|
Əli Haqverdiyev
Əli Haqverdiyev
Qarabağın
qədim tarixindən
Qarabağ
dünyanın insan yaşayışı üçün ən əlverişli, ən qədim zonalarından biridir. Buna
görədir ki, dünyanın ən qədim insan məskənlərindən biri Qarabağ ərazisində aşkar
edilmişdir. Bu ərazidəki Azıx və Tağlar mağaraları paleoloit dövrünün
abidələridir. Azıx mağarasında aparılan qazıntılar Qarabağ ərazisində insanın 1
milyon 200 min il əvvəldən yaşadığını təsdiqləyir. Min illər Quruçay dərəsindəki
mağaralarda düşərgə salıb yaşayan insanlar burada özlərinə məxsus mədəniyyət
yaratmışdılar ki, o da arxeoloji mədəniyyətlərdən biri olan “ Quruçay arxeoliji
mədəniyyəti”dir.
Quruçay
mədəniyyətinin varisləri Qarabağ ərazisində mezolit və neolit dövründə də
özlərinə məxsus maddi-mədəniyyət yaratmışdılar. Burada yaşamış əhalinin neolit
dövründə ovçuluqdan maldarlığa, yığıcılıqdan əkinçiliyə keçməsi ilə mənimsəmə
təsərrüfatı istehsal təsərrüfatı ilə əvəz edilmişdi. Lakin mezolit və neolit
dövrü Qarabağ regionunda zəif öyrənilmişdir.
E.ə. VI
- V minilliklərdə Qarabağ ərazisində yaşayan qəbilə və tayfalar ilk dəfə metalla
– mislə tanış olmuşlar. Qarabağın dağlıq hissəsində mis yataqlarının geniş
yayılması Azərbaycan ərazisində mislə ilk tahışlığın burada baş verdiyini
söyləməyə əsas verir. Qarabağ ərazisində aşkar edilmiş çoxlu və zəngin abidələr
tunc dövründə burada əhalinin sıx yaşamasından xəbər verir. Qarabağ ərazisində
tunc dövrü abidələri içərisində Füzulidə Qaraköpəktəpə, Ağdamda Üzərliktəpə,
Xocalıda Xocalı abidələri öz zənginliyi və möhtəşəmliyi ilə fərqlənirlər.
Qarabağ ərazisində bir sıra qəbir abidələri - kurqanlar, torpaq və daş qutu
qəbirlər və s. də tədqiq edilmişdir. Qarabağ Qafqazda ən mühüm metallurgiya və
dulusçuluq mərkəzlərdən biridi. Üzərliktəpə abidəsinin tədqiqi bu regionda şəhər
mədəniyyəti izlərinin tunc dövründən meydana çıxdığını söyləməyə əsas verir.
Əkinçilik və maldarlıq təssərtüfatında bir sıra yeniliklər baş vermiş, yeni
sahələr - üzümçülük və bağçılıq təsərrüfatları yaranmış, süni suvarmadan
istifadə edilmişdi. Maldarlıq əkinçilikdən ayrılmış və yaylaq-qışlaq maldarlıq
forması yaranmışdı. Qarabağın dağlıq ərazisində yaşayış genişlənmiş və burada
daimi yaşayış yerləri meydana gəlmişdi.
Tunc
dövründə Azərbaycanda yaranmış üç büyük arxeoloji mədəniyyətin biri də Qarabağ
ərazisində formaıaşmış “Xocalı-Gədəbəy mədəniyyəti”dir. Bu mədəniyyətlərin
formalaşması həmin ərazidəki əhalinin etnik konsolidasiya prossesində olmasının
əlamətidir. Qarabağ ərazisində bu prosses tunc dövründə başlamışdır.
E.ə. I
minillikdə Qədim Şərqin Assuriya, Urartu, Midiya, Əhəmənilər kimi güclü
dövlətlər Azərbaycanın cənub ərazisinə müdaxilələr edərdilər, lakin onların
Azərbaycanın Arazdan şimaldakı hissəsinə, o cümlədən Qarabağ ərazisinə
müdaxiləsi yox dərəcəsindədir. Qədim Şərq yazılı mənbələrində Qarabağa dair bir
məlumata təsadüf etmirik. Lakin burada yaşayan tayfaların Ön Asiya ilə iqtisadi
və mədəni əlaqədə olması şübhəsizdir.
E.ə.
VIII əsrin sonu VII əsrin əvvəllərində Cənubi Qafqaz və Ön Asiya kimmer-sak-skif
tayfalarının hücümlarına məruz qalır. Dərbənd vasitəsi ilə Azərbaycana gələn
sak-skif tayfaları burada öz padşahlıqlarını yaradırlar. Sonrakı antik
müəlliflər onların yaşadıqları ərazini Sakasena adlanmışlar. Beləliklə,
Qarabağın ilk adlarından biri – Sakasena adi qeydə alınır. Qarabağ ərazisində
Sakasena, Arsaq inzibati vahidləri sakların adı ilə bağlı olmuşdur. Midiya
dövləti gücləndiyi dövrdə Azərbaycanın Arazadan şimaldakı torpaqlarının, o
cümlədən Qarabağın onun təsiri altına düşdüyünü ehtimal etmək olar.
