|
MƏMLƏKƏT |
|
Partizan
qardaşlar
Bu dəfə
partizanlardan Əlirza və Firuz Babayev qardaşlarını sizlərə tanıdacağam.
Qardaşları haqqında Mətanət xanım göz yaşları içində danışırdı.
Əlirza
1965-ci ildə, Firuz 1977-ci ildə Bakıda ziyalı ailəsində doğulublar.
Ataları Məcid müəllim institutda dərs deyirmiş, anaları orta məktəbdə.
Valideynlərin hər ikisi dünyasını dəyişib. Ailədə beş uşaq olublar - üç
qardaş, iki bacı. Əlirza və Firuz hazırda həbsxanada cəza çəkirlər, o
biri qardaş, bacıları ailələri ilə birlikdə Bakıda yaşayırlar.
Əlirza
evlidir, bir oğlu, bir qızı var. Həyat yoldaşı Sevda xanım Əlirza həbs
olunduqdan sonra oğlu Ömər və qızı Nərgizlə birlikdə Sümqayıtda
valideynləri ilə yaşayır. Uşaqlar birinci sinfə gedirlər.
 |
| |
|
GÜNDƏM |
|
Qarabağ
münaqişəsinə yeni yanaşma tərzi
ATƏT-in Dağlıq Qarabağ üzrə nümayəndəsi Heykki Talvitie öz müvəqqəti postunu
tərk edərkən, münaqişənin həllinə "yeni formada yanaşmaq" fikrini irəli
sürmüşdür. Lakin o, bu "forma"nın məhz hansı şəkildə olması barədə bir söz
deməmişdir. Düşünmək olar ki, bu tezis H.Talvitienin öz beyninin məhsulu yox,
onun təmsil etdiyi təşkilatın ən azı ATƏT dəhlizlərində gedən fərdi
müzakirələrin ümumi yekununun prelüdüdür. "Sülh" danışıqlarının Ki-Uest və Praqa
danışıqlarından sonra Rambuyedə keçirilən 3-cü cəhdinin də boşa çıxmasından
dərhal sonra Minsk qrupuna daxil olan siyasi "yengələr" qısa bir müddət ərzində
müzakirələrin növbəti gedişatını müəyyənləşdirmək üçün Vaşinqtona
yığışacaqlar. Uzun illərin təcrübəsi sübut edir ki, bu məsləhətlərdən məzmunca
yeni nəsə gözləmək sadəlövhlükdür. Bu məqamda hadisələrin gözlənilməz gedişatı
da bunu göstərir: V.Putinin Ermənistan prezidenti Koçaryanı Moskvaya çağırmaq
vədi və bundan bir gün öncə ABŞ-lı "yengə" Stiven Mənnin "2006-cı ildə razılaşma
əldə olunması, bu faciə ilə nəticələnəcəkdir" hipotezi ilə Azərbaycanı
hədələməsi Vaşinqtonda başlanacaq məsləhətləşmələri bəri başdan sıfra endirir.

|
| |
|
AKTUAL |
|
Hər bir vətəndaşın dövlət qarşısında öz hüquqlarını tələb etməyə
haqqı var
Eyvaz
Borçalı: "Azərbaycanlılar gürcü dövlətinə sadiqdirlər, heç vaxt
separatçılıq mövqeyindən çıxış etməyiblər"
Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti bizi narahat etməyə bilməz.
Seçkiqabağı prezident Saakaşvilinin Borçalı azərbaycanlılarına verdiyi vədlərə
əməl etməməsi və onların problemlərinə laqeyd yanaşması soydaşlarımızın
vəziyətini daha da ağırlaşdırıb. Xüsusilə son günlər Gürcüstanda baş verən
proseslər orada Ermənistan hadisələrinin təkrar olunmasına qətirib çıxara bilər.
