Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 8-ci səhifə

BAŞ HƏRBİ CANİLƏR

       

R.Köçəryan                                                                                   A.Qukasyan

ERMƏNİLƏRƏ DƏM TUTANLAR

Y.Merzlyakov                    S.Mənn                    B.Fasye                    V.Kazimirov


Daud Xeyriyanın
2000-ci  ildə Beyrutda nəşr olunmuş
"Xaç naminə" kitabından bir parça
(səh. 26, 62-63)

"Bu şaxtalı qış şəhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün meyidlərdən körpü salmalı olduq. Mən meyidlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən qan içərisində olan 9-11 yaşlı qız uşağının sinəsinə ayağımı basıb irəlilədim. Çəkmələrim, şalvarım qan içərisində idi. Bu qaydada 1200 meyidin üzərindən keçib getdim… Martın 2-də Qaflan qrupu (bu qrup meyidlərin yandırılması ilə məşğul olurdu) 2000-ə yaxın iyrənc monqol meyidini topladı və onları ayrı-ayrı topalarla Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən boynundan və əllərindən yaralanmış təxminən 10 yaşında qız uşağını gördüm. Şaxtaya, aclığa və aldığı yaralara baxmayaraq, hələ də sağ idi. Ölümlə çarpışan bu uşağın gözlərini mən heç vaxt unutmayacağam.

Sonra Tiqran adında bir əsgər uşağın qulağından tutub mazut tökülmüş qalaqlardan birinin üstünə atdı. Sonra onları yandırdılar. Bu vaxt yananların içərisindən yalvarıb köməyə çağıran qışqırıq eşitdim. Mən daha irəliyə gedə bilmədim. Lakin mən müqəddəslərimizinlənətlədiyi türklərdən Şuşanı azad etməli idim. Ona görə də qayıtdım. Onlar isə Xaç naminə yürüşlərini davam etdirirdilər".


Erməni hiyləsi

"Ədalət" deputat fraksiyasının üzvü, Demokrat Partiyasının sədri Aram Sarkisyan "DQR"in, "müstəqilliyi"nin tanınmasının yeni yolunu təklif edir və parlamentdə  müzakirələr aparılmasını tələb edir. Belə bir aldadıcı manevrdən istifadə edirlər ki, bu, guya "Dağlıq Qarabağın dövlət kimi tanınması deyil, onun Azərbaycanın tərkibindən beynəlxalq hüquq normalarına uyğun olaraq çıxmasının tanınmasıdır". Erməni siyasiləri yüz oyundan çıxırlar ki, necə olur-olsun, beynəlxalq ictimaiyyəti aldatsınlar. Bu dəfə ermənilər təhlükəli bir manevrə əl atıblar. Bir daha beynəlxalq təşkilatların qulağına "lapşa" asmaq istəyirlər.


Yoxsul ermənilər

Ermənistanda əhalinin 34,6%, yaxud 1 milyona yaxın erməni yoxsulluq həddində yaşayırlar. Əhalinin 6,4%, yaxud 200 min nəfər isə tam yoxsul hesab olunur. Bu məlumatlar işğalçı ölkənin Milli statistika xidməti tərəfindən tərtib olunmuş "Ermənistanda sosial mənzərə və yoxsulluq" kitabında verilir. Bunlar aydındı, aydın olmayan isə odur ki, bu kasıb, rəzil ermənilər ərazilərimizin 20%-ni nə cür işğal altında saxlayırlar.


Ermənilərin "Sumqayıt şousu"

Biz az əvvəl Daşnaksütyun partiyası 28 fevral tarixinin "ermənilərə qarşı Azərbaycanın təcavüzü günü" kimi qeyd olunmasını təklif etmişdi. Ermənilərin şousu alınmadı. Dünyanın cəmi bir neçə şəhərində bir neçə on nəfərin iştirak etdiyi azsaylı aksiyalar keçirdilər, amma yerli əhali və qurumlar tərəfindən heç bir dəstək qazanmadılar. İrəvandakı keçirdikləri mitinq də azsaylı oldu. R.Koçaryan ətrafı ilə birlikdə Sumqayıt hadisələrinə həsr olunmuş memorialın önünə əklil qoymaqla kifayətləndi. Ermənistan rejiminin boz kardinalı S.Sarkisyan bir etirafla yadda qaldı: "günahkarları cəzalandırmaq imkanlarımız xaricindədir. Biz etiraz səsimizi həmişə qaldırmalıyıq".


