Azad Qarabağ - 2-ci səhifə
|
Qarabağ məhbuslarına azadlıq! |

Ramil Səfərov |

Rövşən Bədəlov |

Xızır Marqaşvili |

Fariz Hacıyev |

Müşfiq Qurbanov |

Əlirza Babayev |

Firuz Babayev |
 Yaşar
Məmmədov |
 Məmməd
Məmmədov |

Ədalət Ağayev |

Məhəmməd Məmmədov |
YA QARABAĞ YA
ÖLÜM! |
“Hakim hökmü yenə qüvvədə saxladı”
Bu dəfə sizləri partizanlardan daha birisi ilə - Fariz Hacıyevlə
tanış edəcəyəm. Fariz haqqında anası Gülayət xanım kövrələ-kövrələ danışır, mən
isə onun danışdıqlarını qələmə alıram.
Fariz 1982-ci ildə Biləcəri qəsəbəsində anadan olub. Ailədə iki
bacı, iki qardaşdırlar. Farizin bacıları və qardaşı artıq ailəlidir, özü isə
subaydır. Biləcəridə 5 saylı dəmiryolçular məktəbini (indiki 300 saylı məktəb)
bitirib. Gülayət xanımın dediyinə görə, oğlu tarix fənnini çox sevirmiş: "Fariz
məktəbdə nümunəvi şagird olub, ancaq nədənsə vaxtında ali təhsil almağa həvəs
göstərmədi. Namaz qılıb, "Quran" oxuyurdu. 7-ci mikrorayonda türklər mədrəsə
açıb, Fariz də orada kiçikyaşlı uşaqlara "Quran"dan dərs deyirdi. Həm də
imtahanlara hazırlaşırdı, çünki dini təhsil almaq fikri var idi. Məktəbdə onun
ən çox sevdiyi fənn tarix idi. Həmişə deyirdi ki, biz öz tariximizi yaxşı
bilməli, onu heç vaxt unutmamalıyıq".
Fariz də yoldaşları kimi Gürcüstanda hərbi təlimdə olub. Heç
kimə heç nə deməyib gedən Fariz bir neçə gün keçdikdən sonra evlərinə zəng vurub
Türkiyədə olduğunu və orada təhsilini davam etdirəcəyini xəbər verib. Bir neçə
il ailədən uzaq düşən Farizi Gəncədə həbs olunana - 2003-cü il 12 avqusta qədər
Türkiyədə təhsil alan biliblər: "Bizə heç nə deməyib, evdən gedəndən 3 gün
sonra zəng edib dedi ki, Türkiyədəyəm, burada təhsil alacağam. 3-4 il orada
qaldı, tez-tez zəng vurub işinin yaxşı olduğundan, təhsil almasından danışırdı.
Biz də inanmışdıq, çünki həm Farizin elə bir fikri var idi, həm də Fariz çox
yaxşı uşaq idi, yalan danışmazdı, valideyni incitməyi sevməzdi".
Onu da qeyd edim ki, Farizin yoldaşları Gürcüstandan qayıdan
zaman həbs olunub, hər biri 3-4 il icbari iş alanda, Fariz onlarla olmamışdı,
həmin vaxt Fariz Gürcüstanda qalmışdı. Ona görə də birinci həbsdən yayına
bilmişdi. Yoldaşları ikinci dəfə, 2003-cü il avqustun 13-də Bakıda yenidən həbs
olunduqda, Fariz bir gün əvvəl Gəncədə həbs olunub. Və anasının söylədiyinə
görə, Fariz həbs olunandan bir həftə əvvəl Biləcəridə, onların evində MTN
əməkdaşları axtarış aparıblar: "Oğlum tutulandan bir həftə əvvəl gəlib evimizdə
axtarış apardılar, Farizin yerini soruşub, hətta bizi hədələdilər də. Mən də
dedim ki, gedin gücünüzü ermənilərə göstərin, bizi niyə hədələyirsiniz? Evdən
heç nə tapmadılar, nə var idi ki, tapaydılar da. Bir həftə sonra Farizin Gəncədə
həbs olunmasını eşitdik, sonra bildik ki, ora təzə gəlibmiş. Heç tutulanda da
oğlumda silah olmayıb. Neçə il ərzində onu Türkiyədə bilmişdik, bir dəfə
nazirlikdən zəng vurub xəbər vermişdilər ki, oğlunuz çeçenlərə kömək edir. Bunu
elə də ciddi qəbul etməmişdik, ancaq düşünmüşdüm ki, təki oğlum pis yola
düşməsin, çeçenlər üçün vuruşsa, mən onunla fəxr edərəm".
Gülayət xanım oğlunu qınamır. Əksinə, onunla fəxr edərək deyir:
"Farizin iki əmisi Qarabağ müharibəsində ağır yara alıb, hələ də bədənlərində
qəlpə gəzdirirlər. Hazırda hər ikisi xəstəxanada yatır. 20 yanvar faciəsi
Farizin gözlərinin qabağında olub. Bizim evimiz Biləcəridə hündürdə olduğuna
görə, hər şey elə aydın görünürdü ki, sanki gözümüz önündə baş verirdi. Farizin
onda cəmi səkkiz yaşı olsa da, gördükləri uşağın yaddaşında çox dərin və ağır iz
buraxmışdı. Biz Salatın Əsgərova kimi qızlarımızı, Çingiz Mustafayev kimi
oğullarımızı itirmişik. Bunların qisasını almaq məqamı gələndə mənim oğlum
