Bu gün: 18 May 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - #7, 13/04/2006

MƏMLƏKƏT

 “Hakim hökmü yenə qüvvədə saxladı” 

Bu dəfə sizləri partizanlardan daha birisi ilə - Fariz Hacıyevlə tanış edəcəyəm. Fariz haqqında anası Gülayət xanım kövrələ-kövrələ  danışır, mən isə onun danışdıqlarını qələmə alıram.

 Fariz 1982-ci ildə Biləcəri qəsəbəsində anadan olub. Ailədə iki bacı, iki qardaşdırlar. Farizin bacıları və qardaşı artıq ailəlidir, özü isə subaydır. Biləcəridə 5 saylı dəmiryolçular məktəbini (indiki 300 saylı məktəb) bitirib. Gülayət xanımın dediyinə görə, oğlu tarix fənnini çox sevirmiş: "Fariz məktəbdə nümunəvi şagird olub, ancaq nədənsə vaxtında  ali təhsil almağa həvəs göstərmədi. Namaz qılıb, "Quran" oxuyurdu. 7-ci mikrorayonda türklər mədrəsə açıb, Fariz də orada kiçikyaşlı uşaqlara "Quran"dan dərs deyirdi. Həm də imtahanlara hazırlaşırdı, çünki dini təhsil almaq fikri var idi.  Məktəbdə onun ən çox sevdiyi fənn tarix idi. Həmişə deyirdi ki, biz öz tariximizi yaxşı bilməli, onu heç vaxt unutmamalıyıq". daha geniş...

 

GÜNDƏM

“... Bu gün Azərbaycanın vətən daşı ola bilən vətəndaşlara çox  böyük ehtiyacı var”

 -Qarabağ probleminin həllini AKXCP olaraq necə görürsünüz? Hakimiyyətə gəlsəydiniz işğal faktının aradan qaldırılması üçün hərb, yoxsa sülh yoluna üstünlük verərdiniz?

  -Qarabağ probleminin həlli barədə səslənən bütün fikirlərə hörmətlə yanaşsam da, məsələnin yalnız hərb yolu ilə həll olunacağı qənaətindəyəm. Əgər iqtidar nümayəndələri, konkret olaraq Heydər Əliyev 2001-ci ilin fevralında bütün siyasi partiyaları Milli Məclisə yığıb, ermənilərlə keçirdiyi çoxsaylı görüşlərdən nəticə əldə etmədiyini etiraf edirdisə, bu sülh danışıqlarının əhəmiyyətsizliyinin sübutu idi. Hakimiyyətə gələcəyimiz təqdirdə dövlətin hər bir strukturu öz işini yerinə yetirməklə bu məsələnin həllinə töhfəsini verəcək. Azərbaycan kişisinin Qarabağ probleminin sülh yolu ilə həllindən nəinki danışmaq, hətta düşünmək haqqı yoxdur. Müdafiə Nazirliyi məsələni hərb yolu ilə həll etdiyi məqamda Xarici İşlər Nazirliyi də danışıqları davam etdirməlidir. Bax onda ermənilərlə danışıqların nəticəsi olacaq. Dünyada qanla verilən torpağın sülh yolu ilə alınması  faktına rast gəlməmişəm.  daha geniş... 

 

AKTUAL

 Qarabağın təhvil verilməsi təhlükəsi

 Fransalı həmsədr Bernar Fasyenin regiona gəlişi və konkret açıqlamaları, həmçinin onun amerikalı kolleqasının cavab dalınca gözlənilən səfəri Minsk Qrupunun münaqişəni Azərbaycanın hesabına həll etmək cəhdini bir daha təsdiq edir. Ən müxtəlif mənbələrdən alınan məlumatlara görə, Minsk Qrupu həmsədrlərinin Rambuyedə və ondan sonrakı dövrdə təklif edib, üzərində dayandığı variant Dağlıq Qarabağın ətrafındakı 5 və yaxud 7 rayonun azad edilməsi müqabilində referenduma, sülhməramlı qüvvələrin münaqişə zonasına  yerləşdirilməsinə razılıq verilməsindən ibarətdir. B.Fasyenin "tərəflər 80 faizlik nəticə ilə kifayətlənməlidir" tələbi də həmin planın mahiyyətindən irəli gəlir. Sadə hesablama aparsaq, Ermənistan razılaşacağı 20 faizlik itki Dağlıq Qarabağın ətrafındakı rayonların boşaldılması, qazanacağı 80 faizlik nəticə isə Dağlıq Qarabağ olacaqdır. Fasye cənablarının sadəlövh azərbaycanlılara hesablanmış bu 80 faizi əslində ermənilər üçün 100 faizlik nəticədir. Azərbaycanın getməli olduğu guya 20 faizlik itki isə Dağlıq Qarabağın itirilməsi ilə bağlı, yəni əslində Azərbaycanın 100 faizlik itki ilə razılaşmasıdır. daha geniş...

