Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 2-ci səhifə

Qarabağ məhbuslarına azadlıq!

Vüsal İsayev

 

Əlirza Babayev

 

Rövşən Bədəlov

 

Yaşar Məmmədov

 

Qəhrəman Şəfəqatov

 

Məmməd Məmmədov

Ramil Səfərov

Müşfiq Qurbanov

Xızır Marqaşvili

Ədalət Ağayev

Feyruz Babayev

Fariz Hacıyev


Oğlunun yolunu gözləyən ana

Bu yazımda sizə Qarabağ partizanlarından, daha doğrusu, onların birindən söhbət açacağam. Ancaq söhbətə bir qədər uzaqdan başlamaq istəyirəm.

Partizan dedikdə, o an göz önünə qanlı müharibə gəlir. Partizan dedikdə, göz önünə müharibələrdə qan tökmüş, həyatını qurban vermiş cəsur, fədakar oğullar gəlir. Əgər partizanlar düşmənə arxadan öldürücü zərbələr endirməsəydilər, bəlkə də keçmiş SSRİ ikinci dünya müharibəsində qalib gələ bilməzdi. Məhz bu gün – Qarabağın düşmən tapdağında olduğu vaxtda, bizə ermənilərin nəfəsini kəsəcək partizan müharibəsi, igid partizan oğullar gərəkdir. Tarizimizdən bilirik ki, Azərbaycan xalqı igid, mərd xalq olub, heç vaxt düşmənə əyilməyib, onun qabağından qaçmağı qeyrətinə sığışdırmayıb. Xalqımızın bu gözəl keyfiyyətləri ilə həmişə fəxr etmişik. O cür qorxmaz, cəsur, qeyrətli oğullarımız bu gün də var, həmişə olub və olacaq da.

Üç il əvvəl cəsur gənclərimizdən 22 nəfər Qarabağda partizan hərəkətına başlamaq üçün bir yerə yığışmışdı. Onların hər biri, kimisi maşınını, kimisi başqa qiymətli əşyasını sataraq, öz vəsaitləri hesabına Gürcüstana gedərək hərbi təlim keçmiş və silah almışlar. Ayrı-ayrı bölgələrdən olan və əksəri subay oğlanlardan ibarət bu dəstəyə tərtərli Rövşən Bədəlov başçılıq edirmiş. Bu fədakar gəncləri işğal altında olan torpaqlarımızın iniltisi, Qarabağ qızlarının tapdanmış namusu, valideynlərini itirmiş, süngülərə taxılmış körpələrimizin ah-naləsi, şəhidlərimizin incik ruhu və nəhayət, düşmənə olan nifrət bir yerə toplayaraq bu addımı atmağa məcbur etmişdir. Ancaq necə deyərlər, «sən saydığını say, gör Fələk nə sayır». Onlar artıq hazır vəziyyətdə, Qarabağa yola düşmək ərəfəsində olanda hamısını həbs etdilər. Bu hadisə 2003-cü ilin avqust ayında olub. İndiyə qədər onların yarısı həbsdən azad olunsa da, hələ yarısı içəridə – həbsdədir. Aralarında hətta ömürlük həbs cəzasına məhkum olunanı da var. İndi sizə məhz o gənc – hazırda Qobustan həbsxanasında cəza çəkən Məmməd Əli oğlu Məmmədov haqqında danışacağam. Daha düzgün desək, Məmmədin haqqında redaksiyamıza təşrif buyurmuş anası Təranə xanım danışır, mən isə onun danışdıqlarını qələmə alıram.

Məmməd 1983-cü ildə Bakıda doğulub. Heç valideynləri də Qarabağlı deyil, anası gürcüstanlı, atası ermənistanlıdır. Binəqədi rayon 246 saylı orta məktəbi bitirib. Atasını vaxtsız itirib. Onu və bacısını anası təkbaşına, necə deyərlər, «kipriyi ilə od götürərək» böyüdüb. Təranə xanım oğlu haqqında dərin niskillə, göz yaşları içində danışındı. Oğlu ömürlük həbs cəzasına məhkum olunmuş ananın bu böyük kədərində bir qürur, fəxarət hissi də var idi: «Məmməd hələ məktəbli ikən televizorda Xocalı hadisələrinə baxanda, heç dözmürdü. Deyirdi, ana, müharibə olsa birinci gedəcəyəm. Gərək vətən yolunda canımı qurban verəm. Elə indi də deyir, əgər burdan çıxsam, müharibə başlayanda, ön cəbhədə olacağam».

