|
Azad Qarabağ - 10-cu səhifə
Beynəlxalq hüquq erməni iddialarını rədd edir
Kor tutduğunu buraxmayan kimi,
ermənilər də millətlərin öz müqəddəratını təyinetmə prinsiplərindən yapışıb əl
çəkmirlər. Ermənilərin prezidentinin də, politoloqunun da, fəhləsinin də bu
kütbeyin inadkarlığına təəccüb etməmək olmur. Həmin prinsipi bir daha izah
edirik.
Birinci Dünya müharibəsindən sonra
millətlərin öz müqəddəratını təyinetmə hüququ Paris sülh konfransında müzakirə
olunan məsələlərin içərisində idi. Lakin onun beynəlxalq hüquq normasına
çevrilməsindən danışmaq hələ tez idi. Məlumat üçün deyək ki, ABŞ prezidenti
V.Vilsonun o vaxt dünyanın nizamını müəyyənləşdirən 14 maddəsində bu haqda heç
nə deyilmirdi. Xalqların hüquq bərabərliyi və müqəddəratını təyinetmə prinsipi
ilk dəfə BMT nizamnaməsində yer aldı. Burada göstərilir ki, dövlətlər öz
aralarında xalqların hüquq bərabərliyi və öz müqəddəratlarını təyinetmə prinsipi
əsasında dost münasibətlər qurmalıdırlar. Bu prinsipin normativ məzmunu
Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsinin 5-ci
bölməsində geniş əks olunmuşdur. Bu sənəddə göstərilir ki, bütün xalqlar
kənardan müdaxilə olmadan öz siyasi statusunu azad şəkildə müəyyən etmək,
iqtisadi, sosial və mədəni inkişafını təmin etmək hüququna malikdir.
Ən əsası isə odur ki, bu prinsip
hər hansı dövlətin ərazisində yaşayan milli azlıqlara qətiyyən şamil edilmir.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi də milli azlıqdır. Ona
görə də bu əhali heç bir halda öz müqəddəratını təyinetmə hüququndan istifadə
edə bilməz. BMT Baş Assambleyasının 1992-ci il dekabrın 18-də keçirilən
47-ci sessiyasında bu prinsiplə bağlı siyasi möhtəkirliyə son qoymaq məqsədi
ilə milli, yaxud etnik, dil və dini azlıqlara mənsub olan şəxslərin hüquqları
haqqında Bəyannamə (47/135 saylı qətnamə) qəbul edildi. BMT Baş Assambleyasının
bu bəyannaməsindən əvvəl də dünya dövlətləri Helsinki, Yekun aktını imzalayaraq,
xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini daha dəqiq
şərh etdilər və onu dövlətlərin ərazi bütövlüyü prinsipi ilə əlaqələndirdilər.
Yekun aktında aydın şəkildə göstərildi ki, öz müqəddəratını təyinetmə
azlıqların hüquqlarına aid edilmir. Burada prinsipin adı da dəyişdirilərək,
"xalqların hüquq bərabərliyi və öz taleyinə sahib olmaq prinsipi" şəklində
verilmişdir. Yekun aktının əsas tələblərindən biri ondan ibarətdir ki, xalqların
hüquq bərabərliyi və öz taleyinə sahib olmaq prinsipi öz həllini yalnız
dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tapa bilər.
Bir sözlə, beynəlxalq hüquqda hər
hansı dövlətin ərazisində yaşayan milli azlıqlara öz müqəddəratını təyn etmək
hüququ verən norma yoxdur. Hər bir dövlətdə milli azlıqların hüquqları həmin
dövlətin qanunları və milli, yaxud etnik, dil və dini azlıqlara mənsub olan
şəxslərin hüquqları haqqında Bəyannamə (BMT Baş Assambleyasının 18 dekabr
1992-ci il tarixli qətnaməsi) ilə qorunur.
Hüquq şöbəsi
Sabah müharibə
başlayarsa...
12 ildir atəşkəsdir. Biz necə
etməliyik - atəşkəs davam etsinmi, yoxsa müharibə ilə öz torpaqlarımızı azad
etməliyik?
