Bu gün: 18 May 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - #3, 02/03/2006

MƏMLƏKƏT

Partizan qardaşlar

Bu dəfə partizanlardan Əlirza və Firuz Babayev qardaşlarını sizlərə tanıdacağam. Qardaşları haqqında Mətanət xanım göz yaşları içində danışırdı.

Əlirza 1965-ci ildə, Firuz 1977-ci ildə Bakıda ziyalı ailəsində doğulublar. Ataları Məcid müəllim institutda dərs deyirmiş, anaları orta məktəbdə. Valideynlərin hər ikisi dünyasını dəyişib. Ailədə beş uşaq olublar - üç qardaş, iki bacı. Əlirza və Firuz hazırda həbsxanada cəza çəkirlər, o biri qardaş, bacıları ailələri ilə birlikdə Bakıda yaşayırlar.

Əlirza evlidir, bir oğlu, bir qızı var. Həyat yoldaşı Sevda xanım Əlirza həbs olunduqdan sonra oğlu Ömər və qızı Nərgizlə birlikdə Sümqayıtda valideynləri ilə yaşayır. Uşaqlar birinci sinfə gedirlər.  daha geniş...

 

GÜNDƏM

Qarabağ münaqişəsinə yeni yanaşma tərzi

ATƏT-in Dağlıq Qarabağ üzrə nümayəndəsi Heykki Talvitie öz müvəqqəti postunu tərk edərkən, münaqişənin həllinə "yeni formada yanaşmaq" fikrini irəli sürmüşdür. Lakin o, bu "forma"nın məhz hansı şəkildə olması barədə bir söz deməmişdir. Düşünmək olar ki, bu tezis H.Talvitienin öz beyninin məhsulu yox, onun təmsil etdiyi təşkilatın ən azı ATƏT dəhlizlərində gedən fərdi müzakirələrin ümumi yekununun prelüdüdür. "Sülh" danışıqlarının Ki-Uest və Praqa danışıqlarından sonra Rambuyedə keçirilən 3-cü cəhdinin də boşa çıxmasından dərhal sonra Minsk qrupuna daxil olan siyasi "yengələr" qısa bir müddət ərzində müzakirələrin növbəti gedişatını müəyyənləşdirmək üçün  Vaşinqtona yığışacaqlar. Uzun illərin təcrübəsi sübut edir ki, bu məsləhətlərdən məzmunca yeni nəsə gözləmək sadəlövhlükdür. Bu məqamda hadisələrin gözlənilməz gedişatı da bunu göstərir: V.Putinin Ermənistan prezidenti Koçaryanı Moskvaya çağırmaq vədi və bundan bir gün öncə ABŞ-lı "yengə" Stiven Mənnin "2006-cı ildə razılaşma əldə olunması, bu faciə ilə nəticələnəcəkdir" hipotezi ilə Azərbaycanı hədələməsi Vaşinqtonda başlanacaq məsləhətləşmələri bəri başdan sıfra endirir. daha geniş...

 

AKTUAL

Hər bir vətəndaşın dövlət qarşısında öz hüquqlarını tələb etməyə haqqı var

 Eyvaz Borçalı: "Azərbaycanlılar gürcü dövlətinə sadiqdirlər, heç vaxt separatçılıq mövqeyindən çıxış etməyiblər"

 Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti bizi narahat etməyə bilməz. Seçkiqabağı prezident Saakaşvilinin Borçalı azərbaycanlılarına verdiyi vədlərə əməl etməməsi və onların problemlərinə laqeyd yanaşması soydaşlarımızın vəziyətini daha da ağırlaşdırıb. Xüsusilə son günlər Gürcüstanda baş verən proseslər orada Ermənistan hadisələrinin təkrar olunmasına qətirib çıxara bilər. Bu isə yolverilməzdir. Borçalıları narahat edən əsas problemlər və onların yaranma səbəbləri barədə həmin problemlərin aradan qaldırılması uğrunda mübarizə aparan "Borçalı" cəmiyyətinin sədri, tanınmış ziyalı Eyvaz Borçalı ilə söhbətləşdik  daha geniş...

