Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 14-cü səhifə

Bu bizə kifayət deyilmi?

Getdikcə dünyada bütün proseslərin İslam dünyasının əleyhinə, onun sıxışdırılmasına, ləkələnməsinə doğru yönəldiyinin açıq-aşkar canlı şahidi oluruq. Hər bir hadisənin də əsasını məhz elə biz özümüz qoyuruq. Daha fikirləşmirik ki, bütün gördüklərimizin cavabını biz Qiyamət günü necə verə biləcəyik? Allahın hüzuruna hansı üzlə gedəcəyik?!

Bu suallara cavab vermək isə çox çətindir. Çünki biz hələ öz dinimizi belə tam dəqiq bilmirik. Dinini bilməyən cəmiyyəti isə uçuruma yönəltmək daha asandır. Allahın əmrlərini - şərtsiz yerinə yetirənlərə böhtan atır və alçaldırıq. Görəsən bunların cavablarını Allah qarşısında biz necə verə biləcəyik?! Bir özümüzə sual verək. Onların - möminlərin yaşadıqlarını bircə gün biz yaşaya bilərikmi?!

Gündəlik namazlarını qılıb, oruclarını tutub, Allaha, Onun verdiyi bütün nemətlərə şükr edən, Allah qorxusunu, Allah sevgisini qəlbində həkk edən, Allahın qoyduğu bütün əmrlərə tabe olan insanlara ləkə gətirməkdən qorxmuruqmu?

Həmin adamın, hələ mən o uca Yaradanı demirəm. Qiyamət günü üzünə necə  baxacağıq?!

Bundan əlavə digər dinlərə sahib olanlar isə bizləri daha da sıxışdırıb hətta sünri-şiəyə bölüşdürərək bir-birimizə düşmən etmişdilər.

Hansı ki, Quranda bu açıq-aşkar göstərilərək bizləri xəbərdar edir:

"Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (Ali-İmran; 03/85").

"Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zərərə və əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində  gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, onların sizə bəslədikləri ədavət barəsindəki ayələri artıq sizə izah etdik (Ali-İmran; 03/118)".

Necə ki, öz mallarını bizlərə sırıyaraq və həmin pulla zirehli döyüş texnikaları alaraq  özümüzə yönəldirlər. Buna misal olaraq, hamımızın çox sevdiyi Coca-Cola və PEPSİ şirkətlərini göstərə bilərik. Hansı ki, Coca-Colanın rəsmi verdiyi məlumatına görə gəlirin yarısından çoxunu İsrail hərbisinin genişlənməsi üçün sərf edəcəyini açıq şəkildə bəyan etmişdir. Bu da neçə-neçə  fələstinlinin ailə başçısız, neçə fələstin ailəsinin övladsız və neçə fələstin körpələrinin anasız qoyulması deməkdir. Necə ki, biz onların ərzaq və içkilərini alarkən sanki fələstinlilərin (müsəlmanların) qətl edilməsinin tərəfdarı oluruq. Hər dəfə alıb zövqlə içdiyimiz içkilərin, sabah bizlərə qarşı qanlı bir güllə olduğunu başa düşməliyik. Eləcə də,  ondan geri qalmayan reklamları bütün dünyada yayılan PEPSİ şirkəti (Pay Every Pance to Save İsrail - İsrailin inkişafı üçün hər bir pensini (qəpiyini) ver). Hansı ki, Uca Yaradan bu barədə bizlərə xəbərdarlıq edir:

"Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də inandıq"  - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər (Ali-İmran; 03/119)".

Aramıza sünni-şiə damğası vurub, tarix boyu bizləri bir-birinə düşmən edən məhz onlar deyilmi?

Bu gün İslam dünyasına ən böyük çaxnaşma salan məsələlərdən biri də budur. Hansı ki,  dinimiz bir, peyğəmbərimiz bir, Qurani Kərimimiz bir və qıldığımız namazlarda  söylədiyimiz sözlər (surələr) bir olan təqdirdə, biz niyə bunları dərk edə bilmirik? Sadəcə əlimizi bir yerə vurub "Əlhəmdulillah müsəlmanıq!" - deyə, niyə birləşmirik?

Hanı bəs o varlı insanlar ki, adını müsəlman qoyub, əməlində Allah rizası üçün iş görmək əvəzinə, yalnız öz mənfəətlərini güdürlər? Hansı ki, Allah Təala o var-dövləti onlara imtahan olaraq vermişdir:

"Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (əl-Ənbiya; 21/35)".

Qurani-Kərimin başqa bir ayəsində də:

"Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat (birə-on) artıq olacaq və onlar Cənnət otaqlarından (Cənnətin yüksək məqamlarında) əmin-amanlıq içində yaşayacaqlar (Səba; 34/37)".

Allahın adını çəkib, yardım əlini bizə uzadan əlil insanlara 500 və yaxud da ən çox 1000 manat verərək sanki başımızdan edirik. Bir çox hallarda isə istehza edib sadəcə olaraq yanlarından keçirik. Allahın adı belə bir qiymətlə tutularmı?

