|
MƏMLƏKƏT |
|
Oğlunun
yolunu gözləyən ana
Bu yazımda sizə Qarabağ
partizanlarından, daha doğrusu, onların birindən söhbət açacağam. Ancaq söhbətə
bir qədər uzaqdan başlamaq istəyirəm.
Partizan dedikdə, o an göz önünə qanlı müharibə gəlir. Partizan dedikdə, göz
önünə müharibələrdə qan tökmüş

|
| |
|
Gürcülər müharibəyə hazırlaşır
Rusiya mətbuatında Gürcüstanın Abxaziyada müharibəyə başlayacağı ilə bağlı
məlumatlar yayılır. Konkret olaraq göstərilir ki, Gürcüstan silahlı qüvvələri və
partizanları qarşısında rəhbərlik tərəfindən bu ilin mart ayında hərbi
əməliyyatlara başlamağa dair vəzifələr qoyulmuşdur. Sürətli lokal əməliyyatlar
nəticəsində 3 rayonun-Qali, Oçamçiri və Tkvarçilinin dərhal azad olunması
nəzərdə tutulur. Bu məlumatlar “Ağ legion” partizan qruplaşmasının rəhbəri Zurab
Samuaşvilinin bir az əvvəl verdiyi bəyanatla da təsdiq olunur. O, bildirmişdir
ki, partizan dəstələrinin fəaliyyətinin bərpasına başlayır

|
| |
|
GÜNDƏM |
|
«Rambuye görüşündə irəliləyiş
əldə etmək ya çətin, ya da qeyri-mümkün idi»
Həmsöhbətimiz politoloq Rasim Musabəyovdur.
- Rasim
bəy, Fransanın Rambuye qəsrində təşkil edilmiş Azərbaycan və Ermənistan
prezidentlərinin növbəti görüşünə yola düşən Robert Koçaryan oraya nikbin və
ehtiyatla getdiyini bildirmişdi. Ermənistan mətbuatı bunu məsələnin həllinin
uzanacağı kimi nəzərə çatdırırdı. Sizin fikrinizi bilmək maraqlı olardı.
- Ermənilər
optimistcəsinə düşünürdülər ki, aparılan danışıqlar onların xeyrinə olan
müstəvidə tamamlanacaq. Halbuki mən hesab etmirdim ki, ermənilərin istəkləri
reallaşacaq. Mən gözləyirdim ki, Azərbaycan İqtidarı kiminsə təzyiqi altında
ermənilərin istəklərinə razılıq verir

|
| |
|
Qarabağ
münaqişəsinin həllində Kosovo modeli: uğursuz variant
Qarabağın statusu münaqişənin həllində əsas elementlərdən biri kimi ermənilər
tərəfindən dəfələrlə müxtəlif səviyyələrdə qabardılır. Azərbaycan isə məlum
olduğu kimi bu məsələyə ölkənin ərazi bütövlüyü şəklində baxılmasına hər zaman
hazır olduğunu bildirir. Amma Ermənistanın xarici işlər naziri Vardan Oskanyan
isə münaqişənin həllində işğalçı ölkənin birmənalı mövqeyini dəfələrlə bəyan
edib. Onların qənaətincə, problemin həlli yalnız Azərbaycanın Qarabağı itirməsi
reallığı ilə barışmasından keçir. Dolayısı ilə ermənilər dünya praktikasından
misal gətirərək, Qarabağın işğalını qanuniləşdirmək istəyirlər

|
| |
|
Vladimir Putin vəd verir
“Mən
Azərbaycan
prezidentinə
söz
vermişəm
ki,
Ermənistanla
əlavə
məsləhətləşmələr
aparacağam.
Yaxın vaxtlarda Ermənistan prezidentini Moskvaya dəvət edib, onunla danışıqlar
aparmağı planlaşdırıram”. Bunu Azərbaycanda səfərdə olan Rusiya prezidenti
Vladimir Putin prezident İlham Əliyevlə birgə keçirdiyi brifinqdə bəyan edib
(APA)

|
| |
|
Xocalı soyqırımının 14-cü ildönümü İstanbulda qeyd olunub
Xocalı soyqırımının 14-cü ildönümü Türkiyənin ən böyük şəhərinin əsas meydanında
qeyd olunub. Bu barədə APA-nın Şərqi Avropa bürosuna Türkiyədə fəaliyyət
göstərən azərbaycanlı tələbələrin ABAD təşkilatının rəhbəri Araz Aslanlı məlumat
verib

