Azad Qarabağ - 8-ci səhifə
|
BAŞ HƏRBİ CANİLƏR |
|

R.Köçəryan
A.Qukasyan |
|
ERMƏNİLƏRƏ DƏM TUTANLAR |
|

Y.Merzlyakov
S.Mənn
B.Fasye
V.Kazimirov |
Daşnaq medalı
Venesiyanın Mxitaryan
ruhanilərinin rəhbəri Komitas Manukyanın təşəbbüsü ilə 1894-cü ildə «Artsax»
adını ala bilən bir medal təsis edilmişdir. Medalın üz tərəfində erməni dilində
«Qarabağ bizimdir» və «Qarabağ bizim Artsaxdır» sözləri yazılmışdır. O medalın
digər tərəfində isə «Ey erməni xalqı, sənin yeganə qurtuluşun – gücündədir. Mərd
olsaq, tərəfdarlarımız çoxalacaq» sözləri həkk olunmuşdur. Bu medalın şəkli
Azərbaycanın 8 rayonunun işğalından əvvəl «Sovet Qarabağı» qəzetinin 25 avqust
1989-cu il tarixli nömrəsində dərc edilmişdir. İndiki Ermənistanın xəritəsi
təsvir olunmuş bu medalın üz tərəfində həmçinin Dağlıq Qarabağ bu ölkənin
ərazisi kimi göstərilmişdir.
Medal
mədəniyyət, ədəbiyyat, incəsənət, həmçinin dənizdən dənizə «Böyük Ermənistan»
yaratmaq və onun ayrılmaz hissəsi olan Qarabağ, Naxçıvan və Azərbaycanın digər
torpaqlarının ələ keçirilmsinə öz töhfəsini vermiş keçmişin, hazırkı dövrün və
gələcəyin xadimlərini mükafatlandırmaq üçün təsis edilmişdir.
Erməni müəllifi Z.Balayanın 1996-cı ildə Vanadzorda çapdan çıxmış
“Ruhlarımızın dirilməsi” kitabından (səh. 260-262) bir parça:
“ ...Ancaq ürəyi çıxarılaraq qəm oduna atılmış erməni xalqının övladı bu
sətirlərdən fəxr duya və həzz ala bilər. Mən də vətəndaş şərəfi və müqəddəs kişi
borcunu yerinə yetirərək bu eybəcər monqol nəslini məhv etməklə məşğul olurdum.
Biz Xaçaturla onların saxlandığı zirzəmiyə düşəndə əsgərlərimiz artıq uşağı
biləklərindən pəncərə çərçivəsinə mıxlamışdılar. Uşağın çox səs-küy salmaması
üçün Xaçatur öldürülmüş anasının döşünü kəsib onun ağzına soxdu. Sonra mən bu 13
yaşlı türkün başına onun əcdadlarının bizim uşaqların başına gətirdiklərini
gətirdim. Mən onun başının, sinəsinin və qarnının dərisini soydum. O, qan
itirməsindən 7 dəqiqə sonra öldü. Mən ilk peşəmə görə həkim-humanist kimi bu
uşağın başına gətirdiklərimə görə özümü xoşbəxt hiss etmirdim. Ancaq ruhum
sevinirdi, ona görə ki, mən xalqımın ağrılarının heç olmasa yüzdə birinə görə
qisas almışdım.
Xaçatur uşağın cəsədini parçalayaraq itlərə atdı, bu türk özü də həmin itlərdən
törənmişdir. Axşam bu türk murdarlarından üçünü də həmin qaydada öldürdük. Mən
bir erməni, vətənpərvər və vətəndaş kimi öz borcumu yerinə yetirdim. Mən
Xaçaturun da, o birilərinin də gözlərində qisas ruhu və güclü humanizm gördüm.
Sonra mənim uşaqlıq dostum mayor Suren dedi: “Biz vəhşi deyilik, lakin biz
soyuqqanlığımızı saxlamalıyıq. Türklərin, cəlladların əli ilə öldürülmüş
qurbanların ruhları rahatlanmalıdır”
Səhərisi gün biz kilsəyə getdik, 1915-ci ildə ölənlərin ruhuna dualar oxuduq,
dünən gördüklərimizdən ruhlarımızın təmizlənməsi üçün xahiş etdik. Biz Xocalını
və digər torpaqlarımızı 30 min murdar türk nəslindən təmizləyə bildik.
Sonra Surenin evində arvadı bizə Cemruk süzənə qədər Xaçatur yorğun səslə
dedi: “Ermənilər doğma torpaqlarını azad etməli və Ermənistanın böyüklüyünü
bərpa etməlidir. Bizim xidmətlərimiz göylərdə nəzərə alınacaq və əcdadlarımız
qarşısında vicdanımız təmiz olacaqdır, biz öz borcumuzu yerinə yetiririk”- Mən
razılaşmaya bilməzdim.
