|
Azad Qarabağ - 4-cü səhifə
QAT-ın Budapeşt şəhər məhkəməsinə
Müraciəti
Qarabağ Azadlıq Təşkilatının Sədri Akif Nağının imzaladığı
müraciətdə bildirilir:
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun işi ilə bağlı qərar
qəbul etmək, hökm çıxarmaq ərəfəsindəsiniz. Bu adi məhkəmə işi deyil və bu işə
adi yanaşmaq olmaz. Ramil Səfərovla bağlı çıxaracağınız ədalətli qərarı
Azərbaycan xalqı səbirsizliklə gözləyir. Bu ərəfədə bir sıra faktları
diqqətinizə çatdırmaq istəyirik.
1.Xeyli vaxtdır ki, Ermənistandan Ramil Səfərova, bütövlükdə,
Azərbaycan xalqına qarşı düşmənçilik, eybəcər millətçilik təbliğatı aparılır. Bu
günlərdə Ermənistanın hakimiyyətə yaxın partiyalarından birinin rəhbəri Tiqran
Urixanyan Ramil Səfərovu öldürəcək şəxsə 125 min dollar vəd etmişdir. Ermənistan
mətbuatında başqa bir fakt da açıqlanmışdır. Məlum olmuşdur ki, bu ölkənin
məktəblərində, konkret olaraq, İrəvanın 61 saylı məktəbində şagirdlər hərbi
hazırlıq dərslərində müəllimlərinin rəhbərliyi altında güllə atmaq üçün Ramil
Səfərovun şəkillərindən istifadə edirlər. Belə bir düşmənçilik mühitindən çıxmış
Qurgen Marqaryan Ramil Səfərovu qanlı olaya əl atmağa məcbur etmişdir.
2.Bir daha president hüququna dair faktları diqqətinizə
çatdırırıq. Ermənilərin öz tarixindən 2 fakt daha xarakterikdir. 1921-ci ildə
erməni terrorçusu Teyleryan Türkiyənin sabiq Daxili İşlər naziri Tələt paşanı
Berlində öldürmüşdür. Berlin məhkəməsi erməni təşkilatlarının təqdim etdiyi
sənədlər əsasında Teyleryana bəraət verdi. Həmin sənədlərdə göstərilirdi ki,
Teyleryan guya Tələt paşanın ermənilərə qarşı etdiyi qanlı hadisələrin təsiri
altında olmuşdur. İrəvanda həmin terrorçü Teyleryana abidə qoyulmuşdur, bu
günlərdə İrəvanda onun xatirəsinə həsr olunmuş tədbirlər keçirildi. Elə həmin
1921-ci ildə digər erməni terrorçusu Tolokyan Türkiyənin İstanbul şəhərində
Azərbaycanın sabiq Daxili İşlər naziri Behbud xan Cavanşiri öldürdü. Yenə də
erməni təşkilatları məhkəməni inandıra bildilər ki, bu terrorçu da guya
ermənilərə qarşı törədilmiş qırğınların təsiri altında olmuşdur. İstanbul
məhkəməsi Tolokyana bəraət verdi. President hüququnun tətbiqi ilə bağlı bu 2
fakt sizin tərəfinizdən istifadə oluna bilər. Ermənilərin qondarma "soyqırım"
isteriyasından fərqli olaraq, Ramil Səfərov işğalçı Ermənistanın Azərbaycan
xalqına qarşı törətdiyi vəhşiliklərin, onun yaşadığı ərazinin birbaşa işğala
məruz qalmasının, yaxınlarının ermənilər tərəfindən öldürülməsinin təsiri
altında olmuşdur.
