Bu gün: 5 Dekabr 2008, Cümə

 

 
 
 

 

Azad Qarabağ - 12-ci səhifə

Amerika prezidentləri öz terrorçularının hədəfində

Prezident Ceyms Harfild səlahiyyətlərinin icrasına başlayandan dörd ay sonra ölümcül yaralandı.

1901-ci ildə ABŞ prezidentinə 3-cü  sui-qəsd baş verdi. Bu dəfə prezidentliyinin ikinci müddətinə 6 ay əvvəl başlamış  Vilyam Mak-Kinli terrorun qurbanı oldu. Mak-Kinlinin vaxtında ABŞ dünya dövlətinə çevrilmişdi. O, bununla tarixə düşmüşdü. Onun qəsbkar siyasəti nəticəsində okeanın o tayında böyük ərazilər: Havay, Quam, Filippin, Puerto-Riko və digər ərazilər Amerikanın nəzarəti altına keçdilər. Bəziləri bunu alqışlayır, digərləri lənətləyirdilər. Polşalı anarxist Leon Jolqaş narazı qalanlardan idi.

Cib dəsmalının altında gizlədilmiş tapança

Sentyabrın 6-da prezident Mak-Kinli Buffalo şəhərində panamerikan sərgisinə gəlmişdi. O, toplaşanların qarşısında təbrik  nitqi ilə çıxış etdi, sonra isə xeyli adamın müşayiəti ilə pavilyonlardan birinə doğru irəlilədi. Jolqaş prezidentə yaxınlaşaraq, ilk baxışdan salamlaşmaq üçün əlini uzatdı, əlində isə cib dəsmalına bükülmüş tapança tutmuşdu. Onu yerə yıxıb tərksilah edənə qədər cinayətkar iki dəfə  atəş aça bildi. Bir həftədən sonra prezident  öldü. Leon Jolqaş məhkəmə qarşısında  dayandı və məhkəmənin qərarı ilə 1901-ci il oktyabrın 29-da elektrik stulunda edam olundu.

Mak-Kinlini prezident postunda 42 yaşlı Teodar Ruzvelt əvəz etdi. O, ABŞ tarixində ən gənc prezident idi. Gənc olmasına baxmayaraq, o, nüfuzlu və populyar siyasətçi kimi tanınırdı. O, iki müddət prezident olduqdan sonra 3-cü dəfə seçilməyə çalışırdı. 1909-cu il oktyabrın 14-də Con Şrenk adında bir nəfər Viskonsi ştatının Miluoki şəhərində "Gilpatrik" otelinin qarşısında prezidenti öldürməyə cəhd göstərdi. Ruzvelt yaralanmasına baxmayaraq, özündə güc tapıb seçicilər qarşısında çıxış etdi və  yalnız bundan sonra həkimlərə müraciət etdi. O, yaralardan sağaldı, amma seçkiləri öz rəqibinə, U.Tafta uduzdu. Prezidentə güllə atmış Con Şrenk anlaqlı hesab olunmadı və məhkəmənin hökmü ilə psixi xəstəxanaya yerləşdirildi, 30 ildən sonra orada  öldü.

Avraarm Linkoln qətlə yetirildikdən sonra ABŞ prezidentlərinə sui-qəsdlərin arası kəsilmədi. Bu günə qədər də prezidentlər terrorçuların, birinci növbədə öz terrorçularının hədəfindən düşmürlər.

1963-cü il noyabrın 22-də bütün dünya Dallasda baş verən qətl hadisəsindən dəhşətə gəldi. ABŞ-ın gənc prezidenti Con Kennedi hələ də heç kəsin dəqiq müəyyyənləşdirə bilmədiyi qatilin qurbanı oldu. Digər prezidentlərə qarşı törədilən qətl hadisələri haqqında məlumatlar o qədər də geniş yayılmamışdır.

1975-ci ilin sentyabrında prezident Cerald Forda qarşı iki dəfə sui-qəsd edildi.

Ceyms Harfild cəmisi 4 ay idi ki, prezidentliyə başlamışdı, 2 iyun 1881-ci ildə terrorçu onun həyatına son qoydu. Prezidenti Vaşinqtonda dəmiryol vağzalında güllə ilə kürəyindən vurmuşdular. Yaralanmış prezidenti xəstəxanaya götürdülər. Atəş açan ifratsağ təmayüllü təşkilatlardan birinin üzvü Çarlz Gito idi. Vaxtilə prezident onu hansısa siyasi məsələdə dəstəkləmək istəməmişdi. Prezident 11 həftədən sonra aldığı yaradan dünyasını dəyişdi. Carlz Gito bir ildən sonra  edama məhkum edildi.

Prezident Harri Trumen 1951-ci ilin payızında Ağ Evdə təmir işləri getdiyinə görə rezidensiyasını müvəqqəti olaraq Vaşinqtonda Pensilvaniya- avenyu tərəfə köçürmüşdü. Noyabrın 1-də, nahardan sonra prezident öz kabinetində istirahət edirdi, bu vaxt iki nəfər puertorikalı separatçı  - Oskar Kolyazo və Qrezilio Torresola oraya daxil olmağa cəhd göstərdilər, sonradan müəyyən edildi ki, onların məqsədi prezidenti öldürmək imiş. Hücum edənlərlə mühafizəçilər arasında atışma baş verdi. Nəticədə Torresola  və mühafizəçilərdən bir nəfər öldürüldü, Kolyazo isə həbs olundu. Məhkəmədə cinayətkar boynuna aldı ki, onlar bir tərəfə "bilet" almışdılar, belə ki, ölümə gedirdilər. Kolyazo ABŞ prezidentinə sui-qəsddə günahkar bilinərək, ölüm cəzasına məhkum edildi. Trumen özü onun ölüm hökmünü  ömürlük  həbs cəzası ilə əvəz etdi.

