|
Azad Qarabağ - 12-ci səhifə
Nifrətlə
qarşılanan sevgi
|

Mahatma Qandini
müstəqil Hindistanın atası adlandırırdılar. O, ahıl yaşında Avropa
geyimlərindən imtina etdi və milli paltar geyməyə başladı. Ölkənin dövlət
adamları bu günə qədər onun qoyub getdiyi bu ənənəyə sadiqdirlər. |
Bu gün Hindistanda onun adı
müqəddəslərlə bir sırada çəkilir, eyni dərəcədə ehtiramla yad olunur.
Millətin mənəvi atası Mahatma Qandi bütün həyatı boyu ölkəsini
didib-parçalayan dini barışmazlığa, zorakılığa qarşı mübarizə apardı, lakin
ahıl yaşında elə zorakılığın qurbanı oldu. |

“Millət atasi”na əl qaldırmış qatil həyatını Ambala şəhər həbsxanasında, dar
ağacında başa vurdu.
|
Bu şəxsiyyət istənilən şəkildə zoru rədd edirdi. O, 30 ildən artiq bir dövr
ərzində öz fəlsəfəsini təbliğ etdi və nəhayət, bütün dünyaya qeyri-zorakı
üsullarla mübarizənin üstünlüyünü sübuta yetirdi. Mahatma Qandinin bu
mübarizəsinin nəticəsi olaraq Hindistan dinc mübarizə yolu ilə azadlığa çıxdı.
Lakin bu hələ hər şeyin başlanğıcı idi, daha kəskin mübarizə qabaqda idi. Dərhal
müxtəlif dini qruplaşmalar hökumətə təsir etmək, nüfuz sahibi olmaq uğrunda
mübarizəyə başladılar. Müxtəlif dini konfessiyalar hökuməti öz xəttinə tabe
etdirməyə çalışırdı.
1947-ci il Qandi üçün həm də acı təəssüratlar ili oldu. O, yenə də zorun mənasız
olduğunu sübut etməyə çalışır, lakin heç kəs onu eşitmək istəmirdi. 1948-ci ilin
yanvar ayında Mahatma Qandı milli və dini qarşıdurmaları dayandırmaq üçün son
tədbirlərdən birinə əl atır-aclıq elan edir. O, bu yolla insanları dayanıb
düşünməyə məcbur etmək istəyirdi. Qandi öz hərəkətini belə izah edirdi: “Ölüm
mənim üçün xilas yolu olardı. Hindistanın özünüməhvinə əlacsız, gücsüz şahid
qismində qalmaqdansa, ölüm yaxşıdır.”
Qandinin özünüqurban aksiyası cəmiyyətə lazımi təsirini göstərdi. Dini
qruplaşmaların liderləri kompromislərə getməyə razılaşdılar. Mahatma (“müdrik
insan”) aclıq aksiyasına başlayandan bir neçə gün sonra onlar birgə bəyanatla
çıxış etdilər: ”Biz bildiririk ki, müsəlmanların həyatını, mülkiyyətini və dini
əqidəsini müdafiə edəcək, Dehlidə dini zəmində baş vermiş hadisələrin bir daha
təkrarlanmasına yol verməyəcəyik.”
Qandi bu nəticədən razı qalaraq, aclığı dayandırdı. Lakin ölkədə siyasi
sabitlik, mütənasiblik uzun sürmədi. Tezliklə yeni müstəqil dövlətin liderinə
qarşı geniş hərəkat başlandı. İnduizmin davavar tərəfdarları Qandini onların
dini hüquqlarını məhdudlaşdırmaqda ittiham edirdilər. Onlar qəzəblə
soruşurdular: Nə üçün bu həqiqətpərəst lider Pakistanda yaşayan hindlilərin zora
məruz qalmasını qətiyyətlə pisləmir? Onlar Pakistana qarşı silahlı müdaxilə
tələb edir, lakin başa düşürdülər ki, Qandi sağ qaldıqda, bu mümkün deyil.
Deməli, onu yalnız silah gücünə öz fikrindən daşındırmaq olardı. Mahatma
Qandinin həyatına ilk sui-qəsd cəhdi onun aclıq aksiyasını dayandırmasından 2
gün sonra, 1948-ci il yanvarın 20-də baş verdi. Ölkənin lideri Dehlidə öz evinin
məhəccərindən din adamlarına müraciət edirdi. Bu vaxt Pəncabdan gəlmiş Madanlal
adında bir qaçqın əldəqayırma bombanı ona atdı. Qurğu Qandinin bir neçə
addımlığında partladı, xoşbəxtlikdən heç kəsə ziyan dəymədi.
Hindistan hökuməti bu hadisədən sonra bir sıra tədbirlər həyata keçirdi, eyni
zamanda Mahatma Qandinin şəxsi mühafizəsinin gücləndirilməsini təkidlə tələb
etdi. Lakin o, heç bir halda əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə
razılıq vermir, başqalarının onun xidmətində dayanmasını qəbul etmirdi. Müdrik
insan ona edilən təkliflərə eyni cavabı verirdi: “Əgər mənim bəxtimə bir dəlinin
atacağı güllədən öləcəyim yazılıbsa, mən bu ölümü təbəssümlə qarşılayacağam.