3.Bu il martın 7-də keçirilən məhkəmə prosesi zamanı qəbul
etdiyiniz qərarlar açıq-aydın qərəzli mövqedən xəbər verir. Hamı üçün aydındır
ki, Ramil Səfərovun mənəvi-psixoloji durumu ilə bağlı keçirilən 1-ci ekspertiza
obyektivlikdən uzaq olmuşdur. Ona görə də, Siz haqlı olaraq 2-ci və bəzi şübhəli
məqamlar olduğuna görə 3-cü ekspertizanı təyin etdiniz. Hər iki ekspertizanın
nəticələrinə görə, Ramil Səfərov qanlı hadisəni ciddi sarsıntı vəziyyətində
törətmişdir. Hər şeyin aydın olmasına baxmayaraq, siz 4-cü ekspertizanı təyin
etdiniz. Bu addımı erməni tərəfinin təzyiqləri altında atdığınız aydın idi. Belə
ki, 4-cü ekspertizanı aparmaq üçün təklif olunan müstəqil ekspertləri deyil,
1-ci ekspertizanı aparmış və həmin ekspertizanın nəticələrinin təsdiq
edilməsinə maraqlı olan cənab Qaal Kataninin təklifi ilə ona yaxın olan
ekspertləri Ervin Nat və Qovur Kovaçı təyin etdiniz. Bu, nəticəsi əvvəlcədən
bilinən bir qərar idi. Ona görə də martın 7-də verilən qərarı obyektivlikdən
uzaq hesab edirik. Çox təəssüf ki, məhkəmənin son iclasları açıq-aydın erməni
tərəfinin təzyiqləri altında gedir və buna uyğun da qərarlar qəbul olunur.
Hörmətli cənab A.Vaskuti!
Hörmətli cənab məhkəmə üzvləri!
Ümid edirik ki, yuxarıda deyilən amilləri nəzərə alacaq,
məhkəmənin yanlış istiqamətdə davam etdirilməsinə imkan verməyəcək və ədalətli,
baş vermiş hadisənin mahiyyətinə, səbəblərinə, motivlərinə uyğun qərar, hökm
çıxaracaqsınız. Bu gün Ramil Səfərov deyil, siz və sizin şəxsinizdə erməni
təzyiqlərinə davam gətirməli olan macar məhkəməsi tarixin sınağı qarşısındadır.
Biz əminik ki, siz tarixin bu sınağından ləyaqətlə çıxacaq, macar haqq-ədalət
məhkəməsinin tarixə qara hərflərlə düşməsinə imkan verməyəcəksiniz.
Novruz soyqırımı:
Türklərin qanını içdikcə, doymayan ermənilər
Yüz ildən çoxdur ki, (bəlkə də daha əvvəllərdən) ermənilər imkan
düşdükcə, türkləri, azərbaycanlıları öldürür, yerini, yurdunu və hələ də
dayanmaq bilmirlər. Ermənilər düşmənçilikdən əl çəkmirlər. edir. Bəs biz niyə
bunu başa düşmək istəmirik? Yenə də içərimizdə adamlar tapılır ki, min bir
arqumentlə normal, dostluq əlaqələrinin qurulmasından, bunun çox vacib
olmasından danışır, bütün qınaqlara, təhqirlərə, hətta təhlükələrə baxmayaraq,
ermənilərlə görüşür, düşmənçiliyin aradan qaldırılmasına çalışırlar. Bu
yaxınlarda erməni internet saytlarının birində müsahibə verən
politoloqlarımızdan biri gileylənir ki, azərbaycanlılarla ermənilər arasında
düşmənçilik mühiti yaradıblar, biz bir dəstə, azlıqda qalan "idealistlər" bir
"pioner dəstəsi" kimi bu mühiti dağıtmağa çalışırıq. Qərbin ermənipərəst
fondlarının üstündə oturmuş, o fondların hesabına həyatlarını hərtərəfli təmin
etmiş bu adamların özlərini "idealist" adlandırması qəribə görünür.
Azərbaycandan kənarda, Rusiyada, Avropada, Amerikada, hətta İran
və Türkiyədə azərbaycanlılar ermənilərlə yaxın münasibətlərdə olur, birgə iş
qurur, mehribançılıq edirlər. Buna dözmək olmaz. Bu, heç bir ölçüyə sığmır. Belə
yaddaşsızlıq olmaz. Ermənilərin mövqeyi aydındır, bu qədər xəyanətlərdən sonra
azərbaycanlılarla yaxınlıq etməkdə maraqlıdırlar. Bəs bizimkilər? Dünyanın nə
mədəni, nə də vəhşi xalqlarında öz taleyinə, tarixinə, dostuna və düşməninə bu
qədər laqeydlik, biganəlik var. Yaponiyadan ədalətsizlik gördüyünə görə,
Koreyanın baş naziri yaponiyalı kolleqasına yalnız əlli ildən sonra, özü də çox
çətinliklə əl uzatdı, koreyalı gənclər isə düşmənlərinə əl verməmək üçün balta
ilə barmaqlarını kəsdilər. Bizim prezidentlər, xarici işlər nazirləri, adi
vətəndaşlar erməni əli axtarırlar ki, tutanda buraxmasınlar. Hələ sifətlərindəki
gülüşü, təbəssümü demirik: elə bil qardaşlarını tapıblar və nənələrinin
vəsiyyətini yerinə yetirirlər. Sizi bilmirik, amma biz Robertin, Vardanın,
Karenin əlindən tutub dişlərini ağardan azərbaycanlıya nifrət edirik.
