|
Azad Qarabağ - 15-ci səhifə
Kimin sözü daha məntiqlidir?
Bəlkə də adi iş günlərindən biri
olacaqdı bu gün, əgər qəfil telefon zəngi Şəhid ruhlarının etirazını "Azad
Qarabağ" vasitəsi ilə millətinə çatdırdığıma görə, sakit olan ürəyimi yeni
ittiham qarşısında qoymasaydı. Yazının altında mənim imzam qoyulsa da, əslində
o, şəhid ruhlarının qazilərin bugünkü vəziyyətinə etirazı idi. Sözlərimə şübhə
edənlər bir gecə Şəhidlər Xiyabanını ziyarət etsələr, dediklərimi təsdiq
edərlər. Dəfn olunduğu ərazini əyləncə mərkəzinə çevirən bir millətin şəhidi,
dilənən qazi taleyini onlara yaşatmadığına görə hər axşam şükr edir öz taleyinə
və etiraz edir qazilərin bu gününə.
Zəng edən qardaşımın iradlarına
hörmətlə yanaşsam da, etmədiyim səhvə görə təkzib vermək fikrindən uzağam. Nəyi
təkzib etməliyəm və niyə təkzib etməliyəm? Bir anlıq təsəvvür edək o təkzibi:
Qazisi dilənən millət şərəflənməli,
Qazisi dilənən məmləkət şöhrətlənməli,
Qazisi dilənən millətin və məmləkətin
prezidenti ömürlük bu kürsüyə sahib çıxmalıdır.
Bunu istəyirsiniz, qardaşlarım?
Dözümlü millət deyə-deyə mübariz millətimi öz tayfasının nökərinə çevirənlərin
sözünü təkrar edim? Yoxsa hər addımında haqqı tapdansa da, susmağa üstünlük
verən millətimə "ay mənim ucalardan uca millətim bu sənin haqqındı" deyərək,
başının altına "döz düzələcək" adlı narıncı balınc qoyanlar kimi danışım? Bir
özünüz fikirləşin, kimin sözü daha məntiqlidir?
Əgər qazisinin dilənməyinə göz yuman
bu milləti bu gün lənətləyirəmsə, sabah qazisi onun haqqını yeyən dövlət
məmurunu ayağı altına alıb əzəndə, "qazisi belə olan millət məğlubedilməzdir -
deyə hayqıracağım şəksizdir.
Rəbbimiz - vətən sevgisi imandandı -
dedi, lakin imanlı olub sevə bilmədik vətəni, satdıq onu dəyər-dəyməzinə. Əməl
etmədik tanrımızın bizə buyurduqlarına. Kimsə buna görə rəhmətlə xatırlanacağını
düşünürsə, yanılır.
Bütün Qarabağ qazilərinə, o cümlədən
də Etimad Əsədova qanı bahasına qazandığı qazilik tituluna görə hörmət edirəm və
kiminsə məni Qarabağ qazisinə hörmətsizlikdə ittiham etmək haqqı yoxdur. Etimad
Əsədova olan hörmətim ona bu yazını oxumamağı məsləhət bilirdi. Siyahıda adının
birinci yazılması mənə görə çox suları durultmalı idi, əfsus ki, belə olmadı.
Bu milləti tərifləyə-tərifləyə yuxuya
verib istədiyini edənlər kifayət qədərdi. İndi böyük iş olubmu? Bir Yetim,
tənqidlə milləti yuxudan ayıltmaq istəyir. Axı itirə-itirə bu millətə "dur"
deyən bir dəli tapılmalıdır. Adətən düz söz deyənə ya dəli, ya da qəhrəman
deyirlər. Sadəcə bir dəliyəm ki, soruşan lazımdı bu dəlidən - ay dəli kim
dilənir, niyə dilənir, bu sənə lazımdır? Dəli! Özünü ağıllı göstərib, kimsə
dilənən qazini görüb, sonum belə olacaqsa, neynirəm bu vətəni? - deyəcəyini
düşünmə.
Əsrin əvvəlində:
Millət necə tarac olur-olsun, nə işim
var,
Düşmənlərə möhtac olur-olsun, nə işim
var
- deyən Sabirin ayılda bilmədiyi
milləti sənmi ayıltmaq istəriysən?
Yoxdu imzası millətimin imzalar içində
- deyə hayqıran Hadidən çoxmu sevirsən bu milləti?
Atama, anama, sevdiyim qıza yalan sata
bilsəm də, millətimi aldada bilmərəm. Bu gün o lənətə layiqdisə, bunu deməmək
heç də millətçilik nişanəsi deyil. Səhvimi deməyən dost düşmənimdən də
qorxuludur - belə deyib aqillər, bunu unutmayın.
