|
Azad Qarabag - #9, 22/05/2007
Qarabağ
Azadlıq Təşkilatının 2006-cı ildə fəaliyyəti
(tədbirlər,
aksiyalar, çıxışlar, bəyanatlar)
2 yanvar -
Rəy sorğusunun nəticələri ilə bağlı ANS telekanalına müsahibə verildi.
3 yanvar -
Bakı şəhəri Dərnəgül qəsəbəsində qaçqınlarla görüş keçirildi. Qarabağ Azadlıq
Təşkilatının yerli şöbəsi yaradıldı.
4 yanvar -
Bakı şəhəri Yasamal rayonunda qaçqınlarla görüş keçirildi, Qarabağ Azadlıq
Təşkilatının yerli şöbəsi yaradıldı.
5 yanvar -
Milli Qəhrəman Şirin Mirzəliyevin xatirəsi ilə bağlı Şəhidlər Xiyabanında anım
mərasimi keçirildi.
5 yanvar -
Beynəxalq Təşkilatların anti- Azərbaycan mövqeyi ilə bağlı bəyanat verildi.
5 yanvar -
Bakı şəhəri Dərnəgül qəsəbəsində qaçqınlarla görüş keçirildi.
7 yanvar –
Bakı şəhəri Dərnəgül qəsəbəsində qaçqınların iştirakı ilə geniş toplantı
keçirildi.
8 yanvar –
BDU-nun yataqxanasında qaçqınlarla görüş keçirildi.
8 yanvar –
Qarabağla bağlı hazırkı vəziyyətə dair aparıcı partiya sədrləri ilə görüşlər
keçirildi.
9 yanvar –
QAT Mərkəzi Qərargahında qaçqınların nümayəndələri ilə görüş keçirildi.
12 yanvar -
ANS ÇM radiosunda Akif Nağı iqtidar nümayəndəsi, MM-in üzvü Aydın Mirzəzadə ilə
1 saatlıq canlı efirdə çıxış etdi.
12 yanvar –
Yasamalda Texniki Universitetin yataqxanasında qaçqınlarla görüş keçirildi.
18 yanvar –
“Qarabağla bağlı təhlükəli planlar və qarşısını alma yolları” mövzusunda Dəyirmi
Masa keçirildi. Dəyirmi Masada bəyanat qəbul edildi və tədbirlər planı
razılaşdırıldı:
İctimai,
siyasi təşkilatların, ziyalıların,
qaçqın icmalarının yaxın vaxtlarda fəaliyyətinin əlaqələndirilməsinə dair
Təkliflər
-
Siyasi
partiyaların, ictimai birliklərin fəaliyyətini əlaqələndirmək üçün işçi qrupun
yaradılması.
-
Siyasi
partiyaların, ictimai birliklərin, qaçqın icmalarının, tələbələrin içərisində
əlaqə qruplarının yaradılması.
-
Diaspor
təşkilatları ilə əlaqələrin qurulması.
-
Fevralın
birinci ongünlüyündə böyük zallardan birində Forumun keçirilməsi.
-
Bölgələrdə
siyasi, ictimai qurumların, qaçqınların iştirakı ilə toplantıların
keçirilməsi.
-
Mərkəzdə və
bölgələrdə zərurət olduqda birgə aksiyaların keçirilməsi üçün razılığın əldə
olunması.
-
Kütləvi
imzatoplama kampaniyasına başlanılması.
-
Xocalı
soyqırımı ərəfəsində, fevralın 25-də birgə mitinqin keçirilməsi.
-
Dünyanın
müxtəlif yerlərində Qarabağla bağlı aksiya və digər tədbirlərin keçirilməsi.
20 ynavar –
Qarabağla bağlı ümumi mövqeni əks etdirən sənədin altında geniş imzatoplama
kompaniyasına başlanıldı.
23 yanvar –
Qarabağ Partizanlarının hüquqlarının müdafiəsi ilə bağlı bəyanat verildi.
31 yanvar –
Minsk Qrupu həmsədrlərinin Bakıya növbəti səfərinə etiraz olaraq aeroportda
etiraz aksiyası keçirildi.
1 fevral –
Minsk Qrupu həmsədrlərinin Bakıya səfərinə etiraz olaraq Xarici Işlər Nazirliyi
qarşısında aksiya keçirildi. Polis aksiyanı dağıtdı, 13 nəfər həbs olundu.
9 fevral –
QAT –ın “Azad Qarabağ” qəzetinin nəşrinə başlanıldı.
13 fevral –
Minsk Qrupu həmsədrlərinin səmərəsiz Rambuye görüşünün nəticələri ilə bağlı
bəyanat verildi.
14 fevral –
Xocalı Soyqırımının ildönümünə hazırlıqla bağlı ANS və Space telekanallarına
müsahibə verildi.
16 fevral –
Akif Nağı ANS telekanalının “Meydan” verilişində 1 saatlıq çıxış etdi.
17 fevral –
Ramil Səfərovun məhkəməsi ilə bağlı bəyanat verildi.
18 fevral –
QAT Mingəçevir şəhər şöbəsi yenidən quruldu.
18 fevral –
Natiq Həsənov Mingəçevir, Ağdaş, Yevlax, Xanlar , Bərdə, Ağdam, Tərtər, Goranboy
rayonları üzrə QAT –ın koordinatoru təyin olundu.
