Bu gün: 20 Avqust 2008, Çərşənbə

 

 
 
 

 

Azad Qarabağ - 8-ci səhifə

BAŞ HƏRBİ CANİLƏR

       

R.Köçəryan                                                                                   A.Qukasyan

ERMƏNİLƏRƏ DƏM TUTANLAR

Y.Merzlyakov                    S.Mənn                    B.Fasye                    V.Kazimirov


L.M.Şahnazaryan "Dəli" Nağıdan narazıdır

Ermənistanda hakimiyyətin dediklərinin dərhal haqq-nahaq düzgünlüyünü sübut etməyə çalışan politoloq Levon Melik-Şahnazaryan R.Koçaryanın son sayıqlamaları ilə bağlı müsahibə verib. Həmişəki kimi, R.Koçaryanın "müdrik" fikirlərini əsaslandırıb. Bizdə də belələri çoxdu. Bu  politoloqa verilən suallardan biri də QAT-a aid olub:

- Məşhur Akif Nağı bildirib ki, Azərbaycanın əhalisinin 60 faizi müharibə istəyir.

- Fikirləşmirəm ki, hətta Qarabağ Azadlıq Təşkilatının (QAT) özündə də problemin güclə həllini istəyən yaxud çalışanların sayı 60 faiz olsun. Dəli Nağı hesab edir ki, bu yolla həmvətənlərini ruhlandırır. Ermənistanda hərbi  əməliyyatları istəyənlərin sayı çox azdı.  Mən sosioloji sorğu aparmamışam, lakin fikirləşirəm ki, onlar  5 faizdən az olar. Lakin erməni xalqı ümummilli problemləri həll etmək üçün birləşə və birgə həll etməyə  qadirdi. Azərbaycanın bu cür problemləri həll etməyə nə qədər hazır olduğunu 1992-1994-cü illərdə gördük.


Ermənistanda korrupsiya problemi

ABŞ Dövlət Departamentinin "Narkotiklərlə beynəlxalq mübarizə  strategiyası haqqında" məruzəsində bildirilir ki, korrupsiya Ermənistan üçün ciddi problem olaraq qalır. Sənəddə qeyd olunur ki, Ermənistan hökuməti tərəfindən antikorrupsiya proqramının hazırlanmasına dair bir sıra tədbirlərin həyata keçirilməsinə baxmayaraq, ölkə hakimiyyəti siyasi iradə nümayiş etdirərək bu proqramın həyata keçirilməsi üçün konkret addımlar ata bilməmişdir. Sənəd müəllifləri həmçinin vurğulayırlar ki, Ermənistan Korrupsiya ilə mübarizə haqqında BMT  Konvensiyasını imzalayıb, lakin bu günə qədər ratifikasiya etməyiblər.


Ermənistanın terrorçu rəhbəri R.Koçaryan quduzlaşır

"Qarabağ probleminə dair danışıqlar dalana dirənərsə, Ermənistan nə edəcəkdir?" - sualına R.Koçaryan belə cavab verib: "Əgər Azərbaycan birmənalı şəkildə deyərsə ki, "vaxt bizə işləyir, biz ordumuzu gücləndiririk və sonra Qarabağ məsələsini güc mövqeyindən həll edəcəyik", onda bizim addımlarımız belə olacaqdır. Birinci növbədə, Ermənistan "Dağlıq Qarabağ Respublikası"nı (dırnaq - red.) de-yure tanıyır. İkincisi, "DQR" xalqının təhlükəsizliyi ilə bağlı Ermənistanın məsuliyyəti hüquqi cəhətdən əsaslandırılır, bir sıra müqavilələr imzalanır. Bu, o deməkdir ki, Dağlıq Qarabağa hər hansı müdaxilə Ermənistana müdaxilə kimi qiymətləndiriləcəkdir. Üçüncüsü, Dağlıq Qarabağ ətrafında təhlükəsizlik zonası kompleks şəkildə  möhkəmləndirilir".

Erməni terrorçusunun bu həyasız, quduz bəyanatından sonra danışıqları davam etdirməyin mənası varmı? Və kimsə, yenə də "danışıqların limitinin qurtarmadığından" danışa bilərmi?


