Bu gün: 5 Dekabr 2008, Cümə

 

 
 
 

 

Azad Qarabağ - 15-ci səhifə

Milli barışıq, yoxsa karın könlündəki?..

Qələmimi qulağımın dibinə qoyub Hacıbala müəllimin atasına rəhmət oxuya-oxuya gün-gündən gözəlləşən Bakını İlham əliyev kimi gəzməyə çıxmışdım. Düzdür mənim sağ-solumda cangüdənlərim olmasa da heç bir xalqın da mənə yaxınlaşıb dərdini demək fikri yox idi.

Axı ucalardan uca millətim nəyi bilməsə də onu yaxşı bilir ki, mənim əlimdən  xeyirxah iş gəlmir.

Nə isə başınızı çox ağrıtmayım keçim əsas mətləbə. Heydər ƏLiyev adına respublika sarayın yanından keçəndə rəhmətliklərin ruhuna dua edib oradan uzaqlaşmaq istəyirdim ki, gözüm elan löhvəsindəki afişaya sataşdı. İlk əvvəl gözlərimə inanmadım, dedim yəqin kimsə tələsib millətlə 1 aprel zarafatı edir. Amma sarayın ətrafındakı qələbəlik afişada yazılanların həqiqət olduğuna məni yavaş-yavaş inandırdı. Sən demə bir azdan (gorun çatlasın baba gör sənin adını daşıyan sarayda kimlər mahnı oxuyur) bu möhtəşəm sarayda iqtidar tayfası ilə muxalifət bəylərinin konserti nəzərdə tutulub. Tez-tələsik bilet alıb özümə sarayın səhnəyə yaxın hissəsində mövqe tutdum. Allah millətimi bəd nəzərdən qorusun, deyib aparıcı Akif Nağının konserti açıq elan etməsindən sonra oxuduğu ilk mahnıya diqqət kəsildim.

Bizi birləşdirən qüvvə Qarabağ,

Bizi birləşməyə səslər o torpağ.

Taxaraq sinəmə üç

rəngli bayraq,

Bir piket etməyim gəlir,

Ağdama getməyim gəlir.

Piket sözünü eşidib QAT-çıların şüar qışqıracağından çəkinən Akif Nağı səhnəyə Ramiz Mehdiyevi  dəvət etdi. Ramiz Mehdiyevin oxuduğu

Bir şeytanam, işləyər.

Hər bir yerdə barmağım

ət adıyla aldadıb

Çoxlarını barmağım.

Bənövşə bəndə düşə sizdən

bizə kim düşə? -

mahnısına Müsavatçı olduğundan istifadə edərək növbəsiz səhnəyə qaçan İsa Qəmbər belə cavab verdi:

-Əlidən Rəsuldan dost

olmaz mənə,

Əl çəkib onlardan dönürəm sənə.

Bir kərə demişəm qoy

deyim yenə,

Yeri yeri mən də gəlim  dalınca,

Mandatı ver gəzdir

məni yanınca.

Akif Nağı  "Azadlıq" blokunun narahatlığını  nəzərə alıb əli Kərimlini  səhnəyə dəvət etdi.əli bəy  səhnədən onu  zalda ayaq ustə alqışlayan cəbhəçiləri əlini yellətməklə (o bu jesti rəhmətlikdən oğurlayıb) salamlayıb oxuduğu -

Otur yerə Millət,

Budur yolun  ancaq.

Azadlıq yolunda

Gərək yerə oturaq -

Mahnısını zaldaki Yeni Fikirçilər -

Durmarıq biz,durmarıq

biz otursaq əgər,

Bu yolda dubinka yeməyə dəyər -

Nəqarəti ilə dəstəklədilər

Aparıcının  indi də səhnəyə şəhid Xocalımızın nazir oğlunu  dəvət edirəm deməsindən sonra Ramil Usubovun  oxuduğu -

Gedin deyin Xan çobana,

Bu il gəlməsin meydana.

Meydan batıbdı al qana.

Dağıtdı Ramil meydanı,

İndi Ramilin dövranı. -

mahnısı mənim yadıma müxalifətlə dostluq et amma dubinkanı yerə qoyma atalar məsəlini saldı.

Akif Nağı  Hacıbalanın dəliliyi tutacağından ehtiyatlanıb onu növbədən kənar oxumağa dəvət etdi. Onun oxuduğu -

Arxadan qalsın keçmiş,

Unudulsun ötən iş.

İlham səni bəyənmiş

Gəl ay qonşunun qızı.

Mahnının hədəfi bəlli olduğu üçün  cavabı da Lalə Şövkətin ifasında çox yubanmadı:

İmtina elədim öz mandatımdan,

Peşmanam indi də zarafatımdan.

Mən yeyim nə qədər

ehtiyatımdanə

Milli Məclisə gedən

yolumu kəsdirmisiz,

Mən küsən qız deyiləm,

məni siz küsdürmüsüz.

Akif Nağı üzünü zalda oturanlara tutaraq dedi ki, bəzi səbəblərə görə bu gün konsertimizdə iştirak etməyən Rəsul Quliyev bizə özünün son diskini göndərib. İndi də gəlin, onu dinləyək deməsindən sonra hər iki tərəf sükuta qərq oldu.Vətən həsrəti duyulan

 

Heydər baba, yolum səndən

kəc oldu,

Seçki vaxtı gələmmədim

gec oldu.

Sərdar, Aydın gözləməkdən

yoruldu.

Bilməz idim dubinka var,

təpik var

Rəhmət sənə, rəhmət

sənə Şəhriyar.