Cavaxetiyada erməni dilinə dövlət statusu tələb  edirlər

Gürcüstanın Cavaxetiya vilayətində ictimai təşkilatlar erməni dilinə dövlət dili statusu verilməsi tələbi ilə mərkəzi hakimiyyətə və beynəlxalq birliyə müraciət göndərmişlər. Bu məsələ gürcü dilini bilmədiklərinə görə 2 erməni hakimin vəzifədən çıxarılmasından sonra qalxmışdır.


Moskvadan erməni fitvası

Moskvada fəaliyyət göstərən bəzi təşkilatlar Azərbaycan səfirliyi qarşısında piket keçirməyə cəhdlər göstərirlər. Bəzi məlumatlara görə, piket təşəbbüskarları aksiya zamanı səfirliyin binasını zəbt etməyi də planlaşdırırlar. Hələlik aksiyaya icazə verilməyib, amma icazəsiz də keçirilə bilər. Ekspertlərin rəyinə, Rusiya mətbuatının məlumatlarına görə, keçirilməsi nəzərdə tutulan bu  aksiyanın əsas fəalları və təşkilatçıları ermənilərdir. Bu aksiyanın başlıca təşkilatçısı - Ermənistan hakimiyyəti və erməni Apostol kilsəsi hesab olunur.


Qukasyan yenə də Moskvadadır

Dağlıq Qarabağdakı işğalçı rejimin rəhbəri, terrorçu A.Qukasyan yenə də Moskvaya səfər edib. Erməni mənbələrinin bildirdiyinə görə, səfər şəxsi xarakter daşıyır. Belə çıxır ki, qohumlarına baş çəkməyə gedib, ya da xəstədi, müalicə almaq istəyir. Ehtimal olunur ki, Dağlıq Qarabağın baş terrorçusu Rusiyanın paytaxtına əlavə təlimatlar almaq, həmçinin vəsait toplamaq üçün yola düşüblər. Onun Rusiya rəsmiləri ilə görüşləri də nəzərdə tutulur. Baş terrorçunu V.Putinin də dal qapıdan qəbul edəcəyi gözlənilir. Gizli mənbənin verdiyi xəbərə görə, Putin görüşə gedərkən Allahşükür Paşazadənin ona verdiyi "Şeyxülislam" ordenini də yaxasına taxacaqdır.


Gülməli təklif

Ermənistanın "Ramkavar - Azatavan" partiyası Azərbaycan hakimiyyətinin 1988-1991-ci illərdə yerli erməni əhalisinə qarşı hərəkətlərini genosid kimi qiymətləndirir. Bu partiya parlamentə bu məsələni yaxın  vaxtlarda müzakirəyə çıxarmağı təklif edir.


Erməni müxalifəti Koçaryanın ittiham edir 

"Respublika" partiyasının Siyasi Şurasının üzvü Suren Surenyans Rambuye görüşlərinin pozulmasını şərh edərək bildirir ki, R.Koçaryan Qarabağ məsələsindən həmişə öz hakimiyyətinin ömrünü uzatmaq üçün istifadə etmişdir. "Nizamasalınmamış münaqişə - blokadada saxlanılan Ermənistan - inhisarçı təsərrüfat formulu bu hakimiyyətə və onun xidmətində dayanan oliqarxlara milyon dollarla gizli gəlir gətirir".


Ermənilər Ramil Səfərovun başına pul qoyublar

Ermənistan Tərəqqi Partiyasının sədri Tiqran Urixanyan Ramil Səfərovun öldürəcək şəxsə 125 min dollar vəd edir. Bu haqda məlumat verən "Aravot" qəzeti partiya sədrinin öz təşəbbüsü ilə hərəkət etdiyinə inanmır. Güman edilir ki, dövlətin birinci şəxsinə xüsusi sədaqəti ilə seçilən bu gənc partiya xadimi öz təşəbbüsünü "yuxarılarla" razılaşdırmışdır.


Erməni zabiti arvadını balta ilə doğrayıb

Malatiya-Sebastiya paytaxt bələdiyyələrinin birinci instansiya məhkəməsində Ermənistan Müdafiə nazirliyi Baş qərargahının zabiti podpolkovnik Parqev Abramyanın cinayət işinə baxılır. O, balta ilə 3 zərbə vuraraq 40 yaşında arvadı Marine Maloyanı öldürmüşdür. Podpolkovnik afekt vəziyyətində cinayət törətməkdə ittiham olunur. O, arvadını doğradıqdan sonra baltanı heç nə olmamış kimi vanna otağında yumuş və başqa işlərinin dalınca getmişdir.

Bu hadisədən sonra ermənilərin gərək Ramil Səfərovdan danışmağa dili olmaya.