Dövlət səviyyəsində terroru himayə
Ermənistan müstəqillik əldə etdiyi vaxtdan başlayaraq terroru dövlət
səviyyəsində dəstəkləyir. Bu ölkə terroru təcavüzkar siyasətini həyata keçirmək
üçün əsas vasitələrdən birinə çevirmişdir. Ötən əsrin 90-cı illərinin
əvvəllərində Ermənistanın rəsmi dairələri Daşnaqsütyun, ASALA, “Erməni azadlıq
cəbhəsi ” və digər terrorçu təşkilatlara bəraət qazandırmaq üçün genişmiqyaslı
kampaniyaya başladılar.
Tanınmış terrorçu Varocan Karapetyan 1983-cü ildə Fransanın Orli hava limanında
törətdiyi terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Bu qanlı
terror hadisəsində 19 nəfər ölmüş, 60 nəfərdən çox insan yaralanmışdı. 2001-ci
ilin aprelində Ermənistanda dövlət səviyyəsində imzatoplama kampanyası
keçirildi, terrorçu Karapetyanın azadlığa buraxılması tələbi ilə 1 milyona qədər
imza toplandı. Fransa məhkəməsi bu tələbi yerinə yetirdi. V.Karapetyan azadlığa
çıxaraq Ermənistanda siyasi siğınacaq aldı, orada qəhrəman kimi dövlət
səviyyəsində qarşılandı və indi də fəaliyyətini davam etdirir.
Terrorçu kimi yaxşı tanınan, ASALA təşkilatının Qərbi Avropa qruplaşmasının
rəhbəri Monte Melkonyan Fransada həbsdən azadlığa buraxılan kimi, 1990-cı ildə
fəaliyyətini davam etdirmək üçün Ermənistana, oradan da Qarabağa gəldi. O,
1993-cü ildə Qarabağda döyüşlərin birində öldürüldü. İrəvanda onun dəfnində
bütün rəsmi şəxslər, o cümlədən prezident də iştirak edirdi. Ermənistanın
Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə bu beynəlxalq terrorçunun
adı verilmişdir.
Tanınmış terrorçu Qrant Markaryan Daşnaksütyun partiyasının “Dro” qruplaşmasının
üzvü kimi Dağlıq Qarabağda terror dəstələrinə rəhbərlik etmiş, bu dəstələrin
Ermənistandan gətirilən silahlarla təmin olunmasında fəal iştirak etmişdir.
Türkiyənin Parisdəki səfirliyinə 1981-ci ildə hücum təşkil etməsi ilə məşhur
olan terrorçu Vazqen Siseyan 1992-ci ildə İrəvandan Xankəndinə göndərildi.
Azərbaycanlılara qarşı terror aktlarının təşkilində fəal iştirakına görə
Ermənistan prezidenti R. Koçaryanın fərmanı ilə ona “ Qarabağ müharibəsinin
qəhrəmanı” adı verilmişdir.
Ermənidən doğru xəbər
Dağlıq
Qarabağda qurulan rejimin oyuncaq olduğunu ermənilərin özü də başa düşürlər.
Erməni politoluqu İqor Muradyan diqqəti çəkən bəyanatla çıxış edib. O, bildirir
ki, Stepanakertdə (Xankəndində) hətta “parlament”in iclasını da Ermənistan
rəhbərliyindən soruşmamış keçirə bilmirlər, qorxurlar. “Dağlıq Qarabağ
parlamenti siyasi cinayətkarlar yığıncağıdı.” “Bu gün Arkadi Qukasyan Qarabağ
problemi ilə bağlı heç bir informasiyaya malik deyil. Yerevanda istənilən
xidməti maşın sürücüsü ondan daha çox məlumatlıdı.”
Berlində erməni aksiyası
Ermənilər Berlində Azərbaycan səfirliyi qarşısında güya Naxçıvanda “erməni”
abidələrinin dağıdılmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya Almaniyada
fəaliyyət göstərən erməni genosid komissiyası tərəfindən təşkil olunub.
Yunanların, kürdlərin, italyanların da qatıldığı aksiya zamanı antiazərbaycan
şüarları səsləndirilib, vərəqələr paylanıb.
Pulsuz pendir və quş əti
Ötən həftədən başlayaraq Ermənistan parlamentində nahar zamanı deputatlara
pulsuz yumurta və quş əti təklif olunur. Bu təşəbbüs “Lusavert” quşçuluq
fabrikinin sahibi, deputat Xaçik Manukyana məxsusdur. Erməni politoloqlarından
biri bu hadisəni belə şərh etmişdir: Yaddan çıxarmaq lazım deyil ki, pulsuz
pendir yalnız siçan tələsində, pulsuz yumurta və quş əti isə, quş qripi zamanı
olur. Biz də qalmışıq pulsuz yumurtaya görə, həyatı ilə risk edən bu ermənilərin
əlində.
45 % ermənini Ermənistanın taleyi narahat etmir
ATƏT-in İrəvan ofisinin rəhbəri Vladimir Pryaxin bildirmişdir ki, Ermənistan
əhalisinin 45%-i seçkilərdə iştirak etmir. O, qeyd etmişdir ki, “orta erməni
ailəsinin büdcəsi xaricdən gələn yardım hesabına formalaşır. Elə buna görə də
onları respublikada nə baş verdiyi maraqlandırmır.”
Səhifəni
hazırladı: İ. Mehdi
|