Bu isə yolverilməzdir. Borçalıları narahat edən əsas problemlər və onların
yaranma səbəbləri barədə həmin problemlərin aradan qaldırılması uğrunda mübarizə
aparan "Borçalı" cəmiyyətinin sədri, tanınmış ziyalı Eyvaz Borçalı ilə
söhbətləşdik

|
| |
|
BELƏ YAŞAMAQDANSA |
|
Qarabağ
veteranları ögey münasibətdən gileylənirlər
"Belə yaşamaqdansa" rubrikası bu dəfə öz qəhrəmanlarını Bakı
Dövlət Universitetinin (BDU) 5 saylı yataqxanasında axtardı. Yataqxananın
həyətində rastlaşdığımız oğlandan burada yaşayıb-yaşamamasını soruşduq. Müsbət
cavab aldıqda, özümüzü təqdim edib, bizə bələdçilik etməsini xahiş edərək,
əvvəlcə komendant və burada yaşayan Qarabağ müharibəsi veteranları ilə
maraqlandıq. O, komendantın hazırda burada olmadığını deyərək, bizdən bir az
aralı dayanmış ortayaşlı, arıq bir kişini göstərdi:
"Baxın, bu kişi Qarabağ müharibəsi veteranıdır, onunla danışa bilərsiniz". Ancaq
kişi "mən veteran deyiləm"- deyə söhbətdən boyun qaçırdı. Yazımın əvvəlində bunu
qeyd etməkdə məqsədim var, çünki hələlik danışmaq istəməyən və bunun üçün
müəyyən əsasları olan kişi sonradan dərdini bizimlə bölüşmək məcburiyyətində
qalacaq. "Bələdçi" oğlanın zarafat etdiyini düşünüb, (çarəmiz nə idi, kişini
güclə danışdıra bilməzdik) özümüz yataqxanaya daxil olduq  |
| |
|
QAN YADDAŞIMIZ |
|
XOCALI
- qanlı soyqırım
(Əvvəli
ötən sayımızda)
Sentyabr
ayında respublika təşkilat komitəsinin rəhbəri V.Polyaniçko azərbaycanlıları
kəndlərdən bütünlüklə çıxarmağın çətin olduğunu, qanlı qırğınlar törətməyin
vaxtının çatdığını görüb, komandası ilə Xankəndini tərk edir.
10 sentyabr
- Xocalı yaşayış məntəqəsi müxtəlif istiqamətlərdən atılan raket atəşinə məruz
qalır. Ölən və yaralananlar var;
24 sentyabr - Xocalı şəhəri iriçarxlı pulemyotlardan və müxtəlif tipli
raketlərdən atəşə tutulur 
|
| |
|
GERÇƏK TARİX |
|
Azərbaycan-Ermənistan müharibəsi
III mərhələ (avqust 1991- may 1992-ci illər)
Müdaxilə
1991-ci ilin avqust çevrilişi, SSRİ rəhbərliyində baş verən
siyasi dəyişikliklər Qarabağda hərbi əməliyyatların gedişinə həlledici
təsir göstərdi. Sonrakı bir neçə ay ərzində böhran dərinləşdi və lokal
toqquşmalardan intensiv silahlı münaqişəyə keçid baş verdi.
Avqustun sonlarından etibarən Mərkəzin daxili qoşun qüvvələri faktiki olaraq
Dağlıq Qarabağda FV rejimini həyata keçirməkdən imtina etdilər. Dağlıq
Qarabağdakı erməni qüvvələri yaranmış vəziyyətdən istifadə edərək açıq
fəaliyyətə keçdilər və 1991-ci il sentyabrın 2-də "Dağlıq Qarabağ Respublikası"
deyilən oyuncaq qurumu yaratdıqlarını elan etdilər. Bütün silahlı
qruplaşmalar (yerli dəstələr, partiya birləşmələri, Ermənistandan gələn
dəstələr) "DQR-in özünümüdafiə qüvvələri" (sonralar "DQR-in müdafiə ordusu"
adlandırıldı) adı altında birləşdirildi, onların ümumi sayı 15 min nəfərə
çatdırıldı

|
| |
|
DÜŞMƏN DÜŞƏRGƏSİNDƏ |
|
Baş hərbi canilər
 |
|

 |
|
Ermənilərə dəm
tutanlar
 |
|
 |
|
|
| |
|
DÖYÜŞ-DÖNÜŞ |
|
Qarabağ
uğrunda döyüşənlər çirkli siyasətin qurbanı oldular
