Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 16-cı səhifə

Xocalı Faciəsi

Xocalı faciəsi, ümumiyyətlə, bədnam erməni ekstremistlərinin xəstə başlarının məhsulu olan xəbis niyyətlərini həyata keçirmək, qonşu torpağını zəbt etmək üçün törətdikləri vəhşi qanlı cinayətlər bəşər tarixinin çox nadir hallarda şahidi olduğu alçaqlıqlar sırasındadır. «Sumqayıt qətli»nin dördüncü ildönümündə erməni əcinnələri tarixdə heç bir zaman görünməmiş XOCALI SOÜQIRIMI vəhşiliyini törətdilər. Bu vəhşilik Sumqayıt hadisələrinin 4-cü ildönümünə təsadüf edir. Siyasi ədəbiyyatlarda haqlı olaraq bu heç bir ölçüyəgəlməz vəhşilik GENOSİD – kütləvi qırğın ünvanı alıbdır…

1991-ci ilin oktyabrında Xocalı ilə avtomobil əlaqəsi demək olar ki, kəsilmişdi. Həmin vaxtdan etibarən şəhərlə əlaqə ancaq vertolyotların köməyi ilə saxlanılırdı. 2 yanvar 1992-ci il tarixdə isə elektrik xətti də kəsilmişdi. Son dəfə Xocalıya 13 fevral 1992-ci il tarixdə ərzaq və yanacaqla yüklənmiş hərbi vertolyot (axırıncı mülkü vertolyot 28 yanvarda gəlmişdir) gəldi. Demək olar ki, həmin gündən şəhər erməni hücumu təhlükəsi ilə üz-üzə qalmışdı. Xocalılar başa düşürlər ki, yaxın günlərdə ermənilər şəhərə hücum edə bilərlər. Fevralın 24-də əsir götürülmüş erməni döyüşçüsü də yaxın günlərdə hücum olacağı xəbərini vermişdi. Kömək üçün Bakıya, Ağdama olunan müraciətlər cavabsız qaldı. 25 fevral 1992-ci il tarixdə axşama yaxın Xocalıdan çıxan bütün yollar ermənilər tərəfindən nəzarətə götürüldü. Saat 23.00-da 366-cı motoatıcı alayın zirehli texnikaları, onların arxasınca isə erməni piyadaları 3 tərəfdən böyük qüvvə ilə Xocalı şəhərinə hücuma keçdi. Bu güclü hücumun qarşısını almaq cəmi 160 nəfər döyüşçü üçün (özünümüdafiə qüvvələri ilə xüsusi təyinatlı milis dəstəsi olan OMON-çular) çox çətin olsa da, onlar ölümləri bahasına (bu qüvvələrin böyük əksəriyyəti şəhid oldu) şəhər əhalisinin Xocalını tərk etməsinə imkan yarada bildilər. O gecə Qarqarın soyuq buzlu sularından keçib əsasən Kətik və Naxçıvanik kəndləri tərəfə istiqamətlənən zavallı xocalıları sən demə orada amansız ölüm gözləyirmiş…

