Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 15-ci səhifə

Oğuzun həsrəti (poema)

 Bir gün V sinif şagirdi Oğuz nənəsi Reyhan xanıma deyir: "Nənə bir rəssam tapmaq olarmı mənim şəklimi çəkə?" Nənə cavab verir: "Gözümün işığı, sənin bir balaca boyun var və qaraca bir uşaqsan, səni çəkməyə nə var". Oğuz dedi: "Sevimli nənə. Mənim gözlərimdə Zəngilan həsrəti var. Hansı rəssam o həsrəti yox edib məni çəkə bilər? Rəssam gözümdəki həsrəti görə bilməz və məni çəkə bilməz"

 

 

 

Bir gün balaca Oğuz,

Gözləri yanar ulduz.
 

Kövrək həlim baxışla,

Ədəbli bir duruşla,

 

 Dedi: Ay Reyhan nənə,

Bir sualım var sənə.

 

Dilləndi Reyhan nənə:

Qurbandı canım sənə,

 

Nədir sənin sualın,

Niyə pərişan halın?

 

Bulud kimi dolmusan,

Dərin fikrə dalmısan,

 

Sualını ver gülüm,

Mənim körpə bülbülüm.

 

Oğuz dedi: Nənəcan,

Dinlə məni bircə an,

 

Körpə söyləmə mənə

On yaşım var, ay nənə.

 

Rəssamları say mənə,

Məşhurları sal önə.

 

Olsun qərbdə tanınan,

Olsun şərqdə tanınan.

 

Var kimin şah əsəri,

Fırçasının kəsəri.

 

Nənə dedi: Sayıram məlum olan rəssamı,

Bildiyim, tanıdığım, ölən, qalan rəssamı,

 

İngilis Qrant, Xoqart, alman Albext Dürer,

Məşhur çinli Ma Yuan, macar Koçiş, həm Xuber

 

İtalyan Bottiçeli, ustad rəssam Rafael,

Çəkdilər şah əsərlər, gəzir cahanı el-el.

 

Sultan Məhəmməd, Nəvvab, Əzim Əzimzadəmiz,

Tanınıb dünyamızda Səttar Bəhlulzadəmiz.

 

Şah əsərlər yaradır Mikayıl Abdullayev,

Ədalət Altay, Tahir, həm Fəxrəddin Əliyev,

 

Onların əsərləri bəzəyir sarayları,

Göstərir xoş günləri, göstərir harayları.

 

Bəs edərmi, gözümün işığı, bunlar sənə,

Əgər azdırsa onlar, sayım neçəsin yenə.

 

Leonardo da Vinçi çəkdi məşhur "Cakonda",

Necə böyük bir insan duyğusu varmış onda.

 

Rafael - şah əsəri "Sikst Məryəm anası",

Ananın gözlərində cəm həyatın mənası.

 

Məryəmin qucağına sığınıb körpə İsa,

Ana addımlar atır qəramət basa-basa.

 

Oğlunun taleyini düşünür Məryəm ana,

Düşüncəli əzabı rahatlıq vermir ona.

 

Körpə İsa sifəti görünür ciddi, necə,

O, məhv olacağını duymuşdur irəlicə.

 

"Dörd atlı" portretini çəkmişdi məşhur Dürer,

Atların tapdağından titrəyirdi torpaq, yer.

 

Cilov gəmirib atlar hey sürətlə qaçırlar

Atlılar hər tərəfə aclıq, ölüm saçırlar.

 

Atların dırnaqları saçır alov, qığılcım,

Atlılar pələng kimi çəkir qabağa hücum,

 

Elə bil ki, dünyanın axırı çatıb deyə,

Atlılar quduzlaşıb can atır irəliyə.

 

Oğuz dedi: təbabət işçisi, əziz nənə,

Axı kim çəkə bilər bütöv şəklimi mənə?

 

Bir qədər fikrə daldı, Oğuz çəkdi dərin ah,

Dedi: Məni çəkəcək bir rəssam yoxdu vallah.

 

Qatsa yüz min boyanı, çalışsa gündüz gecə,

Gözlərimdə dünyanı rəssam çəkəcək necə?!

 

Ola bilsin çəkər o, ağız, burun, başımı,

Ola bilsin çəkər o, süzülən göz yaşımı.

