|
Azad Qarabağ - 16-cı səhifə
Erməni terroru
16 sentyabr 1989-cu il
- "Tbilisi-Bakı" sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər
yaralanmışdır.
10 avqust
1990-cı il - "Tbilisi-Ağdam" sərnişin avtobusu partladılmış, 20 nəfər həlak
olmuş, 30 nəfər yaralanmışdır.
Arayış:
Cinayətlərin icraçıları A.Avanesyan və M.Tatevoçyan həbs olunmuşlar. Müəyyən
edilmişdir ki, bu terrorçu qrup tərəfindən 1991-ci il iyul ayının 17-də
"Ağdam-Tbilisi" avtobusunda partlayış törədilməsi planlaşdırılmış, lakin onların
həbsi buna imkan verməmişdir.
30 may
1991-ci il - Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd
stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 15 nəfər
həlak olmuş, 22 nəfər yaralanmışdır.
31 iyul
1991-ci il - Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında
"Moskva-Bakı" sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər
yaralanmışdır.
8 yanvar
1992-ci il - Türkmənistandan Krasnovodsk (indiki Türkmənbaşı şəhəri) - Bakı
marşrutu ilə sərnişin daşıyan dəniz barəsində törədilmiş terror aktı nəticəsində
25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
28 fevral
1992-ci il - Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası
yaxınlığında "Kislovodsk - Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak
olmuş, 18 nəfər yaralanmışdır.
2 iyun
1993-cü il - Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonu
partladılmış, dövlətə külli miqdarda maddi ziyan dəymişdir.
Arayış:
Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Bakıda həbs olunmuş və
etiraf etmişdir ki, o Ermənistan Respublikası Milli Təhlükəsizlik Nazirliyi
kəşfiyyat şöbəsinin rəisi polkovnik Can Ohanesyan tərəfindən məxfi əməkdaşlığa
cəlb edilərək, casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərilmiş, böyük
insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı almışdır.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federal
Əks-Kəşfiyyat Xidmətinin keçirdiyi birgə tədbirlər nəticəsində Can Ohanesyan,
onun müavini mayor Aşot Qaloyan, Rusiya Federal Əks-Kəşfiyyat Xidmətinin
əməkdaşı mayor Boris Simonyan 1994-cü il mayın 13-də Moskva şəhərində
tutulmuşlar. İstintaq sübut etmişdir ki, həmin qrup 1991-1994-cü illərdə Rusiya
ərazisindən Bakıya gələn dəmir yolu sərnişin qatarlarının partladılmasını təşkil
etmiş, nəticədə 47 adam həlak olmuş, 83 nəfər yaralanmışdır.
1 fevral
1994-cü il - Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında
terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
9 fevral
1994-cü il - Azərbaycanın Xudat stansiyasında ehtiyat yolda dayanan yük
vaqonu partladılmış, dövlətə külli miqdarda ziyan dəymişdir.
19 mart
1994-cü il - Bakı metropolitenin "20 yanvar" stansiyasında törədilmiş
partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır.
Arayış:
Müəyyən edilmişdir ki, terror aksiya Ermənistan kəşfiyatı tərəfindən hazırlanmış
separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən keçirilmişdir.
İstintaq və məhkəmə ilə yetirilmişdir ki, 1992-ci ilin əvvəllərində Ermənistan
Respublikasının xüsusi xidmət orqanları "Sadval" təşkilatı ilə gizli əlaqə
yaratmış, onu maliyyələşdirərək, Azərbaycana qarşı istiqamətləndirilmişlər.
1992-ci ildə Ermənistandan Dağıstana "Sadval"ın yaraqlıları üçün vertolyotlarla
külli miqdarda silah, döyüş sursatı, partlayıcı maddələr gətirilmiş və
Azərbaycanın şimal rayonlarında təşkilatın fəallarına paylanmışdır.
1992-1993-cü illərdə erməni kəşfiyyatı tərəfindən Ermənistan Respublikasının
Nairi və Arzni rayonlarında, eləcə də Dağıstan Respublikasının ərazisində gizli
hərbi təlim-məşq bazaları yaradılmış, bu düşərgələrdə 100-ə yaxın "sadvalçı"
Ermənistandan gəlmiş təlimatçıların rəhbərliyi altında xüsusi terror-təxribat
hazırlığı keçmişdir. Həmin terrorçuların 30 nəfər Bakı metropolitenin "20
Yanvar" stansiyasındakı partlayışla əlaqədar cinayət məsuliyyətinə cəlb
olunmuşdur.
13 aprel
1994-cü il - Dağıstan Respublikasının "Daqestanskie Oqni" stansiyası
yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3
nəfər yaralanmışdır.
3 iyul
1994-cü il - Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında
elektrik qatarında partlayış törədilmiş, 14 nəfər həlak olmuş, 54 nəfər müxtəlif
dərəcəli bədən xəsarəti almışdır.
Arayış:
Terror Azərbaycan Respublikasının vətəndaşı, milliyətcə ləzgi Aslanov Azər
Salman oğlu tərəfindən törədilmişdir. A.Aslanov Qarabağ uğrunda gedən döyüşlər
zamanı əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi
əməkdaşlığa cəlb edilmişdir. İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdir
ki, Aslanovun terrorçu kimi hazırlanmasının "ideoloji təminatında" erməni
separatçı-millətçi ekstremizminin ideoloqlarından biri, publisist Zori Balayanın
və Dağlıq Qarabağ erməni separatçılarının lideri, hazırda Ermənistan
Respublikasının prezidenti Robert Koçaryanın iştirakı olmuşdur.
1994-cü ilin
may ayından qüvvədə olan atəşkəs, həmçinin Azərbaycan tərəfinin göstərdiyi
təşəbbüslər faktiki surətdə eyni vaxtda münaqişə zonasında döyüş
əməliyyatlarının və Azərbaycanın cəbhə xəttindən uzaq rayonlarında Ermənistan
Respublikasının terrorçuluq fəaliyyətinin dayandırılmasına şərait yaratdı. Bu
bir daha göstərir ki, həm birbaşa hərbi təcavüz, həm də dinc əhaliyə və mülki
obyektlərə yönəlmiş terrorçuluq Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı yeridilən vahid dövlət siyasətinin tərkib hissələridir.
Erməni tərəfinin münaqişənin sülh yolu ilə nizama salınmasını süni şəkildə
uzatması sübut edir ki, regionda vəziyyət gərginləşəcəyi halda Ermənistan
Respublikası dinc əhaliyə qarşı terror taktikasına dövlət siyasətinin tərkib
hissəsi kimi yenidən əl ata bilər.
|