1992-ci il fevralın 25-dən 26-na keçən gecə beləcə XX əsrin ən böyük faciəsi – Xocalı qırğını baş verdi. Yüzlərlə günahsız insan – körpə, uşaq, cavan, qoca al qanına qəltan edilərək qətlə yetirildi. Bu hərəkətləri ilə uzun illərdən gizli müharibəyə hazırlaşan torpaqlarımızda məskunlaşmış ermənilər XX əsrin sonlarına yaxın həmin əsrin əvvəllərində olduğu kimi, Azərbaycan xalqının bir daha qənimi olduqlarını sübut etmiş oldular. O dəhşətli gecədə erməni faşistləri quduz canavarlıq nümayiş etdirərək südəmər körpəni də, ağsaqqal və ağbirçək qocanı da gülləborana tutdular. Bu, dinc əhaliyə – azərbaycanlılara qarşı tarixdə misli görünməmiş genosid idi. 26 fevral gecəsi Xocalı şəhərinin adı Qarabağda elan edilməmiş müharibənin qanlı salnaməsi oldu. Həmin gecə erməni cəlladları Xankəndində yerləşən 366-cı alayın yaxından köməkliyilə Xocalıya soxulub onu tamamilə yandırdılar. Kərkicahanın, Malıbəylinin, Meşəlinin ardınca tarixdə misli-bərabəri olmayan Xocalı müsibəti baş verdi. Bu faciə XX əsrin Xatın, Sonqmi və Xirosima müsibətlərindən də acınacaqlı idi. Yüzlərlə həmvətənlərimizin – qocaların, qadınların, körpə uşaqların meyidləri dərələrdə, tərpələrdə, meşələrdə, dağlarda qaldı; girov götürülənlərin başına oyunlar açıldı, erməni qəbirləri üzərində girov düşmüş soydaşlarımızın başları qurbanlıq qoyun kimi kəsildi; ölənlərin kəllə dərisi soyulur, gözləri, ürəyi, çıxarılır, cinsiyyət üzvləri kəsilir, bədənləri deşik-deşik edilirdi. Erməni faşistləri ən alçaq və çirkin hərəkətlərə əl ataraq vəhşicəsinə öldürdükləri körpənin, qocanın meyidləri insanlığa yaraşmayan surətdə təhqir etmişlər.

Biz bu gün ilk növbədə Xocalı həqiqətlərini dünyaya ilkin çatdıran vətənpərvər eloğlumuz Çingiz Mustafayevə, Stefan Benturaya, Rori Patriksə, «Moskvaskiye novosti»nin müxbiri Viktoriya İvlevaya, Ahmed Selə, fransız jurnalist qadın Florens Dəvidə minnətdar olmalıyıq…

Xocalı qırğınını törətməklə insanlığa yaraşmayan vəhşilikləri günazsız, köməksiz, əliyalın insanların taleyinə qanla həkk edən kinli ermənilər məkrli babalarının yolu ilə gedərək xislətlərindəki heyvani hissləri büruzə verib kifayət qədər çoxlu türk qanı içmək taktikasına sadiq qaldıqlarını bir növ sübut etdilər. Xalqımıza qarşı yönəlmiş bu soyqırım ağlasığmaz dəhşətləri və qəddarlığı ilə bəşəriyyət tarixində analoqu olmayan bir vəhşilikdir.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji əhəmiyyətə malik Xocalı rayonu 26 fevral 1992-ci il tarixdə erməni separatizminin, şovinizminin qurbanı olduö. Xocalı şəhəri, rayonun digər yaşayış məntəqələri, erməni quldurları tərəfindən yerlə yeksan edildi, yandırılıb külə döndü. 1905-06 və1917-18-ci illərdə də azğınlaşmış ermənilər Xocalını qarət edərək yandırmışdılar…

Xocalının və ətraf yaşayış məntəqələrinin külünü göyə sovuran İvan Moiseyevin batalyonu olub. Bu batalyon ermənilər arasında məşhur «İvanın vəhşi batalyonu» kimi tanınırdı…

Xocalı hadisəsi zamanı həlak olmuş insanların meyidləri müayinə olunarkən onlarda baş dərisinin soyulması, burun və qulaq qığırdaqlarının kəsilməsi, dişlərin sındırılması, göz almalarının çıxarılması, qadınlarda döşlərin, kişilərdə cinsiyyət üzvlərinin kəsilməsi, müxtəlif kəsici-deşici alətlərlə yetirilmiş xəsarətlər, bütün bədən səthini əhatə edən yanıq kömürləşmə, üzərindən hərbi texnika keçməsi, baş və qarın nahiyəsində, döş qəfəsində, müxtəlif ətraflarda ağlagəlməyən alçaqcasına edilmiş zorakılıq əməliyyatları müşahidə edilmişdir. Faciənin acı nəticələri bunlardır: 623 nəfər şəhid, 1725 nəfər əsir, 8 ailə tamamilə məhv edildi, 215 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirdi. 1000 nəfər xocalılı əlil və şikəst oldu, 150 nəfərin taleyi hələ də məlum deyildir. Tarixə çevrilmiş bu cinayəti, millətimizə vurulmuş bu yaranı heç birimiz unutmamalıyıq, UNUTMAMALIYIQ!..