|
| |
|
Azərbaycan və Rusiya arasında siyasi bəyannamə və bir neçə saziş imzalanıb
Dünən Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin təkbətək
görüşüb. Görüşdən sonra dövlət başçılarının iştirakı ilə iki ölkənin
hökumətlərarası danışıqları keçirilib. APA-nın görüşü izləyən əməkdaşının
verdiyi məlumata görə, Azərbaycan prezidenti V. Putinlə görüşündən razı
qaldığını bildirib. İ. Əliyev danışıqların ikitərəfli əməkdaşlıq və regional
əlaqələrin inkişafı istiqamətində aparıldığını deyib: “Danışıqların aparıldığı
bütün məsələlərdə qarşılıqlı anlaşma və mövqe bərabərliyi hiss olundu. Həm
Azərbaycan, həm də Rusiyada iqtisadi inkişaf dinamikdir. İnanıram ki,
bundan sonra da ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənəcək”

|
| |
|
AKTUAL |
|
MÜHARİBƏNİ BAŞLAMAQ ÜÇÜN,
AZI 10 İL GECİKMİŞİK
Akif Nağı: Müharibə
başlayarsa, qalib gəlməyimiz üçün lazım olan bütün konkret arqumentlər bizim
tərəfimizdədir.
-
«Meydan»da həmçinin dövlətin beynəlxalq təşkilatlarla apardıqları danışıqların
mənasız və nəticəsiz olduğunu vurğuladınız. Sizcə, Azərbaycan dövləti artıq heç
bir beynəlxalq təşkilatla hesablaşmadan, danışıqlar aparmadan müharibəyə
başlamalıdır. Bu şərait Azərbaycanda indimi yetişib, yoxsa gecikmişikmi?

|
| |
|
Sorğu
Vəhdət
Partiyası sədr müavini Vidadi Fərəcov:
- Biz hər il Xocalı abidəsini ziyarət
edirik. Yaxşı olar ki, şəhər meri QAT-ın mitinqinə icazə verərdi. Bu faciə
ümumazərbaycan faciəsidir. Bu mitinqə merin özü də qatılmalıdır. Mitinqə icazə
verilməməsinə çox pis baxırıq. İnanırıq ki, mitinq baş tutacaq və biz də orada
iştirak edəcəyik

|
| |
|
BELƏ
YAŞAMAQDANSA |
|
"Yalan
vədlərdən yorulmuşuq..."
Komendant bizimlə söhbət etmək istəmədi
“Belə yaşamaqdansa...” rubrikası bu dəfə yolunu Bakı Dövlət Universitetinin 3
saylı yataqxanasından saldı. Qarabağın ayrı-ayrı rayon və kəndlərindən təxminən
105 məcburi köçkün ailəsinin məskunlaşdığı bu yataqxanada sakinlər bizi o qədər
də sevinclə qarşılamadılar. Yataqxananın komendantı 70-75 yaşlarında olan
ağsaqqal Həsən kişi və sakinlərin əksəriyyəti bizimlə söhbət etməyə meyl
göstərmədi

|
| |
|
Qarabağa məktublar
Əvvəla, salam
Qarabağ!
Halımla
maraqlansan, vəziyyətim heç o qədər də yaxşı deyil. Vallah, bilmirəm kimin
dərdini çəkim. Kreslosuz qalan Murtuzun, «Azpetrol»u əlindən alınıb üzü MTN-ə
sarı «yaxşı yol» deyilən Əliyev qardaşlarının, yoxsa itirilmiş torpaqların?! O
gün qaragünlü eks-spikerin «eh, ötən günlər» - deyib, köks ötürməsini göz önünə
gətirib, bərk pəjmürdə oldum. Məmləkətdə nə qocaya hörmət qalıb, nə cavana

|
| |
|
QAN
YADDAŞIMIZ |
|
XOCALI - qanlı
soyqırım
Bəli, 1992-ci
il fevraln 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ adlı məmləkətinin Xocalı
şəhərindən dünyada misli-bərabəri olmayan qanlı soyqırım həyata
keçirildi. Bu faciəni həyata keçirən erməni qəsbkarları soyqırıma məruz qalan,
öldürülən, yandırılan... doğma yurd-yuvasından, ocağından qovulan, vətənində
məcburi köçkünə, didərginə çevrilən isə azərbaycanlılar oldu… Hərdən
fikirləşirəm ki, bu qırğını azərbaycanlılar ermənilərin başına gətirsəydilər.
Onda nə olardı? Dünya yenə də susardımı? Nə isə… Yaxşısı budur qayıdım Xocalı
faciəsinə…

