|
TƏBRİZDƏ - XOCALI MİTİNQİ (təcili) |
|
 |
|
|
|
MƏMLƏKƏT |
|
İdmançı partizan
Bu
dəfə haqqında danışacağım partizan tanınmış idmançı,
boks üzrə idman ustası Ədalət
Bəylər
oğlu
Ağayevdir.
Ədalətin anası Gülayə xanım redaksiyamıza gələrək, oğlu haqqında ürək
ağrısıyla, yana-yana danışırdı. O özü ilə gətirdiyi, Ədalətə məxsus 20
medalı (7 qızıl, 5 gümüş, 8 bürünc), 45 diplomu və fəxri fərmanı (hələ
dedi ki, bu hamısı deyil, yarısı evdədir) göstərib dedi: «Bunları
qazanan oğul, Azərbaycanın bayrağını həmişə dalğalandıran, onun adını
dünyanın hər yerində tanıdan idmançı, bu gün hansı günahı işlədib ki,
həbsdə yatır?» Diplomlara, fəxri fərmanlara bir-bir nəzər salıram.
1988-ci ildən başlayaraq, 2001-ci ilə qədər müxtəlif ölkələrdə keçirilən
beynəlxalq yarışların qalibiyyət göstəriciləri. Əksəriyyəti birinci
yerin diplomudur. 1988-ci ildə (VIII-ci sinif şagirdi olanda) Azərbaycan
çempionu olub. XI sinifdə oxuyanda SSRİ birinciliyi qazanıb. Həmin vaxt
oxuduğu 3 saylı Sumqayıt şəhər məktəbinin şagirdinə verdiyi fəxri fərman
da qarşımdakı diplomların içərisindədir. 1991, 1993-cü illərdə
Türkiyədə, dəfələrlə ayrı-ayrı illərdə Rusiyada, İranda keçirilən
yarışlarda I yerin sahibi olub. Yuxarıda qeyd etdiyim kimi diplomlar o
qədər çox idi ki, hamısına nəzər yetirib, bir-bir bura qeyd etmək mümkün
deyil. Bircə onu deyə bilərəm ki, 22 il boksla məşğul olan, iki dəfə
SSRİ idman ustası adına layiq görülən, 20 medal, çoxlu sayda diplomla
təltif olunan Ədalət Azərbaycanın nüfuzunu yetərincə qaldırıb, onun
şərəfini qoruyub.  |
| |
|
GÜNDƏM |
|
QAT
Macarıstan hakimiyyətinə xəbərdarlıq edir
Budapeşt şəhər məhkəməsinin son qərarı ilə bağlı QAT-ın qəbul etdiyi bəyanatda
bildirilir:
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Budapeşt şəhərində aparılan məhkəmə
işinin gedişi narahatçılıq doğurur. Məhkəmə açıq-aydın qərəzli mövqedən çıxış
edir. Azərbaycan tərəfinin arqumentləri, hadisənin törənmə səbəbləri və
motivləri nəzərə alınmır. Son məhkəmə prosesində obyektivlikdən uzaq olan 4-cü
ekspertiza rəyinin qəbul olunması, 2 ekspertiza rəyinin nəzərə alınmaması isə
heç bir ölçüyə sığmır. Budapeşt şəhər məhkəməsinin son qərarını, Ramil Səfərovu
müdafiə tərəfinin vəsadətlərinin qəbul olunmamasını Ermənistan hakimiyyətinin
sifarişi ilə Ramil Səfərova divan tutmaq, ona ən ağır cəzanın verilməsi cəhdi
kimi qiymətləndiririk. Macarıstan hakimiyyəti Ermənistan rəhbərlərinin, erməni
lobbisinin təzyiqləri qarşısında dayana bilmədi, haqq-ədalət mövqeyindən deyil,
siyasi konyuktur maraqlarından çıxış etdi

|
| |
|
AKTUAL |
 |
QAT
M.Saakaşviliyə müraciət göndərmişdir
QAT
sədri Akif Nağının Tbilisidə azərbaycanlıların incidilməsi
ilə bağlı Gürcüstan prezidentinə göndərdiyi müraciətdə bildirilir
 |
 |
|
| |
|
BELƏ YAŞAMAQDANSA |
|
Qaçqınlar
Ramil Səfərovun azadlığını istəyirlər
"Belə
yaşamaqdansa" rubrikası yolunu yenə Dərnəgül qəsəbəsindən saldı. Bu dəfə
İqtisad Universitetinin 1 saylı, Pedaqoji Universitetin 2 və 3 saylı
yataqxanalarında yaşayan məcburi köçkünlərin yaşayış tərzi, problemləri ilə
maraqlandıq. Yataqxanaların hər birində Qarabağın ayrı-ayrı rayon və
kəndlərindən olan 100-dən artıq ailə yaşayır. Əvvəlcə İqtisad Universitetinin 1
saylı yataqxanasına baş çəkdik. Bu yataqxananı Norveç şirkəti təmir edib.
