|
Azad Qarabağ - 3-cü səhifə
"Azad Avropa"
fondunun təklifləri və yaxud Sizif əməyi
"Azad Avropa"
fondunun təşkilatçılığı ilə Soçidə keçirilən "Qara dəniz - Qafqaz regionunda
stabillik modelləri" elmi-praktiki konfransı başa çatmış və müzakirələrin
nəticəsi olaraq yekun kommunike qəbul edilmişdir.
Elmi-praktiki
konfransın iştirakçılarının gəldiyi ümumi mövqe ondan ibarətdir ki, regionda
bütün etnik və siyasi münaqişələr yalnız sülh danışıqları yolu ilə nizama
salınmalı, demokratiya və legitimlik prinsipləri əsas götürülməli, millətlərin
hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır.
Konfrans
iştirakçıları, çox təəssüf ki, başa düşmək istəmirlər ki: 1) Ermənistan 16 ildir
ki, Azərbaycana qarşı danışıqlar yolu ilə deyil, təcavüz, güc və silah
mövqeyindən hərəkət edir; 2) işğalçı Ermənistan Azərbaycanın ərazisində
qeyri-legitim, oyuncaq qurum yaratmışdır; 3) işğalçı Ermənistan tərəfindən 100
minlərlə azərbaycanlının hüquq və azadlıqları pozulmuşdur.
Kommunikedə
Kosovanın statusunun müəyyən edilməsi perspektivi postsovet məkanındakı
tanınmayan qurumlar üçün universal həll modeli kimi nəzərdən keçirilir. Tamamilə
yanlış mövqedir. Kosovo modelinin özünün də ətrafında hələ geniş müzakirələr
aparılır, əksəriyətin fikrinin eyni olmasına baxmayaraq, nəticənin necə olacağı
məlum deyil. Dəfələrlə müxtəlif səviyyələrdə, o cümlədən, Kosovo prosesinin
iştirakçıları tərəfindən bildirilmişdir ki, bu modelin digər münaqişələrlə bağlı
tətbiqi mümkün deyil. Kommünikedə görünən mövqe bu günə qədər Rusiya rəhbərləri
tərəfindən ortaya atılmışdı. Görünür, Soçidə Rusiya nümayəndələrinin çoxluq
təşkil etməsi belə bir tezisin yekun sənədinə düşməsinə səbəb olmuşdur.
Ermənistanın işğalı nəticəsində yaranmış "Dağlıq Qarabağ münaqişəsi"nin dünyada
analoqu yoxdur, ona görə də hər hansı universal modelin tətbiqindən söhbət
gedə bilməz.
Konfrans
iştirakçıları həmçinin bir sıra "obyektiv reallıqların" nəzərə alınmasını
tövsiyə edirlər. Bu tövsiyyələr "Azad Avropa" deyilən fondun adından verilsə də,
birmənalı şəkildə regionda xüsusi ambisiyaları olan Rusiyanın və onun
farvaterində sürünərək nə isə əldə etmək istəyən Ermənistanın maraqlarına
uyğundur. Bu tövsiyyələrdən birində bildirilir ki, "güc tətbiqi, həmçinin onun
nümayiş etdirilməsi və yaxud hədələmək yolverilməzdir". Prinsip etibarı ilə,
sənəd müəllifləri yeni bir şey demirlər, bu mövqe beynəlxalq təşkilatların bütün
qətnamə və qərarlarında vurğulanır. Sadəcə, onun burada təkrarlanması başqa məna
daşıyır və işğalçı Ermənistana qarşı hər hansı güc tətbiqi perspektivinə imkan
verilməməsinə yönəlmişdir. Bu tezisdən çıxış edən sənəd müəllifləri Azərbaycanın
torpaqlarını zorla zəbt etmiş Ermənistanın hərəkətlərinə heç bir münasibət
bildirməməklə ən azından qeyri-səmimi mövqe tuturlar. Konfrans iştirakçılarını
anlamında başqa bir "reallıq" ondan ibarətdir ki, "dövlətlərin ərazi bütövlüyü
hüququ ilə millətlərin öz müqədərratını təyin etməsi hüququ arasında düşünülmüş
balans gözlənilməlidir". Müəlliflər yenə də arxaizmə yuvarlanaraq, öz
müqəddəratını təyinetmə hüququnu milli azlıqlara aid etməyə çalışırlar. Bu
tezisə əlavə şərh verməyə ehtiyac yoxdur. Çünki BMT, Avropa İttifaqı, Avropa
Şurasının sənədlərində, dünya dövlətlərinin imzaladığı beynəlxalq normativ
aktlarda aydın şəkildə bildirilmişdir, hər hansı ölkənin ərazisində yaşayan
milli azlıqlara millətlərin öz müqəddəratını təyinetmə hüququnun heç bir
aidiyyati yoxdur.
Qəribədir, bu
qədər xərc çəkir, konfranslar keçirir və başqa işləri görürlər, hər dəfə də
yanlış tezisləri ortaya çıxarır, ictimai rəyə yeritməyə çalışırlar. Hər halda,
Sizif əməyi olsa da, çalışırlar, görünür, nəticəyə ümid edirlər. Amma məncə,
əbəs yerə...