 

Çəkə bilməz biçarə, gözdə dərd düşüb düyün,

Çəkə bilməz heç cürə, gözümün bütövlüyün.

 

Gözlərimdə yerləşib, Zəngilanın düzləri,

Gözlərimdə birləşib, çeşmələrin gözləri.

 

Gözlərimdə yerləşir yurdun Çinar meşəsi

Dünyanın ən füsunkar möcüzəli guşəsi.

 

Məmmədbəyli türbəsi neçə əsrin yaşıdı

Hər abidə gözümdü, ürəyimin başıdı.

 

Gözlərimdə yerləşib Qubadlı, Laçın, Şuşa,

Gözlərimdə birləşib Füzuli-Ağdam qoşa.

 

Cəbrayılım, Qurbani yanğımdır bu gün azı,

Kəlbəcərdə dil açmır dədəm Şəmşirin sazı.

 

Mərhum Xudu müəllimin ruhu üstümdə durdu

Dedi: Hanı Ağdamım, o qəhrəmanlar yurdu?

 

Narahatam, dözmürəm, torpaqlar alınmasa,

Düşmənləri titrədən şeypurlar çalınmasa.

 

Ağbirçək ana sözü,

Qəzəbli ata gözü,

Həsrətli Cıdır düzü

Deyir, cəngi çal bu gün.

 

Xocalı faciəsi,

Yurdsuzun ah-naləsi,

Göydəki Allah səsi

Deyir, cəngi çal bu gün.

 

Zəngilan, Çinar meşəm,

Ağdamım, dilbər guşəm,

Füzulim, tər bənövşəm,

Deyir, cəngi çal bu gün.

 

Cəbrayıl, Diri dağı

Dağılan dədə bağı

Ömrün qeyrətli çağı

Deyir, cəngi çal bu gün.

 

Şuşa, Laçın, Kəlbəcər,

Qubadlı, Nəbi, Həcər,

Kim mərddi candan keçər

Deyir, cəngi çal bu gün.

 

Yurdu geri qaytarmaq babamın pak niyyəti

Ölməzdən bir az əvvəl söylədi vəsiyyəti.

 

Dedi: Torpağı alıb Rəsul çeşməyə çatın

Mənim ağzımca için, duyun o suyun dadın.

 

Bu sözləri söyləyib, babam yumdu gözünü

Apardı o dünyaya Zəngilanın közünü.

 

And içirəm anamın təmiz halal südünə,

Əməl edəm mən gərək, babamın öyüdünə.

 

Türklüyüm var, olmaram ələbaxım bir yetim,

Od oğluyam, edəcəm düşməni didim-didim.

 

Ya qələbə, ya ölüm, bizim nicat yolumuz,

Qələbəyə səsləyib dədə Qorqud ulumuz.

 

Sülhə getməsə düşmən, qılınc deyəcək sözü,

Qan gölündə üzəcək murdar düşmənin özü.

 

Ölsəm də bu yolda mən qaytaracam torpağı,

Zəngilanda yanacaq babamın gur çırağı.

 

Söylə nənə! Olmasam mən yiyəsi sözümün,

Çəkəcək hansı rəssam bütövlüyün gözümün?!

 

Nənə dedi: Oğuzun nələr durur sözündə,

Kimsənin görmədiyi həsrət yatır gözündə.

 

Şükür bu günə Allah, oğullar doğulubdu,

Baba deyərdi: Oğuz qeyrətdən yoğrulubdu.

 

Mete kimi cəsurdur, Vətən eşqiylə yanır,

Oğuz xanın qeyrəti bu uşaqda oyanır.

 

Oğuz nəsli qorxmazdır qurtaracaq torpağı,

Kəsiləcək yurdumdan yağıların ayağı.

 

Nənə davam eylədi söhbətinə, sözünə,

Baxdı bir tamarzı tək nəvəsinin gözünə.

 

Tanrımız pis qonşular yazıbdır bəxtimizə,

Çörək verdik yedilər, düşmən çıxdılar bizə.

 

Heç bir xalqda qonşular olmayıb belə nankor,

Dünya eşitmir, görmür sanki olubdu kar, kor.

 

Haqq bizimdir, şər dünya haqsıza tərəf durur,

Günahkar haqq qazanır, haqlının boynun vurur.

 

Oğuz bilir bizdə yox, özgədən torpaq uman,

Parçalanıb yurdumuz yad əllə zaman-zaman.