Ermənistanda R.Koçaryana qarşı ittihamlar səslənir

Ermənistanın bir sıra siyasətçiləri və politoloqları bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, "Robert Koçaryan 1998-ci ildə Qarabağ məsələsindən istifadə edərək  hakimiyyəti zəbt etmiş, indi isə hakimiyyətinin ömrünü uzatmaq məqsədi ilə sülh danışıqlarına əngəl törədir. O, bununla ölkənin  təbii inkişafına qarşı çıxır. Son 8 il ərzində aparılan siyasət nəticəsində Ermənistan siyasi və iqtisadi cəhətdən çökmüşdür. Liberal idarəetməyə, insan haqlarına zərər yetirilmiş, söz azadlığı anlayışı tamamilə məhv edilmişdir. Ermənistan vətəndaşları kimi biz Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə əngəl törədilməsini qətiyyətlə pisləyirik. Biz əminik ki, münaqişənin nizama salınması imkanından və qarşılıqlı güzəştlərdən imtina edilməsi bu məsələdə qarşısıalınmaz fəlakətlərə gətirəcəkdir". Bəyanat Q.Qalstyan, A.Yenokyan, V.Xaçaturyan, O,Ovannisyan, P.Makeyan, D.Şahnazaryan tərəfindən imzalanmışdır.


S.Sarkisyan başa düşmədiyini deyir

Ermənistanın qumarbaz müdafiə naziri, milli təhlükəsizlik şurasının katibi Serj Sarkisyan Azərbaycan tərəfinin müharibənin başlanması ehtimalı ilə bağlı bəyanatlarına özünəməxsus tərzdə cavab verib: "Bu bəyanatlardan şantaj iyi gəlir. Əgər Azərbaycan tərəfi məsələni hərbi yolla həll etmək istəyirsə, bu haqda dünyaya

car çəkməyin nə mənası var? Onlar bizi xəbərdar etmək istəyirlər ki, daha yaxşı hazırlaşaq? Yoxsa dünya birliyini xəbərdar edirlər ki, onlar da xahiş etsinlər, ya da qadağan etsinlər ki, müharibəni başlamayın? Bu, başa düşülən deyil".

Erməni və qumarbaz olanda, nə olar ki, düz deyir də.


Erməni generalı Azərbaycanı hədələyir

Şuşanın işğalına rəhbərlik etmiş erməni generalı Arkadi Ter-Tadevosyan kəskin bəyanatla çıxış etmişdir. Onun bəyanatının birinci hissəsində göstərilir ki, Dağlıq Qarabağın münaqişəyə dair danışıqlarda iştirakı hələ tezdi və nəticənin əldə olunmasına əngəl törədə bilər.

"Soldafon" məntiqi ilə deyilsə də, hər halda razılaşmaq olar. Onun açıqlamasının digər hissəsi üz-üzə dayanmış düşmən orduların vəziyyətinə aiddir. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan ordularının döyüşə hazırlıq vəziyyətinə dair ekspert rəyləri göstərir ki, Azərbaycan yaxın 30-40 il ərzində genişmiqyaslı hərbi əməliyyatlar aparmaq iqtidarında olmayacaqdır. Müxtəlif ölkələrin ekspertləri hər şeyi nəzərə alırlar:  "Əsgər necə qidalanır, geyinir, silahı nədi, ölkənin iqtisadi göstəriciləri necədi. Və  bütün bu parametrlərə görə, Azərbaycan Ermənistandan geri qalır".

Erməni də olsa, bu general bunları deyir. Bəs bizim generallar, eni ilə uzunu bərabərləşmiş müdafiə nazirimiz bu erməninin cavabında nə deyirlər? Bəlkə də soruşmaq lazımdır ki, nə vaxta qədər ermənilərin qabağından yeyəcəklər?


Ermənistan 14 ildən sonra

Ermənistanın müxalifət yönümlü "Aravot" qəzeti 14 ildən sonra, 2020-ci ildə vəziyyəti belə güman edir:

"Ermənistan-Mariott" mehmanxanasının "Qan dənizi" qırmızı zalında "Türk və azərilərə ölüm!" mövzusunda elmi-praktiki konfrans öz işinə başlamışdır. Konfransa sədrlik edən milli ideologiyanın baş kanini Zori Balayan "Kəllənin quruluşu, erməni və türk tayfalarının etnik uyuşmazlığı" mövzusunda məruzə ilə çıxış etdi.