22 fevral –
Akif Nağı ANS ÇM radiosunun canlı efirində 1 saatlıq çıxış etdi.
23 fevral –
Akif Nağı Space radiosunda 1 saatlıq çıxış etdi.
23 fevral –
QAT Naxçıvan şöbəsi Xocalı Soyqırımının ildönümü ilə bağlı anım mərasimi
keçirdi.
25 fevral -
QAT Mingəçevir şöbəsi anım mərasimi keçirdi.
25 fevral –
QAT Gəncə şöbəsi anım mərasimi keçirdi.
26 fevral-
QAT Lənkəran şöbəsi anım mərasimi keçirdi.
26 fevral –
Bakıda “Vətən Harayı”Xocalı abidəsi ziyarət edildi.
28 fevral
– Gürcüstanda azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı bəyanat
verildi. Bəyanatda deyilir: Son vaxtlar Gürcüstanda yaşayan azərbaycanlılara,
Borçalı əhalisinə qarşı təzyiq və təqib kampaniyası ciddi şəkildə güclənmişdir.
Gürcüstan hakimiyyət nümayəndələrinin birbaşa iştirakı ilə azərbaycanlıların öz
yurdlarından, torpaqlarından çıxarılmasına cəhdlər göstərilir. Bəzi məlumatlara
görə,bu proseslər erməni əsilli gürcülər tərəfindən həyata keçirilir. Müxtəlif
vasitələrlə, pulla, şantajla azərbaycanlılara məxsus torpaq sahələri ələ
keçirilir, onlara isə torpaq payları verməkdən imtina edirlər. Etiraz etmək
istəyən azərbaycanlılara qarşı qəddar cəza tədbirləri görülür, həbsxanalara
atılırlar. Son hadisələr zamanı 14 azərbaycanlı həbs edilmişdir. Üstəlik gürcü
hüquq-mühafizə orqanlarının əməkdaşları yerdə qalanların da siyahısının
tutulduğunu və axtarıldıqlarını bildirirlər. Açıq-aydın hiss olunur ki,
Gürcüstan hakimiyyəti azərbaycanlıları həbs etməklə, onları daim tutulmaq
qorxusu altında saxlamaqla öz məqsədinə nail olmağa, onların haqq səsini boğmağa
çalışırlar. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Gürcüstan hakimiyyəti bu
hərəkətləri ilə azərbaycanlıları tam torpaqsız qoymaq, sonra isə ölkədən
tamamilə çıxarmaq məqsədi güdür. Ermənistan hakimiyyətinin qərbi
azərbaycanlılara qarşı etdiklərini indi Gürcüstan borçalıların başına gətirmək
istəyir. Bu rüsvayçı və qədddar siyasətin qarşısı alınmalıdır.
QAT
Azərbaycan hökumətindən borçalıların taleyi ilə bağlı dərhal tədbirlər
görməsini, Gürcüstan hakimiyyətinin bu yanlış siyasətinin qarşısının alınması
üçün addımlar atmasını tələb edir. Gürcüstan hakimiyyətinin bu hərəkətləri
Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vurur. Gürcüstan hakimiyyəti bu
antiazərbaycan mövqeyindən geri çəkilməsə, Azərbaycanla Gürcüstan arasında
indiki xoş münasibətlərin saxlanılmasına heç bir ehtiyac qalmayacaqdır. QAT bu
münasibətlərin pozulması üçün öz imkanları daxilində konkret addımlar atacaqdır.
4 mart –
Ramil Səfərovun işi ilə bağlı Budapeşt şəhər məhkəməsinə Macarıstan mətbuatına
müraciət göndərildi.
13 mart –
ATƏT-in erməni nümayəndələrinin Bakıda keçiriləcək tədbirə dəvətinə etiraz
olaraq bəyanat verildi.
15 mart –
Kanadadakı Azərbaycan diasporasının nümayəndələri ilə görüş keçirildi.
16 mart –
Bakıda ATƏT-in təşkilatçılığı ilə keçirilən konfransda ermənilərin iştirakına
etiraz olaraq aksiya keçirildi. Aksiya polis tərəfindən dağıdıldı, 4 nəfər həbs
olundu.
17 mart –
ABŞ-da ermənilərin siyasətinə qarşı təbliğat aparan, əslən Bakılı Feliks
Sertsevadze ilə görüş keçirildi.
28 mart –
Ramil Səfəfrovun məhkəməsi ilə bağlı Budapeşt şəhər məhkəməsinə müraciət
göndərildi.
31 mart –
“Soyqırım günü” ilə bağlı Şəhidlər Xiyabanı ziyarət edildi.
2 aprel –
Kəlbəcərin işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət edildi.
5 aprel-
Ramil Səfərova Budapeşt şəhər məhkəməsində prokuror tərəfindən “ömürlük həbs
cəzası” istənilməsinə qarşı etiraz bəyanatı verildi.
07 aprel
– QAT Ağsaqqallar Şurası Budapeşt şəhər məhkəməsində Ramil Səfəfrova qarşı
ədalətsiz qərar çıxarılması ilə bağlı Bəyanat verdi.
09 aprel
– Ramil Səfərovla bağlı ədalətsiz qərara etiraz olaraq Tərtər rayonunda aksiya
keçirildi.
