|
Azad Qarabağ - 13-cü səhifə
Xocalının yad
olunmasını ermənilər də istəmir, Hacıbala da...
Xocalı soyqırımının
ildönümü ilə əlaqədar xatirə mitinqi keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə
göndərdiyimiz məktuba rədd cavabı verildi. Məsləhət gördülər ki, mitinq etməyək,
eləcə ziyarətlə kifayətlənib səsimizi də çıxarmayaq. Ermənilər də belə
fikirləşirlər və çalışırlar ki, azərbaycanlılar Xocalının heç adını da
tutmasınlar, olsa-olsa, hər il yığışıb ehsan versinlər, ağlaşsınlar və dağılışıb
getsinlər. Onları başa düşmək olar, etdikləri qələtin böyüklüyünü anlayır və
istəyirlər ki, beynəlxalq təşkilatların danlaqlarından canlarını qurtarsınlar.
Amma
bizimkiləri, bizimkilər deyəndə, bu Hacıbala müəllimləri heç cür başa düşmək
olmur. Necə olur ki, Avropada, İranda, Türkiyədə, Rusiyada, Amerikada, hətta
ermənilərin beşiyi Fransanın özündə mitinqlərin keçirilməsinə icazə verilir,
Azərbaycanda yox?! Bu, necə məntiqdi, bu necə millət və necə hakimiyyətdi? Biz
buna Hacıbala müəllimin dili və əli ilə hakimiyyətin Qarabağa münasibəti kimi
baxırıq. Bu hakimiyyət Qarabağdan bezib, Qarabağı, Xocalını yad etmək istəmir,
Qarabağı yad edənlərin onların yaxasından tutub hesabat tələb edəcəyindən qorxur
və… Qarabağı yaddaşlardan silib atmaq istəyirlər. Bunun başqa adı yoxdur, varsa
desinlər, biz də bilək. Qoy yaxşı fikirləşsinlər və elə etməsinlər ki, bu xalq
onları Tarixin yaddaşından silib atmasın…
Səslər, Oyunlar, Sifətlər
Millətə nifrət
yükü ilə kükrəyib daşan Ramiz müəllimə prezident aparatı darlıq edir, bütün
Azərbaycanı təkbaşına idarə etmək istəyir. Ondan olsaydı, Qarabağı da çoxdan
ermənilərə verib dərindən rahat nəfəs alardı. Bir müddət əvvəl tanınmış bir
ziyalı ona zəng etmişdi ki, QAT-ın üzvlərini tutublar, mümkünsə buraxdırın,
onlar Qarabağı tələb edirlər, nə qəbahət iş görüblər…
O da elə
telefondaca qayıdıb ki, ay filankəs müəllim, Qarabağ sənin nəyinə lazımdı, niyə
oturmursan yerində…
Sərdar
müəllimlə Etibar müəllimin də Qarabağ yadlarına düşüb, narahatçılıqlarını
bildirir, bəyanat verir, kampaniya keçirmək təklifi ilə çıxış edirlər. Bəs
indiyə qədər harda idilər? Seçki öncəsi nə qədər üz vurduqsa, «Qarabağ
Bəyannaməsi»nə imza atmadılar, qorxdular ki, birdən ATƏT müəllim onları düz başa
düşməz, seçilmələrinə kömək etməz. İndi yaman ürəkləniblər, amma nə vaxta qədər…
Fövqəladə
Hallar Nazirliyinə təzəcə təyin olunmuş Kəmaləddin müəllim artıq siyasi
görüşlərə başlayıb, ABŞ səfirini qəbul edərək, ona nazirliyin işləri ilə bağlı
geniş məlumat verib. Dünyada Azərbaycan qədər sirli və qəribə ölkə yoxdu, kimin
hara getdiyini, kimin nə istədiyini bilmək olmur. Başqa vaxt olsaydı, deyərdim,
cəhənnəm, nə işimə qalıb, amma torpağı işğal altında olan ölkədə kimlərin haraya
çıxmasının, harda oturmasının fərqinə varmalıyıq. Yoxsa, düşəcəyik Kərkük
türkmənlərinin düşdüyündən də pis günə…
Firudinin
qoçaqlığı
Firudin
Allahverdiyev adında bir gənc musiqiçi İrəvanda olub,
erməni
tamaşaçıları qarşısında mahnı oxuyub və deyilənlərə görə,
onları
çox feyziyab edib.
Bu gənc
heç kəsin edə bilmədiyini bacarıb,
«Sarı
gəlin»
havasını oxumaqla ermənilərin atasına od vurub.
Hər
halda, özü belə fikirləşir, peşmançılıq-zad keçirmir. O, bir müddət əvvəl dostu
ilə QAT-ın qərargahına gəlmişdi ki, Qarabağ Azadlıq Təşkilatının şərəfinə himn
yazmışam. O vaxt vətənpərvər gənclər kimi QAT-çıların çox xoşuna gəlmişdi. İndi
nə baş verdi, niyə bu qədər kəskin dönüş edib, ermənisevər kosmopolitlərə
çevrildi? Yəqin, ehtiyac və bir də təcrübəsizlik vətənpərvəri kosmopolit
edərmiş. Bu da qoca dünyanın işləridi. Amma hər halda, gəncdi, bəlkə nəyisə başa
düşmür, izah etmək lazımdır.