Erməni keşişi Təbrizdən qaçıb

Xocalı soyqırımının ildönümü ilə bağlı İranın müxtəlif şəhərlərində, o cümlədən Təbrizdə geniş, izdihamlı aksiyalar keçirilib. Aksiya iştirakçılarının qərəzli erməni işğalçılarına, cinayətkarlarına qarşı yönəlib. Bu vəziyyətdən erməni əhalisi təlaşa düşüb və erməni keşişi Təbrizi tərk edib qaçmağa məcbur olub. Bu, əsil erməni xasiyyətidi, bərkə düşəndə dindaşlarını qoyub qaçırlar. Bir də ki, bu erməninin Təbrizdə nə işi var ki, indi də onun qaçmağından yazaq. Çoxdan rədd olub getməliydi, İrəvanın, Zəngəzurun, Qarabağın taleyi dərs olsun bizə. Sabah da "məlum" olacaq ki, Təbriz elə əvvəldən erməni şəhəri imiş.


N.Məmmədov erməni iddialarına cavab verir

"Lüksemberq parlamentinin nümayəndələrinin Azərbaycanın işğal altında olan torpaqlarına səfər edib, orada qondarma Dağlıq Qarabağ rejiminin başçıları ilə görüşünə Azərbaycanın xarici işlər nazirliyi mövqeyini bildirəcək". Bu sözləri jurnalistlərə verdiyi açıqlamada Prezident Aparatı Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O təəssüflə qeyd edib ki, Lüksemburq parlamentinin nümayəndələri Avropa Parlamentində də ədalətli mövqe nümayiş etdilər. "Zaman-zaman deyilən ikili standart burada özünü göstərməkdədir. Bununla bağlı da öz mövqeyimizi bildirəcəyik". N.Mmədov ermənilərin Naxçıvan torpaqlarının onların ərazisi olması ilə bağlı qaldırdığı iddiaya da münasibət bildirib. Bunu ermənilərin xülyası adlandıran şöbə müdiri bildirib ki, ermənilər son vaxtlar Naxçıvanla bağlı saxta, yalan məlumatlar yayırlar: "Amma mən düşünürəm ki, artıq gecdir. Artıq dünya ictimaiyyəti erməniləri yaxşı tanıyır, bizim də artıq əvvəlki vəziyyətimiz deyil. Çox olsa, özlərinin buynuzlarını sındıracaqlar". N.Məmmədov Avropa Parlamentinin guya Naxçıvanda erməni abidələrinin dağıdılması ilə bağlı qətnaməsini də ədalətsiz adlandırıb: "Belə görünür ki, onlar Azərbaycanda gedən prosesləri ya görmək, bilmək istəmirlər, ya da ki, ona zərərli münasibət bildirirlər. Çox təəssüflər olsun ki, son vaxtlar bu, özünü daha çox göstərir. Əslində, Avropa Parlamentinin nümayəndələri bu yeri yaxşı öyrənib, ona düzgün münasibət bildirməli idilər. Azərbaycanın işğal olunmuş ərazilərində  UNESKO-nun siyahısına düşmüş mindən çox tarixi və mədəni abidə artıq yerlə-yeksan edilib. Parlamentin nümayəndələri indiyə qədər bunları görə bilməyiblərsə, bu, onlara başucalığı gətirmir. Ümumiyyətlə, bu gün qədim dünya olduğunu iddia edən, özünü sivil məkan adlandıran Avropa, çox təəssüflər olsun ki, müəyyən mənada bəzi məsələlərə ya hörmətsiz, ya məlumatsızlıq, ya saymamazlıq, ya da qəsdən qərəzli münasibət bildirir. Peyğəmbərin karikaturalarının verilməsindən tutmuş, Naxçıvanda guya erməni abidələrinin dağıdılmasına qədər münasibətin bir zəmin üzərində qurulduğunu düşünmək lazımdır. Bu gün sivilizasiyalararası dialoqdan söhbət gedir. Qərb bunda çox maraqlı olduğunu bildirsə də, müəyyən məsələlərin qızışmasında, ortaya gəlməsində, düşünürəm ki, müəyyən dairələr provokatorluq edir. Bu da, ümumiyyətlə götürdükdə, sivilizasiyalararası diaoqu çox gərginləşdirir, ziddiyyətə gətirib çıxarır. Sonda bunun təhlükəli nəticələri ola bilər. Əgər Qərb bu gün dünyada, eləcə də bizim regionda gedən proseslərlə bağlı ədalətli mövqe tutmasa, bu, həm də onun özünün faciəsi olacaq".

Səhifəni hazırladı: İlqar Mehdi

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 7 8 9 ... 16

Sənədin sonuncu korrektə tarixi: 3/3/2006 - 17:45:11
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.015247