11 aprel
– Akif Nağı Ictimai radioda Qarabağla bağlı çıxış etdi.
11 aprel
– Qarabağ Azadlıq Təşkilatı Ramil Səfərovla bağlı Mətbuat Konfransı keçirdi və
Bəyanat verdi. Bəyanatda deyilir.
Ramil
Səfərovun Hüquqlarını müdafiə komitəsinin
Bəyanatı
Azərbaycan
ordusunun zabiti Ramil Səfərovun işi ilə bağlı məhkəmə prosesi sona yaxınlaşır.
Heç bir şübhə yoxdur ki, Budapeşt şəhər məhkəməsi Ermənistan hakimiyyətinin və
erməni lobbisinin təsiri altındadır və məhkəmə obyektiv, ədalətli qərar qəbul
edə bilməyəcəkdir. Bu son məhkəmə prosesində birmənalı şəkildə nümayiş
etdirilmişdir. Hakim Andraş Vaskuti Ramil Səfərovu müdafiə edən tərəfin
müraciətlərini qeyd-şərtsiz rədd etmiş, obyektiv ekspertiza rəylərini, həmçinin
Ramil Səfərovun təhsil aldığı məktəblərin, o cümlədən, Budapeşt təlim mərkəzinin
müsbət xasiyyətnamələrini, onun ordu və kurs yoldaşlarının ifadələrini nəzərə
almaq istəməmişdir. Bütün bunlar bir daha göstərir ki, Budapeşt şəhər məhkəməsi
ermənilər tərəfindən ələ alınmışdır, ermənilər bu məhkəmənin vasitəsi ilə Ramil
Səfərova divan tutmaq istəyirlər.
Ramil
Səfərovun hüquqlarını müdafiə komutəsi hesab edir ki, düşmənin məkrli
niyyətlərinə yol verməmək üçün təcili və təsirli tədbirlər həyata
keçirilməlidir:
1. Azərbaycan
hakimiyyəti aprelin 13-də məhkəmə prosesinin təxirə salınması, məhkəmə heyətinin
dəyişdirilməsi üçün konkret addımlar atmalıdır.
2. Azərbaycan
Respublikası Milli Məclisinin Macarıstan parlamenti ilə əlaqə qrupu təcili
Budapeştə səfər etməli, Macarıstan parlamentində məhkəmə prosesinin müzakirəsinə
nail olmalıdır.
3. Dövlət
səviyyəsində təşkil olunmaqla, geniş tərkibdə mətbuat qrupu yaradılmalı və
təcili olaraq Budapeştə ezam olunmalıdır.
4
.Azərbaycanın Macarıstandakı səfirliyi dərhal Macarıstanın müxtəlif dövlət və
hüquq-mühafizə orqanları ilə intensiv iş aparılmasına başlamalıdır.
5. Ramil
Səfərov haqqında hansı hökmün çıxarılmasından asılı olmayaraq, onun dərhal
Azərbaycana ekstradisiya edilməsinə Azərbaycan hakimiyyəti nail olmalıdır. Ona
qarşı ediləcək hər hansı terror hərəkətinin məsuliyyəti Macarıstan
hakimiyyətinin üzərinə düşəcəkdir.Macarıstan hakimiyyəti bunu başa düşməli və
Ramil Səfərovun ekstradisiya edilməsində maraqlı olmalıdır.
13 aprel
– R.Səfərovla bağlı yürüş mitinqi keçirildi.
14 aprel
– R.Səfərovla bağlı yürüş mitinqi keçirildi.
14 aprel
– Ağsu rayonunda R.Səfərovla bağlı etiraz aksiyası keçirildi.
14 aprel
– R.Səfərovla bağlı Lənkəranda etiraz aksiyası keçirildi.
15 aprel
– R.Səfərovla bağlı Mingəçevir şəhərində etiraz aksiyası keçirildi.
15 aprel
– R.Səfərovla bağlı Bakının Dərnəgül qəsəbəsində etiraz aksiyası keçirildi.
17 aprel
– Bakıda H.Cavid prospektində R.Səfərovla bağlı yürüş keçirildi. 8 QAT üzvü o
cümlədən Akif Nağı həbs olundu.
19 aprel
– “Işğal olunmuş ərazilər günü”nün qeyd olunması ilə bağlı Milli Məclisə
müraciət olundu. Müraciətdə deyilir:
Qarabağ Azadlıq Təşkilatının
“Işğal olunmuş ərazilər günü”nün
qeyd olunması ilə əlaqədar
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova, millət vəkillərinə
Müraciəti
XIX
əsrin sonlarından başlayaraq Azərbaycan xalqı daim
ermənilərin
ərazi iddialarına, terroruna,
hücumlarına
məruz qalmışdır.
Cənubi Qafqaz,
o cümlədən
Azərbaycan ermənilərin
məskunlaşdığı ərazi olmamışdır.
Onlar bu ərazilərə XIX
əsrin əvvəllərindən etibarən
rus çarizmi
tərəfindən köçürmüşlər.
Onlar bu ərazilərdə
möhkəmləndikdən
sonra yerli əhaliyə,
birinci növbədə azərbaycanlılara
qarşı ərazi iddiaları ilə çıxış etməyə,
təxribat,
terror və digər
üsullardan istifadə
edərək azərbaycanlıları öz torpaqlarından
çıxartmağa
başlamışlar.
