|
Azad Qarabağ - 7-ci səhifə
Azərbaycan-Ermənistan müharibəsi
II
mərhələ (yanvar 1990-cı il - avqust 1991-ci il)
Partizan müharibəsi
Erməni tərəfi
Azərbaycanda situasiyanın dəyişməsini diqqətlə izləyir və yararlanmağa
çalışırdı. Fövqəladə Vəziyyət (FV) rejimi Ermənistana aid edilməmişdir.
Müxalifətin hərbi qruplaşmaları bu vəziyyətdən istifadə edərək Daxili İşlər
Nazirliyi və digər qurumların bütün silah arsenalını ələ keçirmişdi. 1990-cı
ilin yanvar-fevral ayları ərzində onlar 6179 atıcı silah, 19 zirehli texnika,
133 doluvuran qurğu, 17 “Alazan” qurğusu, 3 minomyot, 13 min mərmi və raket,
1921 ton partladıcı maddə, çoxlu sayda nəqliyyat və rabitə vasitələri ələ
keçirmişdilər. Bu qruplaşmalar mart ayından başlayaraq SSRİ daxili qoşun
hissələrinin də bir hissəsini tərksilah etmişdilər. Zaqafqaziya hərbi dairəsinin
əlahiddə alovvuran batalyonu da tərksilah edilmişdi. Dəmiryol stansiyalarının
birində 15 ədəd T-72 tankını ələ keçirmişdilər, lakin sonradan geri qaytarmalı
oldular.
1990-cı ilin yanvarında Dağlıq Qarabağda FV rejiminin gücləndirilməsi erməniləri
öz fəaliyyətlərini bir qədər məhdudlaşdırmağa məcbur etdi. Onlar sərhəd boyu
ərazilərdə fəallıqlarını artırdılar. Mart ayında erməni dəstələri Qazax
rayonunun yaşayış məntəqələrinə qarşı ilk əməliyyatı keçirdilər. Bu ilin yaz-yay
aylarında ermənilərin doluvuran topların istifadəsilə edilən hücumları
nəticəsində Azərbaycanın 7 sərhəd rayonunda, həmçinin Naxçıvanda dinc sakinlər
içərisində tələfatlar oldu, dağıntılar törədildi.
1990-cı ilin ortalarında Ermənistanda 15 min nəfərin daxil olduğu hərbi
qruplaşmalar mövcud idi. 10 min nəfərin daxil olduğu erməni milli ordusu deyilən
qruplaşma əsasən sərhədboyu ərazilərdə, qismən Qarabağda fəaliyyət göstərirdi.
Muş, NART, Adana, Aydat, Tiqran, Mes və digər qruplaşmalarda 50-dən 700-ə qədər
erməni döyüşçüsü iştirak edirdi. Bu qruplaşmaların ixtiyarında 30-a qədər
zirehli texnika, 150-yə yaxın doluvuran qurğu, 20-dən artıq Mi-4, Mi-8
vertalyotları və s. var idi.
1990-cı ilin avqustunda Erməni Milli Ordusu (EMO) Ermənistan-Azərbaycan
sərhədlərinin şimal-qərb hissəsində hərbi əməliyyatları intensivləşdirdi.
Avqustun 19-22-də düşmən Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrinə geniş
hücum təşkil etdi. Bu açıq hücum cəhdindən sonra Zaqafqaziya hərbi dairəsinin
rəhbərliyi əks zərbələrin vurulması ilə bağlı qərar qəbul etdi. Nəticədə
ermənilər ciddi itkilərə məruz qaldılar. Bu uğursuzluq EMO-nun sıralarında ciddi
sarsıntılara səbəb oldu. Prezident L.Ter-Petrosyan yaranmış vəziyyətdən ölkədə
öz mövqeyini gücləndirmək üçün istifadə etdi. O, İrəvanda FV rejimi tətbiq etdi,
EMO rəhbərliyini neytrallaşdıraraq, onların tabeliyində olan hərbi birləşmələri
özünün hərbi hissələrinin tərkibinə daxil etdi.