Ermənilər bizi həmişə qırmağa çalışıblar, amma nədənsə, mart
ayına düşən qırğınların sayı daha çoxdur. Deyəsən, ildə bir dəfə, Novruz
bayramında həqiqətən üzü gülən müsəlmana onu da çox görüblər, ürəkləri
götürməyib. Ona görə də soyqırım tariximiz mart ayına ümumiləşdirilib. Müxtəlif
illərin təkcə mart ayında başımıza gətirilən müsibətləri xatırlayıb, dəhşətə
gəlirik, bütün bunlardan sonra ermənilərlə necə qonşuluq etmək, münasibət qurmaq
olar?!
1918-ci il martın 17-dən başlayaraq, ayın axırına qədər Urmiya,
Xoy, Maku, Salmas şəhərlərində və digər ətraf yerlərdə 150 mindən çox soydaşımız
qətlə yetirildi. Təkcə Urmiyada bir gün ərzində ABŞ, Fransa, Rusiya
konsullarının gözləri qarşısında 10 min adam öldürüldü. 1917-ci ilin dekabrından
1918-ci ilin iyununa qədər İrəvan quberniyasında 200 azərbaycanlı kəndi
dağıdıldı, qırılan qırıldı, qalanlar dağlara, meşələrə qaçdılar. Erməni Arsen
Əmiryan o vaxt "Bakinski raboçi" qəzetində fəxrlə yazırdı ki, 100 mindən çox
azərbaycanlı öz yurdlarını tərk edib qaçıbdır. 1932-ci ildə İrəvanda çapdan
çıxmış "Sovet Ermənistanının əhalisi" kitabında göstərilir ki, 1918-1920-ci
illərdə indiki Ermənistan deyilən ərazilərdə 575 min azərbaycanlı yaşayırdı,
1920-ci ildə orada yalnız 10 min azərbaycanlı qalmışdı, qalanları öldürülmüş, ya
qovulmuşdular. Mənbə onu da bildirir ki, 1922-ci ildə qaçqınlar qayıtdıqdan
sonra azərbaycanlıların sayı 72 minə, 1931-ci ildə isə 105 minə çatdı.
1918-ci il martın 18-də 20 minlik erməni ordusu erməni Atarbekov
və Şamaxı ermənisi Lalayevin başçılığı altında Şamaxıya daxil oldular. Ayın
axırına qədər orada qırğın törətdilər, 12 min nəfəri qətlə yetirdilər.
Şamaxılıların çörəyini yemiş Lalayev məscidə pənah aparmış adamları məsciddə də
yandırmağı əmr etdi. Yanan məscidin içərisindən çıxanları erməni quldurları
güllə ilə vurub öldürürdülər. Fövqəladə istintaq komissiyasının üzvü, rus
A.Novatski də bu dəhşətə dözə bilməyib yazırdı: "Şamaxını dağıdanlar bir
ideyadan ruhlanırdılar: öldür - talan et, talan et - öldür!"
Martın 30-da Bakıda başlayan qırğınlar 3 gün davam etdi, 18 min
adam öldürüldü və Çəmbərəkənd (Dağüstü park. İndi isə Şəhidlər Xiyabanı)
qəbiristanlığında çalaya toplayıb, üstlərini torpaqla örtdülər. Həmin günlərdə
bu erməni vəhşilikləri Azərbaycanın hər yerində, Qarabağda, Naxçıvanda,
Kürdəmirdə, Qubada, Lənkəranda - hər yerdə, hər yerdə tüğyan edirdi. 1919-cu
ildə beynəlxalq təzyiqlərdən sonra Ermənistan hökuməti rəsmi qaydada etiraf etdi
ki, erməni quldurları Andranik, Manukyan, Saakyan və Kaçaznuninin fəaliyyəti
nəticəsində Cənubi Qafqazda 400 min azərbaycanlı, 120 min gürcü, 15 min kürd, 22
min ləzgi öldürülmüşdür.
