Bu gün: 20 Avqust 2008, Çərşənbə

 

 
 
 

 

Azad Qarabağ - 14-cü səhifə

İslamda terrora münasibət

Bütün zamanlarda insan cəmiyyətinin ən böyük çətinliyi nahaq yerə tökülən qanların qarşısını ala bilməməsi olmuşdur. Daima insanların gözlərini yaşlı, əllərini bağlı, qəlblərini dağlı qoyan bu hadisələrə indi biz terror deyib mövcud olan bütün insan cəmiyyətini onunla mübarizəyə səsləyirik. Dəhşətli budur ki, yer üzünün yeganə ağıllı varlığı olan insan bu qədər günahsız qanları özünün şəxsi bəlkə də heç kimə lazım olmayan məqsədləri üçün axıdır və cəmiyyəti fəlakət girdabına sürükləyir.

Təbii olaraq bu gün minlərlə insanı haqsız yerə gözüyaşlı  qoyan bu hadisələri heç bir normal cəmiyyət,  milli və dini ideologiya qəbul etmir. Bununla yanaşı zamanımızın bəzi qəriblikləri ilə də üz-üzə qalırıq. Bu da ondan ibarətdir ki, kainatın xilası üçün göndərilən, insanlara mənəviyyat, mədəniyyət, əxlaq öyrədib, onları mütləq kamilliyə səsləyən İslam dininin adı indi terrorla qoşa çəkilir. İslam terrorizmi, islamçılar və s. kimi ifadələr artıq hamıya tanışdır.

İstər-istəməz bir sual çıxır ortaya: Doğrudanmı bu din tökülən nahaq qanlara belə biganəliklə qarşılayır? Yaxud İslam doğrudanmı terror dinidir?

Təbii ki, biz bu sualın cavabını İslam dininin qanun toplusu olan Qurani-Kərimdə axtaracağıq: O zaman Quranın bizə nahaq yerə adam öldürməyin nə qədər pis olduğunu, hər bir insanın həyat haqqının qorunmasının nə qədər önəmli olduğunu görəcəyik:

"Hər kəs bir kimsəni öldürməmiş və yer üzərində heç bir fitnə fəsad törətməmiş bir şəxsi öldürsə bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni ölümdən qurtarmış olarsa o bütün - insanları xilas etmiq kimi olur" (Maddə 32).

Bütün dünyanı ayağa qaldıran bu devz məhz bəzilərinin terror mənbəyi kimi baxdığı İslam dininin ən əsas prinsiplərindəndir. Çünki dinimizə görə insan Yaradanın ən kamil əsəridir və hər bir fərdə yaşam hüququ verilmişdir. O haqq bütün insanların ortaq olduğu bir haqqdır. Bir fərdin yaşam haqqına  təcavüz etmək bütün insanlığın haqqına təcavüzdür.

Göründüyü kimi, İslam dini insanları öldürməyə deyil, əksinə, onları qorumağa səsləyir. Budur, Quran məntiqi, İslam qanunu!

Elə isə kimsənin dünyada baş verən terror olaylarına görə, bu dini günahkar kimi qələmə verməsi nə dərəcədə doğru olardı.

Ümumiyyətlə, İslam etiqadında insanlar yalnız xeyirxahlığa  təşviq olunur. Peyğəmbərimiz (s) də hədislərinin birində:

"İnsanlara Rəhm etməyə Allah da rəhm etməz" - buyrulur.

Qurani-Kərimin başqa bir yerində "Allah təcavüzkarı sevməz" eyni zamanda "Xeyirxahlıq və təqva ətrafında birləşin, təcavüz və günah ətrafında toplaşmayın" - deyilir.

Bu müqəddəs ayələrdən aydın olur ki, İslam bir ilahi  din olaraq yalnız və yalnız insanların saflaşmasına xidmət etməkdədir. İslam sülh, əmin-amanlıq və elm dinidir. Ona görə də, insanları sülhə səsləyir. Yetər ki, insanoğlu onun qanunlarına tabe olsun!

Allah-təala bizə "Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin, şeytanın yolu ilə getməyin. Çünki o sizin açıq-aşkar düşməninizdir" - deyə əmr edir.

Elə isə ey İslam dinini terror mənbəyi hesab edən kimsələr, Azərbaycanda, Türkiyədə, Əfqanıstanda, İraqda, Fələstində günahsız yerə tökülən qanların, gözü yaşlı qalan anaların, yetim qalan balaların, nişan hənası yerinə əlinə  öz qanı yaxılan igidlərin, ata evində oturub özünü vaxtsız borana düşən məhəbbəti ilə birgə qəbr evinə aparan gəlin-qızlarımızın bu halına kim günahkardır?

Nicat


Hədislərdən seçmələr

1. Bəndənin Rəbbinə ən yaxın olduğu zaman namaz qıldığı zamandır.

2. İnsanların ən qiymətlisi möminlərin alimləridir.

