|
MƏMLƏKƏT |
|
“Buna
hansi Azərbaycan oğlu dözər?”
Sizlərə haqqında danışacağım növbəti partizan Yaşar Əsgər
oğlu Məmmədovdur. Yaşar haqqında onun bacısı Ramidə xanımın söylədikləri
əsasında yazıram.
Y.Məmmədov 1974-cü ildə Bakıda doğulub. Ailədə iki bacı,
iki qardaşdırlar. 135 saylı orta məktəbi bitirən Yaşar, məktəbdə yaxşı
oxusa da, ali təhsil almağa həvəs göstərməyib. Bərbərlik sənətini
öyrənərək həbs olunana qədər elə bu işdə çalışıb. O, həm də rəssamlığa
həvəs göstərib hərdən gözəl şəkillər çəkərdi. Elə Qarabağda aparacaqları
partizan müharibəsinin xəritəsini də Yaşar çəkmişdi. Atası Əsgər kişi
idman müəllimi idi. O, gəncliyində güləşlə məşğul olub, bu sahədə
müəyyən uğurlar qazanmışdı. 
|
| |
|
GÜNDƏM |
|
"Azad Avropa"
fondunun təklifləri
və yaxud Sizif əməyi
"Azad Avropa"
fondunun təşkilatçılığı ilə Soçidə keçirilən "Qara dəniz - Qafqaz regionunda
stabillik modelləri" elmi-praktiki konfransı başa çatmış və müzakirələrin
nəticəsi olaraq yekun kommunike qəbul edilmişdir.
Elmi-praktiki
konfransın iştirakçılarının gəldiyi ümumi mövqe ondan ibarətdir ki, regionda
bütün etnik və siyasi münaqişələr yalnız sülh danışıqları yolu ilə nizama
salınmalı, demokratiya və legitimlik prinsipləri əsas götürülməli, millətlərin
hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır.
Konfrans
iştirakçıları, çox təəssüf ki, başa düşmək istəmirlər ki: 1) Ermənistan 16 ildir
ki, Azərbaycana qarşı danışıqlar yolu ilə deyil, təcavüz, güc və silah
mövqeyindən hərəkət edir; 2) işğalçı Ermənistan Azərbaycanın ərazisində
qeyri-legitim, oyuncaq qurum yaratmışdır; 3) işğalçı Ermənistan tərəfindən 100
minlərlə azərbaycanlının hüquq və azadlıqları pozulmuşdur.

|
| |
|
AKTUAL ( 4-cü seh ) |
|
QAT-ın
Budapeşt şəhər məhkəməsinə Müraciəti
Qarabağ Azadlıq Təşkilatının Sədri
Akif Nağının imzaladığı
müraciətdə bildirilir:
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun işi ilə bağlı qərar
qəbul etmək, hökm çıxarmaq ərəfəsindəsiniz. Bu adi məhkəmə işi deyil və bu işə
adi yanaşmaq olmaz. Ramil Səfərovla bağlı çıxaracağınız ədalətli qərarı
Azərbaycan xalqı səbirsizliklə gözləyir. Bu ərəfədə bir sıra faktları
diqqətinizə çatdırmaq istəyirik.
1.Xeyli vaxtdır ki, Ermənistandan Ramil Səfərova,
bütövlükdə, Azərbaycan xalqına qarşı düşmənçilik, eybəcər millətçilik təbliğatı
aparılır. Bu günlərdə Ermənistanın hakimiyyətə yaxın partiyalarından birinin
rəhbəri Tiqran Urixanyan Ramil Səfərovu öldürəcək şəxsə 125 min dollar vəd
etmişdir. Ermənistan mətbuatında başqa bir fakt da açıqlanmışdır. Məlum olmuşdur
ki, bu ölkənin məktəblərində, konkret olaraq, İrəvanın 61 saylı məktəbində
şagirdlər hərbi hazırlıq dərslərində müəllimlərinin rəhbə rliyi altında
güllə atmaq üçün Ramil Səfərovun şəkillərindən istifadə edirlər. Belə bir
düşmənçilik mühitindən çıxmış Qurgen Marqaryan Ramil Səfərovu qanlı olaya əl
atmağa məcbur etmişdir.

