|
Azad Qarabağ - 16-cı səhifə
ERMƏNİ TERRORU

Zəngəzurda ermənilər yüzlərlə
Azərbaycan tarixi abidəsini məhv edib
Ermənistanın Azərbaycana olan uydurma
torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmədiyindən, rəsmi Yerevanın
mövqeyi daha çox cığal uşağın hərəkətlərinə bənzəyir. Erməni alimlərinin
"tarixi sübutları" əsasında yazılan əsərlər ancaq Ermənistanın dövlət
səviyyəsində yeritdiyi işğalçılıq siyasətinin tərkib hissəsi kimi
qiymətləndirilməlidir. Ermənipərəst beynəlxalq təşkilatlar isə bu cür "tarixi
sübut"ları əllərində bayraq tutaraq, məkrli siyasətlərini yeridirlər.
Azərbaycan alimləri yüksək elmi səviyyədə, çoxsaylı epiqrafik, orta əsr, arxiv
mənbələrinə
əsəlanaraq sübut ediblər ki, Cənubi Qafqazda tarixən heç bir erməni siyasi
qurumu mövcud olmayıb. Sənədlərin analizi Cənubi qafqazın yeni tarixi
konsepsiyasının işlənməsinə gətirir və Azərbaycan tarixinin sovet rus və erməni
tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübut edir. Ermənilər üçün ilk
dövləti bu regionda Sovet Rusiyası və Antanta dövlətləri 1920-ci ildə Qərbi
Azərbaycan torpaqlarında yaradıblar. Sovet İttifaqı dövründə azərbaycanlıların
bu torpaqlardan sıxışdırılıb çıxarılması ilə yanaşı onlara məxsus olan
maddi-mədəniyyət abidələri dağıdılıb, yer adları erməniləşdirilib. 1988-ci ildən
sonra kütləvi terrora məruz qalan azərbaycanlılar bu əraziləri tərk etməyə
məcbur olublar və bundan sonra bu ərazidə qalan azərbaycanlılara məxsus olan
maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıntılara, məhvə məhkum
olunub.
Zəngəzur - Urud qəbirstanlığı
Urud (ermənilər bu kəndin adını
dəyişərək, Oront adlandırıblar) qəbirstanlığında 1961-ci ildə aşkar edilən
XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki
kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri
alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini
Azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan
"Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və
gürcüləşməsi konsepsiyasını" alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların
Qafqazda yerli köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin
"azərbaycanlılar Qafqaza gəlmə xalqdır" fikrinin əsassız olduğunu təsdiqləyir.

Erməni "alimləri xəttat savadsız olub,
kitabəni səhv yazıb" deyə, avlade-avğvan (alban övladları) sözünə hərflər əlavə
edərək, "avlağum vağudlu" kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların
yaşamadıqlarını "sübut" etməyə çalışsalar da, istədiklərinə nail ola
bilməyiblər. Buna görə də, ermənilər orta əsr qəbirstanlığı olan Zəngəzuru Urud
kəndinin qəbirstanlığını məhv edib, dağıdıblar.
Zəngəzur - Cəfərabad türbəsi
Ermənilərin
"özününküləşdirmək" istədikləri digər abidə Azərbaycan Qaraqoyunlu Dövləti,
Çuxur-Səəd əmirlərinə aid İrəvanın 8 km-liyində Cəfərabad (indiki Arqavanq)
kəndində yerləşən möhtəşəm türbədir (hicri 816-cı il - miladı 1413-cü il).
Ermənilər türkmən alimlərini dəvət edərək, bu abidənin bünövrəsində qazıntı
işləri aparıb, belə bir qənaətə gəliblər ki, Qaraqoyunlu dövləti İran dövləti
olub, onun başında türkmən (müasir türkmənləri nəzərdə tuturlar) əmirləri
durub. Onlar türbəni erməni maddi-mədəniyyət abidəsi kimi təqdim etməyə
çalışırlar. Bu cəfəng elmi nəticə yalnız xəstə təfəkkürün məhsuludur.
Qaraqoyunlu əmirlərinin müasir türkmənlərlə eyniləşdirmək qeyri-elmi və düzgün
deyil. Çünki onlar XIII əsrdə Anadoluda yaşamış oğuz türkləri və türkmən
adlanan yarımköçəri tayfa birləşmələrindən ibarət idi. Onların mərkəz
vilayətləri Arciş Van gölünün şimalında yerləşib. Bundan əlavə, memarlıq
konstruktiv formasına görə bu abidə Naxçıvanda yerləşən Möminə Xatın və Yusif
bin Kəbir türbərləri ilə eynidir və Əcəmi bin Əbu bəkr memarlıq məktəbinin
davamıdır. Qeyd olunan yerdə bir neçə türbə azərbaycanlılara məxsus böyük
qəbirstanlıq olub və hamısı dağıdılıb (KGPA, t. III № 1027, s.66-67).
Zəngəzur məscidləri

|