|
Azad Qarabağ - 15-ci səhifə
Əsl sənət fədaisi
Rasim Balayev:
Ədil
İsgəndərov birbaşa mənim müllimim olmasa da, onun sənəti hamımız üçün məktəb
olub. O həm də bizim ilk milli rejissorumuzdur.
Azərbaycan mədəniyyətinin
əsas qollarından biri kino və teatr sənətidir. 130-a yaxın yaşı olan Azərbaycan
teatr sənətində zaman-zaman adları incəsənət tariximizə qızıl hərflərlə yazılan,
xalqın yaddaşında əbədi yaşayacaq görkəmli sənətkarlar yetişmişdir. Onlardan
biri də, Azərbaycan monumental rejissurasının görkəmli siması, xalq artisti Ədil
İsgəndərov olub.
Ə.İsgəndərov Azərbaycan mədəniyyəti tarixində rejissorluq sənətinin ilk parlayan
ulduzudur. Ondan əvvəl fəaliyyət göstərən refissorlarımız olsa da, Azərbaycanı
onun hüdudlarından kənarda tanıdan, Azərbaycan teatrının adını yüksəklərə
qaldıran ilk milli rejissorumuz məhz Ə.İsgəndərovdur. Əsl sənət fədaisi kimi,
Azərbaycan teatr tarixinin zənginləşməsində və inkişafında çox böyük xidmətləri
olan Ə.İsgəndərovun qoyduğu tamaşalar teatr slnaməsində şanslı səhifələr
açmışdır. Böyük sənətkarın sənət ömrünə nəzər salaraq, bəzi məqamlara aydınlıq
gətirib oxucularımıza çatdırmaq məqsədilə bir neçə tanınmış sənətkarla
söhbətləşdik.
Ə.İsgənlərov mədəniyyətimizin beşiyi sayılan qədim Gəncə şəhərində dünyaya göz
açıb. Teatr sənətinə olan marağı hələ orta məktəbi bitirməmiş, onu Gəncədəki
“İşçi” klubunun dram dərkənlərinin fəal üzvünə çevirib. 1928-31-ci illərdə Bakı
Teatr məktəbinin rejissor-aktyor şöbəsində təhsil alarkən, Milli Teatrın
səhnəsində qoyulan tamaşalarda kütləvi səhnələrə çıxıb, epizod rollar oynayıb.
Həmin illərdə o, görkəmli dramaturqumuz Cəfər Cabbarlı ilə yaxından dostlaşıb və
onun məsləhəti ilə Teatr məktəbini bitirdikdən sonra Moskvaya ali təhsil dalınca
yollanaraq, Moskva Dövlət Teatr Sənəti İnstitutunn rejissorluq fakultəsinə daxil
olub. Tələbəlik illərində Moskva Bədaye Akademik Dram və Vaxtanqov Teatrlarında
zəngin sənət təcrübəsi toplayıb ki, bu da onun gələcək fəaiyyətində ciddi rol
oynayıb. Yəni, Stanislavski üsulunu, Moskva Bədaye Teatrının ənənəsini yaradıcı
şəkildə Azərbaycan səhnəsinə gətirərək, Azərbaycan xalqının temperament və
kaloriti ilə birləşdirib, milli ruhda inkişaf etdirən məhz Ə.İsgəndərov olub.
Böyük sənətkar Bakıda və Bakıda təhsil aldığı illərdə də “İşçi” klubundan
ayrılmayıb. Tətillərdə Gəncəyə gəlib “İşçi” klubunda, C.Cabbarlının bir çox
əsərlərində uğurlu rollar oynayıb.
Moskvada institutun son kursunda oxuyarkən diplom tamaşası hazırlamaq üçün
Bakıya göndərilib. O, 1935-ci ilin payızında Aleksandr Korneyçukun “Platon
Kreçet” əsərinin Mustafa Mərdanov və Ülvi Rəcəb tərəfindən “Polad Qartal” adı
ilə təbdil edilmiş variantını hazırlayıb. Sənətkarın işi hesab olunan bu tamaşa
Moskvada çox yüksək qiymətləndirilib.
