|
Azad Qarabağ - 15-ci səhifə
Müxalifətin yeni “taktika”sı
Başı Qarabağ probleminin həllinə
qarışan və ölkədə çağrılmamış qonağa çevrilən quş qripinin, radikal müxalifətin
sabitliyi pozmaq üçün növbəti təxribatı olduğunu sübut etməyə çalışan iqtidar
düşərgəsində pul saymağa vaxt tapılmadığı bir məqamda, müxalifət düşərgəsində
vaxt bolluğu müşahidə olunur. Bekarçılıqdan milçək ovuna çıxan müxalifət, İsa
Qəmbəri hörümçək torunda görəndə "Allah bazar versin" deyərək, partbiletlərini
qabaqlarına qoyub, bundan belə nə etməli sualı qarşısında düşüncələrə daldılar.
İcazəli mitinq üçün Hacıbaladan icazələri, icazəsiz mitinqə çıxarmaq üçün sosial
bazaları olmayan "Azadlıq" blokunun liderləri, iqtidara "hələ varıq, ölməmişik"
mesajını vermək üçün, bütün müxalif qüvvələrə müraciət edib, "biz mehriban
ailəyik" adı altında konsert keçirmək təklifi ilə çıxış etdilər.
Uzun-uzadı naza qoymaqdan sonra,
konsertin Heydər Əliyev adına respublika sarayında keçirilməsi razılaşdırıldı.
Narıncı torba əməliyyatından incik düşən bəylərin könlünü almaq üçün Amerikanın
səfiri Rino Harniş eks-Lenin sarayının icarə haqqını ödəməklə, yenidən
müxalifətin xaç atası olmaq iddiasını ortaya qoydu. Konsertdə olanları xalqa
çatdırmaq missiyasını boynuma götürüb, təyin olunmuş məqamda özümü yetirdim
müxalifətin yeni taktiki gedişi olan konsertə.
Bir vaxtlar mitinqlərin əvəzedilməz
tamadası olan Sabir bəy konsertdə də öz kəndinə qayıdıb, əvvəlki bacarığını
yenidən nümayiş etdirdi. Təbii olaraq, ilk şərqi oxumaq missiyası da onun
boynuna düşdü.
Son qoyub ürəkdə dərdə-azara,
Əlimi çatdırdın dövlətə-vara.
Öyrətdin cibimi, Ramiz, dollara,
Səni sevəcəyəm, sən sevməsən də.
Zaldan kiminsə "kiminin əvvəli,
kiminin axırı" replikasına fikir verməyən Sabir bəy, Əli Kərimlini səhnəyə dəvət
etdi. Onun oxuduğu
Sən Allahın bəlasısan, Hacıbala,
Bizi qana salasısan, Hacıbala.
- mahnısı zalda oturan mitinq
həvəskarlarını əməlli-başlı kövrəltdisə, sonrakı ifada Nemət Pənahlı
"Keçən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim"
-mahnısı ilə zalı əməlli-başlı
ağlamağa məcbur etdi. Konsertin yasa çevriləcəyi halda, məsuliyyətdən qaça
bilməyəcəyini anlayan Sabir bəy, tez-tələsik sözü Sərdar Cəlaloğluna verdi.
Seçkidən seçkiyə yolunu gözlədim,
Ah çəkib, həsrətlə sinəmi közlədim.
-oxuyan Sərdara Aydın Quliyevin:
Dedin gələcəyəm gələn baharda,
Bahar qışa döndü,
sən gəlməz oldun.
Sərdarın dəstəsi dağ çəkdi mənə,
Nələr çəkdiyimi sən bilməz oldun.
-mahnı cavabı zalda bu dəfə
pıçıltıları çoxaltsa da, Rəsul Quliyevin birbaşa Amerikadan oxuduğu:
Gözlə gələcəyəm, qurbanın olum,
Pulu böləcəyəm, qurbanın olum.