Bizlərin  isə sadəcə olaraq adımız müsəlman olaraq qalmaqdadır. Müsəlmanlığı isə biz yalnız övladlarımızı sünnət edərkən və yaxınlarımız dünyadan köçərkən yadımıza salırıq. Bir də yaxın  və ya tanışlarımızın Həccə gedib-gəlməsi ilə sanki böyük bir vəzifə, böyük bir rütbə alan və insanlara yuxarıdan aşağı baxan, hamının onu həci çağırıb böyük bir insan kimi sayan kimsələri demirəm. Hansı ki, o, aldığı rütbə deyil, müsəlmanın sadəcə olaraq fərz olan vəzifəsindən biridir. Bunun isə heç özü belə fərqində olmur. Allahı yalnız sözlə "Qurban olum Allaha" deməklə yad edirik. Və bir də dara düşəndə. Bəs qalan vaxtlar, qalan vaxtlar necə, Allah Təala əstəğfürullah bizə lazım deyilmi?

Məsələn,  Şad günlərdə - toylarda, bayramlarda və yaxud da oğurluq edərkən, yalan danışarkən, zina edərkən niyə bizi Yaradanı, o uca Allahı yada salmırıq?

Və ən əsası isə bu gün heç kimdən, Allahdan belə qorxmayan və Onun elçisi, bütün fəxri-kainatın əfəndisi olan, adı gələndə hamımızın ona hörmət edib səlavat gətirdiyimiz İslam dinini bizə təbliğ edən Məhəmməd peyğəmbərə (s.ə.s.) dil uzadıb, onun ayağının tozuna belə dəyməyən, insanlıqdan uzaq olanların çəkdiyi cızma-qaraların onun adı ilə hallanması, bizim isə onlara layiqli cavab verməməyimizi necə, görəsən bizim öz vicdanımız bağışlayarmı?

Əgər bir iş görmürüksə, onda bağışlamaz, əgər bağışlayarıqsa, onda bizim vicdanımız yoxdur. Əgər vicdanımız yoxdursa, onda bizim heç nəyimiz yoxdur!

Başımızı dünya nemətləri ilə qarışdırıb, axirətimizi isə tamam unutmuşuq:

"Qadınlar, uşaqlar, qızıl-gümüş yığanları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran; 3/14).

Bəs görəsən, bu ayələri biz niyə düşünmürük? Deməli, Qurani-Kərimi oxumuruq. Əgər biz Qurani Kərimi oxuyub əməl etmiriksə, onda biz necə müsəlmanıq?.."

Ey Məhəmməd ümməti! Şərin yarısından da qayıtmaq xeyirdir. Gəlin bu yaşadıqlarımız bizə dərs olsun və biz bunları unutmayaq. Onların bizim vasitəmizlə varlanıb, bizləri öz pullarımızla  özümüzə qarşı qoymalarına yol verməyək!

Bu bizə kifayət deyilmi?!

Mehman Şəfaqətov


Tövhid

Bismilləhir-Rahmənir-Rahim!

Ucalığına və səltənətinin böyüklüyünə layiq şəkildə Allaha həmd olsun. Məhəmməd peyğəmbər (s.a.s.)-ə, onun ailəsinə, səhabələrinə, onun sünnətinə tabe olanlara, onun təbliğ etdiyi dini haqqı ilə yaşayanlara Allahın salatı və salamı olsun.

Onun təbliğ etdiyi dini haqqı ilə yaşamaq üçün öncə, əsas hissəsi Tövhid olan kəlimeyi-şəhadət gətirməli, yəni Allahın təklifi və Məhəmməd peyğəmbər (s.a.s.)-in Onun qulu və rasulu olduğu təsdiq edilməlidir. Kəlimeyi-şəhadətin Allah tərəfindən qəbul olunması üçün bu iki kəliməyə qəlblə iman gətirilməli, dillə söylənib, əməllə təsdiq edilməlidir. Əgər  bu iki kəlmədən birinə qəlbdə şübhə olarsa və ancaq dillə deyilib, əməllə yerinə yetirilməzsə şəhadət Allah tərəfindən qəbul edilməz. Quranda Əl-Hucurat surəsinin 15-ci ayəsində bu haqda belə deyilir: "Möminlər yalnız Allaha və peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir". Bu iki kəlmə peyğəmbər (s.a.s.) üçün çox dəyərli idi. Müşriklər ona "əgər təbliğ etməyi dayandırsan sənə nə istəsən verərik" dedikdə, onun cavabı belə olmuşdur: "Bir əlimə günəşi, o birisinə ayı qoysalar, təbliğimdən əsla vaz keçmərəm".

İslamı haqqı ilə yaşamaq, çoxlarının başa düşdüyü kimi, təkcə namaz qılıb, oruc tutmaq deyil, həmçinin tövhidə düzgün əməl etməkdir. Müşrikləri də ancaq tövhid kəlməsi narahat edirdi. Çünki bu kəlmə onların bütlərinin həqiqi ilah olmadığını insanlara çatdırırdı. İslamın ilk günlərindən bu günə kimi müsəlmanlar, məhz tövhidə düzgün əməl etdikləri üçün kafirlər tərəfindən  incidilirlər.