Təhsilini başa
vurduqdan sonra Bakıya – Akademik Milli Dram Teatrına təyinat alıb. Sıravi
rejissor kimi fəaliyyətə başlayan Ə.İsgəndərov Akademik Teatrda 1938-ci ildən
baş rejissor, bir müddət sonra isə bədii rəhbər kimi çalışaraq, 1954-cü ildə
teatrın direktoru vəzifəsinə yüksəlib. 23 ilə yaxın bu teatrda, necə deyərlər,
“can qoyan” sənətkar teatrı elə bir səviyəyə qaldırıb ki, onu Ədil İsgəndərovun
adıyla bağlayıb, təkcə Azərbaycanda deyil, Moskvada, o cümlədən keçmiş SSRİ
dövlətlərində “İsgəndərov teatrı” adlandırıblar. Milli Teatrın köklərinə
dərindən bağlı olan, monumental romantik-realist teatr məktəbini formalaşdıran
Ə.İsgəndərov Milli Dram Teatrının səhnəsində bir-birindən uğurlu tamaşalar -
“Vaqif” (1938), “Xanlar” (1954), “Fərhad və Şirin” (1941), “Otello” (1948),
“Aydın” (1940), “Xoşbəxtlər” (1940), “1905-ci ildə” (1955), “Cavanşir” (1957),
“Şeyx Sənan” (1956) və bu kimi bir çox tamaşalar səhnələşdirib.
Onun qoyduğu
tamaşalarda səhnədə Azərbaycan həyatının orijinal kaloriti, torpağının
zənginliyi bütün əzəməti ilə canlanırmış. Tükənməz enerjiyə, geniş fantaziyaya
malik olan sənətkarın yaradıcılığından dramaturgiyanın inkişafını da təcrid
etmək olmaz. Xüsusilə, 1938-ci ildə səhnəyə qoyduğu “Vaqif” çox böyük
əks-səda doğurub. “Vaqif” böyük bir hadisə olduğu kimi, həm də incəsənətdə
xalq ruhunun əks etdirilməsində yeni bir qələbə idi. 1959-cu ildə Akademik Teatr
Moskvaya Azərbaycan incəsənəti dekadasına gedəndə Ə.İsgəndərov “Otello” və
“Fərhad və Şirin” tamaşalarına ciddi əl gəzdirərək, hər iki tamaşanı premyera
kimi təqdim edib. Tamaşalar Moskvada çox böyük uğur qazanıb.
Səməd
Vurğunun, Mirzə İbrahimovun, Ənvər Mməmədxanlının, Sabit Rəhmanın, İlyas
Əfəndiyevin dramaturgiyadakı inkişayında Ə.İsgəndərovun çox böyük rolu olub.
Gənc aktyor nəslinin yetişməsində danılmaz xidmətləri olan professor İsgəndərov
əvvəl Bakı Teatr məktəbində, sonralar isə Azərbaycan Dövlət Teatr İnstitutunda
aktyor və rejissor sənətindən dərs deyib. Bütün bunlarla yanaşı, sənətkarın
həyatı heç də hamar və ağrısız olmayıb. Dəfələrlə özünə qarşı böyük
haqsızlıqlarla üzləşərək, xüsusən, ömrünün son illərində güclü mənəvi
sarsıntılar keçirib. Bəlkə də dünyadan bir qədər vaxtsız köçməsinə də həmin
mənəvi sıxıntılar “kömək edib”. 1960-cı ildə riyakar intriqanın güdazına gedən
sənətkar tutduğu vəzifədlən və ümumiyyətlə, teatrdan uzaqlaşdırılıb. Onun
teatrdan uzaqlaşdırılması Akademik Milli Teatra ciddi zərbə vurub.
