Bu gün: 20 Avqust 2008, Çərşənbə

 

 
 
 

 

Azad Qarabağ - 8-ci səhifə

BAŞ HƏRBİ CANİLƏR

       

R.Köçəryan                                                                                   A.Qukasyan

ERMƏNİLƏRƏ DƏM TUTANLAR

Y.Merzlyakov                    S.Mənn                    B.Fasye                    V.Kazimirov


Dünya xalqlarının ermənilərə nifrəti

“Ermənilərin yoxsulluğu və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm yaratmasına baxmayaraq, onların  haramzadəliyi, kələkbazlığı o dərəcədə iyrənc, atçaqlıqları o dərəcədə biabırçı,o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim.”

Fransız səyyahı Qraf De Şole


Erməni gəncləri ordudan yayınmaq üçün hər şeyə əl atırlar

Son vaxtlar Ermənistanın silahlı qüvvələrində  plevrit xəstəliyinə tutulanların sayı artmışdır. Erməni qeyri-hökumət təşkilatlarının hesabatlarında vurğulanır ki, bu  xəstəlik işğal olunmuş ərazilərdəki Ermənistan hərbi hissələrində daha geniş yayılmışdır. QHT-lər həmçinin ordudan yayınmaq məqsədi ilə rüşvət hallarının da çox olduğunu bildirirlər: "Ermənistanın hərbi komissarlıqlarında sağlam gənclərin çağırışdan yayınması üçün 1500-2000 dollar, xəstələr üçün isə 500 dollar rüşvət verməsi tələb olunur. Hərbi hissələrdə isə əsgərin sağlam və yaxud xəstə olmasından asılı olmayaraq, onun qospitala yerləşdirilməsi üçün 100 dollar tələb olunur. Uşaqlarının işğal olunmuş ərazilərdəki hərbi hissələrə aparılmaması üçün valideynlər hərbi komissarlara 500 dollar rüşvət verirlər". Hesabat AŞPA-nın insan haqları və hüquqi məsələlər Komitəsinə göndərilmişdir.

Müharibə başlayacağı təqdirdə Ermənistan ordusunda bu halların daha artacağı heç kəsdə şübhə doğurmur.


Diskussiya zamanı maraqlı fikirlər

İrəvanın "Zerkalo" klubunda "Sivilizasiyaların toqquşması və Ermənistan" mövzusunda diskussiyalar keçirilib. Erməni müəllifləri tərəfindən bir sıra maraqlı fikirlər səsləndirilib. Filosof Aşot Voskanyan bildirib ki, "Ermənistan hələ Avropa deyil, heç olmaq da istəmir".  Onun fikrinə görə, ləngimədən Avropa  düşüncə tərzini qəbul etmək lazımdır, yoxsa "oturub gözləyirik ki, Qərb, Şərq, Rusiya nə təklif edəcək". "Bu gün Ermənistanda nəinki cəmiyyətin, heç dövlətin də mövqeyi yoxdur". Aşot Voskanyan ölkədə siyasi mədəniyyətin olmadığından da gileylənib. Digər müzakirə iştirakçısı, riyaziyyatçı Qraç Bayandyan da bildirib ki, Ermənistan güclü dövlətlərin əsarəti altındadır. "Amerika bu gün bütün dünyanın, o cümlədən Ermənistanın rəhbəri və rəisidir". O, ölkəsinin inkişaf perspektivinə də inanmır: "Ölkəmiz inkişaf etmir, cəmiyyət 19-cu əsrdə yaşayır, hakimiyyət siyasi elita statusuna malik deyil".

Görəsən, bu ermənilərin niyə "ümummilli lideri" və yaxud "milli azadlıq hərəkatının lideri" yoxdu? Bizdə, maşallah hər ikisi var, yarımız yığışanda ümummilli liderdən, o biri yarımız isə, milli azadlıq hərəkatının liderindən danışırıq. Vaxtımızı, ermənilər kimi ölkənin, millətin indisi, gələcəyi ilə bağlı boş danışıqlara sərf etmirik.