3. Ananın ayağını öpmək Cənnət qapısının çölünü öpmək kimidir.

4. Bir salam verməklə də olsa yaxınlarınızı ziyarət edin.

5. Təfəkkür kimi qiymətli ibadət yoxdur.

6. Başqalarına elm öyrətmək üçün təhsil alan kimsəyə sadiqlərin savabı verilər.

7. Beşikdən qəbrə qədər elm öyrənin.

8. Ticarətə xəyanət qarışarsa, bərəkəti olmaz.

9. Atanın oğula duası Peyğəmbərlərin ümmətinə olan duası kimidir.

10. Səndən uzaqlaşana yaxınlaş. Səndən əsirgəyənə ehsan et. Sənə zülm edənləri əfv et!

11. Allah-təalanın ən çox sevmədiyi kimsə haqqı qəbul etməkdə inad edəndir.

12. Müsəlman qardaşının uğurunu qəbul etməmək günahdır.

13. Bir zaman olacaq ki, mənim ümmətim alimləri gözəl geyiminə, Quranı gözəl səsə görə tanıyar və Allaha Ramazan ayından - Ramazan ayına ibadət edərlər. Məhz belə olduqda, Allah elmi, helmi və ədaləti olmayan zalım bir hakimi həmin məmləkətə müsəlləf edər.

14. Əlacların ən gözəli Qurani-Kərimdir.

15. Quranı öz şəxsi görüşü ilə şərh edən kafir olar.


Cihad

İslam dininin bütün yönləri ilə həqiqətə çağıran bir din olduğunu hamımız gözəl bilirik. Elə bir məsələ yoxdur ki, Allah-təala öz Quranı vasitəsilə onu  bizlərə bəyan etməsin. Tarixdən məlumdur ki, bütün dövrlərdə həqiqətsevərlərə qarşı bir təcavüz olmuşdur. Bu təcavüzlər istər müharibə şəklində, istərsə də başqa bir haqsızlıq səviyyəsində olsun, ona qarşı mübarizə aparmaq lazım gəlir. İslam dininin bu kimi geniş səpkili haqsızlıqlara qarşı çox gözəl mübarizə metodu vardır. Bunun adını da biz Qurani-Kərimdən öyrənirik: Cihad.

Cihad nədir? Cihad insanların Allaha olan əqidəsinə, inancına, müqəddəs hesab etdiyi hər bir şeyə təcavüz etməyə qalxan düşmənin  qarşısını kəsib, haqqına sahib olmaq üçün öz canı və malı ilə mübavrizəyə qalxan həqiqət insanlarının mücadiləsidir.  Cihad dininə təcavüz olunmuş, vətəni işğal edilmiş hər hansı bir şəkildə haqlarından məhrum edilmiş insanların haqqıdır.  Onların boynunda etdikləri ibadət qədər vacibdir. Əgər belə olmasaydı, Qurani-Kərim bizə "Allah yolunda layiqincə cihad edin" (Həcc 78) əmrini çatdırmazdı. İstər-istəməz bir sual qarşıya çıxır: Allah-təala kimlərə qarşı cihad et - deyir? Bu sualın cavabını biz Qurani-Kərimin Tövbə surəsinin 73-cü ayəsində tapırıq: "Kafirlərə və münafiqlərə qarşı vuruş. Onlarla sərt davran", yaxud Furqan surəsinin 52-ci ayəsində deyilir: "Kafirlərə itaət etsə və onlara qarşı Quranla böyük bir cihad et".

Bu ayələrdən göründüyü kimi, cihad bizə iki şəkildə vacib edilmişdir: 1. Vuruşmaqla sərt davranış; 2. İdeoloji cəhətdən sərt davranışla. Deməli, cihad həm fiziki şəkildə icra edilən bir əməl, həm də həqiqətin təbliğini genişləndirməklə açıq-aşkar edilən ideoloji mübarizədir. Maraqlı bir hal da budur ki, Qurani-Kərim bizə necə cihad etməyi də öyrədir: "Ey iman gətirənlər, ehtiyatı əldən verməyib, silahlarınızı götürün (düşmənlərə qarşı cihada) ya dəstə-dəstə, yaxud hamınız bir yerdə çıxın". Bəs kimlər cihada çıxmalıdır? - sualına biz Tövbə surəsinin 41-ci ayəsində cavab tapırıq: "(Ey möminlər) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir". Həqiqət yolunda cihad etməyin dərəcəsi təbii olaraq haqsızlığa qarşı bir növ sükut etməkdən çox üstündür. Əgər belə olmasaydı, Allah-təala Nisa surəsinin 95-ci ayəsində buyurmazdı: "Zərər çəkmədən (üzürsüz) evlərində əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən şəxslər bərabər olmazlar. Allah malları və  canları ilə vuruşanları dərəcə etibarı ilə üstün tutdu".

Bütün varlığı ilə Allah-təalanın buyurduqlarını tərəddüd etmədən yerinə yetirənlər uca bir məqama sahib olur. Bu məqamın adını isə yenə də Qurani-Kərimdən öyrənirik: "Möminlər yalnız Allaha və peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda canları və malları ilə vuruşanlardır. Məhz belələri sadiq olanlardır" (Hucurat, 15).

Qeyd etmək lazımdır ki, sadiq olanlar peyğəmbərlərdən bir dərəcə aşağı olan kimsələr hesab olunur.

Əziz oxucu! Unutmayaq ki, cihad bu günümüz üçün çox önəmli məsələdir. O, hər bir fərdin boynunda vacib ibadət kimidir.  Kasıbların boynunda namaz kimi, varlıların boynunda Həcc kimi. Axı bizim həm torpağımız işğal olunub, həm də dinimizə təcavüz olunub. Sizcə, günahsız müsəlmanı öldürən, məscidləri dağıdılan, vətəni və mal-mülkü əlindən alınan bir millətə cihad etmək vacib deyilmii?!

Nicat

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 13 14 15 16

Sənədin sonuncu korrektə tarixi: 3/3/2006 - 17:45:55
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.012733