(Əvvəli ötən sayımızda)
Bəlkə öldürdüyümüz
ermənilərin qisasını alırlar bizlərdən? Qarabağ qazisinə "surətçi" damğası
vurub, həbs etdirən insanın ağlının olmasına şübhə edirəm. Bu rejimin öz
qəhrəmanları var. 200 nəfərin üstünə 1000 nəfərlə hücum edib, təslim olan
insanları güllələməklə qiyam yatırdan Rövşən Əkbərovdan nə general, nə də milli
qəhrəman olardı. O, Əliyev tayfasının qəhrəmanı idi. 125 şəhidi, 250-dən çox
qazisi olan qurtuluş batalyonunun komandirini evsiz qoyub, bulvarda yatmağa
məcbur edən iqtidardan Qarabağ sevgisi ummaq, eşşəkdən cüməaxşamı soruşmağa
bərabərdir. Mən heç vaxt problemlərimi qabartmağa cəhd etməmişəm. Sadəcə, bu
rejimin iç üzünü açmaq üçün, bunları deməyə məcburam. Köhnə döyüşçülərə və
onların ailələrinə, yaxınlarına belə münasibət göstərən mövcud iqtidarla kimin
müharibəyə gedəcəyi çox maraqlıdır. Düzdür, torpaq iqtidara yox, xalqın özünə
məxsusdur. Amma mənim sualım barədə də düşünməyə dəyər. Biz 7 ay bir qəpik belə
almadan vuruşduq. Maaş barədə düşünməyi belə ağlımıza da gətirmədik. Kimsə bizim
qanımızın üstündən keçərək hakimiyyətə gəlib, bizi vətəndən didərgin salıbsa,
əlavə şərhə ehtiyac da yoxdur. 
|
| |
|
MÜNASİBƏT |
|
Yalan
yeriməz
Qarabağ Azadlıq
Təşkilatı bütün dünya türklərinin yaratmış olduğu qurumlar içərisində hər bir
türk övladının iştirakı vacib olan bir təşkilatdır.
Hakimiyyətdəkilərdən yalnız bir şeyi - işğal olunmuş torpaqlarımızı azad etmək
uğrunda mübarizə aparmalarını istərdik. Zaman-zaman torpaqlarımız işğal olunaraq
yağmalanıb. Bunun qarşısını bizlər - torpağını sevən vətəndaşlar almalı və
torpaqlarımızı işğaldan azad etməliyik. 20-ci yüzillik Azərbaycanımızın qara
xətlə yazılmış səhifəsi, əsrin sonu isə müstəqilliyimizin, tariximizin ən önəmli
səhifəsi kimi millətimizin yaddaşına əbədi həkk olunacaqdır

|
| |
|
DÖYÜŞ YOLU |
|
Murovdağ
əməliyyatı
İki yüz il öncə general
Suvorov Karpat dağlarını keçdi. Elə o zamandan başlayaraq, ruslar
Suvorovun bu nailiyyətini tarixə yazdılar. Hətta bunu əsarətdə
saxladıqları xalqların yaddaşına belə həkk etməyə nail oldular.
On iki il öncə yaxşı
xatırladığımız ikinci Kəlbəcər əməliyyatında isə Azərbaycan hərbçiləri
Kiçik Qafqazda "suvorovçuluq" edib 3395 metr yüksəklikdə, keçilməz və
əlverişsiz dağlarda döyüş apararaq düşməni məğlub etməyə nail oldular.
Amma təəssüflər olsun ki, indiyədək Murovdağ döyüşləri ən qorxunc və
vahiməli bir hadisə kimi xatırlanmaqdadır. Bu yer və baş verən
döyüşlərlə bağlı uydurulmuş şayiələr isə yalnız insanların "gözünü
qırmaq" məqsədi güdür.
Ancaq unutmayaq ki, Murov eyni
zamanda Azərbaycan ordusunun sınaq meydanı olub
|
| |
|
TARİXİ CİNAYƏTLƏR |
|
Kemp-Devidin
əks-sədası
Ənvər Sədat çox az
siyasətçilərə xas olan xüsusiyyətlərə malik idi. O, cəsarətlə öz
üzərinə riskli vəzifələri götürür və onların yerinə yetirilməsinə nail
olurdu.
Ənvər Sədat Menahem
Beqinlə birlikdə Nobel sülh mükafatını aldı. Bu mükafat
onun üçün ölüm hökmü oldu.