Ermənistan Rusiyanın qalası yox, əlavəsidir

Rusiya rəsmisinin bir müddət əvvəl "qala" ilə bağlı fikirlərini əsas tutaraq, Ermənistan milli-demokrat partiyasının sədri Şavarş Koçaryan bu qəzəbli bəyanatla çıxış etmişdir. "Rusiya postsovet məkanında avtoritar rejimləri müdafiə edir, Rusiya Ermənistanın Avropaya inteqrasiya cəhdlərindən narahatdır  və istəyir ki, Belorusdakı kimi bizdə də avtoritar sistem mövcud olsun". Onun fikrinə görə, Ermənistan hakimiyyəti zəif olduğuna görə, Rusiya öz təsirini bütün sahələrə yaya bilir: "İqtisadi və siyasi təzyiq baxımından Ermənistan Rusiyanın qalasına deyil, əlavəsinə çevrilmişdir".

Ermənistanda antirus əhval-ruhiyyəsi, deyəsən, doğrudan da güclənir. Bu, iki səbəbdən baş verə bilər. Ya Ermənistanın Rusiyadan alası daha bir şeyi qalmayıbdır, ya da ermənilər qoltuğuna sığınmalı təzə, daha imkanlı dayı tapıblar. Ağılları olsaydı,  bizim kimi axmaqları qoyub, elə əvvəldən başqa yerdə dayı axtarmazdılar.


Amerikadan şad xəbər

Parlamentin "Ədalət" fraksiyasının katibi Viktor Dallakyan bildirib ki, ABŞ Qarabağ məsələsinin nizama salınması ilə bağlı xüsusi missiyanı öz üzərinə götürübdür. Bu, erməni siyasətçilərini ciddi şəkildə sevindirmişdir. Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupu ilə paralel olaraq, öz fəaliyyətini genişləndirir və daha çox təşəbbüslər edir. ABŞ rəsmilərinin Ermənistana son səfərlərindən sonra belə bir təsəvvür yaranır ki, hərbi əməliyyatların bərpa olunması perspektivi istisna edilir, hər halda Amerika buna yol verməmək üçün Azərbaycana bütün təsir imkanlarından istifadə edir. V.Dallakyan böyük sevinclə fikrini yekunlaşdırır: "ABŞ-ın qəti mövqeyi bildirildi - Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil, bütün məsələlər regional əməkdaşlıq və təhlükəsizlik müstəvisində həll olunmalıdır".

Dünyanın patronunun mövqeyi aydındır, ermənilərin də sevinməyini başa düşmək olar, onlar müharibədən çox qorxurlar. Bəs bizimkilər? Donub qalmış rəhbərlərimizin nə fikirləşdiyini Allahdan başqa heç kəs bilmir.


Müxalifətçi "Respublika" partiyası Rusiya ilə münasibətlərə yenidən baxmağı tələb edir

Bu erməni partiyasının siyasi şurasının bəyanatında göstərilir ki, Ermənistan-Rusiya münasibətlərinə yenidən baxılmalıdır. Onlar öz fikirlərini əsaslandırmaq üçün bir sıra arqumentlər gətirirlər. Birincisi, onlar hesab  edirlər ki, İran-Ermənistan qaz kəmərinin çəkilməsini hər hansı üçüncü ölkənin maraqları ilə uzlaşdırmağa lüzum yoxdur. İkincisi, qonşu Türkiyə üçün qaza daha aşağı tarif müəyyənləşdirmiş Rusiya ilə strateji və iqtisadi əməkdaşlığın vacibliyini şübhə altına alır. "Respublika" partiyası həmçinin Rusiya tərəfindən Ermənistanın enerji sistemi üzərinə qoyulmuş inhisarın aradan qaldırılmasını tələb edir.

Erməniləri başa düşmək olar. Bir tərəfdən, Türkiyə ilə bağlı siyasi qısqanclıq özünü göstərir. Digər tərəfdən isə, az-çox ağlı başında olan erməni görür ki, Rusiya onların dövlət dedikləri şeyləri "hop" eləyib udur, bunlar da heç nə edə bilmirlər.

Bu bəyanat əlacsız adamın baş-gözünə döyməsinə oxşayır.