Bir də unutmayın ki, yer insanı
şərəfləndirməz, əksinə, insan yeri şərəfləndirər. Bu gün Etimad Əsədovun adı
yazılan yer şərəfləndi, çünki ona Azərbaycanın baş qazisinin adı yazıldı.
Adların yanaşı yazılması heç də əməllərin eyniləşdirilməsi anlamına
gəlməməlidir. Mənim nə yazdığımdan asılı olmayaraq, kimin kimə işlədiyi hamıya
aydındır. Bir də keçinin keçi ayağından asılacağı həqiqətini Bəhlul Danəndə dərk
edib rahatlanırsa, niyə kimlərsə mənim yazdıqlarımdan narahat olmalıdır.
Qazi qardaşımın məni ANS-ə rəğbət
bəsləməkdə qınaması da bir fikir olaraq kökündən yanlışdır. Döyüşü alnımıza
yazan bu kanalın etdiklərini dana bilmərəm, lakin ANS-çilər millətimin
nümayəndəsi olduqları üçün, qazisi dilənən millətin lənət payından özüm qarışıq
onlara da pay düşür.
Nəbiyev Sadəddin Famil oğlu - dilənən
Qarabağ qazisi. Qaziliyimi sübut etsəm, pul verərsənmi? - deyən köhnə
döyüşçüdür. Acı olduğuna görə qəbul etmək istəmədiyimiz həqiqətdir.
Yetim yazdıqlarını havadan yazmır.
Yazdıqlarım həqiqətə söykənməsəydi, bu gün ən azı lal olub susardım.
Mənə qazilik arzulayan qardaşım!
Allaha yalvarıram ki, arzum və arzun ürəyimizdə qalmasın! Amma düşünmə ki, qazi
olmadan qazilərin çəkdiklərini anlaya bilmərəm.
Yetimlərin itiriləsi heç nəyi olmur.
Ona görə kimdən və niyə çəkinib həqiqəti yazmamalıyam. Yazdığım həqiqətdən
inciyə biləcək hər bir qaziyə haqqını halal et, qardaşım - deyə müraciət edirəm.
Qardaşın qardaşdan incimək haqqı olmasa da, mən sizdən incidim. Axı niyə unutduz
ki, siz qazilər diri şəhidlərsiz. Biz şahidlərin siz şahidləri ittiham etmək
haqqı yoxdur. Siz əbədi rəhmətə sahib olmaqla lənət payından uzaqsınız.
Azərbaycan yalanlar vadisidirmi? Burda
gerçəyə yer yoxmu?
Yetim Qacar
İradə İbrahimova Daxili
Qoşun hissələrində verdiyi konsertləri davam etdirmək fikrindədir
Kifayət qədər populyar və sevilən
müğənni İradə İbrahimova birdən-birə havaların kəskin dəyişməsi ilə əlaqədar
olaraq, Daxili Qoşun hissələrində verdiyi konsertləri dayandırıb. Daim yeni
sürprizlərlə pərəstişkarlarını sevindirən İradə xanım, bilirik ki, keçən ilin
oktyabr ayından başlayaraq, Daxili Qoşunların dəstəyi ilə, Daxili Qoşun
hissələrində konsertlər verirdi. Biləcəridə keçirilən ilk konsertdən sonra,
vətənpərvər müğənni layihəni davam etdirərək, Şəki, Lənkəran, Quba və Zaqatala
rayonlarında əsgərlər arasında bir-birinin ardınca uğurlu konsert proqramları
ilə çıxış edib. Hər yerdə böyük sevinc və hərarətlə qarşılanan müğənni, hətta bü
münasibətlə Xanım İsmayılqızına bir neçə mahnı da - "İgidim", "Azərbaycan"
yazdırmışdı.
İradə xanımın mətbuat katibi ilə əlaqə
saxlayaraq öyrəndik ki, hazırda müğənni Vüqar Camalzadənin "Sevgi nağılı"
mahnısının klip çəkilişlərinə başlayır. Klipin rejissoru Samir Fərzəlibəyovdur.
İradəsevərlərin nəzərinə çatdıraq ki,
o, sözləri Baba Vəziroğluna məxsus olan "Bilsən də, bilməsən də" mahnısının klip
çəkilişlərini də artıq başa çatdırıb. Müğənni klipin təqdimat mərasimini
Məhərrəmlik ayından sonraya saxlayıb. İradə həmçinin "İgidim" mahnısına da klip
çəkdirməyi düşünür.