Onu da qeyd edək
ki, bu konfransda qondarma "DQR"-in də nümayəndələri iştirak ediblər. Onların
dəvət olunmasına etiraz edən azərbaycanlı mütəxəssislər konfransa getməkdən
imtina ediblər.
Akif Nağı
Əks-səda
Soydaşlarımız
dünyanın müxtəlif yerlərində internet vasitəsilə qəzetimizi izləyir və
fikirlərini bizə yazırlar. Onların yazdıqlarından bəzi hissələri oxcularımızın
diqqətinə çatdırırıq.
Arzu Əlizadə - Moskva şəhəri
- Hörmətli Akif
qardaş! Biz sözdən işə keçməliyik. Ancaq başa düşürəm ki, çox çətinliklərlə
qarşılaşırsınız. Aramızda şərəfsiz insanlar çoxdur. Biz əvvəlcə onları
aramızdan ifşa edib çıxarmalı və sonra silaha sarılıb, son nəfəsimizədək
döyüşərək bütün Qarabağ-Zəngəzur torpaqlarımızı geri qaytarmalıyıq. Mən hər
zaman Sizdən çağırış gözləyirəm. Mənim üçün bir əziz şey var - Vətən, Anam və
mənim mənliyim. Mən bunlar üçün hər zaman ölümə hazıram. Üç övladım var, üçü də
qızdır. Əgər mənim övladlarım vətən uğrunda ölsələr, bununla fəxr edərəm. Hamı
öz balasını canından artıq istəyir, ancaq Vətən hər şeydən üstün olmalıdır. Bunu
hər bir azərbaycanlı bilməli və belə düşünməlidir. İnanın mənə, hamımız bir
nəfər kimi bir olsaq və Sizlərin ətrafında sıx birləşsək, bütün dünyanı lərzəyə
gətirərik. Akif qardaşım, siz doğru söyləyirsiniz, "Biz doğulandan ölümə doğru
gedirik". Vətən uğrunda əlində silah ölmək, ən şərəfli ölümdür. Mən istəməzdim
ki, xəstəliklə qocalıb bu dünyadan köçüm. Vətən uğrunda şəhid olmaq mənim yeganə
arzumdur. 40 yaşım var, hələ ki, əlim silah tuta bilər. Və bizim kimiləri,
inanıram ki, çoxdur. Biz partizan olmaq istəyirik.
Şirazi İsmayılov (hansı ölkədən olduğunu yazmayıb)
- Əvvəl elə
bilirdim ki, Azərbaycanda vətənpərvər gənc yoxdur.
Olsa da, barmaqla sayıla bilər. Lakin "Azad Qarabağ" qəzeti işıq
üzü görəndən sonra, bu qəzetdən oxuduğum xəbərlər məni bu fikrimdən
uzaqlaşdırdı. Mən Azərbaycan vətəndaşı olaraq, bu torpağı qorumağa borcluyam və
Azərbaycanın başucalığı naminə istənilən yola əl atmağa hazıram. Mən müharibəni
dəstəkləyirəm. Artıq səbr kasam dolub. Ermənilərin məhv edilməsi üçün istənilən
terroru etməyə hazıram. Bilsəm belə bir terror təşkilatı var, nəyin bahasına
olursa-olsun, həmən gedib orada təlim keçərəm. Erməni vəhşidirsə, biz də vəhşi
olmalıyıq, qəddardırsa, biz də qəddar olmalıyıq. Təbii ki, yalnız onlara
qarşı. O zaman onlar bizi başa düşəcək və Oğuz türkünün tərs üzünü görəcəklər.
Gec də olsa, o tərs üzü onlara göstərməliyik.
Müşfiq - Hollandiya
- Salam hörmətli redaksiya! Sizlərə işinizdə uğurlar
arzulayıram. Bəli, çox çətin iş durub qarşımızda. Ancaq inşallah biz məqsədimizə
nail olacağıq. Təbii ki, dualarla iş bitməz, konkret işlər görmək lazımdır. Mən
Hollandiyada yaşayıram. Əgər sizin burada bir təşkilatınız varsa, mən oraya üzv
olmaq istərdim. Sizə bir daha uğurlar arzulayıram. Yaşasın Bütöv Azərbaycan!
Allahu-Əkbər!
İgid - Estoniya
- "Azad Qarabağ" qəzetinin hörmətli redaktorları və əməkdaşları!
Mən Estoniyada yaşayan azərbaycanlı olaraq Sizləri dəstəkləyirəm.
Allahın köməkliyi və biz bəndələrin təpəri ilə çalışıb qayıtmalıyıq doğma
Qarabağımıza.
İnşallah!
Atəşkəs döyüşləri
Martın
22-də axşam saat 17.00 radələrində Tərtər istiqamətində yenidən atəşkəs pozulub.
Həmin gün Ermənistan silahlı qüvvələri Tərtərin işğal olunmuş Berabert kəndindən
ordumuzun üzbəüz mövqelərini atəşə tutub. Nəticədə Milli Ordunun əsgəri Səfər
Zahil oğlu Möhürov aldığı güllə yarasından şəhid olub.