-şərqisi ilə zalda nisbi sakitlik
yarandı.
Sabir bəy növbəti dəfə Əli Kərimlini
"Azadlıq" blokundakı həmkarları ilə birlikdə səhnəyə dəvət etdi.
Səhnədə İsa Qəmbərin dostlarından
kənarda durması, onları duet oxumağa məcbur etdi.
Evimizdən bir çıxardıq hər səhər,
Qələbəyə izn allıq birtəhər.
Görən bizi deyəcəkdir
"cüt bəxtəvər",
Öz əhdinə dönük çıxan bir nəfər.
Bəs nə deyək, bizi
sənsiz görəndə?!
İsa bəyin sükutu duet oxuyanları daha
da həvəsləndirdi.
Deyək, İsa əhdini,
Andını pozdu getdi.
Əllərini blokdan
Hirs ilə üzdü getdi.
-deməsindən sonra İsa Qəmbər oxumağa
məcbur oldu:
Mən nə qədər qoca
olsam da belə,
Dəyərəm, inan, min
Əliyə.
Gec-tez alaram mandatı
ələ,
Fikir vermərəm hər
dəliyə.
-deyərək, duet
oxuyanları səhnəni tərk etməyə məcbur etdi. Səhnənin boşalmasını görən Sabir
bəy, boşluğu doldurmaq üçün millət deputatları Nəsib Nəsibli və Arzu
Səmədbəyliyə oxumaq üçün şərait yaratdı.
Nəsib Nəsibli:
Mənə mandat verin,
mənimdir mandat!
Arzu Səmədbəyli:
İndi blok söhbəti
etmək olmaz,
Hər kəs öz mandatın
bərk saxlasın.
-mahnıları ilə Rauf
Arifoğlunu dilə gətirdi:
Deputat olmaq
istəyirəm, İsa bəy,
Yox deyəni pisləyirəm,
İsa bəy.
İsa bəy öz əqidə
yoldaşları ilə səhnəni tərk etdikdən sonra "Azadlıq"ın kvarteti mikrofonu ələ
keçirtdi:
Dörd dost, dörd
yoldaş,
dörd qardaşıq biz,
Birdir arzumuz,
diləklərimiz.
Müsavat gedirsə, ona
yaxşı yol,
Deməli, saxtadır
çəkdikləri qol.
Yaddaşını itirən Sabir
Rüstəmxanlı mahnı savaşına son qoymaq üçün AMİP lideri Etibar Məmmədovu
mikrofona dəvət etdi. Etibar Küsənli öz repertuarına təzəcə daxil etdiyi mahnı
ilə tamaşaçıları feyziyab etmək fikrinə düşdü:
Ay Əli, keçmə bizim
məhlədən,
Uşaqlar ilişər sənə,
söz olar.
Gec-tez öpəcəksən
mənim əlimdən,
Etibaram, dediklərim
düz olar.
Etibar Məmmədov
istədiyi dəstəyi ala bilmədiyini görüb, azsaylı tərəfdarları ilə birlikdə əvvəl
səhnəni, sonra isə zalı tərk edib getdi. Sabir Rüstəmxanlı konserti
yekunlaşdırmaq niyyəti ilə bütün liderləri birlikdə səhnəyə dəvət etdi. Siyasi
liderlərin xorla oxuduğu "Biz mehriban ailəyik" mahnısının iqtidarın kürkünə
birə saldığı şübhəsiz idi. Beləliklə, əziz oxucular, sonra deməyin ki, bizim
müxalifət heç bir işə yaramır.
Yetim Qacar
Qarabağsız
Azərbaycan
 |
Başımın tacısan,
Hər dərdimin
əlacısan,
Ürəyimin qaynar
qanısan,
Uğurlarımın hər
anısan,
Candan əziz
Azərbaycan,
Sənə qurban can,
Azərbaycan.
