Bu gün: 12 May 2008, Bazar ertəsi

 

 
 
 

 

Новая страница 1

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən başlayaraq hər il 28 may – Respublika günü ərəfəsində “Qarabağ dünən, bu gün və sabah” mövzusunda elmi – praktiki konfrans keçirilir. Bu il 5-ci belə konfrans keçirilmişdir. Hər dəfə konfransın materialları kitab şəklində nəşr olunur. Konfransın işində Azərbaycanda və kənarda yaşayan mütəxəssislər iştirak edirlər. Indi konfransın elektron versiyaları hazır olan buraxılışlarını sizə təqdim edirik. Materiallar müəlliflərin yazdıqları dillərdə təqdim olunur.


QARABAĞ AZADLIQ TƏŞKİLATI

 “Qarabağ dünən, bu gün və sabah”

1-ci Ümumrespublika elmi-əməli konfransı

T E Z İ S L Ə R

Bakı – “Şuşa” – 2002

Q 08 (2002)

 Redaksiya heyəti: Ə.Abbasov, fəlsəfə e.d; A.Balayev, tarix e.d;
 R.Xudiyev, tarix e.n; A.Tağızadəf.- r.e.n.,

 M.Əfəndiyev , Ş.Mehdi

Nəşrin redaktoru: Qərib Əli-Rəhim oğlu Qarannı

QAT (Qarabağ Azadlıq Təşkilatı)

“Qarabağ dünən, bu gün və sabah” // 1-ci Ümumrespublika elmi-əməli konfransının tezislər toplusu. – Bakı; “Şuşa” nəşriyyatı, 2002. – 192 səh.

Buraxılış Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar 2002-ci il 24-25 mayda keçirilən “Qarabağ dünən, bu gün və sabah” 1-ci Ümumrespublika elmi-əməli konfransının məruzə və çıxışlarının tezislərini əhatə edir.

This edition covers theses of lectures and speeches of scientific-practical conference “Karabakh yesterday, today and tomorrow”, which was held on May 24-25, 2002, concerning to settlement of Azerbaijan-Armenia war.

Q 051 (L-41)

051-08 (113)-2002 qrifli nəşr

  Qarabağ Azadlıq Təşkilatı, 2002.


 Qarabağ Azadlıq Təşkilatı Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (“Soros fondu”) Azərbaycan nümayəndəliyinin “Qarabağ dünən, bu gün və sabah” – 1-ci Ümumrespublika elmi-əməli konfransını keçirmək və onun materiallarını nəşr etmək üçün maddi dəstək verdiyni minnətdarlıqla qeyd edir və təşəkkürünü bildirir.


Redaksiyadan

Bu nəşrdə “Qarabağ dünən, bugün və sabah” mövzusunda I Ümumrespublika elmi-əməli konfransın tezisləri dərc olunmuşdur. Konfrans Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və onun birbaşa təcavüzü nəticəsində yaranmış Azərbaycan - Ermənistan müharibəsinə həsr olunmuşdur.

Bu konfrans Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə 24-25 may 2002-ci il tarixdə Bakı şəhərində keçirilir.

Təqdim olunan materiallar Qarabağın tarixi, mədəniyyəti, iqtisadiyyatı, ekologiyası ilə bağlı məsələləri, Ermənistanın dəstək verdiyi terrorçu və separatçı təşkilatların fəaliyyəti haqqında məlumatları, həmçinin Azərbaycan - Ermənistan münaqişəsinin həlli perspektivlərinə dair müxtəlif baxışları əhatə edir.

Tarixçi, filosof, iqtisadçı, etnoqraf, hüquqşünas, ekoloq, psixoloq, politoloqların, siyasi partiya və ictimai təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən konfransın məqsədi Azərbaycan - Ermənistan münaqişəsinin yaranmasının kökləri və həlli perspektivləri haqqında beynəlxalq ictimaiyyətə məlumatlandırmaqdan, həmçinin bu taleyüklü problemə dair ədalətli və reallığa uyğun ümumi mövqe formalaş­dırmaqdan ibarətdir.

 QAT bu cür elmi-əməli konfransların, dəyirmi masa, diskussiya və müzakirələrin bundan sonra da, o cümlədən beynəlxalq səviyyədə keçirmək niyyətindədir.

От редакции

 В этом издании опубликованы тезисы докладов I-ой Общереспубликанской научно-практической конференции Карабах вчера, сегодня и завтра, посвященной Азер­байджано-армянской войне, возникшей в результате территориальных претензий Армении к Азербайджану и ее прямой агрессии.

Эта конфе­ренция проводится по инициативе Организации Освобождения Карабаха, при поддержке Фонда Сороса, в Баку 24-25 Мая 2002 года.

Представленные материалы охватывают вопросы по истории, культуре, экономике, экологии Карабаха, данные о деятельности террористических и сепаратистких орга­низаций, поддерживаемых Арменией, а также различные взгляды на перспективы решения Азербайджано-армян­ского конфликта.

Конференция, проводимая с участием историков, эконо­мистов, этнографов, философов, юристов, экологов, психо­логов, политологов, а также представителей политических партий и общественных организаций преследует своей целью информирование международной общественности о корнях возникновения и перспективах разрешения Азербайджано-армянского конфликта, а также форми­рование общей, справедливой и реалистичной пози­ции по этой жизненно важной проблеме.

ООК намерена продолжить практику подобных научно-практических конференций, круглых столов, дискуссий и обсуждений, в том числе и на международном уровне.

From Editorial

Theses of reports of the 1st Commonrepublican scientific-practical conference “Karabakh yesterday, today and tomorrow”, dedicated to Azerbaijan-Armenia war, arising from territorial claim and realizing aggression to Azerbaijan by Armenia, were published in this edition.

This conference is held on initiative of Organization of Karabakh Liberation and supported by Soros Fond, on May 24-25, 2002.

Materials cover problems about history, culture, economics, ecology of Karabakh, facts about activities of terrorist and separatist organizations, supporting by Armenia and different views of Azerbaijan-Armenia conflict.

The scientific-practical conference, in which participated historians, economists, ethnographers, philosophers, lawyers, ecologists, psychologists, political scientists and also representatives of political parties and public organizations, has a goal to inform international public opinion about the root of origin and perspectives of settlement of Azerbaijan-Armenia conflict and also to form common, fair and real position on this vital problem.

OKL has an intention to continue the experience of holding scientific-practical conferences, round-tables, discussions and also in international level.


Mündəricat

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 2 ... 52

Sənədin sonuncu korrektə tarixi: 29/9/2006 - 8:33:14
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.848264