Bu mahnı Kamaləddin Heydərovu cuşa gətirdi:

Eynidir imkanimiz,

Eynidir məkanımız.

Gəl bir yerdə oxuyaq

Kor olsun düşmənimiz -

mahnısını oxudu.

Aparıcı Etibar Küsənlinin küsməməsi üçün onu da səhnəyə dəvət etdi.Ötənlərin həsrəti ilə oxunan -

Vaxt vardı millətin ümidi idim,

Səhv etdim ümidi

xərclədim yedim.

Çaşanlar aşacaq - əliyə dedim.

Baxmaram qohumsan,

mən qəlbi daşam,

Nə tez sizin üçün unudulmuşam -

Mahnısı yerdən heç hənanın, Artur Rəsizadənin oxudugu

Bakı gözəl şəhər mehriban diyar,

Yayda da, qışda da bol olyr xiyar.

Duzlusu, duzsuzu -

neçə sortu var.

Artsa da qiyməti,

əksilmir şöhrəti,

elimin sərvəti

ey əziz xiyar. -

mahnısı isə "yerdən heç xiyarin yeridir" replikası ilə müşayiət olundu.

Akif Nagi Qarabagın yenə yaddan çıxarıldıgını görüb səhnədə yerini əli Həsənova verib oranı tərk etdi.əli Həsənov konserti baglı elan edib,yekun olaraq dedi:

- Biz iqtidar olaraq bir daha sübut etdik ki, müxalifət ilə istənilən formada danışıq aparmaga hazırıq. Lakin bəzi qüvvələr öz radikalliqlarını hələ də oxuduqları mahnılarda biruzə verirlərsə, bu bizim danışıqlarin ugurunu şübhə altında qoyur. Bizi birləşdirəcək yeganə qüvvə kimi mən Qarabagı yox, yalnız və yalnız İlham əlıyevi görürəm. Kim bunu inkar edirsə, demək səhv yoldadır (sürəkli alqışlar).

Müxalifət bu fikrə etiraz olaraq zalı tərk etdiyindən mən də YAP-çılar arasında. Mənim nə itim azıb - deyimini əsas götürərək zalı tərk etdim.

Qəribə millətik vallah, kimi Qarabagın kimi də İlham əliyevin ətrafında birləşməyi vacib sayır. Digər bir qisim isə - təki mən hakimiyyətə gəlim fikri - ətrafında birləşib. Bölünən millətin sərhədlərinin bütövlüyü mümkünsüzdür. Hörmətli oxucular, bəlkə siz deyəsiniz biz kimin və nəyin ətrafında birləşəkə Cavablarınızı gözləyirik.

                                                                                    Yetim Qacar


Allah rəhmət eləsin

Akif Nağı, QAT Ağsaqqallar Şurası və İdarə Heyəti Füzuli Cərullayevə və Dünyaxanım Vahabovaya

əzizləri Şükürün

vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər.

Akif Nağı, QAT Ağsaqqallar Şurası və İdarə Heyəti Yavər Hüseynə

bacısının

vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər.


"Azad Qarabağ" qəzetinə abunə yazılmaq istəyənlər
aşağıdakı ünvanlara müraciət etsinlər:

1. Azərmətbuatyayım İstehsalat Birliyi. Ünvan: Bakı şəhəri, AZ-1007, C.Hacıbəyli küçəsi 30,

Əlaqə telefonları: 440-10-35,  440-39-83, 440-27-85.
Respublikanın rayon və şəhərlərində isə "Mətbuatyayımı" şöbələrinə müraciət edin.

2. "Qasid" Açıq Səhmdar Cəmiyyəti.
Ünvan: Cavadxan küçəsi 21 a. Telefonlar:  493-14-06, 493-16-43,  493-23-19

 ABUNƏ YAZILMAĞA TƏLƏSİN!


Müsabiqə

Qarabağ Azadlıq Təşkilatı  Qarabağ mövzusunda ən yaxşı publisistik, analitik yazı, şer, plakat, karikatura müsabiqəsi elan edir. Ən yaxşı nümunələr “Azad Qarabağ” qəzetində çap olunacaq, ilin sonunda isə hər nominasiya üzrə qaliblər müəyyən ediləcəkdir. Arzu edənlər işlərini qəzetimizin ünvanına göndərə bilərlər.

Təşkilat komitəsi


03 (003)
02.03.2006-cı il

Təsisçi və baş redaktor:
Akif Nağı

Məsul redaktor:
Adil İrşadoğlu

Baş redaktorun müavinləri:
İlqar Mehdi, Tahir Məmmədli

Baş redaktor:
Firudin Məmmədli


web: http://www.azadqarabag.azerall.info

e-mail: azad_qarabag@yahoo.com

Telefon: 510-22-39

Fax: 510-22-08

Ünvan:
Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 75

Beynəlxalq Bankın Yasamal filialı.

Bankın kodu: 805562

M/hesabı: 0137010002944

EN: 9900001881

SWIFT: IBAZAZ2X

Müştərinin hesabı:

673785 AZN 382101

“Turan”, “Apa” informasiya agentliklərinin, "Qarabağ Sənədlərdə", medianaliz.com, inosmi.ru, arminfo.am, armenpress.am, regnum.ru internet səhifələrinin materiallarından istifadə olunmuşdur.

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, "Ekspres" mətbəəsində çap edilib
tiraj 2000 ədəd

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 14 15 16

Sənədin sonuncu korrektə tarixi: 2/4/2006 - 16:24:24
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.016927