|
| |
|
GERÇƏK TARİX |
|
Azərbaycan-Ermənistan müharibəsi
II
mərhələ (yanvar 1990-cı il - avqust 1991-ci il)
Partizan müharibəsi
Erməni tərəfi
Azərbaycanda situasiyanın dəyişməsini diqqətlə izləyir və yararlanmağa
çalışırdı. Fövqəladə Vəziyyət (FV) rejimi Ermənistana aid edilməmişdir.
Müxalifətin hərbi qruplaşmaları bu vəziyyətdən istifadə edərək Daxili İşlər
Nazirliyi və digər qurumların bütün silah arsenalını ələ keçirmişdi. 1990-cı
ilin yanvar-fevral ayları ərzində onlar 6179 atıcı silah, 19 zirehli texnika,
133 doluvuran qurğu, 17 “Alazan” qurğusu, 3 minomyot, 13 min mərmi və raket,
1921 ton partladıcı maddə, çoxlu sayda nəqliyyat və rabitə vasitələri ələ
keçirmişdilər. Bu qruplaşmalar mart ayından başlayaraq SSRİ daxili qoşun
hissələrinin də bir hissəsini tərksilah etmişdilər. Zaqafqaziya hərbi dairəsinin
əlahiddə alovvuran batalyonu da tərksilah edilmişdi. Dəmiryol stansiyalarının
birində 15 ədəd T-72 tankını ələ keçirmişdilər, lakin sonradan geri qaytarmalı
oldular

|
| |
|
Azərbaycan-Ermənistan Müharibəsi
Beynəlxalq
Təşkilatlarda
Ermənistan ilə Azərbaycan arasındakı müharibə, ilk günlərdən etibarən beynəlxalq
təşkilatların diqqət mərkəzində olub. Xüsusilə, bu iki ölkənin müstəqilliklərini
əldə etməsi və beynəlxalq təşkilatlara üzv olmasına paralel olaraq, problem
müxtəlif təşkilatlarda müzakirə edilmiş və mövzuya dair çox sayda qərar qəbul
edilmişdir

|
| |
|
DÜŞMƏN DÜŞƏRGƏSİNDƏ |
|
Baş hərbi canilər
 |
|
 |
|
Ermənilərə dəm
tutanlar
 |
|
 |
| |
|
Daşnaq medalı
Venesiyanın Mxitaryan ruhanilərinin rəhbəri Komitas Manukyanın təşəbbüsü ilə
1894-cü ildə «Artsax» adını ala bilən bir medal təsis edilmişdir. Medalın üz
tərəfində erməni dilində «Qarabağ bizimdir» və «Qarabağ bizim Artsaxdır» sözləri
yazılmışdır

|
| |
|
Erməni müəllifi Z.Balayanın 1996-cı ildə Vanadzorda çapdan çıxmış
“Ruhlarımızın dirilməsi” kitabından (səh. 260-262) bir parça:
“ ...Ancaq ürəyi çıxarılaraq qəm oduna atılmış erməni xalqının övladı bu
sətirlərdən fəxr duya və həzz ala bilər. Mən də vətəndaş şərəfi və müqəddəs kişi
borcunu yerinə yetirərək bu eybəcər monqol nəslini məhv etməklə məşğul olurdum

|
| |
|
Dövlət səviyyəsində terroru himayə
Ermənistan müstəqillik əldə etdiyi vaxtdan başlayaraq terroru dövlət
səviyyəsində dəstəkləyir. Bu ölkə terroru təcavüzkar siyasətini həyata keçirmək
üçün əsas vasitələrdən birinə çevirmişdir. Ötən əsrin 90-cı illərinin
əvvəllərində Ermənistanın rəsmi dairələri Daşnaqsütyun, ASALA, “Erməni azadlıq
cəbhəsi ” və digər terrorçu təşkilatlara bəraət qazandırmaq üçün genişmiqyaslı
kampaniyaya başladılar

|
| |
|
Ermənidən doğru xəbər
Dağlıq
Qarabağda qurulan rejimin oyuncaq olduğunu ermənilərin özü də başa düşürlər.
Erməni politoluqu İqor Muradyan diqqəti çəkən bəyanatla çıxış edib