|
| |
|
AKTUAL (
5-ci seh ) |
|
Qabil Hüseynli:
Atəşkəsin tez-tez pozulmasını provakasiya
kimi səciyyələndirirəm
- Rambuye görüşündən sonra atəşkəsin tez-tez pozulması müşahidə
olunur. Sizcə, bu təsadüfdürmü?
- Atəşkəsin
tez-tez pozulmasını provakasiya kimi səciyyələndirirəm. Yəni, Rambuye görüşündən
sonra Azərbaycan tərəfindən səslənən, sülh danışıqları bitərsə, biz
torpaqlarımızı hərb yolu ilə geri alarıq, kimi şüarlar görünür. Bu, ermənilər
tərəfindən qıcıqla qarşılanır, onlar sanki əzələ nümayiş etdirmək istəyirlər.
Amma bunun təkcə ermənilərin beyninin məhsulu olduğu qənaətində deyiləm. Qarabağ
probleminin həlli yolunda başlıca maneə Rusiya tərəfinin tutduğu
qeyri-konstruktiv mövqedir. Həm Rambuye, həm də İstanbul görüşlərində Rusiya
açıqca əngəl olacaq mövqe nümayiş etdirdi. Bütün bunlar onu göstərir ki,
Ermənistan tamamilə Rusiyanın təsiri altındadır və bəzi məsələlərdə onun
tövsiyələri ilə hərəkət edir.
|
| |
|
SOYDAŞLARIMIZ
( 6-cı seh ) |
|
Faxralı
sakinləri:Biz bura gəlmə deyilik, Borçalı bizim tarixi
vətənimizdir
Son vaxtlar istər mətbuatda, istərsə də
televiziya kanallarında Gürcüstan azərbaycanlılarının problemlərinə çox
toxunulur və bu haqda cəmiyyət arasında müxtəlif, hətta bir qədər də
şişirdilmiş informasiyalar yayılır. Gürcüstan azərbaycanlılarının Azərbaycana,
eləcə də Rusiyanın ayrı-ayrı şəhərlərinə miqrasiyasının artması, onların
problemlərinin getdikcə inkişaf edib, Ermənistan hadisələrinin orada da təkrar
oluna biləcək ehtimalı Azərbaycan ictimaiyyətində bir narahatlıq doğurur.
Bilirik ki, Gürcüstan azərbaycanlıları əsasən kompakt halda Borçalı mahalında
yaşayırlar. Odur ki, bu problemlərin köklərini araşdırmaq, Gürcüstan
azərbaycanlılarının yaşam tərzi ilə yaxından tanış olmaq məqsədilə Borçalıya
yola düşdüm. 
|
| |
|
GERÇƏK TARİX |
|
Yuxarı
Qarabağın yaşayış
məntəqələri
Şuşa rayonu:
Allahqulular kəndinin əvvəlki adı Allahquluuşağı
olmuşdur. Kənd Xəlfəli elatının Allahqulu nəsli tərəfindən salınmışdır.
Böyük Qaladərəsi kəndinin əvvəlki adı Köhnəkənd,
sonralar Kirov olmuşdur. Toponimin tərkibindəki qala sözü Şuşa qalasına
işarədir.
Çaykənd kəndi çay kənarında yerləşdiyinə görə belə
adlanır. Türk dilindəki çay və kənd sözlərindən ibarətdir.
Daşaltı kəndi XVIII əsrdə Zəngəzurun Düzəbürd
kəndindən gələn türk tayfaları tərəfindən salınmış, sonradan buraya erməni
ailələri də köçürülmüşdür. Türk dilində daş, qaya altında yerləşən kənd mənasını
verir.