Sakinlər, təmirdən əvvəl kanalizasiya işləmədiyinə görə çox əziyyət çəkdiklərini
bildirərək, təmir işlərindən razılıqla danışıb, Norveç şirkətinə minnətdar
olduqlarını söylədilər. Şirkət yataqxanada ümumi istifadə yerlərini (hamam,
ayaqyolu, mətbəx), dəhlizləri əsaslı təmir edib, həmçinin otaqlarda sınmış
pəncərə şüşələrini salaraq, qapıları düzəldib. İşıq sistemi dəyişdirilsə də,
sakinlər işıqların tez-tez sönməsindən şikayətləndilər. Qaz, su problemi yoxdur.
Burada yaşayan məcburi köçkün ailələrinin əsas problemi evsizlik və
işsizlikdir. Onların əksəriyyətinin söylədiyi bu kimi cümlələrdən maddi
vəziyyətlərinin necə ağır olduğunu hiss etmək çətin deyildi: "İş yoxdur. Dövlət
hər birimizə 30 min manat çörək pulu verir. Qəndin bir kilosu isə 4 min
manatdır. Bu pulla necə dolanaq? Bundan böyük problem olarmı?!"  |
| |
|
MƏDƏNİYYƏT |
|
Bütün
xalq QAT ətrafında birləşməlidir
Cəlal Allahverdiyev: Biz hamımız
ancaq bir şeyə əmin ola bilərik ki, müharibə etsək, heç bir xalqın, heç bir
dövlətin bizi qınayıb ittiham etməyə əsası olmayacaq. Çünki biz torpaqlarımızı
itirmişik, bizə xəyanət ediblər.
Artıq 14 ildir ki, Qarabağ işğal
altındadır. Damarlarında təmiz türk qanı axan hər birimizi bu suallar
düşündürür: Görəsən bütün bunlar nə vaxta qədər davam edəcək? Torpaqlarımızı
necə və nə vaxt qaytaracağıq? Müharibə lazımdırmı? Bu və digər bu kimi
suallarımızı cavablandırmaq, Qarabağ probleminə ziyalılarımızın münasibətini
öyrənmək məqsədilə tanınmış ziyalı, QAT Ağsaqqallar Şurasının üzvü, akademik
Cəlal Allahverdiyevlə görüşdük

|
| |
|
GERÇƏK TARİX |
|
eeerererCəbrayılın
yaşayış məntəqələri
Cəbrayıl rayonu Zəngilan, Qubadlı,
Xocavənd, Füzuli rayonları və İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun
90 kəndi vardır ki, onun da 89-cu erməni işğalı altındadır (Cocuq Mərcanlı
kəndindən başqa).
Cəbrayılın yaşayış məntəqələri
Cəbrayıl rayonu Zəngilan, Qubadlı,
Xocavənd, Füzuli rayonları və İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun
90 kəndi vardır ki, onun da 89-cu erməni işğalı altındadır (Cocuq Mərcanlı
kəndindən başqa).
XVIII-XIX əsr mənbələrinə görə.