Münaqişənin 3-cü ilində erməni tərəfi silahlı mübarizənin aparılması üçün
terrordan geniş şəkildə istifadə etməyə başladı. Terror aktları Qarabağdan kənar
ərazilərdə, həmçinin Şimali Qafqazın və Zaqafqaziyanın yaxın rayonlarında həyata
keçirildi. Bu zaman müasir partlayıcı vasitələrdən geniş istifadə olunurdu.
1990-1991-ci illərdə Rostov-Bakı dəmiryolunda, Tiflis-Bakı avtomobil
magistralında, Bakı-Krasnovodsk bərə nəqliyyatında dəfələrlə diversiyalar
törədildi, çoxlu sayda sərnişin bu aksiyaların qurbanı oldu.
Azərbaycan rəhbərliyi bu şəraitdə müəyyən tədbirlər həyata keçirməyə, müstəqil
hərbi qüvvələr yaratmağa cəhdlər göstərərək, 1990-cı ilin ortalarından etibarən,
Qarabağın təhlükəsizliyinin təmin olunması üçün bəzi addımlar ata bildi.
Payızda Respublika Daxili İşlər Nazirliyi nəzdində Xüsusi Təyinatlı Milis
Dəstəsi yaradıldı. Erməni təcavüzünə qarşı yaradılmış bu qruplaşmaya ilk vaxtlar
üç mindən artıq döyüşçü daxil idi. Onlara məhdud miqdarda, əsasən köhnəlmiş
texnika verildi.
1991-ci ilin yanvarında erməni hərbi qruplaşmaları yenidən fəallaşdılar. Daxili
Qoşunların postlarını daha tez-tez atəşə tutmağa başladılar, fövqəladə vəziyyət
rayonu komendaturasının bir neçə zabiti öldürüldü. Azərbaycanlıların yaşadıqları
məntəqələrin üzərinə hücumların sayı artdı. Daha çox fəallıq Qarabağın şimal
hissəsində müşahidə olunurdu. Burada, Şaumyan-Gülüstan-Aterk möhkəmləndirilmiş
hərbi bazasında 5 min nəfərlik erməni birləşmələri yerləşdirilmişdi. Hərbi
mühəndis qurğuları ilə təmin edilmiş bu baza çətin keçilən dağ zonasında
yaradılmışdı. Onun ərazisində hərbi sursat ambarları, rabitə şəbəkəsi,
vertolyotların enməsi üçün meydançalar mövcud idi. Buradakı hərbi birləşmələrin
təchizatı hava ilə Ermənistandan təmin edilirdi. Digər baza rayonu Qarabağın
cənubunda, Hadrut rayon mərkəzindən qərbə doğru ərazidə yaradılmışdı. 1991-ci
ilin yazında SSRİ rəhbərliyi Qarabağda hərbi bazaların ləğvi ilə bağlı qərar
qəbul etdi. Bizdə əməliyyatlara Zaqafqaziya hərbi dairəsinin 23-cü motoatıcı
alayı, SSRİ DİN Daxili Qoşunlarının 19-cu diviziyasının ayrı-ayrı xüsusi
təyinatlı dəstələri, Azərbaycan XTMD-i cəlb edilmişdi. Bu birləşmələr aprelin
30-da Çaykənd istiqamətində əməliyyata başladılar. Mayın 3-də gərgin döyüşlərdən
sonra erməni dəstələri bu məntəqələrdən çıxarıldılar. Cənub bölməsində də
(Hadrut ətrafında) Azərbaycan XTMD-ləri mayın 1-dən 10-a qədər düşmənin bir sıra
dayaq məntəqələrini ləğv etdilər. Ermənilər ciddi itkilər verərək, geri
çəkilməli oldular. Əməliyyat nəticəsində Çaykənd və onun ətrafı düşmənlərdən
təmizləndi. Lakin SSRİ rəhbərliyi axıra qədər prinsipial mövqedə qalmadı. Mayın
15-də əməliyyat yarımçıq dayandırıldı.
Yaranmış operativ sakitlikdən erməni tərəfi qüvvələri yenidən qruplaşdırmaq və
itkilərin yerini doldurmaq üçün istifadə etdi. İyulda Goranboy rayonunun
içərilərinə doğru irəliləmək istəyən Xüsusi Təyinatlı Milis dəstələrimiz erməni
bandqruplaşmalarının ciddi müqaviməti ilə rastlaşdılar. Ağır döyüşlərdən sonra
Azərbaycan XTMD-si Manaşid, Buzluq, Erkec dayaq məntəqələrini düşməndən
təmizlədi.
