. Yəqin ki, oxucular artıq söhbətin çox sevdiyimiz sənətkar, xalq artisti Flora Kərimovadan getdiyini başa düşdülər daha geniş...

 

BELƏ YAŞAMAQDANSA...

Lənətlə xatırlanmayaq
Mənimsə sözüm bu gün ancaq sizədir. Min oyunun qurbanı olub, yurdundan, yuvasından didərgin düşən mənim qaçqın, köçkün qardaş və soydaşlarım! Bəs siz nə vaxta qədər dözəcəksiniz? Haçanacan şəhid qoyub gəldiyiniz əzizlərinizin saralmış şəkillərini yaşadığınız zirzəmilərin, çadırların, sınıq-salxaq vaqonların, qarğı-palçıq daxmaların, uçuq-sökük yataqxanaların divarından asacaqsınız. Budurmu şəhid ruhuna böyük ehtiramınız? Heç bir ölçüyə., mentalitetə sığmayan şəraitdə çadırlarda, yataqxanalrda yaşamaq sizi bezdirmədimi? Qoyub gəldiyiniz ata-baba yurdunun sönən ocaqlarının tüstüsü gecə yuxularınızda gözlərinizi göynətmirmi? Nə vaxtacan mövcud İqtidar bu xalqı aldatdığı kimi, “Allah qoysa yaxşı olacaq” deyərək siz də özünüzü, ailənizi, uşaqlarınızı beləcə aldadacaqsınız daha geniş...
 

Dözməyə güc verən yurd həsrəti
Azərbaycanda yaşayan bir milyona yaxın qaçqın və məcburi köçkünlərimizin taleyi hər birimizi düşündürməli, narahat etməlidir. Yataqxanalarda,çadır şəhərciklərində məskunlaşmış qaçqınların acınacaqlı vəziyyəti hamımıza məlum olsa da, bəzilərimiz, daha doğrusu kimlərin görməyi, bilməyi lazımdırsa, özünü görməməzliyə və bilməməzliyə vurur. Bundan sonra qəzetimizin hər sayında “belə yaşamaqdansa...”
 daha geniş...

 

DÖYÜŞ YOLU

Laçın Əməliyyatı
Əməliyyat nəticəsində Laçının 40 kəndi azad edildi, Azərbaycan ordusu Laçın dəhlizinin 1 kilometrliyinədək irəlilədi
.
1992-ci lin yayında Azərbaycan Silahlı Qüvvələri bir neçə istiqamətdən həmlə edərək, düşmənin müdafiəsini yardı
 daha geniş...

 

GERÇƏK TARİX

XXI əsrin barbarları olan ermənilərin mənşəyi haqqında
Son iki əsr böyük dövlətlərin təcavüzkar planlarında “qızışdırıcı maddə”  rolunun ifaçısı olan ermənilərin tarixdə oynadığı mənfi rol, xalqların təsəvvüründə mənfi obraz kimi formalaşması bu etnosun mənşəyinin tədqiqinə istər-istəməz maraq oyatmışdır
 daha geniş...

 

Azərbaycan Ermənistan müharibəsi
Hərbi xronika
Azərbaycan 1988-ci ldə Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqları işğal olunmuşdur. Təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt edilmişdir. Bu müharibədə 20.000-dən artıq adam həlak olmuş, 50.000-dən çox insan yaralanmış, 5000 nəfərə qədər adam əsir, girov götürülmüş yaxud itkin  düşmüşdür. Bir milyon yüzmindən artıq Azərbaycanlı öz yaşayış yerlərindən zorla çıxarılmışdır. Müharibə Azərbaycan iqtisadiyyatına real hesablanması mümükün olmayan zərər yetirmişdir. Bu müharibə geosiyasi anlamda birmənalı dəyərləndirilmir. Dünyanın aparacı dövlətləri, beynəlxalq təşkilatlar bu müharibəni münaqişə kimi təqdim edərək onu Cənubi Böhran Qövsü deyilən münaqişələr qrupuna daxil etmişlər
 daha geniş...