Məktəbi bitirdikdən bir az sonra anasına heç bir şey söyləmədən yoldaşlarına qoşulub Gürcüstana hərbi təlim keçməyə gedib. Təranə xanım 7 ay oğlunu görmədiyini deyir. Bu 7 ay ərzində Məmməd hərdənbir anasına zəng vurub Gürcüstanda oxuduğunu söyləyirmiş. Anasının dediyinə görə, Gürcüstandan qayıdanda heç bir əsas qoymadan, şəhərdə Məmmədi tutublar və qanunsuz silah gətirdiklərinə görə ona həbs cəzası kəsilib. 5 ay həbsjdə qaldıqdan sonra Məmməd şərti cəzayla azad olunub. Aradan heç bir il keçməmiş, 2003-cü ilin avqust ayında Mməmməd yenidən həbs olunub: «Tutulan günü oğlum bir neçə partizan yoldaşı ilə birlikdə Xətai metro stansiyası yaxınlığındakı parkda olub. Mülki formada olan bir neçə adam Məmmədə yaxınlaşaraq onu tutmaq istəyiblər. Məmməd qaçıb, adamlar da ardınca. Məmmədin dalınca qaçanlar silah işlətdiklərindən, oğlum parkdan çıxıb özünü maşın yoluna verib ki, parkdakı adamlara güllə dəyməsin. Təqibdən qurtarmaq üçün Məmməd özü də silahdan istifadə edib. Ancaq oğlum deyir ki, sadəcə onu təqib edənləri qorxutmaq məqsədilə gülləni göyə atıb. İndi deyirlər ki, guya polislərdən ölən olub. Axı, ay bala, ölənin də bir sahibi olar və ortaya çıxıb deyər ki, sənin oğlun mənim oğlumu, yaxud qardaşımı, qohumumu öldürüb. Məlum deyil ölən kimdir, ortada heç kim yoxdur, amma deyirlər ki, oğlun adam öldürüb. Heç Məmmədin üzünə duran şahid də yoxdur».

2004-cü il aprelin 17-də Ağır Cinayətlərə Dair Məhkəmədə Məmmədin məhkəməsi olub və ona ömürlük həbs cəzası kəsilib. Məhkəmə qapalı keçdiyinə görə, Təranə xanım oğlunun məhkəməsində iştirak edə bilməyib: «Məhkəmə qapalı olduğuna görə heç kəsi içəri buraxmadılar. Polislər məni əd itələyib pilləkəndən yıxdılar. Hakim Ənvər Seyidov oğluma ömürlük həbs cəzası kəsdi. Apellyasiya məhkəməsinə müraciət etdim. Birinci məhkəmədən 20 gün sonra oğlumun işinə yenidən baxıldı. Bu dəfə də hakim Rəsul Səfərov işə baxıb dedi ki, oğlunuza ömürlük həbs cəzası kəsilib, qanun qüvvədə qalır. 20 yaşlı uşağa ömürlük həbs cəzası kəsmək olarmı?! Mən bilmək istəyirəm, mənim uşağım hansı cinayəti törədib?!»

Dediyinə görə, Təranə xanım oğlunun istintaqı getdiyi günlər üç dəfə respublika prokurorunun qəbulunda olub. İşə nəzarət etməyə söz versələr də, sözlərinə əməl etməyiblər. Oğlunun vəkili Səyyad Məmmədov da heç bir iş görməyib. Bu ilin yanvar ayında ana Ali Məhkəməyə müraciət edərək, oğlu üçün yeni vəkil - Osman Kazımovu tutub. Hələlik məhkəmənin vaxtı təyin olunmayıb. Təranə xanım ümidlə yeni məhkəməni gözləyir: «Oğlumu o qədər döyüb, işgəncə veriblər ki, beyindaxili travma alıb. Həbsxanada möhkəm xəstə oləb, baxmayıblar. Gün ərzində yarım saatlığa havaya çıxarırlar. İstintaq getdiyi 8 ay müddətində oğlumla görüşməyə icazə vermədilər. İndi də 4 aydan bir görə bilirəm. Axı 4 ay çox gecdir, heç olmasa 2 ayda bir dəfə görüş versinlər».

Ana danışmırdı. Ana fəryad edirdi. Yeganə oğlundan əli üzülən ananın gözlərində sonsuz kədərlə bərabər, bir yalvarış var idi: «İstəyim odur ki, oğlumun işinə yenidən baxılsın. Ömürlük həbs cəzası ləğv edilərək, illə əvəz olunsun. Neçə il verirlər-versinlər, ancaq bilim ki, oğlum gələcək. Bilim ki, həyatda nə üçün yaşayıram. Mən də gözümü ona dikmişəm, minbir əziyyətlə onu böyütmüşəm».

Ağlar gözlü ananın qarşısında dayanmaq çox çətin idi. Özümü güclə ələ alıb, bütün iradəmi toplayaraq onu dinləyirdim. Ondan, əgər oğlun həbsdən azad olunsa və müharibə başlasa, oğlunu müharibəyə getməyə icazə verərsənmi? – soruşduqda, vüqarla cavab verdi: «Niyə qoymuram?! Lazım gəlsə, özüm də gedərəm. Hamı oğlunu gizlətsə, bəs Qarabağ uğrunda kim vuruşar?!»

Ümidsiz, dərdli vaxtında bu cür cavab verməsi məni də fərəhləndirdi və ürəyimdə dedim: «Eşq olsun Azərbaycan qadınına! Eşq olsun vüqarlı, qeyrətli ANALARIMIZA!»

