Bu gün: 5 Dekabr 2008, Cümə

 

 
 
 

 

Azad Qarabağ - 14-cü səhifə

İslam - ilk və son ilahi din

İslam dini haqqında danışdıqda ilk öncə "İslam" sözünün mənasının düzgün dərk edilməsi zəruridir. Ərəb dilində "islam" insanın iradəsinin Allah-təalaya tam tabe olması, təslim olması, insanın Allaha itaət etməsidir. Öz iradəsini Allaha tabe edən, təslim edən insan - müsəlman (ərəbcə - "müslim") adlanır. İslam  müxalif şəxslərin, əşyaların adı ilə bağlı olmayan bir dindir. Məlum olduğu kimi, xristianlıq İsa Məsihin, buddizm Qautama Buddanın, konfuizm Konfusinin, iudaizm is əİudanın adı ilə bağlıdır. İslam isə Allahın, həqiqətən də hələ Adəm peyğəmlərdən Məhəmməd peyğəmbərədək nazil etdiyi dinin adıdır. İslam bütün peyğəmbərlərin  dinidir. Müqəddəs Qurana görə, Allah-təalanın həqiqi dininə iman gətirənlərin hamısı müsəlmandır.

"Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. Allah bundan (Qurandan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər sizə, siz də insanlara şahid olasınız…" (22; 78).

Bəşəriyyət tarixində dinlərin təhrif olunmuş şəkildə dərk edildiyi dövrdə insanlara dinin həqiqət yolunu göstərmək üçün Allah tərəfindən başqa peyğəmbərlər göndərildi. Onların hamısı eyni vəzifə daşıyırdı. Zaman keçdikcə, bir-birini əvəzləyən peyğəmbərlər yalnız bir məqsədlə göndərilirdilər.

İslam nöqteyi-nəzərindən, peyğəmbərlərin hamısına eyni münasibət bəslənilir, aralarında fərq qoyulmur.

"Deyin ki, "Biz Allaha, bizə nazid olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladına göndərilənə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilənə inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha təslim olanlarıq (müsəlmanlarıq). Əgər onlar da siz inandığınız kimi inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar…" (2; 136-137).

Başqa bir ayədə deyilir:

"Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir!.." (4; 152)

Bu o deməkdir ki, Allaha iman gətirən insan peyğəmbərlər arasında fərq qoymamalıdır.

Ümumilikdə, peyğəmbərlər iki qismə bölünürlər: onların bir qismi bizə şəriət qanunlarını gətirir  və bu qanunları insanlar arasında yayır, digər qismi isə əvvəlki peyğəmbərlərin dinini təbliğ edirdi. Bildiyimiz kimi, İslam sonuncu din, Quran sonuncu Müqəddəs Kitab, Məhəmməd isə Allah tərəfindən göndərilən sonuncu peyğəmbərdir.

"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur!.." (33; 40)

Quranda biz şəriət gətirən beş peyğəmbərlə rastlaşırıq: Nuh, İbrahim, Musa, İsa və Məhəmməd (s). Onları böyük peyğəmbərlər ("ulul-əzm") adlandırırlar.

"Bu gün dininizi tamamlapyıb kamala yetirdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim!" (5;3)

İslam bütün zamanların son dinidir, çünki o, Qiyamət gününədək hökm sürəcək. İslam təlimi, İslam doktrinası, bu dinin prinsipləri, yəqinlik və səmimyyətlə onlara iman gətirmiş insanların ağlı və idrakı ilə qəbul olunur. İslamda inam abstrakt xarakteri daşımır, o şəxsin əminliyinə əsaslanır və məhz buna görə o sadəcə inam deyil, iman adlandırılır, yəni öz inamında əmin olmaq. Məhz belə iman İslama iman  gətirən hər bir insana xoşbəxtlik bəxş edir, onu ilahi yolla Allaha yaxınlaşdırır.