|
| |
|
Berlində erməni aksiyası
Ermənilər Berlində Azərbaycan səfirliyi qarşısında güya Naxçıvanda “erməni”
abidələrinin dağıdılmasına etiraz olaraq aksiya keçiriblər

|
| |
|
Pulsuz pendir və quş əti
Ötən həftədən başlayaraq Ermənistan parlamentində nahar zamanı deputatlara
pulsuz yumurta və quş əti təklif olunur

|
| |
|
45 % ermənini Ermənistanın taleyi narahat etmir
ATƏT-in İrəvan ofisinin rəhbəri Vladimir Pryaxin bildirmişdir ki, Ermənistan
əhalisinin 45%-i seçkilərdə iştirak etmir

|
| |
|
DÖYÜŞ-DÖNÜŞ |
|
Qarabağ uğrunda
döyüşənlər çirkli siyasətin qurbanı oldular
İlk öncə «Azad Qarabağ»
qəzetinin azad müxbiri Yetim Qacar internet vasitəsilə İsveçdəki mühacir Qarabağ
döyüşçüçü Şahin Tağıyevi salamlayır.
- Şahin bəy, sizin fikrinizcə, dönüşümüzün
döyüşdən keçməyən yolu varmı?
-
Məncə, bu gün döyüş bizim dirəndiyimiz dalandan çıxmaq üçün son vasitəmizdir.
Özünü millət deyə tanıtmaq istəyən bizlər üçün özgə bir yol görmürəm. Ya biz
Qarabağ itkisi ilə barışaraq, aciz toplum ifadəsinə sahib çıxmalıyıq, ya da
silaha sarılıb, dığaları tək Qarabağdan deyil havadarları vasitəsilə ələ
keçirdikləri bütün ata-baba torpaqlarımızdan vurub çıxarmalıyıq. Ermənilərlə
nəinki barışmaq, hətta onların bundan sonra qonşu kimi qalmasına razı olmaq,
gələcək nəsillərə xəyanətdən özgə bir şey deyildir

|
| |
|
MÜNASİBƏT |
|
S onun əvvəli
və ya
müxalifət üçün “Nə etməli?” sualına cavab
Avtoritarizmin nəticəsi olan sülalə rejimi heç bir dəyişikliyə yol vermədən
Heydərizmi öz siyasi kursu elan edərək sistemli şəkildə davam etdirir.
İ.Əliyevin islahatçı görüntüsü yaradılsa da, ölkə iqtisadiyyatında hərc-mərclik
daha geniş vüsət aldı: infilyasiya, bahalaşma, enerji daşıyıcılarının
qiymətlərinin artırılması, kasıblıq, işsizlik, insanları sosial partlayış
həddinə gətirib çıxartdı. Dövlətüstü məmurların inhisarçılığı sahibkar və iş
adamlarının asılılığını daha da artırdı. İqtisadiyyata total məmur nəzarəti
davam etdirildi. Təbəqələnmə daha da sürətləndi. Bir tərəfdə kasıb və
işsizlərdən ibarət çoxluq, digər tərəfdə milyardlara sahib olmuş hakim sülalə və
məmur elitası xalqı bir-birinə nifrət edən sosial qruplara böldü

|
| |
|
Sorğu
Qarabağ
Azadlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı mitinq keçirmək üçün Bakı Şəhər
İcra Hakimiyyətinə müraciət ünvanlamışdı. Çox təəssüf ki, Bakı şəhər İH bu
mitinqə səbəb göstərilmədən icazə verməmişdir. Bakı
şəhər icra hakimiyətinin bu qərarına paytaxt sakinlərinin də münasibətini
öyrəndik 
|
| |
|
Sabah
müharibə başlayarsa…
Anar Əliyev –
Neft şirkəti
işçisi
Sabah müharibə başlayarsa, mən də bir gənc kimi, bu müharibədə iştirak edəcəyəm.
Elminaz
Qurbanova – Tibb bacısı
Mən 1992-1998-ci illərdə Füzuli hərbi qospitalında işləmişəm. Baş çavuş olmuşam.
Sabah müharibə başlayarsa, əlbəttə ki, yenə tibb bacısı kimi döyüş bölgəsində
olacağam 
|
| |
|
HƏFTƏ BUCAĞI |
|
«Bizim yol» qəzeti, 11.02.2006
YAP Qarabağ sazişini təbliğ etmək tapşırığı alıb
İnformasiyalı
mənbədən aldığımız xəbərə görə, Qarabağ ətrafında gedən danışıqlarla bağlı
hökumətdə xüsusi plan hazırlanır 
|
| |
|
“Azadlıq” radiostansiyası
...Paris görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ki-Uest
danışıqlarından sonra nizamlanmaya doğru ən ciddi cəhd olub

