|
Azad Qarabağ - 10-cu səhifə
Yalan yeriməz
Qarabağ Azadlıq
Təşkilatı bütün dünya türklərinin yaratmış olduğu qurumlar içərisində hər bir
türk övladının iştirakı vacib olan bir təşkilatdır.
Hakimiyyətdəkilərdən yalnız bir şeyi - işğal olunmuş torpaqlarımızı azad etmək
uğrunda mübarizə aparmalarını istərdik. Zaman-zaman torpaqlarımız işğal olunaraq
yağmalanıb. Bunun qarşısını bizlər - torpağını sevən vətəndaşlar almalı və
torpaqlarımızı işğaldan azad etməliyik. 20-ci yüzillik Azərbaycanımızın qara
xətlə yazılmış səhifəsi, əsrin sonu isə müstəqilliyimizin, tariximizin ən önəmli
səhifəsi kimi millətimizin yaddaşına əbədi həkk olunacaqdır.
"Azad Qarabağ"
qəzeti!.. Bu ad da Qarabağ Azadlıq Təşkilatı qədər böyük səslənir. Üzeyir bəyin,
Xurşudbanu Natəvanın, Bülbülün, Rəşid Behbudovun və Azərbaycanın digər bu kimi
böyük şəxsiyyətlərinin narahat ruhları ancaq Qarabağ qaytarılaraq,
torpaqlarımızın bütövlüyü bərpa olunduqdan sonra rahatlıq tapa bilər. İnanırıq
ki, "Azad Qarabağ" qəzeti dünya azərbaycanlılarını Qarabağ uğrunda mübarizəyə
səfərbər edəcək və mənfur düşmən üzərində qələbənin təmin olunmasında
millətimizin yardımçısı olacaq!
Artıq Avropaya,
eləcə də dünyanın hər yerinə səpələnmiş soydaşlarımız Qarabağ həqiqətlərini
dünya ictimaiyyətinə çatdırmaqdadırlar. Biz bir ictimai təşkilat olaraq
Almaniyada tədbirlər və sərgilər keçirmək qərarına gəlmişik. Dünya
ictimaiyyətinə Qarabağ həqiqətlərini, xüsusilə də separatçı rejimin Xocalıda
törətdiyi soyqırımı, milli faciəmizi əks etdirən fotoşəkillər və videogörüntülər
vasitəsilə nümayiş etdirərək, bu vaxta kimi misli görünməmiş, xüsusi
amansızlıqla həyata keçirilmiş erməni terrorizmini dünya xalqlarına çatdırırıq.
İşgəncələrin görüntülərini əks etdirən erməni vəhşiliyindən təsirlənən alman və
başqa millətlərin nümayəndələri öz münasibətlərini açıqca bildirir.
Azərbaycanlıların haqlı mövqeyini müdafiə etdiklərini qeyd edirlər. İllərlə
dünya ictimaiyyətinə yalanlar və böhtanlar atan işğalçı ermənilər, indi həqiqəti
gizlədə bilməmələrindən dəhşətə gəlirlər. Şübhəsiz ki, alman mediyasında çalışan
jurnalist dostlarımızın alman qəzetlərində Xocalı soyqırımını əks etdirəcək
materialların çapını səbirsizliklə gözləyirik. Məşhur el məsələsində deyildiyi
kimi "yalan ayaq tutar, amma yeriməz".
Artıq dünya
ictimaiyyəti getdikcə Qarabağ həqiqətlərindən agah olmaqdadır. Erməni
separatçılarının həqiqi sifəti üzə çıxdıqca, bu işdə haqlı mövqeyimizi müdafiə
etməkdə davam edəcəyik. Bizlər bu hadisələri unutmayaraq, milli birliyimizi
nümayiş etdirməliyik.
Arzumuzu budur ki,
"Azad Qarabağ" millətimizin qeyrətini üzə çıxaracaq bu qəzetdə dərc olunacaq
məqalələr, gənclərimizin Vətən sevgisini gücləndirsin və işğal edilmiş
torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olsunlar.