Bu işdə onlar Rusiya və
bir sıra digər xarici dövlətlərin
köməyi
ilə yaratdıqları
terrorçu
təşkilatlarından,
quldur dəstələrindən
istifadə
etmiş
və bu gün də istifadə
edirlər.
Erməni
işğalçılarının 1905-1906,
1918-1920, 1948-1951, 1988-ci
ildən başlayaraq Azərbaycan xalqına qarşı
törətdikləri
cinayətlərin,
hərbi basqıların kökündə
ərazi iddialarından başqa bir şey dayanmır.
1918-ci ildə Cənubi
Qafqazın əsas xalqları –
azərbaycanlılar və gürcülər öz
müstəqilliklərini
elan etdilər.
Onlarla birlikdə ermənilər
də öz müstəqilliyini
elan etdi,
lakin erməni
dövlətinin
yaradılması
üçün erməni
əhalisinin toplum
halında yaşadığı bir
ərazi yox idi.
Həmin
dövrdə Antanta
dövlətlərinin
təkidi ilə əksəriyyət
etibarı
ilə azərbaycanlıların yaşadığı İrəvan qəzasının bir hissəsi,
9 min kvadrat
kilometrlik
ərazi Azərbaycan Demokratik
Respublikasının rəhbərliyi tərəfindən
öz dövlətini
yaratmaq
üçün ermənilərə
verildi.
1920-ci
ildə Sovet
Rusiyası ermənilərin
ərazi iddialarının reallaşdırılması
üçün daha əlverişli şərait
yaratdı.
Nəticədə
qondarma
«Ermənistan
Sovet
Respublikası»nın
ərazisi Azərbaycan torpaqlarının
hesabına 30 min
kvadrat
kilometrə
çatdırıldı.
Bu faktlar
əyani şəkildə göstərir
ki,
Cənubi Qafqazda erməni
torpağı olmamışdır
və erməni
dövləti
Azərbaycanın tarixi
torpaqlarında yaradılmışdır.
1988-ci
ildə Ermənistan
Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürmüş
və Azərbaycan torpaqlarına
hərbi müdaxilə
həyata
keçirmişdir.
Bu
müdaxilə nəticəsində
Azərbaycanın 14 min
kvadrat
kilometrlik
ərazisi işğal olunmuşdur.
1992-ci il
mayın
8-də Ermənistan
silahlı qüvvələri tərəfindən
Şuşanın işğalı Azərbaycan xalqı üçün daha ağır,
sarsıdıcı zərbə olmuşdur.
Şuşa Azərbaycan xalıqının
qədim tarixini,
mədəniyyətini,
mənəviyyatını
özündə əks etdirən
bir simvoldur.
Şuşaya qəsd etməklə
ermənilər
doymaq
bilməyən
ilhaqçılıq iddialarının son həddinə çatmışlar.
Şuşanın,
həmçinin
son dövrdə digər ərazilərimizin
işğalı başqa amillərlə
yanaşı,
həm
də daha çox unutqanlığımızın,
hər dəfə düşmənə
hər şeyi bağışlamağımızın
nəticəsidir.
Bütün
bunları nəzərə alaraq,
Qarabağ Azadlıq
Təşkilatı
dəfələrlə Azərbaycan xalqına,
ictimai,
siyasi qurumlara,
dövlət
orqanlarına
müraciət
edərək,
Şuşanın işğalı
- 8 may gününün
«İşğal
olunmuş
ərazilər günü»
kimi
qeyd olunmasını
təklif etmişdir.
İşğal olunmuş
ərazilər dedikdə bu gün işğal altında
olan bütün
Azərbaycan torpaqları,
o cümlədən
İrəvan,
Göyçə,
Zəngəzur,
Qarabağ və digər ərazilər
nəzərdə tutulur.
Bu günün qeyd olunması
Azərbaycan xalqının qan yaddaşının
möhkəmləndirilməsinə,
işğal altında
olan torpaqlarımızın
azad edilməsinə,
düşmənlərimizin
daha məkrli
niyyətlərinin
qarşısının alınmasına
yönəlmişdir.
«İşğal
olunmuş
ərazilər günü»
haqqında qanunun qəbul
olunması,
bu
tarixin
müxtəlif
tədbirlər,
aksiyalarla qeyd olunması,
uyğun izahat
və
təbliğat
işinin aparılması
üçün hər birinizin yardımçı
olmağınızı,
birlikdə konkret
addımlar
atmağınızı,
ümumi
Qarabağ hərəkatında
fəal iştirakınızı
xahiş edirik.
20 aprel
– Işğal olunmuş ərazilər günü ilə bağlı ANS telekanalında Akif Nağı çıxış etdi.
20 aprel
– QAT sədrinin müavini Şahin Tağıyev Hollandiyanın Amsterdam şəhərində görüşlər
keçirtdi. Oradan QAT-ın yerli şöbəsinin təşəbbüs qrupu yaradıldı.
24 aprel
– QAT Gənclər Şurasının üzvü R.Səfərovla bağlı yürüş mitinqi keçirməyə cəhd
göstərdilər. Yürüş polis tərəfindən dağıdıldı.
25 aprel
– Milli Məclisdə QAT –ın işğal olunmuş ərazilər günü ilə bağlı müraciəti
müzakirə olundu.