Onu da deyim ki, həmişə yenilik
axtaran və çox məhsuldar işləyən sənətçi, Daxili Qoşun hissələrində verdiyi
konsertləri hələ dayandırmaq fikrində deyil. Sadəcə, havaların dəyişməsi bu işi
bir qədər təxirə salıb. Əsgərlər üçün verdiyi konsertlərdən böyük zövq duyan
sənətçi, bu layihəni davam etdirərək, yaxın gələcəkdə Naxçıvan, Hacıqabul, Qazax
və Gəncə şəhərlərində yerləşən Daxili Qoşun hissələrində konsert verməyi
planlaşdırır.
Nüşabə
Eşitsin cahan
Azərbaycan əsgəri,
Döyüş meydanında göstər hünəri.
Qaytar torpaqları, gəl qaytar geri.
Vermə düşməninə,
vermə sən aman
Zəfər sorağını eşitsin cahan.
Xətayi qılınclı,
Həzi tanklısan,
Babək qeyrətlisən, iftixarlısan.
Hücum et düşmənə kəsginən başın
Məhv eylə birlikdə dostun, qardaşın.
Vermə yağılara
vermə sən aman,
Zəfər sorağını eşitsin cahan.
Göstər əməlinlə sən
qeyrətini,
Qalib əsgər kimi yay şöhrətini.
Görsünlər qoy sənin şərafətini,
Vermə yağılara,
vermə sən aman
Qələbə sədanı eşitsin cahan.
Əvəz Süleymanoğlu
(Tağıyev)
|
Allah rəhmət eləsin |
|
Akif Nağı, QAT
Ağsaqqallar Şurası və İdarə Heyəti
Adil İrşadoğluna,
qardaşı Oqtay müəllimin
vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər. |
“Azad Qarabağ”
qəzetinin kollektivi
Adil İrşadoğluna,
qardaşı Oqtay müəllimin
vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər. |
|
Akif Nağı, QAT
Ağsaqqallar Şurası və İdarə Heyəti Nəzakət Rüstəmovaya,
Anasının
vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər. |
Akif Nağı, QAT Ağsaqqallar Şurası və İdarə Heyəti
Kəmaləddin Əsgərlinin
vaxtsız vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı
verirlər. |
Müsabiqə
Qarabağ Azadlıq
Təşkilatı Qarabağ mövzusunda ən yaxşı publisistik, analitik yazı, şer, plakat,
karikatura müsabiqəsi elan edir. Ən yaxşı nümunələr “Azad Qarabağ” qəzetində çap
olunacaq, ilin sonunda isə hər nominasiya üzrə qaliblər müəyyən ediləcəkdir.
Arzu edənlər işlərini qəzetimizin ünvanına göndərə bilərlər.
Təşkilat
komitəsi
|
№03
(003)
02.03.2006-cı il |
Təsisçi və baş
redaktor:
Akif Nağı
Məsul redaktor:
Adil İrşadoğlu
Baş redaktorun
müavinləri:
İlqar Mehdi, Tahir Məmmədli
Baş redaktor:
Firudin Məmmədli
e-mail:
azad_qarabag@yahoo.com |
Telefon:
510-22-39
Fax:
510-22-08
Ünvan:
Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 75 |
|
Beynəlxalq Bankın
Yasamal filialı.
Bankın kodu:
805562
M/hesabı:
0137010002944
VÖEN:
9900001881
SWIFT: IBAZAZ2X
Müştərinin hesabı:
673785 AZN 382101 |
“Turan”, “Apa”
informasiya agentliklərinin, "Qarabağ
Sənədlərdə",
medianaliz.com, inosmi.ru, arminfo.am, armenpress.am, regnum.ru internet
səhifələrinin materiallarından istifadə olunmuşdur. |
|
Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, "Ekspres" mətbəəsində çap edilib
tiraj 2000 ədəd |
INTERNATIONAL BANK OF AZERBAIJAN
Yasamal Branch
Address:
14h.,
533bl., Inshaatcilar Str., Baku 370073, Azerbaijan.
Tel./Fax:
+(994)(12) 4387486, 4397208, 4316398
Intermediary Bank: Citibank NA, New York, USA
Corr. account: 36083186
SWIFT: CITIUS33
Beneficiary Bank: International Bank of Azerbaijan Republic
Yasamal Branch kod 805562
SWIFT: IBAZAZ2X
Beneficiary: NAGI AKIF QAZAX INN 2000557822
USD only Account #: YSM-673785-USD-3822-01
|