Dərdlidir,
Azərbaycan, sənin qanın
Əldən getmiş
Qarabağın -
Düşünən beynin,
qaçan ayağın.
Qarabağsız
Azərbaycan qolaydı,
Pisdən də pis
olaydı,
Kaş əsgərimiz
Şuşada olaydı.
Sevirəm səni
Azərbaycan,
Ancaq Qarabağla
birlikdə,
Səsimiz ucalmaz
inan təklikdə.
Qarabağ, ürəyimə
yatan,
Əsrlər boyu yağıya
top atan,
Necə oldun belə
lal - kar yatan,
Olacaqmı hayına
çatan!?
Qarabağ,
Azərbaycanın
Şuşa qalası,
Məgər bu düşmənə
qalası?!
Yoxsa qisasımız
əbədi qalası
Azərbaycanın qarsımış yarası?
Səbrim birdən aşır-daşır,
Gözlərimdən sanki alov saçır,
Xəyalım yenə Qarabağa qaçır,
Əllərim Qarabağın qapıların açır,
Belə qeyrət türk əsgərinə yaraşır,
Türk hünərlə əzmlə vuruşur,
Gərək olanda dağlara
da dırmaşır.
Biznesmenə boluca para gərək,
Amma torpaq üçün mərd
sinə gərək,
Fərhada Şirin, Məcnuna
Leyli gərək,
Qarabağa meylli
torpaqsevərlər gərək
Onda yediyimiz də olan
halal çörək
|
"Azad Qarabağ"
qəzetinə abunə yazılmaq istəyənlər
aşağıdakı ünvanlara müraciət etsinlər:
1.
Azərmətbuatyayım İstehsalat Birliyi. Ünvan: Bakı şəhəri, AZ-1007, C.Hacıbəyli
küçəsi 30,
Əlaqə telefonları: 440-10-35,
440-39-83, 440-27-85.
Respublikanın rayon və şəhərlərində isə "Mətbuatyayımı" şöbələrinə müraciət
edin.
2. "Qasid" Açıq Səhmdar Cəmiyyəti.
Ünvan: Cavadxan küçəsi 21 a. Telefonlar: 493-14-06, 493-16-43, 493-23-19
ABUNƏ
YAZILMAĞA TƏLƏSİN!
Müsabiqə
Qarabağ Azadlıq
Təşkilatı Qarabağ mövzusunda ən yaxşı publisistik, analitik yazı, şer, plakat,
karikatura müsabiqəsi elan edir. Ən yaxşı nümunələr “Azad Qarabağ” qəzetində çap
olunacaq, ilin sonunda isə hər nominasiya üzrə qaliblər müəyyən ediləcəkdir.
Arzu edənlər işlərini qəzetimizin ünvanına göndərə bilərlər.
Təşkilat
komitəsi
|
№03
(003)
02.03.2006-cı il |
Təsisçi və baş
redaktor:
Akif Nağı
Məsul redaktor:
Adil İrşadoğlu
Baş redaktorun
müavinləri:
İlqar Mehdi, Tahir Məmmədli
Baş redaktor:
Firudin Məmmədli
web:
http://www.azadqarabag.azerall.info
e-mail:
azad_qarabag@yahoo.com |
Telefon:
510-22-39
Fax:
510-22-08
Ünvan:
Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 75 |
|
Beynəlxalq Bankın
Yasamal filialı.
Bankın kodu:
805562
M/hesabı:
0137010002944
VÖEN:
9900001881
SWIFT: IBAZAZ2X
Müştərinin hesabı:
673785 AZN 382101 |
“Turan”, “Apa”
informasiya agentliklərinin, "Qarabağ
Sənədlərdə",
medianaliz.com, inosmi.ru, arminfo.am, armenpress.am, regnum.ru internet
səhifələrinin materiallarından istifadə olunmuşdur. |
|
Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, "Ekspres" mətbəəsində çap edilib
tiraj 2000 ədəd |
|