Elə bu sualla da ölkə
vətəndaşlarına müraciət edərək, onların fikirlərini öyrənməyə çalışdıq.
Mehdiyev Müşfiq, tələbə:
- Atəşkəsin Azərbaycana ziyandan başqa
bir şey gətirməyəcəyini öncədən anlamalıydıq. Heç bir beynəlxalq təşkilat bizə
Qarabağı geri qaytarmayacaq. Ona görə də, bir millət kimi silaha sarılıb, doğma
torpaqlarımızı düşməndən azad etməliyik.
Quliyev Azər, işsiz:
- Müharibə qaçılmazdır. Bizim başqa
yolumuz yoxdur. Torpaqları hərb yolu ilə azad etməyin zamanı çoxdan yetişib.
Qarabağımızı azad etməsək, şəhidlərimizin ruhu bizi heç zaman rahat qoymayacaq.
Müharibəyə getməyə hazıram. Zəfər yürüşü zamanı gəlib.
Məmmədov Elbrus, işsiz:
- Müharibəni başlayıb, öz dədə-baba
torpaqlarımıza sahib çıxmalıyıq. Yurdumuz azad, firavan olmalıdır. Bunun üçün
canımızdan keçməyə hazırıq. Erməni dığalarını Qarabağdan silib atmalıyıq. Qələbə
sevincini Azərbaycan xalqı tezliklə yaşamalıdır!
Ağayev Fəqan, tələbə:
- Müharibəni tez başlamaq lazımdır.
Gücümüzü düşmənə göstərməliyik. Şuşada bizim bayrağımız dalğalanmalıdır.
Şəhidlərimizin ruhu Qarabağda bizi gözləyir. Qarabağın azadlığı müharibədən
keçir.
Məmmədov İbrahim, mexanik:
- Şəhid qardaşımın qisasını ancaq öz
qanımla, canımla almalıyam. Müharibə başlayacaq və mən də öz qisasımı alacağam.
Başqa yolumuz yoxdur.
Qurbanov Elsevər, işsiz:
- Döyüşə çoxdan hazıram. Müharibə
istəməyən hər hansı Azərbaycan gəncinin bu torpaqda yaşamağa haqqı yoxdur.
Qarabağ bizim hamımızındır.
Kərimov Rauf, işsiz:
- Ali baş komandandan müharibənin
başlamasını tələb etməliyik. Azərbaycan ordusu torpaqlarımızı azad etməyə qadir
bir ordudur. Ancaq bu müharibədə döyüş təcrübəsi olan, ordudan kənar şəxslər də
iştirak etməlidir.
Yalnız və yalnız müharibə yolu ilə
müqəddəs Qarabağ torpaqlarını düşmən tapdağından azad etməliyik.
Səmədov Sahil, tələbə:
- Ölkədə real müharibəyə hazırlıq çox
aşağı səviyyədədir. Hər bir vətəndaş sabahkı müharibəyə hazır olmalıdır. Biz
nəyi gözləyirik? Ermənilər bizim qorxduğumuzu sanıb, çox ürəkli danışırlar. Öz
qüvvəmizi onlara tezliklə göstərməliyik.
Hacıyev Ramin, işsiz:
-
Müharibənin başlamasını çoxdan gözləyirik. Düşmənə bu qədər fürsət vermək lazım
deyildi. Artıq gücümüzü göstərməyin vaxtı çatıb. Qarabağ müharibəsinin
iştirakçısı olmaq şərəfli bir işdir.
Hüseynov Fərid, tələbə:
- Qarabağ torpağı, orada şəhid olmuş
qardaş-bacılarımızın ruhları bizdən incikdir. Onların ruhu o zaman rahat olacaq
ki, biz öz qanımız, canımız hesabına, düşmənə layiqli cavab verərək o torpaqları
azad edək. Ana-bacılarımızın tapdalanmış namusunu, yetim qalmış körpələrin
qisasını almaq vaxtıdır. Müharibəni başlamaq mütləqdir.