Ermənilər "amburdan ulağı"nın vəziyyətində

Ermənistanın xarici işlər nazirinin müşaviri (işdən kənar vaxtlarında filosovluq da edir) Aşot Voskanyan bildirir ki, "biz Qərb,  yaxud Şərq dilemması qarşısında qalmışıq". Onun sözlərinə görə, Avropa özünün mənəvi və sosial inkişafına görə Ermənistan üçün daha optimal nümunə ola bilər. Amma yaranmış şəraitin təsiri altında ölkə  uzun müddət şərq sivilizasiyasının əhatə dairəsində olmuşdur. Daha sonra o, davam  edərək bildirir ki, bu iki sivilizasiya əbədi  qarşıdurma şəraitində mövcudluğunu saxlayır və Ermənistanın onlardan hər hansı birinə qoşulması məqsədəuyğun olmazdı. Bu mənada diplomat  Ermənistanın Avropaya inteqrasiyasını daha ağıllı variant hesab edir.

Ermənilərin vəziyyəti, doğrudan da, iki böyük və balaca ot komasının arasında qalıb, acgözlüyündən birinci hansından başlamağı müəyyən edə bilməyən və sonda acından ölən "amburdan ulağı"nın vəziyyətinə uyğun gəlir. Deyəsən, elə ermənilər də o acgöz və axmaq ulağın taleyini yaşamaqdadırlar.


Ermənilərin və onların dostlarının canına azar düşüb

Rambuyedə qəflətən xəstələnib  qarınağrısına düşən Robert Koçaryanın dalınca Sers Sərkisyanın başına hava gəlib, dərdini dağıtmaq üçün kazinolardan çıxmır, qumar və əyyaşlıqla məşğul olur. Onun da dalınca əziz dostları Yuri Merzlyakov mərəzə tutularaq, həmsədrlərin İstanbuldakı görüşünə qatılmadı. Rəsmi məlumat belə oldu ki, "ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov özünü pis hiss etdiyinə görə (onu da qeyd edək ki, həmin İstanbul görüşündən bir neçə gün əvvəl Rusiya mətbuatı vasitəçinin məzuniyyətdə olduğunu bildirirdi) İstanbul görüşündə iştirak edə bilməmişdir". Məlumatda onu Rusiya Xarici İşlər Nazirliyinin hansısa nümayəndəsinin əvəz etdiyi bildirilir, amma adını demirlər. Bəlkə də heç  kəs iştirak etməyib.

Danışıqların gedişi ilə bağlı Rusiyanın özünü yaxşı hiss etmədiyi aydın görünür. Amma bu, hələ son deyil. Merzlyakovun ardınca fransalı və amerikalı həmsədrlərin də azarlayacağı ehtimalı böyükdür. Başımıza çarə qılmalıyıq. Taleyimizi xəstə həmsədrlərin ixtiyarına buraxa bilmərik.


Politoloqdan ziddiyyətli fikirlər

Erməni politoloqu İqor Muradyan qeyri-standart fikirlərlə çıxış edib. Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda etnik münaqişələrin nizama salınmasında maraqlı deyil, çünki bu vəziyyətdən regionda yararlanmaq üçün istifadə edir. Burda o, qəribə məntiqlə fikrini davam etdirir: "ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımaq xətti götürmüş, lakin bu istiqamətdə tədricən irəliləyərək və bu qurumun legitimliyini əvvəlcədən müəyyənləşdirəcəkdir".

İ.Muradyanın sözlərinə görə, Avropa Şurası öz növbəsində Cənubi Qafqazda yeni dövlətlərin yaranması ideyasını qətiyyətlə rədd edir: "Biz ümid edirik ki, Rusiya bu halda Amerikanın "sui-qəsdini" dəstəkləyəcək, amma, belə görünür ki, Rusiyanın Avropa mövqeyinə uyğun çıxış etməkdən başqa yolu yoxdur". Politoloq həmçinin vurğulayır ki, Rusiyada ciddi təsirə malik analitik qurum fəaliyyət göstərir və  o, Rusiya tərəfindən "Dağlıq Qarabağın tanınmasına" heç bir halda imkan verməyəcəkdir.

Vaxtilə Ermənistanda "Qarabağ hərəkatının" fəal ideoloqlarından olmuş Muradyanın dolaşıq fikirlərə düşməsini mürəkkəb vəziyyətdən çıxış yolu axtarmaq cəhdi kimi qiymətləndirmək olar. Ermənistanın "döyüş meydanında" qazandığı Qarabağın taleyi beynəlxalq güclərdən asılıdır. Onlar da öz mövqelərində sabit deyillər. 


Hazırladı: İlqar Mehdi

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 7 8 9 ... 16

Sənədin sonuncu korrektə tarixi: 2/4/2006 - 16:26:38
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.963744