|
| |
|
“Le Mond ”, Fransa.
Nizamasalmanın əsas prinsipləri
ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən nəzərdən keçirilən ssenari ondan
ibarətdir ki
|
| |
|
«The international Herald Tribune»,
ABŞ Yan Bremmer.
Qəddar münaqişənin sona
yetəcəyinə ümid yaranıb
…Ermənistan
və Azərbaycan Qarabağ məsələsinin həllində kompromisə gələ bilsələr,
bu
bütün qeyri-sabit
Qafqaz regionu üçün xoş xəbər olmaqla,
bərabər
Xəzər rayonundan Qərbə enerji ehtiyatlarının azad axınını təmin edəcəkdir…
|
| |
|
«Azadlıq»
qəzeti,
Fərid. «Qarabağ münaqişəsinin Rambuye tapmacası»
Xatırladaq ki,
prezidentlərin Kazan görüşündən əvvəl olduğu kimi, İlham Əliyev Fransaya yola
düşməzdən qabaq, ABŞ Dövlət katibi Kondoliza Rays ona zəng etmişdi
|
| |
|
«Versiya» qəzeti, Rusiya
Serqey Komarov. Qarabağ nizamlanması: yeni dairə üzrə
Gözləntilər
özünü doğrultmadı. Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və
Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ probleminə dair Fransa
danışıqları nəticəsiz bitdi…
|
| |
|
«Liberasion» qəzeti, Fransa, Lorren Milo
Müstəqil görünməyə çalışan Dağlıq Qarabağ ölkəsi
Müharibədən 12
il sonra erməni anklavi daim dağıntı içərisində yaşayır. Öz-özünü respublika
elan etmiş Dağlıq Qarabağın paytaxtı Xankəndinə (red.) gecə vaxtı gələndə dağın
başında ucaldılmış işıqlanan böyük xaç, daha sonra yenidən düzəldilmiş region
üçün qeyri-adi hamar yollar, restoranların, otellərin, barların işıqlarını
görmək olar
|
| |
|
TARİXİ CİNAYƏTLƏR |
|
Nifrətlə
qarşılanan sevgi
Mahatma Qandini
müstəqil Hindistanın atası adlandırırdılar. O, ahıl yaşında Avropa
geyimlərindən imtina etdi və milli paltar geyməyə başladı. Ölkənin dövlət
adamları bu günə qədər onun qoyub getdiyi bu ənənəyə sadiqdirlər.
Bu şəxsiyyət istənilən şəkildə zoru rədd edirdi. O, 30 ildən artiq bir
dövr ərzində öz fəlsəfəsini təbliğ etdi və nəhayət, bütün dünyaya
qeyri-zorakı üsullarla mübarizənin üstünlüyünü sübuta yetirdi. Mahatma
Qandinin bu mübarizəsinin nəticəsi olaraq Hindistan dinc mübarizə yolu
ilə azadlığa çıxdı. Lakin bu hələ hər şeyin başlanğıcı idi, daha kəskin
mübarizə qabaqda idi. Dərhal müxtəlif dini qruplaşmalar hökumətə təsir
etmək, nüfuz sahibi olmaq uğrunda mübarizəyə başladılar. Müxtəlif dini
konfessiyalar hökuməti öz xəttinə tabe etdirməyə çalışırdı
|
| |
|
Əsirlərə qarşı cinayətlər
Ermənistan əsirlərə qarşı xüsusi
qəddarlıqla davranır və bununla müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə
Konvensiyasını kobud şəkildə pozur:
1. Ermənistanın
Xarici Işlər Nazirliyinin 1994-cü il fevralın 16-da yaydığı məlumatda
göstərilirdi ki, güya səkkiz azərbaycanlı hərbi əsir qaçmağa cəhd edərkən
öldürülmüşdür. Həmin il martın 23-də Azərbaycan tərəfinin tələbi ilə Beynəlxalq
Qırmızı Xaç Komitəsi 10 azərbaycanlı hərbi əsirin meyidlərini Bakıya gətirdilər.
Keçirilən məhkəmə-tibbi ekspertizanın nəticələri göstərdi ki, 8 meyidin gicgah
nahiyəsində güllə yarası var və həmin şəxslər yaxın məsafədən açılan atəşlə
öldürülmüşlər. Meyidlərdən birinin qaraciyəri, dalağı və ürəyi yox idi. Digər
meyidlərin qulaqları kəsilmişdi
|
| |
|
İCTİMAİ QINAQ |
|
Xocalının yad
olunmasını ermənilər də istəmir, Hacıbala da...
Xocalı soyqırımının