Hər iki halda qəsdin icraçıları qadın idi.

"Buffalo ekspress" qəzetinin birinci səhifəsində prezident Vilyam Mak-Kinliyə qarşı sui-qəsd edilməsi ilə bağlı verilən şəkil

"Bu tale ilə yaşamağa məhkumuq"

1975-ci ilin sentyabrında ABŞ prezidenti Cerald Forda iki dəfə sui-qəsd cəhdi edildi. Onlardan birincisi sentyabrın 5-də Kaliforniya ştatının Sakramento şəhərində baş verdi. Prezident səhər mühafizəçilərinin müşayiəti ilə "Senator" otelindən çıxaraq,  işgüzar görüşün nəzərdə tutulduğu bina istiqamətində yola düşdü. Yol boyu yığışanları salamlayır, əllərini sıxırdı. Qəfil səliqə-səhmansız gənc bir qadın qabağa çıxaraq, tapançanı prezidentə tərəf yönəltdi. Lakin atəş aça bilmədi. Mühafizəçilər onu saxlayanda keyləşmiş vəziyyətdə təkrar edirdi: "Tapança açılmadı, açılmadı!" Sonra tapançaya baxış zamanı aydınlaşdı ki, silah doldurulmuşdu, amma atəş zamanı atılmayıb,  çərtib. Məlum olub ki, Linett Fromm adlı 24 yaşında olan bu qadın Amerikanı o vaxt qorxu içərisində saxlayan Çarlz Mensonun terrorçu dəstəsinin üzvü imiş. Cinayətkar "ailənin" ayağında çoxlu sayda  qanlı terror hadisələri, o cümlədən tanınmış kino aktrisası Şaron Teytin dəhşətli qətli var idi. Prezident sarsıntı keçirsə də, özünü itirmədi və iki saatdan sonra Kaliforniya ştatının qanunverici orqanında cinayətkarlığa qarşı mübarizə haqqında nitqlə çıxış etdi. Bu hadisə ilə bağlı o, öz  fikirlərini belə bildirdi: "Belə hadisələr məni heç vaxt xalqla təmaslardan çəkindirə bilməz. Biz bu tale ilə yaşamağa məhkumuq".

O, doğrudan da, ölümə hazır vəziyyətdə yaşayırdı. Təxminən 3 həftə sonra, 1975-ci il sentyabrın 21-də prezident Ford Los-Ancelesdə oteldən çıxarkən ikinci dəfə sui-qəsdə məruz qaldı. Hadisənin şahidlərindən biri xatırlayır: "Prezident oteldən çıxdı. Onu qarşılayan izdiham hərəkətə gəldi və birdən atəş açıldı. Biz küçənin əks tərəfində havaya qalxan tüstünü gördük. Prezident qeyri-müəyyən vəziyyətdə dayandı. Məxfi xidmətin əməkdaşları onu maşının içərisinə itələdilər və maşın yerindən tərpəndi". Digər mühafizəçilər hələ də əlində tapançanı tutub dayanmış 45 yaşlı qadını saxladılar. Sara Ceyn Mur solçu hərəkatın fəalı idi, bu  hərəkat da San-Fransiskodan yaxşı tanınırdı. Hər iki qadın məhkəmə qarşısında dayandılar və uzun müddətə həbs cəzasına məhkum edildilər.

"Prezident Ronald Reyqana sui-qəsddən az sonra qatil tərk-silah edildi.

Amerika  prezidentini öldürməyə daha bir cəhd 1981-ci il martın 30-da edildi. Ronald Reyqan inşaatçıların həmkarlar ittifaqının qurultayında çıxış etdikdən sonra Vaşinqtonda "Hilton" otelindən çıxırdı. Onun çıxdığı qapıdan prezident limuzininə 20 addım olardı. Maşina tərəf gedərkən o, yağış yağmasına baxmayaraq, toplaşmış adamları salamlayırdı. Bu vaxt kimsə onu çağırdı: "Cənab prezident!". Reyqan ona tərəf dönəndə dalbadal 4 atəş açıldı. Mühafizəçilər dərhal 70 yaşlı  prezidenti maşina itələdilər və aradan çıxardılar.

Mühafizəçilər cinayətkarı tərksilah etdilər. Yaralananlar çox idi, mətbuat katibi Cim Bredi daha ağır vəziyyətdə idi, digərləri nisbətən yüngül yaralanmışdılar.

Qanı axan prezidenti Corc Vaşinqton  universitetinin xəstəxanasına çatdırdılar. Hətta bu vəziyyətdə də keçmiş Hollivud aktyoru yumor hissini itirmirdi. Prezident arvadı Nensi Reyqana tərəf dönərək təbəssümlə pıçıldadı: "Əzizim mən sadəcə güllədən yayınmağa macal tapmadım". Həkimlərə tərəf isə zarafatından qalmayaraq replika atdı: "Uşaqlar, güman edirəm ki, respublikaçısınız?!"

Həkimlər bir saat ərzində prezidentin ağ ciyərindən gülləni çıxardılar. Ahıl yaşına baxmayaraq, prezident tezliklə sağaldı.

Prezidentə atəş açan şəxs 25 yaşlı disk-jokey Con Xinkli idi. Ona qarşı prezidenti öldürməyə cəhd ittihamı irəli sürüldü, lakin onun anlaqlı olmadığı qərarına gəldilər. Məhkəmə onun ömürlük ruhi xəstələr üçün klinikada saxlanılması haqqında qərar çıxardı.

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 11 12 13 ... 16

Sənədin sonuncu korrektə tarixi: 26/3/2006 - 14:18:7
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.013749