|
| |
|
DÜŞMƏN DÜŞƏRGƏSİNDƏ |
|
Baş hərbi canilər
 |
|

 |
|
Ermənilərə dəm
tutanlar
 |
|
 |
|
|
| |
|
DÖYÜŞ-DÖNÜŞ |
|
Qarabağ
uğrunda döyüşənlər çirkli siyasətin qurbanı oldular
(Əvvəli ötən sayımızda)
Bəlkə öldürdüyümüz
ermənilərin qisasını alırlar bizlərdən? Qarabağ qazisinə "surətçi" damğası
vurub, həbs etdirən insanın ağlının olmasına şübhə edirəm. Bu rejimin öz
qəhrəmanları var. 200 nəfərin üstünə 1000 nəfərlə hücum edib, təslim olan
insanları güllələməklə qiyam yatırdan Rövşən Əkbərovdan nə general, nə də milli
qəhrəman olardı. O, Əliyev tayfasının qəhrəmanı idi. 125 şəhidi, 250-dən çox
qazisi olan qurtuluş batalyonunun komandirini evsiz qoyub, bulvarda yatmağa
məcbur edən iqtidardan Qarabağ sevgisi ummaq, eşşəkdən cüməaxşamı soruşmağa
bərabərdir. Mən heç vaxt problemlərimi qabartmağa cəhd etməmişəm. Sadəcə, bu
rejimin iç üzünü açmaq üçün, bunları deməyə məcburam. Köhnə döyüşçülərə və
onların ailələrinə, yaxınlarına belə münasibət göstərən mövcud iqtidarla kimin
müharibəyə gedəcəyi çox maraqlıdır. Düzdür, torpaq iqtidara yox, xalqın özünə
məxsusdur. Amma mənim sualım barədə də düşünməyə dəyər. Biz 7 ay bir qəpik belə
almadan vuruşduq. Maaş barədə düşünməyi belə ağlımıza da gətirmədik. Kimsə bizim
qanımızın üstündən keçərək hakimiyyətə gəlib, bizi vətəndən didərgin salıbsa,
əlavə şərhə ehtiyac da yoxdur. 
|
| |
|
MÜNASİBƏT |
|
Yalan
yeriməz
Qarabağ Azadlıq
Təşkilatı bütün dünya türklərinin yaratmış olduğu qurumlar içərisində hər bir
türk övladının iştirakı vacib olan bir təşkilatdır.
Hakimiyyətdəkilərdən yalnız bir şeyi - işğal olunmuş torpaqlarımızı azad etmək
uğrunda mübarizə aparmalarını istərdik. Zaman-zaman torpaqlarımız işğal olunaraq
yağmalanıb. Bunun qarşısını bizlər - torpağını sevən vətəndaşlar almalı və
torpaqlarımızı işğaldan azad etməliyik. 20-ci yüzillik Azərbaycanımızın qara
xətlə yazılmış səhifəsi, əsrin sonu isə müstəqilliyimizin, tariximizin ən önəmli
səhifəsi kimi millətimizin yaddaşına əbədi həkk olunacaqdır

|
| |
|
DÖYÜŞ YOLU |
|
Murovdağ
əməliyyatı
İki yüz il öncə general
Suvorov Karpat dağlarını keçdi. Elə o zamandan başlayaraq, ruslar
Suvorovun bu nailiyyətini tarixə yazdılar. Hətta bunu əsarətdə
saxladıqları xalqların yaddaşına belə həkk etməyə nail oldular.
On iki il öncə yaxşı
xatırladığımız ikinci Kəlbəcər əməliyyatında isə Azərbaycan hərbçiləri
Kiçik Qafqazda "suvorovçuluq" edib 3395 metr yüksəklikdə, keçilməz və
əlverişsiz dağlarda döyüş apararaq düşməni məğlub etməyə nail oldular.
Amma təəssüflər olsun ki, indiyədək Murovdağ döyüşləri ən qorxunc və
vahiməli bir hadisə kimi xatırlanmaqdadır. Bu yer və baş verən
döyüşlərlə bağlı uydurulmuş şayiələr isə yalnız insanların "gözünü
qırmaq" məqsədi güdür.
Ancaq unutmayaq ki, Murov eyni
zamanda Azərbaycan ordusunun sınaq meydanı olub
|
| |
|
TARİXİ CİNAYƏTLƏR |
|
Kemp-Devidin
əks-sədası
Ənvər Sədat çox az
siyasətçilərə xas olan xüsusiyyətlərə malik idi. O, cəsarətlə öz
üzərinə riskli vəzifələri götürür və onların yerinə yetirilməsinə nail
olurdu.