ildönümü ilə əlaqədar xatirə mitinqi keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə
göndərdiyimiz məktuba rədd cavabı verildi. Məsləhət gördülər ki, mitinq etməyək,
eləcə ziyarətlə kifayətlənib səsimizi də çıxarmayaq
|
| |
|
Səslər, Oyunlar, Sifətlər
Millətə nifrət
yükü ilə kükrəyib daşan Ramiz müəllimə prezident aparatı darlıq edir, bütün
Azərbaycanı təkbaşına idarə etmək istəyir. Ondan olsaydı, Qarabağı da çoxdan
ermənilərə verib dərindən rahat nəfəs alardı. Bir müddət əvvəl tanınmış bir
ziyalı ona zəng etmişdi ki, QAT-ın üzvlərini tutublar, mümkünsə buraxdırın,
onlar Qarabağı tələb edirlər, nə qəbahət iş görüblər…
|
| |
|
Firudinin
qoçaqlığı
Firudin
Allahverdiyev adında bir gənc musiqiçi İrəvanda olub,
erməni
tamaşaçıları qarşısında mahnı oxuyub və deyilənlərə görə,
onları
çox feyziyab edib.
Bu gənc
heç kəsin edə bilmədiyini bacarıb,
«Sarı
gəlin»
havasını oxumaqla ermənilərin atasına od vurub.
Hər
halda, özü belə fikirləşir, peşmançılıq-zad keçirmir
|
| |
|
ZİYALISIZ ÖLKƏ
Xalqına
sədaqətlə,
təmənnasız xidmət edən,
riyakarlıqdan uzaq,
milli
maraqlara bağlı olan,
var-dövlətə
biganə qalan,
Allahını danmayan elmli,
bilikli,
fədakar
adama ziyalı deyilir.
Ziyalılıq dünyada bu cür qəbul olunub
|
| |
|
ƏKRƏM ƏYLİSLİ
GERÇƏKLİYİ
Əkrəm Əylislidən çoxdan əlimizi üzmüşük. O qədər rüsvayçı hərəkətləri, sözləri
olub ki, deməklə qurtarası deyil. Və deməyin də xeyri yoxdu, elə öz işindədi
|
| |
|
Roman Temnikov da xarab çıxdı
Romanı yaxşı
bir jurnalist kimi tanıyırdıq. QAT-ın tədbirlərində, elmi seminarlarında fəal
iştirak edir, iqtisadi məsələlərlə bağlı maraqlı fikirlər söyləyirdi
|
|
|
| |
|
 |
| |
| |
|
VƏTƏNİ SEVMƏK İMANDANDIR |
|
Ölsəm, bağışlama, Vətən!
Vətən, sənə
analar anası dedik, sən bizə ana olan kimsələrə öz qoynunu beşik etdiyinə görə.
Sən onlara öz lal dilində layla çaldığına görə. Vətən! Sənə namus dedik, özümüzə
şərəf bildik. Dağlarını iffətli bir gəlinə bənzətdik. Sənə duz-çörək mənbəyimiz
deyib, səni unutmağı özümüzə ar bildik…
|
| |
|
Hədislərdən seçmələr
Əziz peyğəmbərimiz Məhəmməd (s) buyurur:
1. Elm
öyrənmək böyük günahların əfvinə səbəb olar.
2. Elm
öyrənmək kişilərə də, qadınlara da vacibdir.
|
| |
|
İLAHİ SEVGİ
Bəşəriyyətin ən ali, ən
gözəl vardığı olan insana bu alilik və gözəlliklər məhz Allah tərəfindən bəxş
edilmişdir. İnsan haqqında danışdıqda, ilk öncə, göz önünə onun kimliyi və
nələrə sahib olduğu gəlir
|
| |
|
Qütb
Son günlər baş
verən olaylar dünyanı iki qütbə böldü. Müsəlman və xristian qütblərinə. Özlərini
dünyanın demokratiya məktəbi adlandıran Danimarka, Fransa, Almaniya və bir sıra
xristian dövlətləri müsəlmanların peyğəmbəri Məhəmmədi (ə) təhqir edərək, onun
karikaturasını çəkməklə, dünya müsəlmanlarının hədsiz qəzəbinə səbəb oldular
|
| |
|
MƏNƏVİYYAT |
|
Əsl sənət fədaisi
Rasim Balayev:
Ədil
İsgəndərov birbaşa mənim müllimim olmasa da, onun sənəti hamımız üçün məktəb
olub. O həm də bizim ilk milli rejissorumuzdur
|
| |
|
ERMƏNİ TERRORU |
|
Xocalı Faciəsi
Xocalı faciəsi, ümumiyyətlə,
bədnam erməni ekstremistlərinin xəstə başlarının məhsulu olan xəbis niyyətlərini
həyata keçirmək, qonşu torpağını zəbt etmək üçün törətdikləri vəhşi qanlı
cinayətlər bəşər tarixinin çox nadir hallarda şahidi olduğu alçaqlıqlar
sırasındadır. «Sumqayıt qətli»nin dördüncü ildönümündə erməni əcinnələri tarixdə