Hər şeyi bir kənara qoyub, bu məsələyə mən də qanunun gözüylə baxmaq istədim. Deyək ki, bunlar qanunsuz silah alıb dəstə düzəldiblər və buna görə də, məsuliyyətə cəlb olunmalıdırlar. Ancaq bunun üçün ömürlük həbs cəzası, çox böyük cəza deyilmi?

Kaş bütün qanunsuzluqlar belə olsun. Kaş bütün Azərbaycan oğullarının silahları ermənilərə tuşlansın. Hər bir azərbaycanlı, çox demirəm, bircə erməni öldürsə, onların kökü kəsilər. Nə qədər ki, dünyada erməni var, bu düşmənçilik davam edəcək, əsrlər keçdikcə də tarix təkrarlanacaq. Tarixin təkrar olunması üçün onların torpaqdan kökünü qazımaq lazımdır.

Orxan


Gürcülər müharibəyə hazırlaşır

Rusiya mətbuatında Gürcüstanın Abxaziyada müharibəyə başlayacağı ilə bağlı məlumatlar yayılır. Konkret olaraq göstərilir ki, Gürcüstan silahlı qüvvələri və partizanları qarşısında rəhbərlik tərəfindən bu ilin mart ayında hərbi əməliyyatlara başlamağa dair vəzifələr qoyulmuşdur. Sürətli lokal əməliyyatlar nəticəsində 3 rayonun-Qali, Oçamçiri və Tkvarçilinin dərhal azad olunması nəzərdə tutulur. Bu məlumatlar “Ağ legion” partizan qruplaşmasının rəhbəri Zurab Samuaşvilinin bir az əvvəl verdiyi bəyanatla da təsdiq olunur. O, bildirmişdir ki, partizan dəstələrinin fəaliyyətinin bərpasına başlayır.

Ötən ilin sonunda Abxaziya ilə inzibati sərhədin 60 km-liyində yerləşən Senaki şəhərində (Qərbi Gürcüstan) amerikalıların köməyi ilə NATO standartlarına uyğun hərbi baza yaradılmışdı. Gürcüstan müdafiə nazirliyinin təyyarə, vertolyot, zirehli hərbi texnika ilə hərtərəfli təmin etdiyi 2-ci Kutaisi briqadası burada yerləşdirilmişdir. Mütəxəssislərin fikrinə görə,məhz burada cəmləşdirilmiş qoşun hissələri Abxaziyaya daxil olacaqdır.

Abxaziyada müharibənin yaxın vaxtlarda başlayacağı ehtimalı nüfuzlu “Stratfor” mərkəzi tərəfindən də səsləndirilmişdir. Bu mərkəz bir sıra olkələrin xüsusi xidmət orqanları, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə yaxın əlaqələriylə tanınır. Gürcüstanda isə yanvarın 30-dan martın 15-ə qədər orduya plandan kənar cağırış keçirilir. Gürcüstan hərbiçiləri yaxın vaxtlarda Abxaziya və Osetiyada vəziyyətin gərginləşəcəyi ilə bağlı fikirlərini açıq deyirlər.

Saakaşvili nə istədiyini yaxşı bilir və inadla istədiklərinə nail olmağa çalışır. Görəsən bizimkilər də nə istədiklərini bilirlərmi? Bilsəydilər həmsədrlərin yumşaq yerlərini dəsmallamaqla məşğul olmaz, Robikin, Karenin qabağına qaçıb murdar əllərini sıxmazdılar.

Alim Əsgər


Allah rəhmət eləsin

Akif Nağı, QAT Ağsaqqallar Şurası, İdarə heyəti
Seyid Məhəmməd ağanın
vəfatı ilə əlaqədar ailə üzvlərinə, yaxınlarına
dərin hüznlə başsağlığı verirlər.

Akif Nağı, QAT Ağsaqqallar Şurası, İdarə heyəti
Yılmaz Axundovun
vəfatı ilə əlaqədar ailə üzvlərinə, yaxınlarına
dərin hüznlə başsağlığı verirlər.

Akif Nağı, QAT Ağsaqqallar Şurası, İdarə heyəti
Mehdi Mehdiyevə
anasının
vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər.

Akif Nağı, QAT Ağsaqqallar Şurası və İdarə Heyəti
Kəmaləddin Əsgərlinin
vaxtsız vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Akif Nağı, QAT Ağsaqqallar Şurası və İdarə Heyəti Kamil və Qabil Quliyevlərə qardaşları
Şamil müəllimin
vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər.

İxtiyar Bəxtiyarlı, Ariz Xəlilov, Yaşar Hacızadə Kamil və Qabil Quliyevlərə qardaşları
Şamil müəllimin
vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər.

Akif Nağı, QAT Ağsaqqallar Şurası və İdarə Heyəti Yeganə və Təranə Məmmədovalara ataları
Tahir müəllimin
faciəli vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər.

 

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 2 3 ... 16

Sənədin sonuncu korrektə tarixi: 25/2/2006 - 15:16:27
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.01227