kənarda qala bilməzdi. Həm də yoldaşları ilə birlikdə baxdığı o dəhşətli kaset
hamı kimi, oğlumun da bu yolu seçməsində böyük rol oynayıb".
Ağır Cinayətlərə Dair Məhkəmə Farizə 6 il həbs cəzası kəsib.
Sonradan Ali Məhkəmə başqaları kimi, Farizin də cəza müddətini bir il azaldıb.
Gülayət xanım deyir ki, məhkəmədə oğluna söz veriləndə, o, ancaq prokuror Rövşən
Maqsudova bir sualla müraciət edib: "Rövşən Maqsudov hökm oxuyanda, Fariz
hakimdən söz istəyib dedi ki, məni bir sual maraqlandırır. Görəsən Rövşən
Maqsudovun ana-bacısı əsirlikdə olsaydı, o, silah götürüb bizə qoşulardı, yoxsa
yenə bizə hökm oxuyardı? Rövşən Maqsudov heç bir cavab verə bilməyib, qapqara
qaraldı, ancaq hökmü yenə qüvvədə saxladı. Biz valideynlərə ermənilərin
hərəkətindən çox, hakim və prokurorların partizanların işinə bu cür yanaşması
təsir etdi, bu daha ağır zərbə oldu".
Farizlə ayda iki dəfə görüşmək mümkündür. Ancaq anasının
söylədiyinə görə, maddi vəziyyətləri buna imkan vermir, oğlunu üç ayda bir dəfə
ancaq görə bilirlər. Çünki Farizin atası da bərk xəstədir, oğlu tutulandan sonra
infarkt keçirib. Gülayət xanımın dediyinə görə, son ümidləri 31 Mart - Soyqırım
gününə idi ki, bəlkə prezident həmin gün partizanları əfv edərək, bununla
erməniləri məyus edə. Ancaq bu ümid də doğrulmayıb, hazırda əlləri hər şeydən
üzülüb.
Biz də sizə deyirik: ümidinizi itirməyin, analar! O cür qeyrətli
oğulların analarına ümidsizlik yaraşmaz. Allah özü onlara yar olsun!
Orxan
İşğal tarixi
1988-1993-cü illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ
bölgəsi və onun ətrafındakı Laçın,
Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl (2 kəndi istisna olmaqla),
Şuşa, Ağdam (rayon mərkəzi və kəndlərinin əksəriyyəti), Füzuli (rayon mərkəzi
və kəndlərinin əksəriyyəti) rayonlarını işğal etmişdir. Bundan başqa
Azərbaycanın sərhəd boyu digər yaşayış məntəqələri, o cümlədən Naxçıvan Muxtar
Respublikası, Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun Aşağı və Yuxarı
Əskipara, Quşçu, Ayrım, Bərxudarlı və digər kəndləri, Gədəbəy rayonunun
yüksəklikləri işğal edilmiş və dağıdılmışdır.
İşğal nəticəsində Azərbaycanın İranla sərhəd xəttinin bir hissəsi
(Füzuli rayonunun Horadiz qəsəbəsindən Zəngilan rayonunun inzibati sərhəddinə
qədər "198 km-lik sahə) dağıdılmış və işğalçı qüvvələrin nəzarəti altına
keçmişdir. İranla sərhəd xəttində bütün sərhəd qurğuları, postlar, tikililər
tamamilə dağıdılmışdır.
Ermənistan deyilən ərazidə azərbaycanlıların yaşadıqları 172
yaşayış məntəqəsi dağıdılmış və 8 min kv.km ərazi zəbt olunmuşdur. Bu yaşayış
məntəqələrindən 241 mindən artıq azərbaycanlı, 18 min əcəmi kürdü, 1000 nəfər
rusdilli əhali, cəmi 243,7 min nəfər silah gücünə öz yurdlarından qovulmuşdur.
Bu zaman 410 nəfər azərbaycanlı, o cümlədən 57 qadın, 23 uşaq qətlə
yetirilmişdir.
Yuxarı Qarabağın 227 yaşayış məntəqəsi (4.400 kv.km.), onun
ətrafındakı 7 rayonun 697 yaşayış məntəqəsi (8810 kv.km) işğal altında
saxlanılır. Bütövlükdə Azərbaycanın 17,3 min kv km (20 faiz) ərazisi zəbt
edilmişdir. Ölkəmizin bir sıra vacib yeraltı və yerüstü sərvətləri, o cümlədən,
civə, obsidan, perlit ehtiyatlarının hamısı, tikinti və üzləmə materiallarının
35-60 faizi, mineral suların 40 faizi, meşə fondunun 23,8 faizi, 3 qoruq, 2 su
anbarı, su ehtiyatlarının 7,8 faizi işğal altında qalmışdır.
Ermənistanın təcavüzü nəticəsində 20 min nəfər öldürülmüş, 50 min
nəfərdən artıq əlil olmuşdur. Azərbaycan köçkün və qaçqın ölkəsinə çevrilmişdir:
Ermənistandan - 243682 nəfər; Orta Asiyadan - 49239 nəfər (mesxet türkləri);
Azərbaycanın işğal olunmuş rayonlarından - 611293 nəfər; Azərbaycanın
Ermənistanla həmsərhəd olan yaşayış məntəqələrindən - 86386 nəfər qovulmuşdur.
|