heç bir zaman görünməmiş XOCALI SOÜQIRIMI vəhşiliyini törətdilər. Bu vəhşilik
Sumqayıt hadisələrinin 4-cü ildönümünə təsadüf edir. Siyasi ədəbiyyatlarda haqlı
olaraq bu heç bir ölçüyəgəlməz vəhşilik GENOSİD – kütləvi qırğın ünvanı alıbdır…
|
|
|
|
|
BAŞ SƏHİFƏDƏ |
|
MÜHARİBƏNİ BAŞLAMAQ ÜÇÜN,
AZI 10 İL GECİKMİŞİK
Akif Nağı: Müharibə
başlayarsa, qalib gəlməyimiz üçün lazım olan bütün konkret arqumentlər bizim
tərəfimizdədir.
Bu günlərdə Qarabağ Azadlıq
Təşkilatının (QAT) sədri, «Azad Qarabağ» qəzetinin təsisçisi və baş redaktoru
Akif Nağı ANS kanalında «Meydan» verilişinin qonağı oldu. Akif bəyin verilişdən
aldığı təəssüratları və bəzi məsələlərə münasibətini oxucularımızla da bölüşmək
istədik.
- Akif
bəy! Bu günlərdə ANS-in yayımladığı «Meydan» verilişinin qonağı oldunuz. Siz o
verilişə, necə deyərlər, «Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar» el
məsələsinə riayət edərək getdiniz, yoxsa ürəyinizdəki sözləri birbaşa efirdən
xalqa çatdırmaq imkanı yarandığı üçün bu dəvəti sevinərək qəbul etdiniz?
- Bildirim ki, öz mövqeyimizi cəmiyyətə çatdırmaq
üçün məqam yarandığına görə bu dəvəti razılıqla qəbul etdim. KİV-lə xalqa
müraciət etmək, xalqı düşündürən məsələlərə aydınlıq gətirmək, mövqeyimizi
açıqlamaq vacib bir məsələdir. Çünki indiyə qədər özümüzün mətbu orqanımız
olmayıb, «Azad Qarabağ» qəzetinin nəşrinə hələ təzə başlayırıq. Düzdür, müxtəlif
qəzet və elektron informasiya vasitələri ilə vaxtaşırı sözümüzü xalqa
çatdırmışıq, ancaq bu cür geniş şəkildə demək olar ki, birinci dəfə idi. Bu dəfə
həm öz istəklərimizi cəmiyyətə çatdırmaq, həm də cəmiyyətin bizə ünvanladığı
sualları cavablandırmağa çalışdıq. Belə bir imkanı bizə yaratdıqlarına görə ANS
teleşirkətinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Deyim ki, bu, yalnız
Qarabağ Azadlıq Təşkilatı üçün deyil, həm də Azərbaycan xalqının Qarabağ uğrunda
apardığı mübarizədə əhəmiyyətli bir hadisə oldu.
-
Verilişdə sizə ünvanlanan suallardan ən çox sizə toxunanı, yəni ürəyinizdən
xəbər verəni hansı oldu?
- Sualların, demək olar ki, hamısı
ürəyimdən oldu, çünki, mən həmin sualların cavabını cəmiyyətə çatdırmaq
istəyirdim. Düzdür, suallar içində məni müəyyən dərəcədə sıxan suallar da oldu.
Məsələn, keçirdiyiniz aksiyalarda iştirakçıların sayı niyə az olur? Bu sual məni
narahat edən sualdır və düşünürəm ki, bunu cəmiyyət arasında qabartmağa da
dəyməz. Ona görə ki, məsələnin o tərəfdən qabardılması ermənilərin maraqlarına
xidmət edir. Daha çox məni tərpədən, ürəyimdən xəbər verən sual isə – Partizan
müharibəsi nə vaxt başlayır, yaxud niyə başlamır? – sualları idi. Çünki mən özüm
də partizan müharibəsinin başlamasının tərəfdarıyam, hətta kortəbii şəkildə olsa
belə. Elə orada da bildirdim ki, partizan hərəkatı dövlət tərəfindən təşkil
olunub, istiqamətləndirilməlidir. Digər tərəfdən fikirləşirəm ki, həm də
kortəbii şəkildə fəaliyyət göstərən partizan qrupları yaradılmalı, onlardan
birinin qarşısı alındıqda, digəri onu əvəz etməlidir. Yəni, ermənilər bu
partizan qrupları qarşısında başlarını itirib, naəlac qalmalıdırlar. Təəssüf ki,
bu gün bunlar yoxdur. Ancaq çox istərdim ki, işğal olunmuş hər bir kəndin
əhalisi ayrıca partizan qrupu yaratsın