Cəbrayıl elinin 18 oymağı olmuşdur:
1.Yarəhmədli oymağı; 2.Hasanlı oymağı;
3. Hacılı oymağı; 4. Maşanlı oymağı; 5. Eyvanlı oymağı; 6. Mirəkli oymağı; 7.
Veysəlli oymağı; 8. Mirzəcanlı oymağı; 9. Furğanlı oymağı; 10. Mahmudlu oymağı;
11.Çərəkənli oymağı; 12. Məzrəli oymağı; 13. Alıkovxalı oymağı; 14. Hərəküllü
oymağı; 15. Şayıblı oymağı; 16. Havuslu oymağı; 17. Çulhı oymağı; 18. Əhmədli
oymağı
 |
| |
|
DÜŞMƏN DÜŞƏRGƏSİNDƏ |
|
Baş hərbi canilər
 |
|

 |
|
Ermənilərə dəm
tutanlar
 |
|
 |
|
|
| |
|
DÖYÜŞ-DÖNÜŞ |
|
Dönüşümüz
döyüşdən keçir
Rubrikamızın budəfəki qonağı
Qarabağ qazisi Firudin Məmmədovdur
O, 1970-ci ildə
Ağdam rayonunda dünyaya göz açıb. Firudin bəy ilk dəfə Qarabağ uğrunda
mübarizəyə 1988-ci il fevralın 22-si Ağdam-Əsgəran istiqamətində yürüşdə iştirak
etməklə başlayıb. 1991-ci ilin noyabr ayında könüllü cəbhəyə yollanmış və
yaralanaraq ordudan tərxis olunmuşdur. İxtisasca iqtisadçıdır. Firudin bəylə
söhbətimizdə birbaşa mətləbə keçdik.
- Necə
düşünürsünüz, bizi Qarabağa aparacaq yolun "müharibə"dən başqa adı varmı?
Dönüşümüzün döyüşdən keçməyən yolunu görürsünüzmü?
-O yolu görsəm
belə, mən ondan imtina edərəm. Bir məsələ ki, insanın namusuna toxunacaq ləkəyə
səbəb ola, o məsələni danışıq yolu ilə həll etmək millətin qeyrətinə təhqirdir.
Bu günkü reallıqda müharibə qaçılmazdır. Sayı bilinməyən görüşlərin nəticəsiz
qalması məni bu cür düşünməyə məcbur edir. Tarixdə indiyə qədər müharibə ilə
alınan torpağın sülh ilə qaytarılması faktı məlum deyil. Müharibə türkün
ləyaqətini, qürurunu və torpağını ona qaytara biləcək son vasitədir
 |
| |
|
MÜNASİBƏT |
|
Beynəlxalq
hüquq erməni iddialarını rədd edir
Kor tutduğunu buraxmayan kimi,
ermənilər də millətlərin öz müqəddəratını təyinetmə prinsiplərindən yapışıb əl
çəkmirlər. Ermənilərin prezidentinin də, politoloqunun da, fəhləsinin də bu
kütbeyin inadkarlığına təəccüb etməmək olmur. Həmin prinsipi bir daha izah
edirik.
Birinci Dünya müharibəsindən sonra
millətlərin öz müqəddəratını təyinetmə hüququ Paris sülh konfransında müzakirə
olunan məsələlərin içərisində idi. Lakin onun beynəlxalq hüquq normasına
çevrilməsindən danışmaq hələ tez idi. Məlumat üçün deyək ki, ABŞ prezidenti
V.Vilsonun o vaxt dünyanın nizamını müəyyənləşdirən 14 maddəsində bu haqda heç
nə deyilmirdi. Xalqların hüquq bərabərliyi və müqəddəratını təyinetmə prinsipi
ilk dəfə BMT nizamnaməsində yer aldı. Burada göstərilir ki, dövlətlər öz
aralarında xalqların hüquq bərabərliyi və öz müqəddəratlarını təyinetmə prinsipi
əsasında dost münasibətlər qurmalıdırlar

|
| |
|
DÖYÜŞ YOLU |
|
İtirilmiş torpaqların
qaytarılması müharibəsiz baş tutmayacaq
Dağlıq Qarabağ ərazisindən hər ay
yüzlərlə erməni gəncinin fərarilik etdiyini,
onların əsasən İran ərazisindən keçməklə xaricə qaçdığını qeyd edirlər
Danışıqlar prosesinin heç bir
nəticə verməməsi müharibənin torpaqların azad edilməsində sonuncu və
ən real təsir vasitəsi olduğunu sübut edir. Artıq Azərbaycan
ictimaiyyəti əvvəlki dövrlərdən fərqli olaraq müharibəni ən real variant
kimi qəbul edir və buna demək olar ki, hamı inanır.