Hazırladı:
Adil İrşadoğlu
Azərbaycan-Ermənistan Müharibəsi
Beynəlxalq
Təşkilatlarda
Ermənistan ilə Azərbaycan arasındakı müharibə, ilk günlərdən etibarən beynəlxalq
təşkilatların diqqət mərkəzində olub. Xüsusilə, bu iki ölkənin müstəqilliklərini
əldə etməsi və beynəlxalq təşkilatlara üzv olmasına paralel olaraq, problem
müxtəlif təşkilatlarda müzakirə edilmiş və mövzuya dair çox sayda qərar qəbul
edilmişdir.
İlk olaraq, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Konfransı (ATƏM; indiki Avropa
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı-ATƏT) çərçivəsində problemin sülh yoluyla
həlli üçün cəhd göstərilib. 2 Mart 1992-ci ildə Azərbaycan və Ermənistan BMT-yə
üzv alınarkən BMT iki ölkə arasındakı problemin həlli için ATƏT-ə səlahiyyət
verdiyini bəyan etmişdir. Bu istiqamətdə, ATƏT səlahiyyətlilərinin bölgəni
ziyarətlərindən sonra, 24 Mart 1992-ildə Helsinkdə toplanan ATƏT Xarici İşlər
Nazirləri Şurası, bölgədəki vəziyyəti dəyərləndirib və deklarasyanın
3.11.
maddələrində problemin həlli üçün Belarusiyanın Minsk şəhərində bir konfrans
çağırılmasının qərarlaşdırıldığı ifadə edilib.
9
maddədə konfransın iştirakçıları kimi Azərbaycan, Almaniya, ABŞ, Ermənistan,
Belorusiya, İsveç, İtaliya, Fransa, Rusiya,Türkiyə,Çexiya, və Slovakiya Federal
Respublikası (cəmi 11 dövlət) müəyyən edilib. BMT Təhlükəsizlik Şurasının 26
Mart tarixli toplantısında, məsələyə birbaşa müdaxilə ediməməsi və ATƏT-in
addımlarının dəstəklənməsin qərarlaşdırılıb. Bu şəkildə başdayan prosesde indiyə
qədər heç bir ciddi addım atılmayıb. Belə ki, Minsk Konfransı hər dəfə
Ermənistanın müxtəlif tələblər irəli sürməsi səbəbiylə hələ gerçəkləşdirilməyib.
Qurularkən bir sədri olan ATƏT-in Minsk Qrupuna sonra iki həmsədr, daha sonra
qrupun fəallığını artırmaq məqsədiylə ABŞ, Rusiya və Fransadan olan üç həmsədr
təyin, lakin illərdi bu həmsədrlərin apardığı fəaliyyətlər problemin həlli
istiqamətində heç bir real addımla yadda qalmayıb.
BMT məsələni ATƏT-ə həvalə etsə də, 1993-cü il aprel ayının əvvəllərində
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsiylə əlaqədar
BMT təhlükəsizlik Şurasının fövqəladə toplantısı çağırılıb.Təhlükəsizlik
Şurasında daimi üzvlərdən Rusiyanın açıq ABŞ və Fransanın üstüörtülü olaraq
Ermənistanın tərəfini tutması Təhlükəsizlik Şurasının Ermənistan işğalçılığını
göstərən açıq qərar qəbul etməsini çətinləşdirirdi. Azərbaycanın ciddi
diplomatik cəhdləri nəticəsində 30aprel 1993-cü il tarixində Təhlükəsizlik
Şurası Azərbaycan- Ermənistan münaqişəsini və kəlbəcər işğalı mövzusunu müzakirə
və 15 üzvün hamsının ortaq qərarı ilə 822 nömrəli qətnaməni qəbul edib.