 

BELƏ YAŞAMAQDANSA

Qarabağ veteranları ögey münasibətdən gileylənirlər

"Belə yaşamaqdansa" rubrikası bu dəfə öz qəhrəmanlarını Bakı Dövlət Universitetinin (BDU) 5 saylı yataqxanasında axtardı. Yataqxananın həyətində rastlaşdığımız oğlandan burada yaşayıb-yaşamamasını soruşduq. Müsbət cavab aldıqda, özümüzü təqdim edib, bizə bələdçilik etməsini xahiş edərək, əvvəlcə komendant və burada yaşayan Qarabağ müharibəsi veteranları ilə maraqlandıq. O, komendantın hazırda burada olmadığını deyərək, bizdən bir az aralı dayanmış ortayaşlı, arıq bir kişini göstərdi:

"Baxın, bu kişi Qarabağ müharibəsi veteranıdır, onunla danışa bilərsiniz". Ancaq kişi "mən veteran deyiləm"- deyə söhbətdən boyun qaçırdı. Yazımın əvvəlində bunu qeyd etməkdə məqsədim var, çünki hələlik danışmaq istəməyən və bunun üçün müəyyən əsasları olan kişi sonradan dərdini bizimlə bölüşmək məcburiyyətində qalacaq. "Bələdçi" oğlanın zarafat etdiyini düşünüb, (çarəmiz nə idi, kişini güclə danışdıra bilməzdik) özümüz yataqxanaya daxil olduq  daha geniş...

 

QAN YADDAŞIMIZ

XOCALI - qanlı soyqırım

(Əvvəli ötən sayımızda)

Sentyabr ayında respublika təşkilat komitəsinin rəhbəri V.Polyaniçko azərbaycanlıları kəndlərdən bütünlüklə çıxarmağın çətin olduğunu, qanlı qırğınlar törətməyin vaxtının çatdığını görüb, komandası ilə Xankəndini tərk edir.

10 sentyabr - Xocalı yaşayış məntəqəsi müxtəlif istiqamətlərdən atılan raket atəşinə məruz qalır. Ölən və yaralananlar var;
24 sentyabr
- Xocalı şəhəri iriçarxlı pulemyotlardan və müxtəlif tipli raketlərdən atəşə tutulur
 daha geniş...

 

GERÇƏK TARİX

Azərbaycan-Ermənistan müharibəsi
III mərhələ (avqust 1991- may 1992-ci illər)

Müdaxilə

1991-ci ilin avqust çevrilişi, SSRİ rəhbərliyində baş verən siyasi dəyişikliklər Qarabağda  hərbi əməliyyatların gedişinə həlledici təsir göstərdi. Sonrakı bir neçə ay ərzində böhran dərinləşdi və lokal toqquşmalardan intensiv silahlı münaqişəyə keçid baş verdi.

Avqustun sonlarından etibarən Mərkəzin daxili qoşun qüvvələri faktiki olaraq Dağlıq Qarabağda FV rejimini həyata keçirməkdən imtina etdilər. Dağlıq Qarabağdakı erməni qüvvələri yaranmış vəziyyətdən istifadə edərək açıq fəaliyyətə keçdilər və 1991-ci il sentyabrın 2-də "Dağlıq Qarabağ Respublikası" deyilən  oyuncaq qurumu yaratdıqlarını elan etdilər. Bütün silahlı qruplaşmalar (yerli dəstələr, partiya birləşmələri, Ermənistandan gələn dəstələr) "DQR-in özünümüdafiə qüvvələri" (sonralar "DQR-in müdafiə ordusu" adlandırıldı) adı altında birləşdirildi, onların ümumi sayı  15 min nəfərə çatdırıldı daha geniş...

 

DÜŞMƏN DÜŞƏRGƏSİNDƏ

Baş hərbi canilər daha geniş...