Quranın nazil olunduğu dövrdə dinin yayılmasında peyğəmbərlə yanaşı, onun tərəfdarları, davamçıları da fəal iştirak  etmiş, peyğəmbərlərdən sonra onun işini müsəlmanlar davam etdirmişlər.

İndi Quran kitab şəklində bütün dünyada yayılır və şəriət qanunları təbliğ olunur. Quranın qorunması şəriətin təhrifinə yol vermir. Allah dini prinsip və yeganə ilahi  mənbənin - Quranın təhrifinə yol vermir.

"Şübhəsiz, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrifdən) qoruyub saxlayacağıq!" (15; 9)

Quran Allah tərəfindən nazil edilən kitablar içində yeganə dəyişdirilməyəni və təhrif olunmayanıdır. O öz orijinallığını qoruyub saxlayıb və heç bir təhrifə düçar olmayıb. Birincisi, Allah Özü buyurub ki, Quran Allah tərəfindən qorunur, ikincisi isə cəmiyyət artıq onu müdafiə etmək halında idi. Bu, bəşəriyyətin inkişafından xəbər verir. Bu dövrdə dini təbliğ edən peyğəmbərlərin yerini artıq ilahi buyruqlar bilən üləmalar, mübəlliğlər, vaizlər (ilahi dini yayan din alimləri) tuturlar. Onlar peyğəmbər olmasalar da, dini və ilahi Kitab təbliğ etməklə peyğəmbərlik missiyasını yerinə yetirirlər. Peyğəmbərimizin şəriətini təbliğ etmək üçün yeni peyğəmbər göndərilməsinə də məhz bu səbəbdən ehtiyac yoxdur. Yəni, hər nə ilahi vəhy ilə nazil olunmalı idisə, tam olaraq nazil olundu və tamamlandı.

Digər peyğəmbərlərdən fərqli olaraq, Məhəmməd (s) Allah tərəfindən ayrılıqda hər hansı bir tayfa üçün, xalq üçün deyil, bütün bəşəriyyət üçün göndərilən peyğəmbərdir. Allah-təala Məhəmməd peyğəmbərə buyurur:

"De ki, "Ey insanlar!" Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm!.."" (7; 158)

Yəni Allah insanlar üçün haqq yolunu göstərir:

"Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır!.." (3; 19)

İslam birinci və sonuncu dindirj. Başqa sözlə, o, bəşəriyətə Adəmdən Məhəmmədə (s) qədər göndərilən və peyğəmbərlər vasitəsilə insanı səadətə və qurtuluşa aparan haqq yolunu göstərən dinlərin sonuncusudur.

"Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (3; 85)

Allah bizə haqq yolunu göstərmiş, düşünmək üçün bizə ağıl vermişdir. Allah  Onun vəhylərini qəbul edib-etməmək qərarını bizim öz ixtiyarımıza buraxmışdır.

Allaha inanan və Onu sevənlər sonuncu peyğəmbəri Məhəmmədə inanmalı və onun göstərdiyi haqq yolunu tutmalıdırlar.

"De ki, "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!". De ki, "Allaha və Peyğəmbərə itaət edin!" Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da  kafirləri (haqdan üz çevirənləri) sevməz!" (3; 31-32)

Allah hidayət qapılarını üzümüzə açsın və bizi İslamda - ilk və sonuncu ilahi dində sabitqədəm etsin. Amin!

Elşən Mustafaoğlu,
"Mənəvi Saflığa Dəvət" İctimai Birliyi


Hədislərdən seçmələr

Həzrət peyğəmbər (s) buyurmuşdur:

1. İnsanların ən yaxşısı xalqa hamıdan çox fayda verən adamdır.

2. Qəlbin malik olduğu ən yaxşı xüsusiyyət yəqinlikdir.

3. Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.