Gələcək Misir prezidenti
1918-ci ildə anadan olmuş və hərbi təhsil almışdı. O, ikinci dünya
müharibəsindən sonra milli-azadlıq hərəkatına başçılıq edən gənc
zabitlər qrupuna daxil oldu. Həmin vaxt milli-azadlıq hərəkatı monarxiya
quruluşuna qarşı yönəlmişdi. 1952-ci il iyulun 23-də "Azad zabitlər"
təşkilatı başda olmaqla ordu dövlət çevrilişi etdi, kral Fərrux
devrildi.
Əbdül Nasirin hakimiyyəti
dövründə Sədat Misir hökumətində həlledici postlarda olmuş, 1973-cü ildə
onun ölümündən sonra isə dövlətə rəhbərlik etməyə başlamışdır. Yeni
prezident radikal dəyişikliklər xətti elan etdi. O, ölkənin Sovet
İttifaqından hərbi və maliyyə asılılığını xeyli azaltdı və nəzərlərini
daha çox onun strateji rəqibinə - Amerika Birləşmiş Ştatlarına tərəf
yönəltdi. Ənvər Sədat Sələfinin İsrailə qarşı barışmaz siyasətini davam
etdirir, işğal altında olan torpaqları geri qaytarmağa çalışırdı. İsrail
1967-ci ildə "altı günlük müharibə" zamanı Sinay yarımadasının böyük
hissəsini zəbt etmişdi. 1973-cü ilin oktyabrında Misir qoşunları Süveyş
kanalından keçərək İsrailin işğal etdiyi ərazilərdə hərbi əməliyyatlara
başladılar
|
| |
|
İCTİMAİ QINAQ |
|
QARA LÖVHƏ |
|
Vətən qarşısında üzü qara
olanlar |
 |
|
? |
? |
 |
 |
|
|
|
|
|
|
 |
| |
|
VƏTƏNİ SEVMƏK İMANDANDIR |
|
İslamda
terrora münasibət
Bütün zamanlarda
insan cəmiyyətinin ən böyük çətinliyi nahaq yerə tökülən qanların qarşısını ala
bilməməsi olmuşdur. Daima insanların gözlərini yaşlı, əllərini bağlı, qəlblərini
dağlı qoyan bu hadisələrə indi biz terror deyib mövcud olan bütün insan
cəmiyyətini onunla mübarizəyə səsləyirik. Dəhşətli budur ki, yer üzünün yeganə
ağıllı varlığı olan insan bu qədər günahsız qanları özünün şəxsi bəlkə də heç
kimə lazım olmayan məqsədləri üçün axıdır və cəmiyyəti fəlakət girdabına
sürükləyir.
Təbii
olaraq bu gün minlərlə insanı haqsız yerə gözüyaşlı qoyan bu hadisələri
heç bir normal cəmiyyət, milli və dini ideologiya qəbul etmir. Bununla
yanaşı zamanımızın bəzi qəriblikləri ilə də üz-üzə qalırıq. Bu da ondan
ibarətdir ki, kainatın xilası üçün göndərilən, insanlara mənəviyyat,
mədəniyyət, əxlaq öyrədib, onları mütləq kamilliyə səsləyən İslam
dininin adı indi terrorla qoşa çəkilir. İslam terrorizmi, islamçılar və
s. kimi ifadələr artıq hamıya tanışdır
|
| |
|
15-ci səhifə |
|
Kimin sözü daha
məntiqlidir?
Bəlkə də adi iş günlərindən biri
olacaqdı bu gün, əgər qəfil telefon zəngi Şəhid ruhlarının etirazını "Azad
Qarabağ" vasitəsi ilə millətinə çatdırdığıma görə, sakit olan ürəyimi yeni
ittiham qarşısında qoymasaydı. Yazının altında mənim imzam qoyulsa da, əslində
o, şəhid ruhlarının qazilərin bugünkü vəziyyətinə etirazı idi. Sözlərimə şübhə
edənlər bir gecə Şəhidlər Xiyabanını ziyarət etsələr, dediklərimi təsdiq
edərlər. Dəfn olunduğu ərazini əyləncə mərkəzinə çevirən bir millətin şəhidi,
dilənən qazi taleyini onlara yaşatmadığına görə hər axşam şükr edir öz taleyinə
və etiraz edir qazilərin bu gününə.