Atəşkəsin imzalanmasının 12-ci
ili tamam oldu. Bu 12 illik zaman kəsiyində atəşkəs heç də tam kəsilmədi
və müharibə bu atəşkəs adı altında davam etdi. Cəbhə xəttində mina
partlayışları, snayperlərin atəşi və digər səbəblər nəticəsində rəsmi
məlumatlara görə, hər iki tərəf birgə 10 min nəfərdən artıq canlı qüvvə
itirib. Lakin buna baxmayaraq, döyüşə hazır dayanmış ordular ciddi
şəkildə silahlanma xətti götürüblər.
Bu gün müharibənin başlayacağı
təqdirdə hansı tərəfin nailiyyət qazanacağı ilə bağlı müxtəlif fikirlər
səsləndirilir. Məsələn, əhalinin bir hissəsi fikirləşir ki, Rusiyanın
köməkliyi ilə bu illər ərzində arsenalını ən yeni silahlarla
gücləndirən Ermənistanla müharibə Azərbaycana baha başa gələcək. Bir
qrup isə bunun əksini fikirləşir. Məhz bu yazımızda da tərəflərin
müharibəyə hazırlaşmalarına, iqtisadi və canlı qüvvə potensiallarına,
qüvvələrin döyüş hazırlığı məsələlərinə toxunacağıq
|
| |
|
FİKİR |
|
Frensis
Fukuyama: Neokonservatizmi indiki halında qəbul edə bilmərəm
ABŞ politoloqu Frensis
Fukuyama dünyada çox oxunan və hər dəfə mübahisəli yazılarla çıxış edən
müəlliflərdəndir. O, "Tarixin sonu?" məqaləsi ilə daha çox tanınır. Bu
gün onun son günlərdə yazdığı və ətrafında müzakirələr açılan daha bir
yazısını oxuculara təqdim edirik. Məqalə ABŞ və dünya münasibətlərinə,
beynəlxalq birliyin aktual problemlərinə həsr olunmuşdur.
Birləşmiş Ştatlar xarici
siyasət xəttini dəyişdirməli, onu "hərbi kompaniya"dan insanların əqli
və ürəkləri uğrunda siyasi mübarizəyə çevirməlidir
|
| |
|
İCTİMAİ QINAQ |
|
|
| |
|
VƏTƏNİ SEVMƏK İMANDANDIR |
|
Bu
bizə kifayət deyilmi?
Getdikcə dünyada bütün
proseslərin İslam dünyasının əleyhinə, onun sıxışdırılmasına,
ləkələnməsinə doğru yönəldiyinin açıq-aşkar canlı şahidi oluruq. Hər bir
hadisənin də əsasını məhz elə biz özümüz qoyuruq. Daha fikirləşmirik ki,
bütün gördüklərimizin cavabını biz Qiyamət günü necə verə biləcəyik?
Allahın hüzuruna hansı üzlə gedəcəyik?!
Bu suallara cavab vermək isə
çox çətindir. Çünki biz hələ öz dinimizi belə tam dəqiq bilmirik. Dinini
bilməyən cəmiyyəti isə uçuruma yönəltmək daha asandır. Allahın əmrlərini
- şərtsiz yerinə yetirənlərə böhtan atır və alçaldırıq. Görəsən bunların
cavablarını Allah qarşısında biz necə verə biləcəyik?! Bir özümüzə sual
verək. Onların - möminlərin yaşadıqlarını bircə gün biz yaşaya
bilərikmi?!
Gündəlik namazlarını qılıb,
oruclarını tutub, Allaha, Onun verdiyi bütün nemətlərə şükr edən, Allah
qorxusunu, Allah sevgisini qəlbində həkk edən, Allahın qoyduğu bütün
əmrlərə tabe olan insanlara ləkə gətirməkdən qorxmuruqmu?
|
| |
|
SƏRBƏST |
|
Qarabağa məktublar
Əvvəla
salam, Qarabağ! Halımı soruşsan, halım fərq etmir Əli Nağıyevin halından. Əli
müəllimin nazir kreslosu üçün burnunun ucu necə göynəyirsə, mən də o cür
göynəyirəm yağı tapdağında qalan elatlar üçün. Bakıda nə var-nə yox soruşma.
Canından iraq, quş qripini də gətirdilər Bakıya. İndi görək müxalifət qəzetləri
nədən yazacaq. Elə hey yazırdılar ki, ölkədə yenilik yoxdur, səhiyyə bərbad
vəziyyətdədir. İndi həm həkimlərin, həm də mollaların mobil telefonları
söndürülmür. Bu iki "zəhmətkeş" zümrə xalqa 24 saat ərzində öz xidmətlərini
təklif edirlər.