Bütün bunlardan sonra yaxınlarınızı, soydaşlarınızı öldürənlərlə,
sizləri də öldürməyə hazırlaşanlarla yenə də münasibət qurmaq istəyirsiniz?
Tövbə etməyən düşməni özünüzə yaxın buraxmayın, hətta tövbə edəndən sonra da
ehtiyatlı olun!
2 aprel - daha bir rayonumuzun qanlı işğal tarixi
1993-cü il martın sonu - aprelin əvvəlində Ermənistanın işğalçı
qüvvələri Kəlbəcər rayonunu zəbt etmişlər. Bu qanlı olay zamanı 1 şəhər, 1
şəhər tipli qəsəbə, 129 kənd erməni qəsbkarlarının işğalı altına düşmüşdür. Bir
çox yaşayış məntəqələri vəhşiliklə dağıdılmış, yandırılmış, əhali məhv
edilmişdir. Azərbaycanın məşhur kəndlərindən birinə - Ağdabana qarşı xüsusi
amansızlıqla davranmışlar. Kənd tamamilə yandırılmış, 67 nəfər, o cümlədən 8
nəfər 90-100 yaşlı qoca, 7 qadın, 2 azyaşlı uşaq xüsusi qəddarlıqla qətlə
yetirilmişdir. Kəlbəcər rayonu əhalisindən 511 nəfər öldürülmüş, 321 nəfər girov
götürülmüşdür. Rayonun 13 min yaşayış evi, 500 ictimai bina, 96 orta məktəb, 76
səhiyyə müəssisəsi, 62 körpü, 37852 hektar meşə sahəsi, 4 tarixi abidə, 172
mədəniyyət ocağı, 100 min baş mal-qara, 5 min baş atı düşmən işğalında qalmış,
talan edilmiş, yandırılmış, dağıdılmışdır. Təxmini hesablamalara görə,
Kəlbəcərin işğalı ilə Azərbaycana 760 milyon dollar həcmində maddi zərər
vurulmuşdur, mənəvi zərərin isə ölçüsü yoxdur. Kəlbəcərin işğalı zamanı 60698
nəfər yerli əhali öz yurdundan qovularaq çıxarılmışdır.
İşğal zamanı rayon sakini Arzu Binnət qızı Əmralıyeva bir yaşlı
oğlu və digər qohumları ilə birlikdə əsir düşmüşdür. O, əsirlikdən geri
qayıtdıqdan sonra danışır ki, erməni saqqallıları əsirləri, girovları yük
maşınına doldurdular. Onlardan 19 nəfərinə maşında yer olmadığına görə elə
maşının yanında, hamının gözlərinin qarşısında güllələdilər. Həmin gün ermənilər
Arzunun gözləri qarşısında ərini, qardaşını, bacısını, baldızını, qaynanasını,
qaynını, əmisi arvadını, azyaşlı qardaşı uşaqlarını edam ediblər. Şahidlərin
bildirdiklərinə görə, martın 31-də bir neçə ailə müxtəlif maşınlarda döyüş
zonasını tərk etməyə cəhd göstərərkən, "Tunel" deyilən yerdə erməni yaraqlıları
tərəfindən saxlanılmış, bütün kişilər güllələnmiş, 60-a yaxın qadın və uşaq isə
girov aparılmışdır. Bu əsirlərin taleyi ilə bağlı bu günədək heç nə məlum deyil.
Əsir düşən 50-60 yaşları olan Qədəmkar, Raya, Təranə yəqin ki,
artıq dünyalarını dəyişiblər, 15-20 yaşında olan Tural, Məzahir, Yaşar ya erməni
ordusunda qulluq edirlər, ya da tövlədə heyvanlara baxırlar, 10-15 yaşında olan
Aygün, Vəsilə, Qənirənin indi nə işlə məşğul olduqlarını qoy ermənilərlə
dostluğun vacibliyindən danışan, İrəvanda, Xankəndində ermənilərlə məclis quran
Azərbaycan "kişiləri" fikirləşsinlər.
|