Süleymanov Rüfət, əsgər:
- Başlanacaq olan bu Qarabağ
müharibəsində xalqımız yumruq kimi bir olmalıdır. Döyüşə gedən hər bir oğul
təkcə bir şeyi düşünməlidir - Qələbəni! Döyüşmək - hər bir qeyrətli insanın
şərəfli işidir. Biz döyüşə ölməyə deyil, öldürməyə gedirik. Bu niyyətlə də
Qələbə bizimlə olacaq!
Quliyev İslam, tələbə:
- 12 ildir
ki, müxtəlif səviyyədə danışıqlar aparılır. Amma bunların heç bir müsbət
nəticəsi olmayıb. Bizim yalnız bir yolumuz var - o da müharibə yoludur.
Döyüşərək, vuruşaraq biz öz doğma torpaqlarımızı geri qaytarmalıyıq. Başqa yol
yoxdur!
Aslan, sürücü:
- Azərbaycan
xalqı çoxlu qurbanlar verərək öz Azadlığına qovuşub. Ancaq buna baxmayaraq,
Qarabağ düşmən tapdağı altındadır. Biz bir millət kimi silaha sarılıb, Qarabağı
azad etməliyik. Allah millətimizə kömək olsun. Düşməni qarşımızda diz
çökdürməliyik.
Hazırladı: Xəyyam
Sorğu
Bu dəfəki mövzumuz, terrorçu Robert
Koçaryanın Dağlıq Qarabağı tam müstəqil dövlət kimi tanımasını və Azərbaycana
hədə-qorxu gəlməsinə paytaxt sakinlərinin münasibətinə həsr olunub.
Cəfərov Ramil - mühəndis
- Bu çıxışları ermənilər həmişə edib.
Nə qədər ki, onların dilini kəsməmişik, onlar belə çıxışlar çox edəcək.
Məmmədova Şəfəq - tələbə
- Torpaqlarımızı işğal ediblər.
Üstəlik bizə hədə-qorxu da gəlmək istəyirlər. Onlara layiqli cavabı yalnız
müharibə yolu ilə vermək olar. Mən müharibə tərəfdarıyam.
Əliyev Rövşən - sürücü
- Bu sülh, hələ ki, nəticəsiz davam
edir. Əgər Qarabağ torpaqları sülh yolu ilə azad olunsa belə, R.Koçaryan məhkəmə
qarşısında cavab verməlidir.
Mustafayev Sahib- işsiz
- Robert Koçaryan yenə qudurub, onun
dilini kəsmək lazımdır.
Vəliyeva Arzu - tələbə
- Ermənilər həmişə boş-boş danışıblar.
Onlara fikir verməyə dəyməz.
Hacıyev Arif - sahibkar
- Azərbaycanın
çörəyi ona haram olsun. Gərək o vaxtlar onun payını verərdik ki, indi bizə
hədə-qorxu gəlməzdi.
Aslanova Sevil -
müəllimə
- Vallah, bir
yumruq kimi birləşib, torpaqlarımızı hərb yolu ilə geri qaytarmasaq, bu dığalar
həmişə bizə meydan oxuyacaqlar.
Tağıyev Bəxtiyar
- tələbə
- Günlərin bir günü
R.Koçaryan da Ramil Səfərov kimi qeyrətli oğulun əlinə düşəcək. Millətim
səbirli olsun.
Qəmbərova Gültəkin - mühəndis
- Andranik kimi onun da qulağını
dibindən kəsmək gərəkdir. Erməni dığaları bilməlidirlər ki, Azərbaycan öz
torpaqlarını tez-gec azad edəcək.
Əhmədov Akif - iqtisadçı
- Azərbaycanı Qarabağsız təsəvvür
etmək qeyri-mümkündür. Biz mütləq müqəddəs torpaqlarımızı azad edəcəyik. Allah
bizə kömək olsun.
Məmmədov Amil - tələbə
- Ali Baş komandan əmr etsin, biz
gənclər də gedib torpaqlarımızı azad edək.
Hazırladı: Vüsal
|