Dördüncü ordunun 23-cü diviziyanın 366-cı motoatıcı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hərbi əməliyyatlarda ermənilər tərəfə keçib günahsız, dinc azərbaycanlı ailələrini qətlə yetirməsi, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq kifayət qədər fakt və dəlillərlə sübut olunmuşdur. Bəli, həmin gün millətimizin tarixinə qanla yazılan bir gün idi… Öldürülən, qətlə yetirilən azərbaycanlılar çox da dərin olmayan xəndəklərə, çalalara atılır, onların üstü torpaqlanırdı. Gecələr bu çalaların həndəvərində it hürüşməsindən, çaqqal ulaşmasından az qalırdı qulaq tutulsun. Hər yerdən insan cəsədlərinin kəsif iyi gəlirdi. Xocalının, Naxçıvanikin, Kətik dağı aşırımlarının ətəklərində ağappaq qarı insan qanı qırmızıya boyamışdı…

366-cı motoatıcı alayın (bu alay 2 mart 1992-ci il tarixdə axşam radələrində vertolyotlarla (523 nəfərlik şəxsi heyət) Gürcüstanın Vaziani şəhərinə aparılmış, az sonra – 10 martda marşal Şapoşnikovun əmri ilə ləğv edilmişdir) çıxarılmasında və hərbi sursatlarının ermənilərə verilməsində general-polkovnik Qromov, general-leytenant Qrekov, general-leytenant Hakovyan, polkovnik Y.Zarviqarov (24 fevral 1992-ci il tarixdə saat 21.15 dəqiqədə o, general rütbəsi almışdı), polkovnik O.Kraule, deputat Andropov və başqaları iştirak etmişlər. Nəticə bundan ibarət oldu ki, ermənilər 23 ədəd PDM, 3 ədəd ZSU-23-4, 8 ədəd D-30 və başqa döyüş texnikası əldə etdilər. Beləliklə, alayın hərbi texnika və silahlarının təxminən 85 faizi ermənilərin əlinə keçdi. Xocalının alınması planı bir həftə öncə fevralın 20-də tam hazırlanmışdır…

hadisədən az müddət əvvəl Paris yaxınlığında gizli təlim düşərgəsi yaratmış «Asala» erməni terrorçu təşkilatının 26 nəfərli dəstəsi mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə gəlmişdir. Onlar və yerli ermənilər özünümüdafiə adı ilə vuruşan, əslində isə «Asala» terror təşkilatının Xankəndində İllarion Allahverdiyanın başçılığı ilə yaradılmış özəyinin üzvləri başlı-başına buraxılmış 366-cı alayın içərisində öz dayaqlarını yaradıb polkovnik Y.Zarviqarova nəğd 36 min ABŞ dolları «hədiyyə» etmişlər. Bu məsələnin xəbəri 23-cü diviziyanın komandiri Boris Budeykinə çatdıqda o, Zarviqarovun bu hərəkətinə görə – zabit şərəfinə xəyanəti üstündə qovulmasını tələb etmişdir…

366-cı alayın hərbi əməliyyatlarda ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və sursatı ermənilərə verməsi, əslində siyasi əhəmiyyət daşıyırdı. Dördüncü ordu 23-cü motoatıcı diviziya nümayəndələrinin Xocalı əməliyyatında iştirak etmələri üçün bilavasitə şərait yaratmışlar. Dördüncü ümumordu qoşun birləşməsində hər şey demək olar ki, Azərbaycanın əleyhinə yönəlmişdir.