Ermənilərə dəm tutanlar daha geniş...

 

DÖYÜŞ-DÖNÜŞ

Qarabağ uğrunda döyüşənlər çirkli siyasətin qurbanı oldular
(Əvvəli ötən sayımızda)

Bəlkə öldürdüyümüz ermənilərin qisasını alırlar bizlərdən? Qarabağ qazisinə "surətçi" damğası vurub, həbs etdirən insanın ağlının olmasına şübhə edirəm. Bu rejimin öz qəhrəmanları var. 200 nəfərin üstünə 1000 nəfərlə hücum edib, təslim olan insanları güllələməklə qiyam yatırdan Rövşən Əkbərovdan nə general, nə də milli qəhrəman olardı.  O, Əliyev tayfasının qəhrəmanı idi. 125 şəhidi, 250-dən çox qazisi olan qurtuluş batalyonunun komandirini evsiz qoyub, bulvarda yatmağa məcbur edən iqtidardan Qarabağ sevgisi ummaq, eşşəkdən cüməaxşamı soruşmağa bərabərdir. Mən heç vaxt problemlərimi qabartmağa cəhd etməmişəm. Sadəcə, bu rejimin iç üzünü açmaq üçün, bunları deməyə məcburam. Köhnə döyüşçülərə və onların ailələrinə, yaxınlarına belə münasibət göstərən mövcud iqtidarla kimin müharibəyə gedəcəyi çox maraqlıdır. Düzdür, torpaq iqtidara yox, xalqın özünə məxsusdur.  Amma mənim sualım barədə də düşünməyə dəyər. Biz 7 ay bir qəpik belə almadan vuruşduq. Maaş barədə düşünməyi belə ağlımıza da gətirmədik. Kimsə bizim qanımızın üstündən keçərək hakimiyyətə gəlib, bizi vətəndən didərgin salıbsa, əlavə şərhə ehtiyac da yoxdur.  daha geniş...

 

MÜNASİBƏT

Yalan yeriməz

Qarabağ Azadlıq Təşkilatı bütün dünya türklərinin yaratmış olduğu qurumlar içərisində hər bir türk övladının iştirakı vacib olan bir təşkilatdır.

Hakimiyyətdəkilərdən yalnız bir şeyi - işğal olunmuş torpaqlarımızı azad etmək uğrunda mübarizə aparmalarını istərdik. Zaman-zaman torpaqlarımız işğal olunaraq yağmalanıb. Bunun qarşısını bizlər - torpağını sevən vətəndaşlar almalı və torpaqlarımızı işğaldan azad etməliyik. 20-ci yüzillik Azərbaycanımızın qara xətlə yazılmış səhifəsi, əsrin sonu isə müstəqilliyimizin, tariximizin ən önəmli səhifəsi kimi millətimizin yaddaşına əbədi həkk olunacaqdır daha geniş...

 

DÖYÜŞ YOLU

Murovdağ əməliyyatı

İki yüz il öncə general Suvorov Karpat dağlarını keçdi. Elə o zamandan başlayaraq, ruslar Suvorovun bu nailiyyətini tarixə yazdılar. Hətta bunu əsarətdə saxladıqları xalqların yaddaşına belə həkk etməyə nail oldular.

On iki il öncə  yaxşı xatırladığımız ikinci Kəlbəcər əməliyyatında isə Azərbaycan hərbçiləri Kiçik Qafqazda "suvorovçuluq" edib 3395 metr yüksəklikdə, keçilməz və  əlverişsiz dağlarda döyüş apararaq düşməni məğlub etməyə nail oldular. Amma təəssüflər olsun ki, indiyədək Murovdağ döyüşləri ən qorxunc və vahiməli bir hadisə kimi xatırlanmaqdadır. Bu yer və baş verən döyüşlərlə bağlı uydurulmuş şayiələr isə yalnız insanların "gözünü qırmaq" məqsədi güdür.

