Bu gün: 5 Dekabr 2008, Cümə

 

 
 
 

 

Azad Qarabağ - 2-ci səhifə
Qarabağ məhbuslarına azadlıq!

Ramil Səfərov

Rövşən Bədəlov

Xızır Marqaşvili

Fariz Hacıyev

Müşfiq Qurbanov

Əlirza Babayev

Firuz Babayev

Yaşar Məmmədov

Məmməd Məmmədov

Ədalət Ağayev

Məhəmməd Məmmədov

YA QARABAĞ YA ÖLÜM!


Bu "cinayət"
Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır - qanununa
xidmət edirdi

Bu dəfə haqqında danışacağım partizan polis işçisi Məhəmməd Qurban oğlu Məmmədovdur. Qanun keşikçisi olsa da qanunu pozmaqda təqsirləndirilib. Onun həyat yoluna nəzər salıb bu "qanun pozuntusunun" nədən ibarət  olduğunu sizlərin də diqqətinə çatdırmaq istəyirəm. Məhəmmədin haqqında Ağstafa rayonundan redaksiyamıza təşrif buyurmuş qoca atası - Böyük Vətən Müharibəsi veteranı Qurban kişi danışır.

Məhəmməd 1966-cı ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub. Orta məktəbi  bitirdikdən sonra rayon hərbi komissarlığı tərəfindən 3 aylıq avtomobil kursuna göndərilərək sürücülük vəsiqəsi alıb. Rusiyada - Vladivostokda hərbi xidmətdə olub. Əsgəri xidmətini başa vurub qayıdandan sonra bir neçə il doğma rayonunda sürücü işləyib. O, 1993-cü ildən etibarən həbs olunana qədər Daxili İşlər Nazirliyində çalışıb. Baş Polis İdarəsinin Gəncə Dəmiryolu Nəqliyyat Polis İdarəsinin Ağstafa stansiyasının Xətt şöbəsinin Böyük Kəsik Xətt bölməsində polis-serjantı işləyib. Evlidir, bir oğlu, bir qızı var. Hazırda oğlu dördüncü, qızı isə altıncı sinifdə oxuyurlar.

II Dünya müharibəsinin od-alovundan çıxmış, çoxlu orden, medal qazanmış 78 yaşlı ağsaqqal Qurban kişi dövrümüzdən, baş verən qanunsuzluq və saxtakarlıqlardan çox narazıdır. Sinədəftər qoca zəmanədən incikliyini,  ağrı-acısını misralara düzüb. Hər şeydən əli üzülən ağsaqqal üzünü Uca Tanrıya tutub ondan kömək diləyir:

Dağılıb koması, uçub saraylar,

Dirənib ərşə nalə, haraylar,

Qucağında körpəsi gəlinlər ağlar,

Özün kömək dur, amandı Allah!

Hər şey saxtadı, yalandı vallah.

 

Urusla erməni verib əl-ələ,

Hər yerdə qurğu, hər yerdə tələ.

İnanma sülh ilə işlər düzələ,

Özün kömək dur, amandı Allah!

Hər şey saxtadı, yalandı vallah.

 

Satqınlar deyəsən itirib ağlın,

Kəlbəcər qalıb yolları bağlı.

Şuşa od içində, sinəsi dağlı,

Özün kömək dur, amandı Allah!

Hər şey saxtadı, yalandı vallah.

Məhəmməd çox vətənpərvər, elcanlı olub. Kəndin iş-gücünə yarayar, kasıblara əl tutarmış. Kənddə yanacağa böyük ehtiyac  olduğundan, polis sistemində işləyən Məhəmməd kasıblara pulsuz odun gətirdər (Gürcüstandan), kənd məktəbini daş kömür yanacağı ilə təmin edərdi. Birbaşa Qarabağ müharibəsində  iştirak etməsə də, tez-tez cəbhəyə gedib əsgərlərə kömək edirmiş. Cəbhədəki əsgərlərə başçəkməsi əmisi oğlu Vüqarla, bibisi oğlu Elçinin şəhid olmasından sonra  daha intensiv şəkil alıb. Vətənə böyük məhəbbət, düşmənə hədsiz nifrət bəsləyən Məhəmməd digər partizanlar kimi Gürcüstana hərbi təlim keçməyə getməsə də, onların özlərinin və gətirdikləri silahın sərhəddən keçirilməsinə kömək edib. Adamların sərhəddi keçməsində heç bir qanun pozuntusuna yol verilməyib. Sadəcə, sistem işçisi olduğuna görə,  silahların çox yoxlanılmamasına şərait yaradıb. Silahların nə üçün gətirildiyini bilən Məhəmməd təbii ki, buna kömək etməyi özünün vətəndaşlıq borcu hesab edərək, bu zaman vəzifə borcunu unudub kiçik "xətaya" yol vermişdi. Elə bu faktdan ona qarşı dəlil-sübut kimi istifadə edib, Məhəmmədə Ağır Cinayətlərə Dair Məhkəmə 8 il iş kəsib. Qoca ata oğlundan qürurla danışıb, onun işini təqdir edir: "Oğlum ölümündən qorxmadan bu yola getdi. Mən yuxarılarda da demişəm, vəzifəlilərin hamısı oğlunu gizlədib xaricə göndərir. Bəs müharibəyə kim getməli, şəhidlərin qanını kim almalıdır?! Əlbəttə, mənim oğlum kmilər gedəcək müharibəyə. Əgər Məhəmməd mənim oğlumdursa, nəvələrimin, şəhidlərin qanını almalıdır. Yoxsa mən ona oğul demərəm".