04 may
– QAT Ağsaqqallar Şurasının bir qrup üzvü Milli Məclisin deputatı, Azərbaycan
Macarıstan dostluq qrupunun rəhbəri Xanhüseyn Kazımlı ilə görüşdülər. Görüşdə
R.Səfərovun birgə müdafiə olunması üçün təkliflər verildi.
08 may
– Şuşanın işğal günüdə Şəhidlər Xiyabanı ziyarət olundu, anım mərasimi
keçirildi.
08 may
– Ağsu, Mingəçevir, Şəki, Lənkəran və digər rayonlarda Şuşanın işğal günü ilə
bağlı anım mərasimləri keçirildi.
08 may
– Akif Nağı Ictimai Televiziyada Qarabağ məsələsinin həlli yollarına dair çıxış
etdi.
12 may
– Akif Nağı ANS Telekanalında “CƏM” verilişində çıxış etdi.
18 may
– Laçının işğal günü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olundu, anım mərasimi
keçirildi.
23 may
– Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərinə qarşı etiraz Bəyanatı verildi.
Bəyanatda deyilir:
Qarabağ Azadlıq Təşkilatının
Bəyanatı
Minsk Qrupu həmsədrlərinin
yüksək səviyyəli diplomatlarla birlikdə bölgəyə növbəti səfəri Azərbaycanın
təslimçi sülhə məcbur edilməsinə yönəlmişdir. Beynəlxalq təşkilatlar, ayrı-ayrı
dövlətlər Azərbaycan hakimiyyətinin öz torpaqlarını işğaldan azad etmək üçün
qətiyyət göstərməməsindən istifadə edərək, işğalçı Ermənistanın iddialarının
reallaşdırılması istiqamətində çalışırlar. Azərbaycana təklif olunan “ sülh
variantı” Azərbayacanın bu günə qədər işğal altında saxlanılan rayonlarından beş
yaxud altısının heç nə olmamış kimi geri qaytarılması və bunun müqabilində
“Dağlıq Qarabağa” aralıq statusu verməklə, həmçinin bölgəyə “sülhməramlı”
qüvvələri yerləşdirməklə Dağlıq Qarabağın Laçın və digər ərazilərlə birlikdə
həmişəlik və həm də hüquqi cəhətdən Azərbaycanın nəzarətindən çıxarılmasını
nəzərdə tutur.
Minsk Qrupunun həmsədr
ölkələri həmişə ermənipərəst mövqe tutmaqla bu antiazərbaycan xəttini həyata
keçirməyə çalışmışlar. Bu günlərdə ABŞ Konqresi işğalçı Ermənistanı himayə
etdiyini bir daha nümayiş etdirmişdir. Bu qurum 2007-ci il üçün işğalçı
Ermənistana 62 milyon, onun işğal olunmuş ərazilərdə yaratdığı qondarma “rejimə”
isə 5 milyon dollar həcmində hərbi yardım ayrılmasını təklif etmişdir. Rusiya
isə işğalçı Ermənistanla hərbi əməkdaşlığını genişləndirərək Gürcüstandan
çıxarılan silah, sürsat və texnikanı birbaşa Ermənistana göndərir, üstəlik bu
prosesi Azərbaycanın ərazisindən keçirməkdən də çəkinmir. Fransa parlamenti
açıq-aşkar ermənipərəst mövqedə qalaraq, Türkiyənin kəskin etirazlarından sonra
rüsvayçı qanun layihəsinin müzakirəsini hələlik yalnız təxirə saldı.
Bütün bunlardan sonra
Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsi, Azərbaycan cəmiyyətinin,
hakimiyyətinin bu qurumun fəaliyyətindən hansısa müsbət nəticəni gözləməsi
absurddur. Qarabağ Azadlıq Təşkilatı bir daha Minsk Qrupu həmsədrlərinin
ermənipərəst fəaliyyətinin dayandırılmasını, onların bölgəyə səfərlərinə son
qoyulmasını tələb edir. Bu gün Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə rəvac
verən hakimiyyət strukturları hər hansı digər qurum Azərbaycanın milli
maraqlarına xəyanət mövqeyində dayanır. Biz bu xəyanətkar xəttin həyata
keçirilməsinə imkan verməyəcəyik. Baş verəcək hadisələrin məsuliyyəti beynəlxalq
təşkilatların və Azərbaycanın hakimiyyətinin üzərinə düşəcəkdir.
25 may
– “Qrabağ dünən, bu gün və sabah” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Konfransın materialı əsasında buraxılmış kitabın təqdimatı oldu.
29 may
– Ermənistan Müdafiə Nazirinin nümayəndəliyinin Bakıda keçirilən beynəlxalq
toplantıya qatılmaq cəhdinə qarşı Bəyanat verildi. Ermənilər tədbirə gəlmədilər.
12 iyun
– “Uğurlu döyüş əməliyyatı”nın ildönümünə həsr olunmuş Dəyirmi Masa keçirildi.
Dəyirmi Masada qəbul edilmiş sənəddə deyilir.
Qarabağ
Azadlıq Təşkilatının 12 iyun- uğurlu döyüş
əməliyyatlarının ildönümü ilə əlaqədar “Peşəkar ordu:
problemlər və perspektivlər” mövzusunda
keçirdiyi Dəyirmi Masa iştirakçılarının
Bəyanatı
Torpaqları
işğal altında olan Azərbaycan üçün ordu quruculuğu xüsusi əhəmiyyət kəsb edir.