|
|
Sorğu
Qarabağ Azadlıq Təşkilatı Xocalı Soyqırımı
ilə bağlı mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir.
Ancaq Bakı şəhərinin meri QAT-ın bu müraciətini nəzərə almamışdır. Xocalı
faciəsinin ildönümünə belə biganə münasibət nəinki başçıların, siyasi
partiyaların, eləcə də paytaxt sakinlərinin ciddi etirazına səbəb olmuşdur

|
| |
|
MÖVQE
Elmar
Məmmədyarov. Azərbaycanın Xarici İşlər naziri
- Müzakirə olunan doqquz elementdən yeddisi artıq
razılaşdırılıb. Prezidentlərin 8 saat davam edən görüşündə iki əsas element
- qaçqın və köçkünlərin öz yerlərinə qaytarılması və Azərbaycanın ərazi
bütövlüyü ilə bağlı dair heç bir razılığa gəlinməyib. Tərəflərin işğal
altında olan ərazilərdə sülhməramlıların yerləşdirilməsində ortaq məxrəcə
gəlməsini nəticə kimi qeyd etmək olar.
Stiven
Mənn. Amerikalı həmsədr
-
Rambuye görüşünün nəticəsiz başa
çatmasından sonra qorxuram ki, irəliyə gedə bilməyək.
Əli
Kərimli. AXCP-nin sədri
-
Əgər ölkənin taleyi ilə bağlı danışıqlar aparılır
və rəsmən xarici işlər naziri tərəfindən 7 elementin razılaşdırıldığı,
2-sinin isə razılaşdırılmadığı bəyan olunursa, müzakirələrin gedişi barədə
ictimaiyyətə məlumat verilməlidir.
Arif
Yunus. Müstəqil politoloq
- Qərb istəyir ki, referendum yolu
ilə Qarabağı ermənilərə versin. Onlar qorxurlar ki, birdən müharibə başlayar
və Bakı-Ceyhanın taleyi təhlükə altına düşər. Azərbaycanın və Ermənistanın
taleyi onları maraqlandırmır.
Eldar
Namazov. Politoloq
-
Regionda güclərin balansı
dəyişməyincə, danışıqlarda irəliləyiş olmayacaq.
Leyla
Əliyeva. Müstəqil politoloq
- Həmsədrlər təklif edirlər ki,
münaqişə bölgəsinə sülhməramlı qüvvələr gətirilsin. Bunun mənfi tərəfi ondan
ibarətdir ki, Azərbaycan hərbi yolla torpaqlarını azad etmək istəsə,
sülhməramlı qüvvələr buna imkan verməyəcəklər. Burada belə bir təhlükəli
məqam var
 |
| |
|