Yəqin
ki, keçən həftə sənə məktub yazmadığıma görə, nigaran qalmısan. Düşünmüsən ki,
Yetimin bir vərəqlik mürəkkəbi var idi, yazdı qurtardı. Amma məsələ sən
düşündüyün kimi deyil. Birinci məktubumu ələ keçirib oxuyan zəhmətkeşlər ordusu
gecə-gündüz bilmədən etiraz aksiyaları keçirdilər ki, bəs niyə Qarabağa məktub
yazıb bizdən şikayət etmisən. Əgər düz adamsansa, özün də cavan oğlan,
məmləkətdə qız qəhətdir mesaj yazmağa, götürüb Qarabağa məktub yazırsan? Mən də
canımı dişimə tutub, bir söz demədən dözdüm
|
| |
|
ERMƏNİ TERRORU |
|
Zəngəzurda
ermənilər yüzlərlə Azərbaycan tarixi abidəsini məhv edib
Ermənistanın Azərbaycana olan uydurma
torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmədiyindən, rəsmi Yerevanın
mövqeyi daha çox cığal uşağın hərəkətlərinə bənzəyir. Erməni alimlərinin
"tarixi sübutları" əsasında yazılan əsərlər ancaq Ermənistanın dövlət
səviyyəsində yeritdiyi işğalçılıq siyasətinin tərkib hissəsi kimi
qiymətləndirilməlidir. Ermənipərəst beynəlxalq təşkilatlar isə bu cür "tarixi
sübut"ları əllərində bayraq tutaraq, məkrli siyasətlərini yeridirlər.
Azərbaycan alimləri yüksək elmi səviyyədə, çoxsaylı epiqrafik, orta əsr, arxiv
mənbələrinə əsəlanaraq sübut
ediblər ki, Cənubi Qafqazda tarixən heç bir erməni siyasi qurumu mövcud olmayıb.
Sənədlərin analizi Cənubi qafqazın yeni tarixi konsepsiyasının işlənməsinə
gətirir və Azərbaycan tarixinin sovet rus və erməni tarixçiləri tərəfindən
saxtalaşdırıldığını sübut edir. Ermənilər üçün ilk dövləti bu regionda Sovet
Rusiyası və Antanta dövlətləri 1920-ci ildə Qərbi Azərbaycan torpaqlarında
yaradıblar. Sovet İttifaqı dövründə azərbaycanlıların bu torpaqlardan
sıxışdırılıb çıxarılması ilə yanaşı onlara məxsus olan maddi-mədəniyyət
abidələri dağıdılıb, yer adları erməniləşdirilib. 1988-ci ildən sonra kütləvi
terrora məruz qalan azərbaycanlılar bu əraziləri tərk etməyə məcbur olublar və
bundan sonra bu ərazidə qalan azərbaycanlılara məxsus olan maddi-mədəniyyət
abidələri ermənilər tərəfindən dağıntılara, məhvə məhkum olunub.
|
|
|
|
|
Ramil Səfərov dövlət və
cəmiyyətin dəstəyini
gözləyir. |
|
BAŞ SƏHİFƏDƏ |
|
İtirilmiş torpaqların
qaytarılması
müharibəsiz baş tutmayacaq

|
|
 |
| |
|
MÖVQE
Turan
Moralı - Türkiyənin Azərbaycandakı səfiri
-
Azərbaycan və Türkiyə arasında hərbi ittifaqın yaradılmasına dair saziş
imzalanarsa, hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə, Azərbaycana hərbi
yardım edə bilər.
Rasim
Musabəyov - Politoloq
-
Bölgəni ən azı silahlanma və bununla bağlı xərclər gözləyir. Azərbaycanın
bu xərclərə imkanı var. Lakin bu pulu Ermənistana kimin verəcəyi haqda suallar
yaranır.
Daniel
Frid - ABŞ dövlət - katibinin müavini
-
Biz Cənubi Osetiya, Dnestyanı, Abxaziya və Dağlıq Qarabağ kimi təhlükəli
münaqişələrin Rusiya və digər dövlətlərlə birlikdə həllinə ümid edirik
 |
| |
|