Ancaq unutmayaq ki, Murov eyni zamanda Azərbaycan ordusunun sınaq meydanı olub  daha geniş...

 

TARİXİ CİNAYƏTLƏR

Kemp-Devidin əks-sədası

Ənvər Sədat çox az siyasətçilərə xas olan xüsusiyyətlərə malik idi.  O, cəsarətlə öz üzərinə riskli vəzifələri götürür və onların yerinə yetirilməsinə nail olurdu.

Ənvər Sədat Menahem Beqinlə birlikdə Nobel sülh mükafatını aldı. Bu mükafat onun üçün ölüm hökmü oldu.

Gələcək Misir prezidenti 1918-ci ildə anadan olmuş və hərbi təhsil almışdı. O, ikinci dünya müharibəsindən sonra milli-azadlıq hərəkatına başçılıq edən gənc zabitlər qrupuna daxil oldu. Həmin vaxt milli-azadlıq hərəkatı monarxiya quruluşuna qarşı yönəlmişdi. 1952-ci il iyulun 23-də "Azad zabitlər" təşkilatı başda olmaqla ordu dövlət çevrilişi etdi, kral Fərrux devrildi.

Əbdül Nasirin hakimiyyəti dövründə Sədat Misir hökumətində həlledici postlarda olmuş, 1973-cü ildə onun ölümündən sonra isə dövlətə rəhbərlik etməyə başlamışdır. Yeni prezident radikal dəyişikliklər xətti elan etdi. O, ölkənin Sovet İttifaqından hərbi və maliyyə asılılığını xeyli azaltdı və nəzərlərini daha çox onun strateji rəqibinə - Amerika Birləşmiş Ştatlarına tərəf yönəltdi. Ənvər Sədat Sələfinin İsrailə qarşı barışmaz siyasətini davam etdirir, işğal altında olan torpaqları geri qaytarmağa çalışırdı. İsrail 1967-ci ildə "altı günlük müharibə" zamanı Sinay yarımadasının böyük hissəsini zəbt etmişdi. 1973-cü ilin oktyabrında Misir qoşunları Süveyş kanalından keçərək İsrailin işğal etdiyi ərazilərdə hərbi əməliyyatlara başladılar  daha geniş...

 

İCTİMAİ QINAQ

QARA LÖVHƏ

Vətən qarşısında üzü qara olanlar

Əbülfəz Qarayev Xocalı soyqırımını ziyafətlə yad edib
? ? Xocalının yad olunmasını ermənilər də istəmir, Hacıbala da... Eynulla Fətullayev rentgen işığında
       
 

VƏTƏNİ SEVMƏK İMANDANDIR

İslamda terrora münasibət

Bütün zamanlarda insan cəmiyyətinin ən böyük çətinliyi nahaq yerə tökülən qanların qarşısını ala bilməməsi olmuşdur. Daima insanların gözlərini yaşlı, əllərini bağlı, qəlblərini dağlı qoyan bu hadisələrə indi biz terror deyib mövcud olan bütün insan cəmiyyətini onunla mübarizəyə səsləyirik. Dəhşətli budur ki, yer üzünün yeganə ağıllı varlığı olan insan bu qədər günahsız qanları özünün şəxsi bəlkə də heç kimə lazım olmayan məqsədləri üçün axıdır və cəmiyyəti fəlakət girdabına sürükləyir.

Təbii olaraq bu gün minlərlə insanı haqsız yerə gözüyaşlı  qoyan bu hadisələri heç bir normal cəmiyyət,  milli və dini ideologiya qəbul etmir. Bununla yanaşı zamanımızın bəzi qəriblikləri ilə də üz-üzə qalırıq. Bu da ondan ibarətdir ki, kainatın xilası üçün göndərilən, insanlara mənəviyyat, mədəniyyət, əxlaq öyrədib, onları mütləq kamilliyə səsləyən İslam dininin adı indi terrorla qoşa çəkilir. İslam terrorizmi, islamçılar və s. kimi ifadələr artıq hamıya tanışdır  daha geniş...