Allah mənim ürəyimdə və dilimdə olmalıdır. Və mənə söz verin ki, bu baş verən
zaman mənim üçün bir damla belə göz yaşı tökməyəcəksiniz. ”
1948-ci il yanvarın 30-da Qandi səhər tezdən yataqdan qalxdı və dərhal
konstitusiya layihəsi üzərində işləməyə başladı. Bu layihə konqresə təqdim
olunmalı idi. Bütün gününü həmkarları ilə birlikdə ölkənin gələcək əsas
qanununun müzakirəsinə həsr etdi. Qandi axşam duasının vaxtı çatanda qardaşı
qızının müşayiətilə evinin qarşısındakı çəmənliyə düşdü. Həmişə olduğu kimi,
izdiham onu salamlamaq üçün yığışmışdı, bu dəfə də “millət atası”nı hərarətlə
qarşıladılar. Onun təliminin tərəfdarları, sadə adamlar hər tərəfdən liderlərini
əhatəyə aldılar, qədim adətə görə ona yaxınlaşmağa, əllərini ayaqlarına vurmağa
çalışırdılar.
Yaranmış qarışıqlıqdan istifadə edən bir nəfər kənar şəxs Qandiyə yaxınlaşdı
və... tapançasını çıxarıb üç dəfə atəş açdı.
İki güllə Qandinin əziyyətlərdən üzülmüş bədənini dəlib keçdi, üçüncü güllə isə
ağ ciyərində ilişib qaldı. Qoca mütəfəkkir “Şükürlər olsun Allaha” kəlmələrini
pıçıldadı və sifətində təbəssüm ifadəsi ilə gözlərini yumdu. Bu qətli törədən
Naturam Qodse adlı bir şəxs idi. O, ekstremist cərəyanın nümayəndəsi, əyalət
qəzetlərindən birinin naşiri və redaktoru idi.
Hakimiyyət orqanları tezliklə müəyyən etdilər ki, qatil təkbaşına fəaliyyət
göstərməyib. Hökumət əleyhinə geniş sui-qəsd şəbəkəsinin üstü açıldı. Səkkiz
adam məhkəmə qarşısında dayandı. Onların hər birinin günahı sübuta yetirildi.
Onlardan ikisinə ölüm hökmü çıxarıldı və 1949-cu il noyabrın 15-də asıldılar.
Digərləri isə uzun müddətli həbs cəzasına məhkum edildilər.
On minlərlə hindli mənəvi liderlərini son mənzilə yola salırdı.
Əsirlərə qarşı cinayətlər
Ermənistan əsirlərə qarşı xüsusi
qəddarlıqla davranır və bununla müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə
Konvensiyasını kobud şəkildə pozur:
1. Ermənistanın
Xarici Işlər Nazirliyinin 1994-cü il fevralın 16-da yaydığı məlumatda
göstərilirdi ki, güya səkkiz azərbaycanlı hərbi əsir qaçmağa cəhd edərkən
öldürülmüşdür. Həmin il martın 23-də Azərbaycan tərəfinin tələbi ilə Beynəlxalq
Qırmızı Xaç Komitəsi 10 azərbaycanlı hərbi əsirin meyidlərini Bakıya gətirdilər.
Keçirilən məhkəmə-tibbi ekspertizanın nəticələri göstərdi ki, 8 meyidin gicgah
nahiyəsində güllə yarası var və həmin şəxslər yaxın məsafədən açılan atəşlə
öldürülmüşlər. Meyidlərdən birinin qaraciyəri, dalağı və ürəyi yox idi. Digər
meyidlərin qulaqları kəsilmişdi. Başqa meyidin bir neçə qabırğası, döş sümüyü
sındırılmışdı. Bu ekspertizanın nəticələri beynəlxalq ekspertlər tərəfindən də
təsdiq olunmuşdur. Beynəlxalq Hüquq və Sosial Tibb Akademiyasının, ”Həkimlər
insan haqları uğrunda” İngiltərə təşkilatının üzvü professor Derek Paunderin
də bitərəf ekspert rəyində bildirilir ki, altı azərbaycanlı hərbi əsirin
eyni silahdan, yaxın məsafədən öldürülməsi şübhə doğurmur və “qaçmağa cəhd
göstərərkən öldürülmələri” ilə bağlı hər hansı versiya istisna edilir.
2. Erməni
əsirliyindən qayıtmış Arzu Əmrəliyeva (hazırda Gəncə şəhərində Pedaqoji
institutun yataqxanasında yaşayır) bildirir ki, 1993-cü il aprelin 18-də girov
götürdükləri 30 azərbaycanlıdan 19 nəfəri, o cümlədən, onun əri, anası, bacısı,
qaynanası, baldızı, dayısı arvadını dərhal yerində öldürdülər.
3. Bakı
şəhəri, Rüstəmov küçəsi, 51-ci ünvanda yaşayan keşmiş əsir Həsən Məcid oğlu
Hüseynov bildirir ki, 1993-cü il oktyabrın 23-də Horadiz qəsəbəsi yaxınlığında
tutulmuş girovlardan ermənilər 26 nəfərini güllələdilər.
4. Kəlbəcərin
Başlıbel kəndinin sakini Binnət Abdulla oğlu Əhmədov (hazırda Gəncə şəhərində
pedaqoji institutun yataqxanasında yaşayır) Kəlbəcər rayonu işğal olunarkən
erməni hərbçilərinin dinc sakinləri necə güllələdiklərinin, 10 nəfərin
öldürülməsinin şahidi olmuşdur.
İlqar Mehdi
|