4. Allahın razılığı valideynin razılığı, qəzəbi də valideynin qəzəbi ilədir.

5. Haram yeməklə olunan ibadət  narın qumlar üstündlə tikilən binaya oxşayır.

6. Möminin şərəfi gecə yuxudan durub namaz qılmaq,  izzəti isə başqalarından ehtiyacsız olmaqdır.

7. Alimlərdən soruşun, hikmət sahibləri ilə həmsöhbət olun və fəqirlərlə oturub-durun.

8. Rəbbin nəzərində heç nə Allah yolunda tökülən bir damla qandan əziz deyil.

9. İki xüsusiyyət vardır ki, onlardan üstün əməl yoxdur - Allaha iman gətirmək; Allahın bəndələrinə xeyir vermək.

10. İki xüsusiyyət vardır ki, onlardan pis şər iş yoxdur - Allaha şərik qoşmaq; Allah bəndələrinə zərər vurmaq.

11. Başqalarını yaxşı işlər görməyə sövq edib yol göstərən şəxs o yaxşı işi görən qədər savab alar.

12. Elmin fəziləti Allah yolunda ibadətin fəzilətindən daha əzizdir.

13. Qurani-Kərim bir ilahi ədəb məktəbidir, bacardığınız qədər onun ədəb qaydalarını öyrənin.

14. Hər bir yaxşılıqdan üstün bir yaxşılıq da vardır. Amma bir adam əziz və cəlil olan Allah yolunda öldürülsə, şəhidlik məqasına çatar və ondan yüksək və üstün heç bir yaxşılıq yoxdur.

15. Hər kəs məlumatı olmadığı şeylərdə xalqa fikir söyləyib, fətva versə, dində edəcəyi xidmətdən daha çox zərbə vurmuş olar.

16. Dünya və axirərt xeyri elm ilə yanaşıdır.

17. Hər insan öz dostunun, yoldaşının dilinin təsiri altında olur, ona görə də, kimlərlə dostluq etməyinizdə diqqətli olun.


Kəlamlardan seçmələr

Həzrət Əli  (s) buyurur:

1. Cihad behişt qapılarından olan bir qapıdır. Allah o qapını məxsus dostları üçün açar. O təqva libası, Allahın bərk zirehli və möhkəm qalxanıdır.

2. Allah cihadı vacib edib böyük saymış, özünə kömək və köməkçi qərar vermişdir. And olsun Allaha, dünya və din onunla düzələr.

3. Həqiqətən Allah bəziləri üçün öldürməyi, bəziləri üçün ölümü qərar vermişdir. Hamının axırı Allahın onun üçün yazdığı kimi yetişəcəkdir. Xoş olsun Onun yolunda cihad edənlərin halına  və Onun itaətində öldürülənlərə.

4. Allah yolunda əllərinizlə, əgər mümkün olmasa, dillərinizlə, o da mümkün olmasa qəlblərinizlə cihad edin.

5. Gözəl əxlaq ibadətdir.

6. Əxlaqı gözəl olan insanın həyatı şirin olar.

7. Gözəl əxlaq ruziləri çoxaldar və dostluq yaradar.

8. Nəfsini gözəl işlərə adət etdir, ona adət etməyinlə ləzzət hasil edərsən.

9. Gözəl əxlaqı əldə etməyə çalışın. Mömün bəndə gözəl əxlaqı ilə gündüzlər oruc tutub, gecələr oyaq qalaraq ibadət edənlərin məqamına yetişər.

10. Başqasının qulu olma, çünki Allah-təala səni azad yaratmışdır.

11. Azadlıqsevərlik  kin-küdurətdən və məkrdən uzaqdır.

12. İnsanın paklığı qeyrəti miqdarındadır.

13. Hər kəsin qeyrəti yoxdursa, onda heç bir xeyir yoxdur.

14. Allah-təala cihadı islama başucalıq (izzət) ünvanı ilə vacib etmişdir.

15. Allahdan həya etmək xətaların çoxunu məhv edib aradan aparar.

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 13 14 15 16

Sənədin sonuncu korrektə tarixi: 17/3/2006 - 10:26:31
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011185