 

Bu gün igid oğullar, məktəbli nəvəmiz də,

Düşməni məhv etməyə inam yaradır bizdə.

 

Vətən dərdi apardı vaxtsız alim babasın,

Babası pir bilərdi kəndin, elin, obasın.

 

Baba Hüseyn yurdsevər, gözəl ailm, ziyalı,

Yurdunu azad etmək, onun arzu, xəyalı.

 

Yəqin kiçik Oğuza qeyrət babadan keçib,

Cəsarət poladından, özünə qılınc seçib.

 

Oğuzla təklikdə mən etdim ayrıca söhbət

Duydum bu uşaqda var, qeyri-adi təbiət.

 

Oğuzla söhbətimdə cəm eylədim səyimi,

Oğuz dedi: Bacarın, ödəyin istəyimi.

 

Tapın mənə bir rəssam duya bilsin özümü

Bacarsa çəkə bilsin həsrət dolu gözümü.

 

Rəssam çəkər, yaradar bəlkə min bir surəti

Çəkə bilməz heç zaman gözümdəki həsrəti...

 

Gözümdən həsrəti itirmək üçün,

Cəngi havasını çalmaq vaxtıdır.

 

Gözümə sevinci gətirmək üçün,

Torpağı düşməndən almaq vaxtıdır.

 

Vətən canımızdan qiymətli, baha

Geri çəkilməyə yeri yoxdur daha.

 

Cəsarət cığırı açıb sabaha,

Bayrağı Xankəndində sancmaq vaxtıdır.

 

"Qarabağ harayı"

müsabiqəsinə təqdim olunur


Allah rəhmət eləsin

Akif Nağı, "Azad Qarabağ" qəzetinin kollektivi
Ramizə xanıma,
əzizi Şovkət xanımın
 vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər.

Ramizə, Aidə, Mətanət və Səadət əzizləri Iradə, Təranə və Şəlalə bacılarına analarıi
Şovkət xanımın
 vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir və Ulu Tanrıdan səbr diləyirlər.


Müsabiqə

Qarabağ Azadlıq Təşkilatı  Qarabağ mövzusunda ən yaxşı publisistik, analitik yazı, şer, plakat, karikatura müsabiqəsi elan edir. Ən yaxşı nümunələr “Azad Qarabağ” qəzetində çap olunacaq, ilin sonunda isə hər nominasiya üzrə qaliblər müəyyən ediləcəkdir. Arzu edənlər işlərini qəzetimizin ünvanına göndərə bilərlər.

Təşkilat komitəsi


03 (003)
02.03.2006-cı il

Təsisçi və baş redaktor:
Akif Nağı

Məsul redaktor:
Adil İrşadoğlu

Baş redaktorun müavinləri:
İlqar Mehdi, Tahir Məmmədli

Baş redaktor:
Firudin Məmmədli


e-mail: azad_qarabag@yahoo.com

Telefon: 510-22-39

Fax: 510-22-08

Ünvan:
Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 75

Beynəlxalq Bankın Yasamal filialı.

Bankın kodu: 805562

M/hesabı: 0137010002944

EN: 9900001881

SWIFT: IBAZAZ2X

Müştərinin hesabı:

673785 AZN 382101

“Turan”, “Apa” informasiya agentliklərinin, "Qarabağ Sənədlərdə", medianaliz.com, inosmi.ru, arminfo.am, armenpress.am, regnum.ru internet səhifələrinin materiallarından istifadə olunmuşdur.

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, "Ekspres" mətbəəsində çap edilib
tiraj 2000 ədəd

INTERNATIONAL BANK OF AZERBAIJAN
Yasamal Branch

Address:  14h., 533bl., Inshaatcilar Str., Baku 370073, Azerbaijan.
Tel./Fax:
  +(994)(12) 4387486, 4397208, 4316398

Intermediary Bank:  Citibank NA, New York, USA
Corr. account:
36083186
SWIFT:
CITIUS33

Beneficiary Bank:  International Bank of Azerbaijan Republic
Yasamal Branch kod 805562
SWIFT:
IBAZAZ2X

Beneficiary:   NAGI AKIF QAZAX INN 2000557822
USD only Account #:
YSM-673785-USD-3822-01

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 14 15 16

Sənədin sonuncu korrektə tarixi: 14/4/2006 - 12:59:37
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.025386