Hazırda qıraq Kəsəmən kəndində gəlini  və Məhəmmədin iki azyaşlı uşağı ilə yaşayan Qurban kişi dolanışığın ağırlığından, Bakıya - həbsxanada yatan oğlunu görməyə gəlməyin çətinliyindən gileylənir: "Gəlinim də işləmir. Uşaqlar kiçikdir, həyat yoldaşım da rəhmətə gedib. Qoca vaxtımda onları dolandırmağa məcburam. Mənim aldığım təqaüdlə birtəhər dolanırıq. Bir də kənd yeri olduğundan bir neçə baş heyvan saxlayıram. Oğlumun yanına gəlib-getmək bizim üçün çox çətindir".

Məhəmməd də başqa yoldaşları kimi 2003-cü il avqustun 13-də tutulub. Onu gecə kənddəki evində həbs ediblər. Bir ildən artıq istintaq altında yatandan sonra 2004-cü ilin dekabr ayında məhkəmə hökm çəxarıb ona 8 il iş kəsib. Kollektiv məhkəmədə partizanları dövlət çevrilişi etməkdə günahlandırmağa çox çalışsalar da, buna nail ola bilməyiblər. Millət vəkillərinin, hüquq müdafiəçilərinin, eləcə də QAT-ın köməyi ilə həqiqət ortaya çıxıb, silahların ancaq və ancaq Qarabağda partizan müharibəsi aparmaq məqsədilə alındığı sübuta yetirilib. Bu zaman Məhəmmədi də digər yoldaşları kimi 279-cu maddə ilə (qeyri-qanuni silahlı birləşmə yaratmaq) təqsirli biliblər. Apellyasiya Məhkəməsində heç bir güzəşt olunmayıb. Ancaq sonradan Ali Məhkəməyə müraciət edildikdə digər  partizanlar  kimi onun işini də bu il azaldıblar.

Məhəmməd hazırda 9-cu kolonda, polislərə məxsus həbsxanada cəza çəkir. Azadlığa çıxmasına hələ dörd il yarım qalır. İki il yarımdır ki, Məhəmməd digər partizan yoldaşları kimi ailəsindən ayrı düşüb cəza çəkir. Mənə elə gəlir ki, bu iki il yarım da onun etdiyi "böyük cinayət"ə görə çoxdur. Ailəsi Məhəmmədlə ayda iki dəfə görüşə bilər. Ancaq  ailəsi rayonda yaşadığına və imkanları olmadığına görə bəzən vaxtlı-vaxtında görüşə bilmirlər.

Bəli! Bu partizanlar qanun pozuntusuna yol veriblər. Yəni, icazəsiz silahlı birləşmə yaradaraq qanun əleyhinə iş görüblər. Ancaq nəzərə alsaq ki, bu "cinayət"i türkün qanını içməyə hazır olan tarixi düşmənlərimizdən - ermənilərdən şəhidlərimizin, əsir düşmüş qız-gəlinlərimizin qisasını almaq üçün törədiblər, onları alqışlamağı bacarmasaq da, heç olmasa qəddarcasına rəftar etməməyi bacarmalı idik. Çünki bu "cinayət" daha müqəddəs qanuna - Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır - qanununa xidmət  edirdi.  Bir millət kimi bəlamız ondadır ki, özmüzü qiymətləndirməyi bacarmırıq. Və təbii ki, özümüzü qiymətləndirməsək, nə başqasını qiymətləndirəcəyik, nə də bizi qiymətləndirəcəklər. Necə ki, öz partizanlarımıza  qiymət verməyi bacarmadıq, Gürcüstan vətəndaşı, gürcü soydaşlı çeçen - Xızır Marqaşvilini necə qiymətləndirəydik?! Elə onu da özümüzkülərə qatıb, 9 il də onun belinə "yapışdırdıq". Və bununla da onun dostluq hisslərini təhqir etmək bir yana, həm də bizə kömək etməyin cinayət olduğunu  sübut etdik.

Xızır, hələ partizanlar Gürcüstanda təlim keçərkən, onlarla dostlaşmışdı. Və bu  dostluğun onu həbsxanaya gətirib çıxaracağını yəqin ki, təsəvvür belə etmirdi. O, yoldaşlarının niyyətini bilən kimi könüllü olaraq onlara qoşulmuşdu. Nə gənc həyat yoldaşını, nə də yenicə doğulmuş oğlunu nəzərə alammışdı. Ölümü göz önünə gətirərək, dostluqda möhkəm olduğunu sübut etmək, ermənilərdən intiqam almağımıza az da olsa kömək etmək istədi. Biz də ona bu cür qiymət verdik. Axıra qədər də o, nə üçün həbs olunduğunu başa düşməyərək, məhkəmələrdə ancaq bir söz deyirmiş: "Za çto ya siju, ne ponimayu".

Bizi qınama, Xızır. Biz əgər özümüz-özümüzü başa düşə bilmiriksə, sən bizi necə başa düşəsən?!

Orxan

 

 

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 2 3 ... 16

Sənədin sonuncu korrektə tarixi: 17/3/2006 - 10:33:4
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011873