 

ŞƏXSIYYƏT

Rəhim Hüseynov:  
Erməni terroristləri hansı yolla torpağımıza gəliblərsə, o yolla da onları qovmaq lazımdır

 Aprelin 5-i "Xəzər" Beynəlxalq Fondunun prezidenti, QAT-ın Ağsaqqallar Şurasının üzvü, ömrünün yarıdan çoxunu çətin və məsuliyyətli vəzifələrdə keçirən, yaşadığı şərəfli ömür yolu Azərbaycanın baş naziri kürsüsündən keçən Rəhim Hüseynovun 70 yaşı tamam oldu. Tanınmış ictimai-siyasi xadim, ağsaqqal Rəhim müəllimlə yubileyi günü görüşüb təbrik etməyi özümüzə borc bilərək, həm də bizi maraqlandıran bəzi məsələlərə münasibətini öyrənmək istədik. Necə deyərlər, "həm ziyarət, həm ticarət".

 - Rəhim müəllim! Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edirik. Bu yaşda özünüzü necə hiss edirsiniz? 70 yaşı insan ömrünün hansı çağı adlandırmaq olar?  daha geniş...

 

SOYDAŞLARIMIZ

Əlibala Əsgərov: Bizə Azərbaycanın nə pulu lazımdır, nə də humanitar yardımı

Sadəcə olaraq, bizə mənəvi dəstək olmaq,
sahib çıxmaq lazımdır

 Qəzetimizin ötən sayında sizlərə Borçalı səfərimdə Faxralıdan hazırladığım reportajı təqdim edib, həmçinin "Qeyrət" xalq hərəkatının rəhbəri Əlibala Əsgərovla görüşüm barədə anons vermişdim. Həmin  yazıdan artıq bu görüşün məqsədini bildiyiniz üçün, Əlibala müəllimlə söhbətimi birbaşa sizin nəzərinizə çatdırıram.  daha geniş...

 

GERÇƏK TARİX

 İlkin tarixi bilgilər
 Qarabağ xanlığı və Şuşa

Qarabağ - ulu babalarımızın üstündə yaşayıb yaratdıqları və bizə miras qoyub getdikləri gözəl bir diyardır. Bu yaşayış məskəni Kür və Araz çayları arasında dağları, dərələri, həm də  geniş düzənlikləri olan böyük bir ərazini əhatə edir. Zəngin bitki örtüyünə, heyvanat aləminə, yeraltı sərvətlərə malik olan bu günəşli, sulu və bərəkətli diyar onu əkib-becərən insanların ehtiyaclarını tam ödəmiş, onları zəhmətkeş, gözü-könlü tox, əliaçıq, igid, dosta sədaqətli, düşmənə qarşı amansız və sərt tərbiyə etmişdir  daha geniş...

 

DÜŞMƏN DÜŞƏRGƏSİNDƏ

Baş hərbi canilər daha geniş...

Ermənilərə dəm tutanlar daha geniş...

 

DÖYÜŞ-DÖNÜŞ

 Qarabağ partizan müharibəsi aparmaq üçün  tam yararlı bir ərazidir

 Qarabağ qazisi Cahid Ələkbərov 1967-ci ildə Şuşa şəhərində anadan olub. Şəhər işğal olunana qədər orada yaşayıb və indi də ən böyük arzusu yenidən Şuşaya qayıtmaqdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında indiki Rusiya  Federasiyasının Arxangelsk şəhərində xidmət edib. Hərbi xidməti başa vurub geri döndükdə Qarabağdakı vəziyyəti nəzərə alaraq könüllü surətdə Şuşanın müdafiəçilərinə qoşulub. İndi Cahid o dövrü belə xatırlayır: sovet ordusunun təri bədənimdə qurumamış Şuşa torpağının nəmi canıma hopdu. daha geniş...