Lakin müdafiə nazirliyinin dəfələrlə verdiyi optimist bəyanatlara baxmayaraq, bu
sahədə ciddi islahatların aparıldığı hiss olunmur. Peşəkar və yaxud müqaviləli
orduya keçidlə bağlı hər hansı addımın atılmaması, hətta müzakirə olunmaması
daha ciddi narahatlıq doğurur. Dünya praktikasından məlumdur ki, peşəkar və
yaxud müqaviləli ordu daha çevik, mobil və səmərəli fəaliyyət göstərə, az
itgilərlə daha çox nəticələrə nail ola bilir. ABŞ və Avropanın bir sıra
ölkələrində peşəkar ordu sisteminə keçilmişdir, yaxın qonşularımızdan Rusiya,
Iran, Türkiyə qismən müqaviləli ordu sistemini tətbiq edirlər. Gürcüstanda
müqaviləli orduya keçid artıq başlanmış və bu prosesin 2009-cu ildə başa
çatdırılması nəzərdə tutulmuşdur. Iqtisadi cəhətdən çətinliklər içərisində olan
işğalçı Ermənistan da ilk addımları atmışdır. Azərbaycanda isə, bəzi məlumatlara
görə yalnız 2010-cu ildə müqaviləli orduya keçidlə bağlı ilkin müzakirələrə
başlamaq istəyirlər. Bu cür münasibət yolverilməzdir. Peşəkar və yaxud
müqaviləli ordunun yaradılması üçün maliyyə imkanlarının əsas olduğunu nəzərə
almaqla, Azərbaycan bu prosesi daha tez başlaya bilər və bu günə qədər bu
istiqamətdə konkret addımların atılmaması bağışlanılmaz səhvdir.
Birinci
Qarabağ müharibəsi dövüründə Azərbaycan ordusunun bir sıra uğurla əməliyyatları
olmuşdur. O cümlədən, 1992-ci il iyunun 12-də başlayan geniş miqyaslı hərbi
əməliyyatlar ordumuzun qalib gəlmək gücünü, komandirlərmizin və əsgərlərmizin
döyüş bacarığı və rəşadətini nümayiş etdirmişdir. Birinci Qarabağ müharibəsinin
təcrübəsi də peşəkar və yaxud müqaviləli orduya keçidin zəruriliyini təsdiq
edir.
Bütün
bunları nəzərə alaraq Dəyirmi Masa iştirakçıları hesab edirlər:
1. Birinci
Qarabağ müharibəsinin uğurlu döyüş əməliyyatlarının cəmiyyətdə təbliğ
edilməsinə, ölkədə döyüş, vətənpərvərlik əhval-ruhiyyəsinin gücləndirilməsinə,
işğalçı Ermənistana qarşı barışmaz mövqenin formalaşdırılmasına xüsusi diqqət
yetirilməlidir.
2.Peşəkar
və yaxud müqaviləli orduya keçidlə bağlı dövlət səviyyəsində fəaliyyət proqramı
hazırlanmalı və ləngimədən konkret addımlar atılmalıdır.
3.
Milli Məclis tərəfindən peşəkar ordu haqqında qanun layihəsi hazırlanmalı,
müzakirə olunmalı və qəbul edilməlidir.
4.
Peşəkar və yaxud müqaviləli ordunun yaradılması prosesinə Birinci Qarabağ
müharibəsində iştirak etmiş təcrübəli zabitlər cəlb olunmalıdır.
5.
Peşəkar ordunun yaradılmasının zəruriliyi ilə bağlı ictimai müzakirələr davam
etdirilməlidir.
16 iyun
– Işğal olunmuş ərazilərdə törədilən yanğınlara qarşı Bəyanat verildi.
21 iyun
– Minsk Qrupu tərəfindən Azərbaycanın maraqlarına zidd olan danışıqların
dayandırılası tələbi ilə Bəyanat verildi.
23 iyun
– QAT –ın təşəbbüsü ilə bir sıra QHT-nın və deputatların daxil olduğu işçi qrupu
yaradıldı. Işçi qrup hərbi qanunvericiliyin təmilləşdirilməsinə dair təkliflər
hazırlayır.
24 iyun
– Amerikalı həmsədr Metyu Brayzanın antiazərbaycan mövqeyi ilə bağli bəyanat
verildi.
24 iyun
– Akif Nağı Ictimai Televiziyada çıxış etdi.
28 iyun
– Minsk qrupu həmsədrlərinin və Ermənistan Xarici Işlər Nazirliyinin Azərbaycana
qarşı yönəlmiş açıqlamalarına qarşı Azərbaycan xalqına müraciət edildi.
04 iyul
– Akif Nağı ANS telekanalında çıxış etdi.
18 iyul
– Izrailin Livana hücumlarına etiraz olaraq Bəyanat verildi.
23 iyul
– Ağdamın işğal günü ilə bağlı Şəhidlar Xiyabanı ziyarət olundu, anım mərasimi
keçirildi.
28 iyul
– Akif Nağı Ictimai Radioda çıxış etdi.