Ənvər Sədat Menahem
Beqinlə birlikdə Nobel sülh mükafatını aldı. Bu mükafat
onun üçün ölüm hökmü oldu.
Gələcək Misir prezidenti
1918-ci ildə anadan olmuş və hərbi təhsil almışdı. O, ikinci dünya
müharibəsindən sonra milli-azadlıq hərəkatına başçılıq edən gənc
zabitlər qrupuna daxil oldu. Həmin vaxt milli-azadlıq hərəkatı monarxiya
quruluşuna qarşı yönəlmişdi. 1952-ci il iyulun 23-də "Azad zabitlər"
təşkilatı başda olmaqla ordu dövlət çevrilişi etdi, kral Fərrux
devrildi.
Əbdül Nasirin hakimiyyəti
dövründə Sədat Misir hökumətində həlledici postlarda olmuş, 1973-cü ildə
onun ölümündən sonra isə dövlətə rəhbərlik etməyə başlamışdır. Yeni
prezident radikal dəyişikliklər xətti elan etdi. O, ölkənin Sovet
İttifaqından hərbi və maliyyə asılılığını xeyli azaltdı və nəzərlərini
daha çox onun strateji rəqibinə - Amerika Birləşmiş Ştatlarına tərəf
yönəltdi. Ənvər Sədat Sələfinin İsrailə qarşı barışmaz siyasətini davam
etdirir, işğal altında olan torpaqları geri qaytarmağa çalışırdı. İsrail
1967-ci ildə "altı günlük müharibə" zamanı Sinay yarımadasının böyük
hissəsini zəbt etmişdi. 1973-cü ilin oktyabrında Misir qoşunları Süveyş
kanalından keçərək İsrailin işğal etdiyi ərazilərdə hərbi əməliyyatlara
başladılar
|
| |
|
İCTİMAİ QINAQ |
|
QARA LÖVHƏ |
|
Vətən qarşısında üzü qara
olanlar |
 |
|
? |
? |
 |
 |
|
|
|
|
|
|
 |
| |
|
VƏTƏNİ SEVMƏK İMANDANDIR |
|
İslamda
terrora münasibət
Bütün zamanlarda
insan cəmiyyətinin ən böyük çətinliyi nahaq yerə tökülən qanların qarşısını ala
bilməməsi olmuşdur. Daima insanların gözlərini yaşlı, əllərini bağlı, qəlblərini
dağlı qoyan bu hadisələrə indi biz terror deyib mövcud olan bütün insan
cəmiyyətini onunla mübarizəyə səsləyirik. Dəhşətli budur ki, yer üzünün yeganə
ağıllı varlığı olan insan bu qədər günahsız qanları özünün şəxsi bəlkə də heç
kimə lazım olmayan məqsədləri üçün axıdır və cəmiyyəti fəlakət girdabına
sürükləyir.
Təbii
olaraq bu gün minlərlə insanı haqsız yerə gözüyaşlı qoyan bu hadisələri
heç bir normal cəmiyyət, milli və dini ideologiya qəbul etmir. Bununla
yanaşı zamanımızın bəzi qəriblikləri ilə də üz-üzə qalırıq. Bu da ondan
ibarətdir ki, kainatın xilası üçün göndərilən, insanlara mənəviyyat,
mədəniyyət, əxlaq öyrədib, onları mütləq kamilliyə səsləyən İslam
dininin adı indi terrorla qoşa çəkilir. İslam terrorizmi, islamçılar və
s. kimi ifadələr artıq hamıya tanışdır
|
| |
|
15-ci səhifə |
|
Kimin sözü daha
məntiqlidir?