Ona görə də,
gənc dostumuza deyirik ki, düşmənlə düşmən olmaq lazımdır. Sənin torpağın işğal
altındadır, soydaşların əsirlikdədir. Torpağı işğaldan azad etmək yükü həm də
sənin üstündədir. Düşmənin qarşısında qol götürüb oynayırsan, bunun adı
arsızlıqdır. Götürürsənmi bu adı öz üstünə?! Əlbəttə, götürməzsən. Gəncsən, səhv
eləmisən. Boynuna al ki, başqa gənclərə də dərs olsun. Çalış ki, sözlə başa
düşəsən ki, başqa cür başa salmağa ehtiyac qalmasın. Vaxtında başa düşsən
yaxşıdı, yoxsa sən də yekəlib Eldar Zeynalov, Eynulla Fətullayev, Əvəz
Həsənovdan –zaddan olacaqsan. Qayıt kəndinə, adam kəndinə qayıdanda vətənpərvər
olur.
ZİYALISIZ ÖLKƏ
Xalqına
sədaqətlə,
təmənnasız xidmət edən,
riyakarlıqdan uzaq,
milli
maraqlara bağlı olan,
var-dövlətə
biganə qalan,
Allahını danmayan elmli,
bilikli,
fədakar
adama ziyalı deyilir.
Ziyalılıq dünyada bu cür qəbul olunub.
Bizdə ziyalı
yox kimidir. «Ziyalılar»ımızın böyük bir hissəsi hakimiyyət süfrəsinin ətrafında
və yaxud həndəvərindədir, ondan az olmayan digər hissəsi özünü bu süfrəyə
çatdırmağa çalışır. Hətta müxalifətdə olan «ziyalılar»ımızın da böyük
əksəriyyəti ona görə ordadır ki, onları hakimiyyət süfrəsinə çağıran yoxdur.
Əkrəm Əylisli, Nəriman həsənzadə, Nizami Cəfərov, Vaqif Səmədoğlu, Musa Qasımov…
vaxtilə harda idilər, indi hardadırlar?
ƏKRƏM ƏYLİSLİ
GERÇƏKLİYİ
Əkrəm Əylislidən çoxdan əlimizi üzmüşük. O qədər rüsvayçı hərəkətləri, sözləri
olub ki, deməklə qurtarası deyil. Və deməyin də xeyri yoxdu, elə öz işindədi.
Neçə dəfə ordendən, medaldan imtina edib, amma sonra səssizcə gedib götürüb.
Qapıları, “priyomnı”ları yağır eliyə-eliyə axırda deputat da oldu.
Bu da belədi
də, neyniyək. Amma son vaxtlar Məhəmməd peyüğəmbərin karikaturaları ilə bağlı
qalmaqal yarananda Əkrəm kişinin 70-ci illərdə yazdığı əsərlərin birindən
yadımda qalan epizodu xatırladım. Orda qəhrəmanlardan biri o birisinin acığına
itinə “Məhəmməd” adı qoyur, hamının, o cümlədən bacısının etirazlarına
baxmayaraq, iti elə də çağırmaqda davam edir. Hətta bacısı peyğəmbərin adının
itə qoyulmasının günah olduğunu deyəndə də, vecinə almır. İndi adam qalır belə…
Əkrəm Əylisli kimilər peyğəmbərin adını itə qoyanda, daha danimarkalılardan,
hollandlardan, fransızlardan, nə bilim kimlərdən niyə inciyiri ki?!
Dünən
peyğəmbəri belə təhqir edən Əkrəm Əylisli bu gün də deyir ki, Qarabağ 3-5
faizlik torpaqdı da, verin getsin, məsələni birdəfəlik qurtaraq. Qəribədir ki,
bu “əvəzsiz yazar” o vaxt da “moddaydı”, indi də. Orden-medalları,
kürsü-vəzifələri də öz yerində.
Amma hər halda, bu xalqın orden-medalları, duz-çörəyi, var-dövləti nə vaxtsa,
onun gözündən gələcək…
Roman Temnikov da xarab çıxdı
Romanı yaxşı
bir jurnalist kimi tanıyırdıq. QAT-ın tədbirlərində, elmi seminarlarında fəal
iştirak edir, iqtisadi məsələlərlə bağlı maraqlı fikirlər söyləyirdi.
Birdən-birə dəyişdi. Deyəsən ermənilərlə yaxınlığın ləzzəti onu da yolundan
azdırdı. Bir də yəqin fikirləşir ki, azərbaycanlı “fındıqlar” gedib, ermənilərin
əlini öpüb, ətək-ətək pul qazanırlarsa, o niyə qıraqda qalmalıdır. Belə baxanda,
Roman Temnikovdan çox şey gözləməliyik də. Amma hər halda o, Azərbaycan
vətəndaşıdır, ona görə də qanunlarmıza hörmətlə yanaşmalıdır, Azərbaycanın
çörəyini yeyib, suyunu içib, sonra da təpik atmamalıdır.Yoxsa yediyini-içdiyini
gözündən gətirərik.
 |
QARA LÖVHƏ |
|
Vətən qarşısında üzü qara
olanlar |
 |
|