30 iyul
– Minsk Qrupu həmsədrlərinin yeni təklifləri ilə bağlı Akif Nağı palitoloq Eldar
Namazova qarşı ANS telekanalının “Nəzər Nöqtəsi”ndə çıxış etdi.
31 iyul
– Bir qrup Qeyri Hökümət Təşkilatının nümayəndəsinin Xankəndinə səfərinə etiraz
bəyanatı verildi.
31 iyul
– Ictimai Televiziyada Akif Nağı çıxış etdi.
1 avqust
– Akif Nağı Ictimai Televiziyada çıxış etdi.
6 avqust
– Akif Nağı Ictimai Televiziyada çıxış etdi.
23 avqust
– Fizuli və Cəbrayılın işğal günü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olundu,
anım mərasimi keçirildi.
28 avqust
– Akif Nağı Ictimai Televiziyada çıxış etdi.
29 avqust
– QAT Ağsaqqallar Şurasının bir qrup üzvü Islam Konfransı Təşkilatına üzv olan
ölkələrin dövlət başçılarına Müraciət göndərdilər. Müraciətdə deyilir:
Qarabağ
Azadlıq Təşkilatı
Məlumat
Qarabağ
Azadlıq Təşkilatı Ağsaqqalar Şurasının üzvləri Islam Konfransı Təşkilatına üzv
olan ölkələrin, o cümlədən Pakistan, Türkiyə, Iran, Iraq, Liviya, Səudiyyə
Ərəbistanı Qazaxstanı, Özbəkistan, Misir və digər ölkələrin dövlət başçılarına
müraciət unvanlamışlar. Müraciət bu gun həmin ölkələrin səfirliklərinə
göndərilmiş, eyni zamanda səfirlərdən görüşüb müzakirələrin aparılması xahiş
olunmuşdur. QAT Ağsaqqalar Şurasının üzvləri eyni zamanda ölkə prezidenti Ilham
Əliyevə, Xarici Işlər naziri Elmar Məmmədyarova, Şeyxülislam Allahşükür
Paşazadəyə müraciət edərək, bu təşəbbüsə təşkilatı və mənəvi dəstək vermələrini
xahiş etmişlər. Müraciətdə deyilir:
Bütün
dünyanın gözləri qarşısında Ermənistan Azərbaycanın ərzailərini zəbt edərək hələ
də işğal altında saxlayır. Azərbaycanın 14 min kv kilometrlik ərazisi, bu
ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, yüzlərlə məsçid və məbədlər, tarix,
mədəniyyət abidələri, sənaye və kənd təsərrüfatı müəssisələri, elm və təhsil
ocaqları Islama düşmən olanların işğalı altındadır. Erməni işğalı nəticəsində 1
milyondan artıq insan öz yurdlarından çıxarılaraq məcburi köçkün və qaçqın
vəziyyətinə salınmışdır, onların xeyli hissəsi hələ də çadır düşərgələrində, yük
vaqonlarında, yararsız binalarda dözülməz şəraitdə, ağır ehtiyac içərisində
yaşayırlar.
Biz
Islam Konfransı Təşkilatına üzv olan ölkələrdən daha ciddi yardım və real
addımlar gözləyirik. Biz Sizin dövlətinizin və bütövlükdə Islam Konfransı
Təşkilatının Ermənistanın təcavüzü nəticəsində yaranmış Qarabağ məsələsinin
həlli istiqamətində səylərinizi və mövqeyinizi yüksək qiymətləndiririk. Lakin
eyni zamanda bu səylərin real nəticə verməsi və Sizin mövqeyinizin işğalçı
Ermənistan tərəfindən nəzərə alınması, işğalçı dövlətin sərt mövqe ilə
hesablaşmaq məcburiyyətində qalması üçün daha kəskin və praktiki addımların
atılmasını gözləyirik. Biz hesab edirik ki, Islam Konfransı Təşkilatına üzv olan
hər bir ölkə bu Təşkilatın və BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı
hərəkətləri ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə uyğun olaraq, işğalçı
Ermənistanla siyasi, iqtisadi, mədəni və bütün digər əlaqələri kəsməli,
Ermənistanın beynəlxalq aləmdə təcrid olunmasına çalışmalı, işğalçı Ermənistana
qarşı beynəlxalq təşkilatlar tərəfindən sanksiyaların tətbiq edilməsinə nail
olmalı, Azərbaycanın işğalçı Ermənistana qarşı mübarizəsinə həmrəylik nümayiş
etdirməlidir. Erməni işğalçılığı və terroru təkcə Azərbaycan üçün deyil, bütün
dünya və birinci növbədə Islam dünyası üçün təhlükəlidir. Işğala və terrora
qarşı bütün gücümüzü və səylərinizi birləşdirməliyik.
Biz ilk
konkret addım kimi Islam Konfransı Təşkilatının Qarabağ məsələsinə həsr olunmuş
yüksək səviyyədə xüsusi toplantısının keçirilməsini və həmin toplantıda geniş
müzakirələr nəticəsində işğalçı Ermənistana qarşı tətbiq ediləcək qəti
tədbirlərin müəyyənləşdirilməsini təklif edir və bu Zirvə toplantısının həyata
keçirilməsi üçün öz tərəfinizdən təşəbbüs və yardım göstərməyinizi xahiş edirik.
Allah
haqq yolunda olan bütün insanlara, xalqlara və dövlətlərə kömək olsun.