İntiqam Məmmədov
Almaniya
Sorğu
Bu dəfəki
sorğumuzda Azərbaycan vətəndaşlarının işğal olunmuş İrəvana, Qarabağa səfər
etmələrinə həm siyasilərin, həm də sakinlərin münasibətini öyrəndik.
BAB sədri Aqil
Səmədbəyli:
-Mən bu səfərlərə
çox pis baxıram. Torpağımız azad olmayınca, ermənilərlə heç bir əlaqə
qurulmamalıdır. Onlar belə səfərlərdən çəkinməlidirlər.
AXCP (k) Ali
Məclisinin sədri Zəlimxan Məmmədli:
- Təəssüf ki,
bəziləri Ermənistana, Qarabağa səfər edirlər. Mən buna pis baxıram, ermənlərlə
heç bir əlaqə olmamalıdır.
Şuşa Birliyinin
sədr müavini Umudvar Məmmədli:
- Mən çox pis
baxıram. Bu şəhidlərin qanları düşməndən alınmayınca, torpaqlarımız yağı düşmən
tapdağından azad olmayınca, ermənilərlə heç bir əlaqə qurulmamalıdır.
QAT-ın İdarə
Heyətinin üzvü Gültəkin Quliyeva:
- Biz ermənilərlə
döyüşməli, səngərlərdə üz-üzə gəlməliyik. Masa arxasında oturub
söhbətləşməməliyik.
Politoloq
Məhərrəm Zülfüqarlı:
- Mən bu
hərəkətlərə pis baxıram. Ermənilərlə əlaqə qurulmasının əleyhinəyəm.
AXCP üzvü Gülayə
Quliyeva:
- O dığalarla əlaqə
qurulmamalıdır. Bu səfərlər ermənilərə xidmət etməkdir. İctimaiyyət bu insanlara
və onların hərəkətlərinə öz etirazını bildirməlidir.
Zeynalova
Pərişan - müəllimə:
- Mən onları
azərbaycanlı yox, erməni xislətli insanlar və ya erməni hesab edirəm. Bir
jurnalist gedib işğal olunmuş torpaqlarımızda vurulmuş Azərbaycan tankının
yanında şəkil çəkdirirsə, mən onun milliyətinə və namusuna şübhə ilə yanaşıram.
Rey Kərimoğlu,
jurnalist:
- Mən çox pis
qiymətləndirirəm. Ümumiyyətlə, bu səfərlərə birdəfəlik son qoyulmalıdır. Öz
mövqeyimi onlara yazılarımla çatdırmışam.
Xəlilova Arzu,
tələbə:
- Eynulla
Fətullayev bir şeyi yaxşı bilməlidir ki, o jurnalist olmamışdan əvvəl,
Azərbaycan Respublikasının vətəndaşıdır. Təkcə ANS deyil, bütün ictimaiyyət
onları qınaq atəşinə tutmalıdır.
Əsgərova Bəsti,
həkim:
- Məncə, bu
səfərlərin qarşısı dövlət səviyyəsində alınmalıdır. Əgər dövlət səviyyəsində
müharibə gedirsə, dövlət özü dövlət səviyyəli məsələlərə nəzarət etməlidir.
Hazırladı:
Vüsal
Sabah
müharibə başlayarsa...
Bu gün
atəşkəs olsa da, hamımızı bir sual düşündürür. Sabah müharibə başlayarsa,
cəmiyyətin mövqeyi necə olacaq?
Elə bu sualla da
vətəndaşlarımıza müraciət edib, onların fikirlərini öyrənmək istədik.