 

15-ci səhifə

Kimin sözü daha məntiqlidir?

Bəlkə də adi iş günlərindən biri olacaqdı bu gün,  əgər qəfil telefon zəngi Şəhid ruhlarının etirazını "Azad Qarabağ" vasitəsi ilə millətinə çatdırdığıma görə, sakit olan ürəyimi yeni ittiham qarşısında qoymasaydı. Yazının altında  mənim imzam qoyulsa da, əslində o, şəhid ruhlarının qazilərin bugünkü vəziyyətinə etirazı idi. Sözlərimə şübhə edənlər bir gecə Şəhidlər Xiyabanını ziyarət etsələr,  dediklərimi təsdiq edərlər. Dəfn olunduğu ərazini əyləncə mərkəzinə çevirən bir millətin şəhidi, dilənən qazi taleyini onlara yaşatmadığına görə hər axşam şükr edir öz taleyinə və etiraz edir qazilərin bu gününə.

Zəng edən qardaşımın iradlarına hörmətlə yanaşsam da, etmədiyim səhvə görə təkzib vermək fikrindən uzağam. Nəyi təkzib etməliyəm və niyə təkzib etməliyəm?  daha geniş...

 

ERMƏNİ TERRORU

16 sentyabr 1989-cu il - "Tbilisi-Bakı" sərnişin avtobusu partladılmış, 5  nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

10 avqust 1990-cı il - "Tbilisi-Ağdam" sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.

Arayış: Cinayətlərin icraçıları A.Avanesyan və M.Tatevoçyan həbs olunmuşlar.  Müəyyən edilmişdir ki, bu terrorçu qrup tərəfindən 1991-ci il iyul ayının 17-də "Ağdam-Tbilisi" avtobusunda partlayış törədilməsi planlaşdırılmış, lakin onların həbsi buna imkan verməmişdir  daha geniş...

Anım

Bu gün dəyərli vətəndaş
Elmar Hüseynovun
qətlə yetirilməsinin
1 ili tamam olur.
Qətlin sifarişçiləri və
icraçıları hələ də tapılmayıb.

 

BAŞ SƏHİFƏDƏ

Qarabağ müharibəsinə yeni yanaşma tərzi daha geniş...

 
MÖVQE

 

Nikolas Börns: ABŞ dövlət katibinin müavini 

- Biz Rambuyedəki görüşün nəticəsindən çox məyus olduq. Biz fikirləşirik ki, bu sammit həqiqətən yaxşı şans idi. ABŞ Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirəcək və Kaşinqton bu konteksdə Moskva ilə dialoqa xüsusi önəm verir

 

Lalə Şövkət. Milli Birlik Hərəkatının sədri

- Sülh danışıqlarının müsbət perspektivinə inanmıram. Bu münaqişə hərbi yolla çözülə bilər. Ona görə də, Azərbaycan münaqişənin hərb variantı ilə həll edilməsinə hazır olmalı və bütün qüvvəsini buna səfərbər etməlidir.

 

Heyki Talvitye. Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi

- Azərbaycanda qədimdən Qafqaz Albaniyası mədəniyyəti mövcud olmuş, gürcü və erməni kilsələri ilə yanaşı, alban kilsələri də fəaliyyət göstərmişdir. Bölgədə çoxsaylı alban abidəsi vardır. Azərbaycan xalqı ərazisində yaşayan xalqların tarixinə və mədəni abidələrinə hörmətlə yanaşır.

 

Ələkbər Məmmədov. Hərbi ekspert 

- Müdafiə naziri, onun müavini statusunda olan rəhbər işçilər öz kürsüləri ilə vidalaşmalı, onları inteqrasiyaya, Qərb standartlarına meylli şəxslər əvəz etməlidir. Orduda islahatlara mane olan əsas amillərdən biri də məhz budur. daha geniş...

 

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək...

Sənədin sonuncu korrektə tarixi: 31/5/2007 - 17:34:53
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.150602