 

DÖYÜŞ - DÖNÜŞ

Dönüşümüz döyüşdən keçir
Müharibə başlayandan doğulduğum Tərtər şəhəri hadisələrin ən qaynar nöqtələrindən birinə çevrilmişdi. O vaxtlar mən artıq ailə həyatını  qurmuş üç körpə anası idim. 1991-cı il martın 19-u axırıncı çərşənbə axşamı ermənilər Tərtərə güclü raket zərbələri endirdilər
daha geniş...

 

MÖVQE

Qarabağ heç bir sövdələşmənin hədəfi ola bilməz
Azərbaycanın ərazi bütövlü - ən vacib suverenlik atributlarından biri vaxtaşırı müzakirə, mübahisə predmetinə çevrilirsə və biz bunun səbəblərini sırf xarici amillərlə izah edib özümüzü təmizə çıxarırıqsa geci-tezi tarixin mühakiməsi ilə üz-üzə qalacağıq
daha geniş...

 

Növbəti referendum oyunu
Azərbaycanın daxili və xarici siyasəti özünü azərbaycanlı sayan və xalqına bağlı olan hər bir vətəndaşı maraqlandırır.
1988-ci ildən bu yana elə bir il yoxdur ki, Azərbaycanda istər mənfi, istərsə də müsbət izlər qoymasın. 1991-ci ildə Quzey Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra onun daxilindəki çəkişmələr gənc respublikanın gerçək inkişafına mane olub və bu proses Qarabağın geri alınmasına bu və ya başqa şəkildə əngəl törədib
daha geniş...

 

TARİXİ CİNAYƏT

Avraam Linkolnun qətli.
Avraam Linkoln 1865-ci il aprelin 14-də Ağ evdə növbəti iş
gününə başlayarkən bilmirdi ki, bu onun həyatında sonuncu gündür. Üç il əvvəl prezident ölümün pəncəsindən təsadüfən qutarmışdı, qatilin gülləsi onun şlyapasını deşib yan keçmişdi. Bu cəhdlər bir neçə dəfə təkrar olunmuşdu. Linkoln Amerikada quldarlığı ləğv etməklə plantasiya sahiblərinin düşməsinə çevrilmişdi  
daha geniş...

 

İCTİMAİ QINAQ

Eynulla Fətullayev rentgen işığında
Eynulla Fətullayevə uşaqdı, deyib heç kəs baş qoşmur. O da bundan istifadə edib yavaş-yavaş yekəlir və cəmiyyətin qara yaralarından birinə çevrilir. Amma gərək ki,onun  kimilər vaxtında rentgen işığına salına, düzgün diaqnoz qoyula, mümkünsə, müalicə oluna, ya da kəsilib atıla. Bu uşaqağıllı yazarı yüngülvari rentgen işığına salanda məlum olub ki
 daha geniş...

 

Kadrlar hər şeyi həll edir
Xiyar turşusu ilə xalqın rifahını təmin edəcək Artur müəllim hələ də baş nazir postunda  qan-tər tökməkdədir. Onu orda saxlayanlar yəqin fikirləşirlər ki,”baş nazir-boş nazir” deyiminin sübuta yetirilməsi üçün bir az da vaxt keçməlidir. Adama maraqlı gəlir ki, görəsən bu Artur müəllim evdə Qarabağdan nə danışır. Bunu fikirləşəndə adamın yadına düşür ki, onun əcdadlarından biri Qazağı uf da demədən ermənilərə verirdi
 
daha geniş...

 

Məscidə it bağlayanlar
Famil Cəfərli adında birisi  ”Gündəlik Azərbaycan” qəzetində Qarabağ Azadlıq Təşkilatı, Akif Nağı haqqında elə bir nifrətlə, daxili qəzəblə cızma-qara yazıb ki, adamın deməyə sözü qalmır, baxırsan və məəttəl qalırsan. Görəsən QAT-ın, yaxud Akif Nağının günahı nədir? Bu nifrətin, kin-küdurətin kökündə nə dayanır?
 
daha geniş...

 

 

ERMƏNİ TERRORU

1988 -1994-cü illərdə Azərbaycan ərazisində
32 terror aktı törədilmiş,
2 min nəfər qətlə yetirilmişdir
  daha geniş...

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək...

Sənədin sonuncu korrektə tarixi: 31/5/2007 - 17:36:30
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.150563