 

MÜNASİBƏT

 "Müharibə etməyə bizim kifayət qədər maddi imkanımız var"

 Qarabağ probleminin indiyə qədər öz həllini tapmaması, uzun sürən atəşkəs rejimi Azərbaycan ictimaiyyəti arasında gərginlik yaratmaqdadır. 12 ildir atəşkəs  rejimində yaşasaq da, tez-tez ermənilər tərəfindən qanunsuz olaraq atəşkəsin pozulması, nəticədə əsgərlərimizi itirməyimiz xalqın onsuz da gərgin olan əsəblərini daha da tarıma çəkib. Bu məsələ Azərbaycan ziyalılarını hədsiz narahat edərək, onları Qarabağ probleminin həlli yollarını düşünməyə, özlüklərində müəyyən planlar "cızmağa" vadar edir. Ancaq çifayda, onlar cızdıqları planı həyata keçirə bilmir, 3-5 nəfər həmkarları ilə bölüşməyə, ya da uzaq başı hər hansı  qəzet səhifəsində ürəklərini "boşaltmağa" məcbur olurlar. daha geniş...

 

BELƏ YAŞAMAQDANSA...

  "Mən Ağdamı şəkillərdə görmüşəm"

 Bərdə rayonunda yaşayan məcburi köçkünlərin vəziyyəti daha ağır və dözülməzdir. Onlar çiy kərpicdən tikdikləri daxmalarda 10 ildən artıqdır ki, yaşayırlar. Yolüstü palçıqdan kərpic kəsən insanlarla söhbətləşdik. Onlar dedilər ki, iş yeri olmadığına görə kərpic kəsib satırıq. Ailəmizi bununla dolandırırıq. Hazırda heç bir yardım almırıq. Kərpicin hər birini 700 manata satırıq. Onlardan ayrılıb bir az getmişdik ki, qarşımıza çadır şəhərciyi çıxdı. Dözülməz şəraitdə yaşayan həmvətənlərimizi görmək necə də ağır idi. Hakimiyyətə utanc gətirən səhnədir. Gərək, ölkə prezidenti Qarabağ bölgəsinə səfər edəndə rayon mərkəzinə yox, çadır şəhərciyinə baş çəkəydi. Regionlarımız doğrudanmı sürətlə inkişaf edir? daha geniş...

 

 

Almaniyada soyqırım tədbirləri

Dəyərli, vətənpərvər soydaşlarımız Rəhmi Tüncər və İntiqam Məmmədovun təşkilatçılığı ilə martın 28-də ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımın ildönümü ilə bağlı Almaniyada tədbirlər keçirilmişdir. Tədbir Saksoniya vilayətinin Bruchausen (Visen) şəhərində düzənlənmişdir. Toplantıya Almaniyanın siyasi partiyalarının nümayəndələri, jurnalistlər, orada yaşayan azərbaycanlılar və digər millətdən olan siyasi mühacirlər qatılmışlar. Öncə iştirakçılar Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı əks etdirən sərgi ilə tanış olmuşlar. Onlara həmçinin soyqırıma, erməni vəhşiliklərinə həsr olunmuş kitablar paylanmışdır. daha geniş...

 

ICTIMAI QINAQ

 

VƏTƏNI SEVMƏK IMANDANDIR

 Allah təcavüzkarı sevməz

 Müqəddəs İslam dini bəşəriyyətdə olan bütün hadisə və olaylara özünün münasibətini açıq şəkildə bəyan etmişdir.

Bəlli olduğu kimi, İslamın və onun peyğəmbərinin tək  məqsədi kainatın əşrəfi kimi yaradılmış insanı elə kainatın  əşrəfi olacaq dərəcədə görməkdir. Ona görə də bu din insana hər şey haqqında danışır və nəyi necə etməyi ona öyrədir.