Zəng edən qardaşımın iradlarına
hörmətlə yanaşsam da, etmədiyim səhvə görə təkzib vermək fikrindən uzağam. Nəyi
təkzib etməliyəm və niyə təkzib etməliyəm?
|
| |
|
ERMƏNİ TERRORU |
|
Zəngəzurda
ermənilər yüzlərlə Azərbaycan
tarixi abidəsini məhv edib
Ermənistanın Azərbaycana olan uydurma
torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmədiyindən, rəsmi Yerevanın
mövqeyi daha çox cığal uşağın hərəkətlərinə bənzəyir. Erməni alimlərinin
"tarixi sübutları" əsasında yazılan əsərlər ancaq Ermənistanın dövlət
səviyyəsində yeritdiyi işğalçılıq siyasətinin tərkib hissəsi kimi
qiymətləndirilməlidir. Ermənipərəst beynəlxalq təşkilatlar isə bu cür "tarixi
sübut"ları əllərində bayraq tutaraq, məkrli siyasətlərini yeridirlər.
Azərbaycan alimləri yüksək elmi səviyyədə, çoxsaylı epiqrafik, orta əsr, arxiv
mənbələrinə əsəlanaraq sübut ediblər ki, Cənubi Qafqazda tarixən heç bir erməni
siyasi qurumu mövcud olmayıb. Sənədlərin analizi Cənubi qafqazın yeni tarixi
konsepsiyasının işlənməsinə gətirir və Azərbaycan tarixinin sovet rus və erməni
tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübut edir. Ermənilər üçün ilk
dövləti bu regionda Sovet Rusiyası və Antanta dövlətləri 1920-ci ildə Qərbi
Azərbaycan torpaqlarında yaradıblar. Sovet İttifaqı dövründə azərbaycanlıların
bu torpaqlardan sıxışdırılıb çıxarılması ilə yanaşı onlara məxsus olan
maddi-mədəniyyət abidələri dağıdılıb, yer adları erməniləşdirilib. 1988-ci ildən
sonra kütləvi terrora məruz qalan azərbaycanlılar bu əraziləri tərk etməyə
məcbur olublar və bundan sonra bu ərazidə qalan azərbaycanlılara məxsus olan
maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıntılara, məhvə məhkum olunub
|
|
|
|
|
Anım |
|
Bu gün dəyərli vətəndaş
Elmar Hüseynovun
qətlə
yetirilməsinin
1 ili tamam olur.
Qətlin sifarişçiləri və
icraçıları hələ
də tapılmayıb. |
|
|
|
BAŞ SƏHİFƏDƏ |
|
Qarabağ müharibəsinə yeni yanaşma tərzi

|
|
 |
| |
|
MÖVQE
Nikolas
Börns: ABŞ dövlət katibinin müavini
-
Biz Rambuyedəki görüşün nəticəsindən çox məyus olduq. Biz fikirləşirik
ki, bu sammit həqiqətən yaxşı şans idi. ABŞ Qarabağ münaqişəsinin həlli üçün
səylərini davam etdirəcək və Kaşinqton bu konteksdə Moskva ilə dialoqa xüsusi
önəm verir
Lalə
Şövkət. Milli Birlik Hərəkatının sədri
-
Sülh danışıqlarının müsbət perspektivinə inanmıram. Bu münaqişə hərbi
yolla çözülə bilər. Ona görə də, Azərbaycan münaqişənin hərb variantı ilə həll
edilməsinə hazır olmalı və bütün qüvvəsini buna səfərbər etməlidir.
Heyki
Talvitye. Avropa İttifaqının
Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi
-
Azərbaycanda qədimdən Qafqaz Albaniyası mədəniyyəti mövcud olmuş, gürcü
və erməni kilsələri ilə yanaşı, alban kilsələri də fəaliyyət göstərmişdir.
Bölgədə çoxsaylı alban abidəsi vardır. Azərbaycan xalqı ərazisində yaşayan
xalqların tarixinə və mədəni abidələrinə hörmətlə yanaşır.
Ələkbər
Məmmədov. Hərbi ekspert
-
Müdafiə naziri, onun müavini statusunda olan rəhbər işçilər öz kürsüləri
ilə vidalaşmalı, onları inteqrasiyaya, Qərb standartlarına meylli şəxslər əvəz
etməlidir. Orduda islahatlara mane olan əsas amillərdən biri də məhz budur.
 |
| |
|