Qətnamədə Təhlükəsizlik Şurası sədrinin mövzuya dair daha öncə verdiyi
bəyanatlara və təqdim etdiyi raportlara da istinad edilərək, Azərbaycan ilə
Ermənistan arasında münasibətlərin səviyyəsinin pisləşməsindən, silahlı hərbi
əməliyyatların güclənməsindən, Azərbaycan Respublikası Kəlbəcər rayonunun
ermənilər tərəfindən (ölkəadı kimi qeydedilmir) işğal edilməsindən duyulan
narahatlıq ifadə edilib, beynəlxalq aləmə qəbul edilən sərhədlərin
pozulmazlığına, torpaq əldə etmək üçün qüvvə tətbiqinin yolverməzliyinə, bütün
dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsi prinsipləri
də vurğulanaraq 5maddə sıralanıb.Bu maddələrdə atəşin dayandırılmasının
vacibliyi və işğalçı güclərin Kəlbəcər rayonundan və Azərbaycanın son dövürlərdə
işğaledilmiş digər rayonlarından dərhal çıxarılması tələb edilirdi.
Qərarda Azərbaycan üçün müsbət nüanslar olsa da ümumən iki ölkə arasında
tənasüdün (balansın) qorunması diqqət çəkirdi. Belə ki, bir “Ermənilərin
işğalından,”Kəlbəcərin və digər işğal edilən bölgələrin boşaldılmasının
vacibliyindən”bəhs edilmiş,ancaq Azərbaycanın israrlı tələblərinə baxmayaraq
işğalçı dövlət olaraq Ermənistanın adı açıqca qeyd edilməmişdi. Ancaq
münaqişənin tərəflərindən biri kimi keçmiş ”Dağlıq Qarabağ Muxtar Vilayəti”-nin
deyil, Ermənistanın adının qeyd olunması,dolaysı ilə də olsa Ermənistanın
işğalçı olduğunun ifadəsiydi. Yəni iki münaqişəçi ölkə var. Bunlardan birinin
ərazisi işğal edilir. Qərarda açıq yazılmasa da işğalçının kim olduğu açıq idi.
Sonrakı dövrlərdə Azərbaycan bir çox bölgəsi bənzər şəkillərdə işğal edildi və
BMT Təhlükəsizlik Şurası 853 nömrəli 29 iyul 1993-cü il tarixdə, 874 nömrəli14
oktyabr 1993-cü il tarixdə və 889 nömrəli 11 noyabr 1993-cü il tarixində bənzər
qərarlar qəbul etdi. Bu qərarların hamısında problemin Azərbaycan torpaqlarının
işğala məruz qaldığı ifadə edilərək, işğal edilmiş torpaqların dərhal azad
edilməsinin vacibliyi vurğulanıb. Ancaq bu qərarların heç birisi praktik olaraq
bir məna kəsb etməyib.
Problemə dair Avropa Şurası (AŞ) və Avropa birliyi (AB) tərəfindən də qərarlar
verilib. Bunlar, BMT Təhlükəsizlik Şurasının əlaqədar qərarlarına da təmas
edilərək bu qərarların tətbiq olunması istənilən və təəssüf ki, Azərbaycan
torpaqlarının işğal edilməsi faktı xüsusi olaraq vurğulanmırdı. Qərarlarda
xüsusilə bölgədəki gərginlikdən duyulan narahatçılıq və münaqişəninhəlli
olunması üçün lazımi cəhdlərin göstərilməsinin vacibliyi ifadə edilirdi. Sadəcə,
Avropa Şurası ParlamentAssambleyasının 2005-ci ilin yanvarındakı qərarı ciddi
bir istisna olub. Azərbaycan diplomatiyasının uğuru olan bu qərərda Azərbaycan
torpaqlarının Ermənistanın işğalı altında olduğu açıq qeyd olunub.
Beynəlxalq təşkilatlar içərisində Azərbaycan torpaqlarının ermənistan tərəfindən
işğalına aid ən sərt bəyanatlar İslam Konfransı Təşkilatından gəlib. Təşkilat
demək olar ki, bütün toplantılarında mövzu ilə əlaqədar açıq ifadələrə,
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qınayan bəyanatlar
verib. Təşkilat qərarlarında həm Ermənistandan işğal etdiyi Azərbaycan
torpaqlarını dərhal tərk etməsini tələb edib, həm də BMT başda olmaqla bütün
beynəlxalq təşkilatlara müraciət edərək, bu işğalın ortadan qaldırılması üçün
lazımi səylər göstərmələrini istəyib.
Araz Aslanlı,
Türkiyə
|