Xocalı hadisəsi ilə bağlı ermənilərin ruslarla əlaqələrinə aid sənədlərin bir qismi 1 mart 1992-ci il tarixdə Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandiri, general-mayor S.Lukaşovun əmri ilə yandırılmışdır. Dağlıq Qarabağda 02270 saylı hərbi hissənin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi Vladimir Savelyevin «Zabit Puqaçov» imzası ilə BMT-yə, Avropa Şurasına və s. orqanlara ünvanladığı «Məxfi Arayış»ında bunlara toxunaraq belə xatırlamalar da öz əksini tapıb: «Ermənilər ruslara məxsus olan «02-19 MM» nömrə seriyalı KAMAZ maşını ilə ərazidə olan azərbaycanlı meyidləri yığıb Xocalıda tonqal qurdular. Mən əsir alınmış azərbaycanlıları sıraya düzüb ermənilərə qoşularaq tək-tək məhv məhv edən və bundan böyük həzz alan rütbə zabitlərinin bəzilərinin adlarını tanıtmaq istəyirəm: polkovnik B.Baymukov – arxa cəbhə üzrə alay komandiririn müavini, mayor Seyran Ohanyan – 2-ci batalyonun komandiri, mayor Yevgeni Nabokix – 3-cü batalyonun komandiri, Çittiyan – 1-ci batalyonun qərargah rəisi, baş leytenant O.V.Mirxayzarov – rota komandiri, V.N.Qarmoş 0 tank rotası komandiri, N.T.Hakopyan – rota komandiri, V.İ.Valilovski – rota komandiri, leytenant İ.S.Abraimov – tank əleyhinə batareya komandiri, S.İ.Patkovski – mühəndis-istehkam rotasının klmandiri, leytenant O.V.Balezni – 3-cü tank rotasının komandiri, leytenant Xrinxua – kəşfiyyat bölməsinin rəisi, A.V.Smakin – tank bğölməsinin komandiri, V.İ.Bondarpriyev – kəşfiyat rəisinin müavini, A.İ.Kulov – radio-kimyəvi bölməsinin rəisi və eləcə də, daha 41 nəfər milliyyətcə erməni olan kiçik rütbəli şəxslər… Bəli, bu adamlar bz mənfur əməlləri ilə təkcə

 Xocalılara yox, bütün bəşəriyyətə qarşı ən amansız qətllərin birbaşa iştirakçısına çevrildilər...

Xocalı soyqırımından 14 ildən də artıq vaxt keçsə də, hələ də beynəlxalq təşkilatlar XX əsrin bu dəhşətli faciəsinə – Xocalı əhalisinə qarşı misli görünməmiş genosid hadisəsinə düzgün və lazımi siyasi qiymət verməyibdir. Doğrudur, Xocalı qırğını Amerika Konqresi tərəfindən 1992-ci ilin faciəsi elan edildi. Xocalı soyqırımı Azərbaycanın tarixinə xalqımızla bərabər bütün dünyanı qorxudan siyasi aksiya kimi yazıldı. Amma Xocalı əməliyyatının koordinasiyasının müəllifləri hələ də öz layiqli cəzalarını almamışlar. Görəsən, hamımız üçün son dərəcə dözülməz olan ağır Xocalı dərdimizə siyasi və mənəvi çarə olacaqmı?..

Yəqin ki, bu və buna bənzər digər sualların cavabını ZAMAN özü açıqlayacaqdır…

BAŞ HƏRBİ CANİLƏR

       

R.Köçəryan                                                                                   A.Qukasyan

Ermənistanda terror dövlət səviyyəsində himayə edilir. Ermənistan və Dağlıq Qarabağdakı rejimlərə terrorçular Robert Koçaryan və Arkadi Qukasyan rəhbərlik edir.

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 15 16

Sənədin sonuncu korrektə tarixi: 25/2/2006 - 15:17:48
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.027911