Hörmətlə:
Qarabağ Azadlıq Təşkilatı Ağsaqqallar Şurasının üzvləri:
-
Rəhim
Hüseynov, Azərbaycan Respublikasının sabiq Baş Naziri, Beynəlxalq “Xəzər”
fondunun prezidenti, Ümumdünya Sülh Federasiyasının üzvü
-
Yaqub
Məmmədov, Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədri, tibb elmləri
doktoru, professor
-
Midhət
Abbasov, Azərbaycan Respublikası sabiq dövlət katibi, Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının,
Beynəlxalq Təbiət və Cəmiyyət Elmləri Akademiyasının üzvü, keçmiş SSRI Elmlər
Akademiyasının və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri
doktoru, professor
-
Cəlal
Allahverdiyev, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi
üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Dövlət mükafatı laureatı,
əməkdar elm xadimi, Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü
-
Asif
Məmmədov, Qarabağ Azadlıq Təşkilatının Icraçı katibi
-
Telman
Əliyev, Texnika elmləri doktoru, professor, “Dünyanın Intellektual Lideri”
qızıl medalı laureatı, Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü, Ukrayna
Inşaat Akademiyasının həqiqi üzvü
-
Teymur
Novruzov, Texnika elmləri namizədi, dosent, publisist, Ekoenergetika
Akademiyasının üzvü
-
Firidun
Cəlilov, Azərbaycan Respublikası sabiq Təhsil Naziri, sabiq Millət vəkili,
Filologiya Elmləri doktoru, professor
-
Mürşüd
Məmmədli, sabiq Millət vəkili, Filologiya elmləri namizədi, dosent
-
Əhəd
Ibrahimov, Texnika elmləri doktoru, professor
-
Ixtiyar
Bəxtyarlı, Kimya Elmləri doktoru, professor
-
Allahverdi
Nuriyev, Azərbaycan Respublikası Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin sədri
-
Yusif
Qəmbərov, Texnika elmləri doktoru, professor
-
Hacı Əbdül
Mahmudbəyov, Kinorejissor, aktyor, Azərbaycan Respublikası Dövlət Mükafatı
laureatı
-
Əlibala
Məmmədov, yazıçı, publisist
-
Allahverdi
Orucov, texnika elmləri namizədi, dosent Texniki Universitetin sabiq rektoru
31 avqust
– Qubadlının işğal günü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olundu və anım
mərasimi keçirildi.
01 sentyabr
– Akif nağı Ictimai Televiziyada çıxış etdi.
02 sentyabr
– Akif Nağı ANS telekanalında çıxış etdi.
03 sentyabr
– Akif Nağı ANS telekanalının “Həftə sonu” analitik verilişində amerikalı
həmsədr Metyu Brayzanın antiazərbaycan mövqeyini tənqid etdi.
04 sentyabr
– Qarabağ Azadlıq Təşkilatı Idarə Heyətinin üzvü Gültəkin Quliyeva ANS
radiosunda çıxış etdi.
09 sentyabr
– Bir qrup azərbaycanlı hüquq müdafiəçilənin Ermənistana səfərinə etiraz
bəyanatı verdilər.
12 sentyabr
– Avropa Şurası Parlament Assambleyasının prezidendi Rene Vander Lindenin
antiazərbaycan mövqeyinə qarşı Bəyanat verildi. Bəyanatda deyilir:
Qarabağ Azadlıq Təşkilatının
Bəyanatı
Avropa Şurası
Parlament Assambleyasının prezidenti Rene Vander Linden son açıqlaması ilə
növbəti dəfə ikili standartlar mövqeyindən çıxış etmişdir. AŞPA prezidenti
Avropa Şurası üzvünün hətta müdafiə məqsədi ilə, yaxud qanunda nəzərdə tutduğu
hallarda da müharibəyə başlamasına qadağa qoyur və üstəlik Avropa Şurasından
xaric edəcəkləri ilə hədələyir. Bu açıqlamanın ilk növbədə torpaqları işğal
altında olan Azərbaycana qarşı yönəldiyi heç kəs üçün sirr deyil. Qarabağ
Azadlıq Təşkilatı bu cür qeyri-obyektiv və işğalçı Ermənistanın himayə
olunmasına yönəlmiş mövqeni rədd edir. Bu mövqedən çıxış edən beynəlxalq
təşkilat Azərbaycanın ərazilərini hərbi müdaxilə yolu ilə zəbt edib hələ də
işğal altında saxlayan Ermənistanı öz sıralarından dərhal xaric etməli idi. Əgər
bu baş verməyibsə, AŞPA prezidentinin bəyanatının heç bir əhəmiyyəti yoxdur.
Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Avropa Şurası işğalçı Ermənistan
təşkilatının sıralarından çıxarılması haqda qərar qəbul etməlidir. Əks halda bu
Təşkilatın Azərbaycana qarşı hər hansı qadağalar qoymağa haqqı yoxdur. AŞPA
prezidentinin qanunlara, beynəlxalq normalara sayğısızlıq göstərməsinə
baxmayaraq, hələki BMT Nizamnaməsini heç kəs ləğv etməmişdir. Azərbaycan BMT
Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, zəruri müdafiə hüququndan istifadə
edərək işğal altındakı ərazilərini hərbi yolla azad etməlidir.
18 senytabr
|