Məlumdur ki, insanların bir qisminin həqiqət yolundan azması digər qisminin həyatına hər mənada kölgə  salır. Həqiqət yolundan azmaq təbii ki, həmin qrup insanları zülmə və başqalarının haqqına təcavüzə sövq edir. Bu da nəticə etibarı ilə müharibələrə, terrora və onların izini göstərən günahsız qanların axıdılmasına yol açır. Bunun nəticəsi olaraq ərazilər işğal edilir, ocaqlar söndürülür, köməksizlərin sayı artır. Əlbəttə ki, İslam bir ilahi din olaraq bütün  bu haqsızlıqların yüzə-yüz əleyhinədir. Əgər belə olmasa idi, Müqəddəs kitabımız  Qurani Kərimdə "Allah təcavüzkarı sevməz" buyrulmazdı. daha geniş...

 

SƏRBƏDT

  Oğuzun həsrəti (poema)

 Bir gün V sinif şagirdi Oğuz nənəsi Reyhan xanıma deyir: "Nənə bir rəssam tapmaq olarmı mənim şəklimi çəkə?" Nənə cavab verir: "Gözümün işığı, sənin bir balaca boyun var və qaraca bir uşaqsan, səni çəkməyə nə var". Oğuz dedi: "Sevimli nənə. Mənim gözlərimdə Zəngilan həsrəti var. Hansı rəssam o həsrəti yox edib məni çəkə bilər? Rəssam gözümdəki həsrəti görə bilməz və məni çəkə bilməz" daha geniş...

 

ERMƏNI TERRORU

Erməni terroru
Saxtalaşdırılmış tarix mənəvi terror alətidir

Ermənilər zaman-zaman faktları saxtalaşdırmaqla özlərinə yalançı tarix yaratmışlar. Onlar məhz bu saxta tarixin əsasında region xalqlarına, o cümlədən azərbaycanlılara, türklərə, gürcülərə və hətta ruslara qarşı ərazi iddiaları irəli sürmüş, müharibələr törətmiş, qırğınlara, dağıntılara rəvac vermişlər. Tarixi faktlar birmənalı şəkildə sübut edir ki,  Cənubi Qafqaz bölgəsində 19-cu yüzilliyə qədər heç vaxt erməni ünsürü, erməni dövləti olmamışdır.  19-cu yüzilliyin əvvəllərində ruslar tərəfindən  Cənubi Qafqaza gətirilənə qədər ermənilər bu regiondan kənarda, ayrı-ayrı dövlətlərin ərazisində tayfa, sürü şəklində məskunlaşmışlar. Bu fakt hamıya bəllidir və aşağıdakı xəritələrdə əyani şəkildə  göstərilir. Bu xəritələr amerikalı yazar Feliks Sertsevadze tərəfindən hazırlanmışdır.  daha geniş...

DIQQƏT

Bu gün Ramil səfərova hökm oxunacaq!
 

BAŞ SƏHİFƏDƏ

Qarabağın təhvil verilməsi təhlükəsi  daha geniş...

MÖVQE

Əhməd Necdət Sezər -Türkiyənin prezidenti

  - Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və Türkiyə bu istiqamətdə əlindən gələn köməkliyi göstərməkdən çəkinməyəcəkdir.

 

Rəsul Quliyev - Azərbaycan
Demokrat Partiyasının sədri

 -Nə qədər ki, Azərbaycanda bu rejim mövcuddur, Qarabağ probleminin həllindən danışmağa dəyməz. "Torpaqlarımızı müharibə yolu ilə də olsa, azad edəcəyik" kimi bəyanatlar, sadəcə, fatmanisələrin qulağı üçün nəzərdə tutulub.

 

Zərdüşt Əlizadə - müstəqil politoloq

  - ABŞ heç zaman Qarabağı Azərbaycana vermək istəməyib. Rambuyedə danışıqlar stolu üstündə olmuş sənəd ölkəmizin xeyrinə olmayıb. Minsk qrupu bizim marağımızda olan sənədi ortaya qoymayıb.  daha geniş...

 

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək...

Sənədin sonuncu korrektə tarixi: 31/5/2007 - 17:33:50
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.151345