Ermənistan silahlı qüvvələri martın 23-də saat 12.30 radələrində
işğal etdikləri Ağdam rayonunun Yusifcanlı kəndi ərazisindən Əfətli kəndinin
əkin sahəsində təsərrüfat işləri ilə məşğul olan 1983-cü il təvəllüdlü Hüseynov
Anar Akif oğlunu atəşə tutublar, nəticədə kənd sakini qarın nahiyyəsindən güllə
yarası alıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Martın 23-də Ermənistan silahlı qüvvələri cəbhənin bir neçə
istiqamətində atəşkəsi pozublar. Həmin gün Ermənistan silahlı qüvvələrinin
bölmələri saat 18.20-dən 18.25-dək Qazax rayonunun Məzəmli kəndinin 0,4 km
cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz
mövqelərini və Məzəmli kəndini, saat 19.50-dən 20.00-dək Qazax rayonunun Aşağı
Əskipara kəndinin 0,5 km cənubunda və işğal olunmuş Boqanis Ayrım kəndinin 0,3
km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz
mövqelərini, saat 21.30-dan 21.55-dək Tərtər rayonunun Çaylı kəndinin 0,8 km
cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz
mövqelərini, saat 22.10-da Tərtər rayonunun Qarmiravan kəndiinn 4 km
cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz
mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub. Cavab atəşi ilə düşmən
susdurulub. İtki yoxdur.
Martın 24-də saat 23.15 radələrində Ermənistan silahlı qüvvələri
İcevan rayonu istiqamətindəki mövqelərindən, Silahlı Qüvvələrimizin Qazax rayonu
istiqamətindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Cavab atəşi
ilə düşmən susdurulub. İtki yoxdur.
Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal olmuş Şıxlar
kəndindəki mövqelərindən Silahlı Qüvvələrimizin üzbəüz mövqelərini atəşə tutub.
Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 26-da saat
15.15-dən 19.35-dək Qazax rayonunun Məzəmli kəndinin yaxınlığındakı
mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və Məzəmli
kəndini ara-sıra, saat 23.20-dən 23.30-dək İcevan rayonunun Vazaşen kəndinin
2,2 km şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax
rayonunun ərazisindəki adsız yüksəklikdə yerləşən mövqelərini, saat 22.40-dan
23.30-dək Berd rayonunun Ayqezor kəndinin 2,7 km və Laqzival dağının 1,7 km
cənub-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun
Muncuqlu və Qaralar kəndləri yaxınlığındakı mövqelərini atıcı silahlardan atəşə
tutub. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri saat
16.00-dan 16.05-dək Qazax rayonunun Məzəm kəndinin yaxınlığında yerləşən
mövqelərindən Məzəm kəndini atıcı silahlardan atəşə tutub. Cavab atəşi ilə
düşmən susdurulub, itki yoxdur.
Martın 28-də ermənistan silahlı qüvvələrinin bölmələri Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndindəki mövqelərimizi saat 23.10-dan 23.40-dək atəşə
tutub. Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.
Martın 29-da Ermənistan silahlı qüvvələri saat 04.00-dan
05.00-dək Tərtər rayonunun Cerabert kəndindən Azərbaycan ordusunun üzbəüz
mövqelərini atəşə tutub. Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.
Martın 29-da saat 20.35-dən 20.50-dək Ernmənistan Silahlı
Qüvvələrinin bölmələri Tərtər rayonunun Göyax kəndindən ordumuzun üzbəüz
mövqelərini atəşə tutub. Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.
Xəyyam
Elan
Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Bakı şəhərində 2006-cı
il may ayının 23-də işğal olunmuş ərazilərdə tarix və mədəniyyət abidələrinin
vəziyyətinə həsr olunmuş "Qarabağ dünən, bu gün və sabah" mövzusunda V
elmi-praktiki konfrans keçiriləcək. Konfransda Qarabağın tarixi, mədəniyyəti,
Azərbaycan-Ermənistan münaqişəsinin siyasi, iqtisadi, hüquqi, hərbi aspektləri,
həlli yolları, qaçqın və didərginlərin hüquqlarının müdafiəsi və s. məsələlər
müzakirə olunacaq.
Məruzə etmək istəyənlər aprel ayının 15-dək çıxışların
tezislərini təqdim etməlidirlər. Tezislərin mətni Times Roman AzLat şriftləri
ilə 2 (iki) intervalla, 5 səhifədən artıq olmamaq şərti ilə yığılmalıdır. İmkan
dairəsində mətnin elektron versiyasını disketə yazmaqla Təşkilat Komitəsinə və
yaxud kila51az@yahoo.com,azad_qarabağ@yahoo.com elektron poçt ünvanlarına təqdim
etməyinizi xahiş edirik. Tezislərin nəşr olunması və internet saytında
yerləşdirilməsi nəzərdə tutulub.
Əlaqə telefonları: 510-22-39; 510-22-08, 050315-22-78
Təşkilat Komitəsi
|