Sabah müharibə başlayarsa
Həsənov Elmir:
- Sabah müharibə
başlayarsa, mən də bir vətəndaş kimi silaha sarılıb torpaqlarımızın azadlığı
uğrunda döyüşə qatılardım. Düşmənə öz gücümüzü göstərərdim. Qarabağı biz mütləq
azad etməliyik. Yoxsa gələcək nəsillər bizi heç vaxt bağışlamaz.
Teymur Cəbiyev:
- Mən o günü
səbirsizliklə gözləyənlərdən biriyəm. Həmin günün də çox uzaqda olmadığını
görürəm. Məncə cəmiyyətimiz buna tam hazır deyil. Çünki indiki gənclər başqa
fikirdədirlər. Qarabağ adı gələndə, bəziləri sanki belə olmalıymış kimi, çox
soyuqqanlılıq göstərir. Hətta Qarabağ adı gələndə gülümsəyənlər də olur. Biz
bir millət kimi birləşib düşmənə gücümüzü göstərsək, tezliklə qələbə çalarıq.
Qələbə Azərbaycanın olmalıdır.
İbrahimov Sahil:
- Bu günü biz
gözləyirikmi? Mən bir milyon qaçqın və köçkündən biri kimi öndə getməliyəm. O
tikanlı məftilləri biz köksümüzlə yarıb keçməliyik, minalara biz qaçqınlar
düşməliyik, ilk güllələr bizə dəyməlidir. Biz şəhid olmalıyıq ki, yurdumuz azad
olsun. Qarabağ uğrunda döyüşə hazıram.
Məmmədov
İbrahim:
- Məmnuniyyətlə
döyüşə gedərəm. Özü də bütün əli silah tutan qohum-əqrabamla birlikdə. Ermənilər
hər zaman bizdən qorxublar. İndi də qorxurlar, amma biruzə vermək istəmirlər.
İndiki müxalifətimizdə də, iqtidarımızda da Qarabağ məsələsinə laqeyd münasibət
göstərənlər var. Mən hər iki tərəfdən narazıyam. Qarabağ bizi gözləyir. O
torpaqları biz azad etməsək, heç kim bunu etməyəcək. Gücümüzü birləşdirib hücuma
keçməliyik.
İsmayılov Tacir:
- Bu döyüşdə hər
birimiz iştirak etməliyik. Düşməndən bütün faciələrimizin qisasını almalıyıq.
Xocalının qisasını almaq hamımızın borcudur. Yoxsa şəhidlərimizin ruhu bizi heç
zaman bağışlamaz. Sülh danışıqlarının artıq limiti bitib.
İbrahimov
Qismət:
- Döyüş alnımıza
yazılıb.
Novruzov Gündüz:
- Torpaqlarımızın
azadlığı uğrunda canımdan da keçərəm. Ana-bacılarımızın namusunu tapdalamış
düşmən məhv olmalıdır. Etiraf etməliyik ki, bizi qorxaq kimi tanıyırlar. Biz
qorxaq deyilik. Tarixə hər zaman qəhrəman xalq kimi düşmüş bir millətə, bu heç
də yaraşmır. Gəlin bu ləkəni alnımızdan silməyə çalışaq.
Hacıyev Anar:
- Mən müharibənin
başlanmasını həqiqətən eşitmək istərdim. Nəyi gözlədiyimizi başa düşmürəm.
Düşmənə gücümüzü nə vaxt göstərəcəyik? Ali Baş Komandan əmr verməlidir və biz
hamımız döyüşə getməliyik. Çox geciksək, öz cəzamızdı, ölməliyik. Təki müqəddəs
Qarabağ torpağı azad olsun. Beynəlxalq təşkilatlara ümid bəsləmək absurddur.
Hamılıqla ya Şəhid olmalıyıq, ya da Qazi…
Nağıyev Fariz:
- Torpaqlarımızın
azadlığı uğrunda döyüşdə iştirak etməkdən şərəf hissi duyardım. Allah
qismət etsin.
Süleymanov Rəşad:
- Döyüşə hər zaman hazıram.
Hazırladı: Xəyyam
|