Bəlkə də adi iş günlərindən biri
olacaqdı bu gün, əgər qəfil telefon zəngi Şəhid ruhlarının etirazını "Azad
Qarabağ" vasitəsi ilə millətinə çatdırdığıma görə, sakit olan ürəyimi yeni
ittiham qarşısında qoymasaydı. Yazının altında mənim imzam qoyulsa da, əslində
o, şəhid ruhlarının qazilərin bugünkü vəziyyətinə etirazı idi. Sözlərimə şübhə
edənlər bir gecə Şəhidlər Xiyabanını ziyarət etsələr, dediklərimi təsdiq
edərlər. Dəfn olunduğu ərazini əyləncə mərkəzinə çevirən bir millətin şəhidi,
dilənən qazi taleyini onlara yaşatmadığına görə hər axşam şükr edir öz taleyinə
və etiraz edir qazilərin bu gününə.
Zəng edən qardaşımın iradlarına
hörmətlə yanaşsam da, etmədiyim səhvə görə təkzib vermək fikrindən uzağam. Nəyi
təkzib etməliyəm və niyə təkzib etməliyəm?
|
| |
|
ERMƏNİ TERRORU |
|
Zəngəzurda
ermənilər yüzlərlə Azərbaycan
tarixi abidəsini məhv edib
Ermənistanın Azərbaycana olan uydurma
torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmədiyindən, rəsmi Yerevanın
mövqeyi daha çox cığal uşağın hərəkətlərinə bənzəyir. Erməni alimlərinin
"tarixi sübutları" əsasında yazılan əsərlər ancaq Ermənistanın dövlət
səviyyəsində yeritdiyi işğalçılıq siyasətinin tərkib hissəsi kimi
qiymətləndirilməlidir. Ermənipərəst beynəlxalq təşkilatlar isə bu cür "tarixi
sübut"ları əllərində bayraq tutaraq, məkrli siyasətlərini yeridirlər.
Azərbaycan alimləri yüksək elmi səviyyədə, çoxsaylı epiqrafik, orta əsr, arxiv
mənbələrinə əsəlanaraq sübut ediblər ki, Cənubi Qafqazda tarixən heç bir erməni
siyasi qurumu mövcud olmayıb. Sənədlərin analizi Cənubi qafqazın yeni tarixi
konsepsiyasının işlənməsinə gətirir və Azərbaycan tarixinin sovet rus və erməni
tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübut edir. Ermənilər üçün ilk
dövləti bu regionda Sovet Rusiyası və Antanta dövlətləri 1920-ci ildə Qərbi
Azərbaycan torpaqlarında yaradıblar. Sovet İttifaqı dövründə azərbaycanlıların
bu torpaqlardan sıxışdırılıb çıxarılması ilə yanaşı onlara məxsus olan
maddi-mədəniyyət abidələri dağıdılıb, yer adları erməniləşdirilib. 1988-ci ildən
sonra kütləvi terrora məruz qalan azərbaycanlılar bu əraziləri tərk etməyə
məcbur olublar və bundan sonra bu ərazidə qalan azərbaycanlılara məxsus olan
maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıntılara, məhvə məhkum olunub
|
|
|
|
|
QISAS |
|
Soyqırım və Kəlbəcər şəhidlərinin ruhları qisasa çağırır!
|
|
|
|
BAŞ SƏHİFƏDƏ |
|
Novruz soyqırımı:
Türklərin qanını içdikcə, doymayan ermənilər 
|
|
 |
| |
|
MÖVQE
Aydın Mirzəzadə - Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının sədr müavini
- Ermənistana və işğal olunmuş torpaqlarımıza
vətəndaşlarımızın, o cümlədən ictimai fəaliyyətlə məşğul olanların
gedib-gəlməsi bu gün heç də uğurlu addım deyil.
Fazil Qəzənfəroğlu - Millət vəkili, Böyük Quruluş partiyasının sədri
- Mən formal olaraq, Qarabağ fraksiyasının yaradılmasının
əleyhinəyəm. Bu farksiya adına layiq olmalıdır. Bu isə indiki şəraitdə
mümkün deyil.
Nejat Eslen - general-mayor, Türkiyə Qlobal Strateji
Araşdırmalar Mərkəzinin üzvü
- Azərbaycan müharibəyə başlasa, nə ABŞ, nə də Avropa
Birliyi buna qarşı çıxacaq. Hazırda Qarabağ münaqişəsini həll etmək üçün ən
əlverişli fürsət yaranıb. Biz Qarabağ savaşını qazanmalıyıq
 |
| |
|