Lakin bu əzablardan qorxaraq, haqqı bilib susmaq düzgün əməl deyildir. Məhəmməd peyğəmbər (s.a.s.) bu cür əməli pisləyərək demişdir: "Qiyamət günü Rəbbi quldan "sənin burda, bu sözü söyləmənə əngəl nə idi" deyə soruşacaq. Qul da: "Ya Rəbb! İnsanlardan qorxmaq idi" deyəcəkdir. Allah da: "Məndən qorxmaq sənə daha çox yaraşırdı" buyuracaqdır. Peyğəsbər (s.a.s.) başqa bir hədisdə belə demişdir: "Axirət günündə ən böyük əzab kürsüdə haqqı söyləməyən hafizlərə vaiz olacaqdır".

Bu əzablara səbr edənlər isə Məhəmməd peyğəmbər (s.a.s.) tərəfindən cənnətlə müjdələnmişlər. İslamın ilk şəhidlərindən olan həzrəti Sümeyya və onun yoldaşı Yasirə müşriklər tərəfindən əziyyət verildikdə peyğəmbər onlara səbrli olmağı tövsiyə etmiş və onları cənnətlə müjdələmişdir.

"Kim İslamdan başqa bir din ardınca gedərsə, o din  heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!"
Əl-İmran, 85

Məhəmməd peyğəmbər (s.a.s.) həmçinin belə demişdir: "Allahın sıxıntılarına razılıq edən Allahın razılığını qazanar, qəzəblənən qəzəbin qazanar".

Bu günlərdə də eyni hadisələr davam etməkdədir. Kafirlər, "Allahdan başqa ilah yoxdur", yəni "Allahdan başqa boyun əyməyə layiq kimsə yoxdur" deyib, islamı olduğu kimi yaşamaq istəyənlərə müxtəlif adlar verərək ya həbs etdirirlər, ya da onların həyatlarını zindana çevirirlər.

"Zə iləhə illəllah" deyərkən insan Allaha belə söz vermiş olur:

1. Mən ancaq Sənin əmrlərinə şərtsiz tabe oluram, sənə güvənirəm;

2. Ancaq Sənin, cəzalandıracaq və mükafatlandıracaq olduğuna inanıram;

3. Ən gözəl əmr Sənin əmrlərin və ən mükəmməl Sənin qanunların olduğunu təsdiq edirəm;

4. Sənin əmrlərini ələ salanlara və həddi aşanlara həmişə düşmən olacam;

5. Sənin əmrlərinə uymayan heç bir fikri və qanunu qəbul etməyəcəm;

6. Yalnız Sənin rizan üçün sevib, Sənin rizan üçün qəzəblənəcəm.

Peyğəmbər (s.a.s.) bu haqdja belə demişdir: "Allah iki mələk göndərir ki, bir qövmü cəzalandırsın. Mələklər deyirlər: "Allahım! O qövmün içində Sənə ibadət edən birisi var". Allah əmr edir: "Məhz o kəsdən başlayın". Mələklər "Niyə ya Rəbbi?" deyə soruşduqda Allah belə buyurur: "Ona görə ki, onun iui Mənim xətrimə (rizama) heç vaxt hirslənməyib, qəzəblənməyib" (yəni, qövm tərəfnhdən edilən günahlara qəzəblənməyib).

Tövhid kəlməsinin Allah qatında dəyəri bu hədisdə daha açıq göstərilmişdir: "Qiyamət günü mənim ümmətimdən bir nəfəri bütün insanlar qarşısında çağıracaqdar. Onun qarşısına günahlarla dolu doxsan doqquz kitab qoyulacaq hər birinin uzunluğu gözün son görmə həddi qədər olacaqdır. Sonra ondan soruşacaqlar: "Sən bunlardan (bu günahlardan) hansınısa inkar edirsən?" O: "Yox, Ya Rəbbim!" deyəcək. Allah buyuracaq: "Səndə bunlara qarşı yaxşı əməl varmı?" həmin şəxs qorxudan özünü itirəcək: "Yox, ya Rəbbim" deyəcəkdir. Ona deyiləcək: "Sənin bir yaxşı əməlin var. Bu əməlinə görə sənə bu gün ədalətsizlik olunmayacaqdır". Onun qarşısına "Zə iləhə illəllah" kəlməsi yazılmış vərəq çıxarılacaq. Həmin insan deyəcək: "Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir?" Günahları tərəzinin bir gözünə, həmin kəlməni isə tərəzinin o biri gözünə qoyacaqlar. "Zə iləhə illəllah" olan tərəzi gözü ağır gələcəkdir. Rahmən və Rahim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz.

Ramidə

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 13 14 15 ... 17

Sənədin sonuncu korrektə tarixi: 13/3/2006 - 4:33:10
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.024426