Konfrans iştirakçıları Rusiya prezidenti Vladimir Jirinovskiyə açıq məktubla müraciət etmək qərarına gəldilər. Məktubda deyilir: "Əziz Vladimir Volfoviç! Çoxəsrlik düşmənlərimizə qarşı dayanmaq  bilməyən mübarizəmizə sizin köməyinizi yüksək qiymətləndirərək, bizim əbədi dostluğumuzun naminə qardaş Rusiyadan xahiş edirik ki, imkan daxilində yuxarıda dediyimiz düşmənlərə qarşı, həmçinin Ermənistan - İran və erməni-gürcü cəbhələrində mübarizəmizə daha fəal yardım  göstərəsiniz. Həmçinin xahiş edirik ki,  İsrail Orinin parlaq xatirəsinə hörmətlə yanaşaraq Ermənistana daxil olan qazın qiymətini qaldırmayasınız". Daşnaksütyunun "Nikol Aqbalyan" gənclər ittifaqı "Qisas" kompozisiyasını göstərdi. Tamaşaçılar da fəal iştirak etdilər. Gənclər səhnədə 6 Azərbaycan, 18 Türkiyə  bayrağını yandırdılar."

Deyəsən, Ermənistanda bəzi adamlar ölkənin haraya sürükuləndiyini başa düşürlər. Amma bu adamlar xəstə erməni cəmiyyətini abıra sala biləcəklərmi, inanılası deyil.


ABŞ səfiri erməni intriqalarının qurbanı olub

Ermənilər saxta "genosid"in tanıdılması üçün ən müxtəlif vasitələrdən istifadə edirlər. Onlar məqsədlərinə çatmaq üçün ayrı-ayrı diplomatik nümayəndələrin, səfirlərin pulla ələ alınmasından, şantajdan, məlum peşə sahibi olan qadınlarından da istifadə etməkdən çəkinmirlər. Xeyli vaxt idi ki, ABŞ-ın İrəvandakı səfiri Con Evansı da öz məqsədləri üçün çirkin oyunlara çəkməyə  çalışırdılar. Ötən il C.Evans Amerikada erməni icması qarşısında çıxış edərkən, "erməni soyqırımı" haqqında onların iştədiklərini dilinə gətirmişdi. Bu hadisənin hansı şəraitdə, hansı amillərin təsiri altında baş verdiyini təsəvvür etmək çətin deyil. O vaxt Evans peşmançılıqla özünü təmizə çıxartmağa çox çalışdı. Amma ermənilər onun başını axıra qədər yedilər. C.Evansın geri çağrılması ilə bağlı məlumat artıq təsdiqini tapıb. Onun yerinə ABŞ-ın Taciskistandakı səfiri Riçard Xouqlendin göndəriləcəyi gözlənilir.


R.Koçaryanı hakimiyyətə "beynəlxalq siyasət mərkəzləri" gətiribmiş

Ermənistan parlamentinin deputatı, politoloq A.Ovanesyan sensasiyalı bəyanatla çıxış edib. O bildirib ki, əgər Dağlıq Qarabağın "prezidenti" Arkadi Qukasyan Ermənistanın danışıqlar prosesindən çıxması ilə bağlı tələbində təkid etsə, Robert Koçaryanı Eduard Şevardnadzenin taleyi gözləyir. Onun sözlərinə görə,  Koçaryanın hakimiyyətə gətirilməsi "beynəlxalq siyasət mərkəzləri"nin istəyi ilə bağlı  olub. Belə ki, həmin mərkəzlər Ermənistan və Dağlıq Qarabağın bir adamın  şəxsində təmsil olunmasını istəyiblər. Deputatın fikrinə görə, "beynəlxalq qüvvələr" bununla erməni tərəfinin manevr etmək imkanlarının azalacağını nəzərdə tutublar. Ermənistan politoloqlar ittifaqının sədri güman edir ki, Ermənistan və Dağlıq Qarabağ rəhbərlərinin fikir ayrılığı göz önündədir və Qukasyan öz mövqeyində qalsa,  Koçaryan "beynəlxalq siyasət mərkəzləri" üçün öz əhəmiyətini itirəcəkdir.  A.Ovanesyan millətlərin öz müqəddəratını təyinetmə hüququnu qabartmaqla, 1994-cü il Budaveşt formatını bərpa edərsə, vəziyyətdən çıxa bilər.

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 7 8 9 ... 17

Sənədin sonuncu korrektə tarixi: 13/3/2006 - 4:34:46
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.200177