Teatrdan
gedəndən sonra “Azərbaycanfilm” kinostudiyasında əvvəlcə sıravi rejissor,
1966-74-cü illərdə isə kinostudiyanın direktoru vəzifəsində işləyib. Rejissor
kimi ancaq bir film – “Əhməd haradadır” kinokomediyasını çəksə də, bir çox
filmlərdə – “Məşədi İbad”, “Romeo mənim qonşumdur”, “26-lar”, “Arxadan zərbə”,
“Uzaq sahillərdə”, “Ulduzlar sönmür”, “Qanun naminə”, “Mən rəqs edəcəyəm”
yaddaqalan obrazlar yaradıb. “Axırıncı aşırım” filmindəki Kərbalayı İsmayıl rolu
xüsusi mükafata layiq görülüb. Onun oyununda aktyor oyun üslubunun estetik
gözəlliyi, orijinallığı seçilib, yaratdığı obrazlar öz kaloriti və şirinliyi ilə
fərqlənib. Rejissor və aktyor sənətindəki böyük nailiyyətlərinə görə
Ə.İsgəndərov bir çox dövlət mükafatlarından əlavə, ən yüksək fəxri adlara –
Əməkdar İncəsənət Xadimi (1938), SSRİ Xalq Artisti (1959) layiq görülüb. 1974-cü
ildə “İzvestiya” qəzetində tamamilə əsasız olaraq, xüsusi qərəzçiliklə yazılmış
bir məqalənin “qurbanı olub” və yenidən tutduğu vəzifədən – “Azərbaycanfilm”in
direktorluğundan azad olunub. Bu hadisələr çox təmiz və həssas qəlbli sənətkara
ağır mənəvi zərbə olub və o, ömrünün son illərini çox incik yaşayaraq, 1978-ci
ildə dünyasını dəyişib.
Sevimli
aktyorumuz, Xalq artisti Rasim Balayev Ə.İsgəndərovu xüsusi hörmət və
məhəbbətlə xatırladı: “Ədil İsgəndərov birbaşa mənim müllimim olmasa da,
onun sənəti hamımız üçün məktəb olub. 130-a yaxın yaşı olan Azərbaycan teatrının
ən “bərkgedən” vaxtı Ədil müəllimin vaxtında olub. O həm də bizim ilk milli
rejissorumuzdur. O vaxtlar bizim teatrda Tuqanov familiyada tanınmış bir
rejissor var idi. Öz rejissorlarımız olsa da, tanınmırdılar. Birdən-birə gənc
rejissor Ədil İsgəndərov gələrək Azərbaycan teatrında demək olar ki, inqilab
etdi. “Vaqif”, “Otello” və digər bu kimi bir-birindən gözəl tamaşalar qoyaraq
teatrı yüksəklərə qaldırdı. Mənə danışmışdılar ki, Moskvada “Otello”
oynanıldıqdan sonra Bondarçuk deyib ki, əgər bilsəydim Azərbaycanda belə
“Otello” var, mən o rola çəkilməzdim və deyilənə görə, Moskvada həmin
tamaşaya 10 dəqiqə fasiləsiz, ayaqüstə əl çalıblar. Ədil müəllimdə həm
rəhbərlik, həm aktyorluq, həm də rejissorluq istedadı birləşmişdi. O vaxt Səməd
Vurğun deyib ki, “Vaqif”i Vaqif edən Ədil İsgəndərov olub. Əbəs yerə Azərbaycan
teatrına “İsqenderovskiy teatr” demirdilər ki?! Həm də teatrı məşhur adamlar,
görkəmli teatr xadimləri bu cür adlandırırdılar. Milli kadrlar yetişdirən Ədil
müəllim o vaxt “Azərbaycanfilm”dən erməniləri tamamilə uzaqlaşdırdı.
Deyirdi, gedin ermənifilmdə işləyin. Həmin dövrdə ermənilərin şikayətləri
tutulurdu və buna görə Mərkəzi Komitədən ona çox çözlər gəldi, ancaq Ədil
müəllim bütün bunlara mətinliklə dözdü. Çox baməzə, qayğıkeş insan idi. Mpənə də
çox yaxşılığı keçib. O vaxt “İzxvestiya” qəzetində Elmira Əliyeva adlı bir
nəfərin sifarişlə yazdığı səbatsız-sübutsuz bir məqaləni şişirdib onu işdən
çıxardılar. Teatrın 100 illiyi qeyd olunanda bu cür böyük sənətkarı yada
salmadılar. Bu hadisələr oun çox sarsıdıb incidərək, mənəvi əzablar çəkməsinə
səbəb oldu”.
Teatrşünas
İlham Rəhimlinin dediklərindən: “Ədil İsgəndərov Azərbaycan kino sənətinin milli
kadrlarla təminatında böyük işlər görüb. Onun rejissor poetikasının ən başlıca
prinsiplərindən biri o idi ki, götürdüyü pyesdəki mürəkkəb xarakterlərə aktyor
axtarışı “ağrısını” çəkmirdi. O, həm yaradıcılığına, həm də insani
xüsusiyyətlərinə dərindən bələd olduğu aktyorlara, onların potensial güclərinə
bab gələ bilən repertuar qururdu, truppanın gücünə uybuqn pyesə müraciət edirdi.
Ədil İsgəndərov qədər heç bir rejissor truppadakı öncül aktyorlar üçün üç, beş,
hətta yeddi illik yaradıcılıq plan-prospektinin işlək və estetik mexanizmini
yaratmamışdı. İstər Rza Əfqanlı, istər də Hökümə Qurbanova üçün zirvəyə aparan
sənət qələbələri pilləsinin möhtəşəm, fundamental özülünü məhz Ədil İsgəndərov
qoyub. O həm də milli teatr tarixində yeganə rejissordur ki, onun quruluş
verdiyi “Vaqif” tamaşası səhnədə 1000, “Fərhad və Şirin” 450, “Xoşbəxtlər”
tamaşası isə 350 dəfədən artıq göstərilib”.
Ə.İsgəndərovun
tələbəsi, sevimli aktrisamız əməkdar artist Səidə Quliyevə müəllimini Azərbaycan
incəsənəti üçün böyük itki hesab edir: “Ədil müəllim böyük sənətkar, çox gözəl
insan olub. Mən onun yoxluğunu teatr və incəsənət üçün çox böyük itki sayıram.
Baxmayaraq ki, 27 ildən çoxdur ki, o bizimlə deyil, ancaq onun ruhu daim
bizimlə – onun tələbələrilədir. Nə qədər ki, onun tələbələri yaşayır, nə
qədər ki, Azərbaycan teatrı yaşayır, Ədil müəllim də yaşayacaq. Ədil müəllimin
sənəti həm bizim üçün, həm də gələcək aktyor, rejissor nəsli üçün bir məktəb və
örnək olaraq qalacaq”.
Nüşabə
Səməndər
Müsabiqə
Qarabağ Azadlıq
Təşkilatı Qarabağ mövzusunda ən yaxşı publisistik, analitik yazı, şer, plakat,
karikatura müsabiqəsi elan edir. Ən yaxşı nümunələr “Azad Qarabağ” qəzetində çap
olunacaq, ilin sonunda isə hər nominasiya üzrə qaliblər müəyyən ediləcəkdir.
Arzu edənlər işlərini qəzetimizin ünvanına göndərə bilərlər.
Təşkilat
komitəsi
|
№01
(001) 2006-cı il |
Təsisçi və baş
redaktor:
Akif Nağı
Məsul redaktor:
Adil İrşadoğlu
Baş redaktorun
müavinləri:
İlqar Mehdi, Tahir Məmmədli
Baş redaktor:
Firudin Məmmədli
e-mail:
azad_qarabag@yahoo.com |
Telefon:
510-22-39
Fax:
510-22-08
Ünvan:
Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 75 |
|
Beynəlxalq Bankın
Yasamal filialı.
Bankın kodu:
805562
M/hesabı:
0137010002944
VÖEN:
9900001881
SWIFT: IBAZAZ2X
Müştərinin hesabı:
673785 AZN 382101 |
“Turan”, “Apa”
informasiya agentliklərinin, "Qarabağ
Sənədlərdə",
medianaliz.com, inosmi.ru, arminfo.am, armenpress.am, regnum.ru internet
səhifələrinin materiallarından istifadə olunmuşdur. |
|
Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, "Ekspres" mətbəəsində çap edilib
tiraj 2000 ədəd |
INTERNATIONAL BANK OF AZERBAIJAN
Yasamal Branch
Address:
14h.,
533bl., Inshaatcilar Str., Baku 370073, Azerbaijan.
Tel./Fax:
+(994)(12) 4387486, 4397208, 4316398
Intermediary Bank: Citibank NA, New York, USA
Corr. account: 36083186
SWIFT: CITIUS33
Beneficiary Bank: International Bank of Azerbaijan Republic
Yasamal Branch kod 805562
SWIFT: IBAZAZ2X
Beneficiary: NAGI AKIF QAZAX INN 2000557822
USD only Account #: YSM-673785-USD-3822-01
|