E. ə. VI
əsirin ortalarında meydana çıxan Əhmənilər dövləti öz təsirini Böyük Qafqaz
dağlarına qədər yaymış, Qarabağ ərazisini də nominal olaraq özünə Əhəmənilərə
tabe etdirilmişdi. E.ə.I minilliyin ikinci yarısında Qarabağ ərazisində yaşayan
tayfalar alban tayfa ittifaqına, daha sonra e. ə. III əsrdə yaranmış Albaniya
dövlətinin tərkibinə daxil olmuşdular. Mənbələrdə bu ərazidə yaşayan uti,
qarqar, saqdey, sakasen və digərlərinin alban tayfaları olduğu qeyd edilir.
Lakin
tarixi reallığa məhəl qoymayan erməni tarixçiləri Qarabağ torpaqlarının, habelə
Kürdən cənubda Azərbaycan torpaqlarının ermənilərə məxsus olması barədə əsassız
iddialarla çıxış edirlər. Bir qrup erməni tarixçiləri B. Ulbabayan, Ş. Smatyan,
X.Svazyan, A. Akopyan və başqaları Albaniyanın Kürün sağ sahilində olan
torpaqlarını əsassız olaraq erməni torpağı, əhalisinin isə ermçənilər olmasını
iddia edirlər.
Onlar bu
ərazini 387-ci ildə Albaniyaya verilməsi barədə yalan uydurur və A. Akopyan kimi
falsifakotorlar bu yalanı arxeoloji “dəlillərlə” sübut etməyə çalışırlar. O
göstərir ki, “Yaloylutəpə arxeoloji mədəniyyəti” Kürdən şimalda yayılmış alban
etnisuna mənsubdur, “küp qəbirlər mədəniyyəti” isə Kürün sağ sahilində yayılmış
erməni etnosuna mənsubdur. Lakin cənab Akopyan yaxşı bilir ki, hər iki
mədəniyyətin nümunələri Kürün həm şimalında, həm də cənubunda yayılmışdır və bu
elmi şəkildə sübut lunmuş faktdır. Amma faktları qəsdən təhrif etməklə,
uydurmaçını “sübut” etmək istəyir. Əslində Albaniyanın sağ sahil torpaqlarında
heç vaxt ermənilər yaşamamış və bura erməni torpağı olmamışdır.
İkinci
qrup erməni alimləri isə Albaniyanın Kürün sağ sahilıindəki vilayətlərini erməni
çarlarının işğal edərək erməniləşdirilidiyini sübuta yetirməyə çalışırlar. S.
Yeremyan yazır ki, Albaniyanın Kürün sağ sahilində olan vilayətləri (Arsaq və
Uti) altı əsr Ermənistanın tərkibində qalmış Arsaq tamamilə, Utinin isə bir
hissəsi erməniləşdirilmişdir. Lakin heç bir antik mənbədə erməni çarlarının bu
vilayətlərə hücumundan bəhs edilmir. Erməni alimləri öz fikirlərini antik
müəlliflərin (Strabon və başqaları) Kürün sağ sahilində olan alban
vilayətlərinin adlarını erməni vilayətlərinin adları ilə bir yerdə çəkdiyi
ziddiyyətli fikirləri ilə əsaslandırmağa çalışırlar. Ola bilsin ki, Erməni
dövləti qüvbvətləndiyi dövrdə (xüsusi ilə II Tiqranın zamanında) qısa bir
müddətdə bu vilayətlər Erməni dövlətinin nominal təsiri altında olmuşdur. Lakin
e. ə. 60-cı illərdə romalılar II Tiqranı məğlubiyyətə uğratmış, onu
tabeçiliyində olan vilayətlərdən məhrum etmişdilər. Bununla da Kürün sağ
sahilində olan alban vilayətləri də ermənilərin təsiri altından çıxmışdı.
Roma ilə
İran arasında Cənubi Qafqaz uğrunda I-IV əsrlərdə başlamış kəskin mübarizə IV
əsrdə daha şiddətlənmişdir. 371-ci ildə Ermənistan ərazisində sasani – alban və
roma – erməni qoşunları arasında döyüşlər baş verən zaman, erməni qoşunları
Albaniyanın Kürün sağ sahilindəki vilayətlərini işğal və qarət etmişdilər. Lakin
387-ci ildə Romalılar ilə Sasanilər arasında sülh bağalandı, Ermənistan və
Gürcüstan onların arasında bölünərək müstəqilliyini itirdi. Sasanilərin təsiri
altına düşən Albaniya isə ərazi bütövlüyünü və dövlət müstəqilliyini saxlaya
bildi. İşğal olunmuş Albaniya vilayətləri özünə qaytarıldı.
Bir sıra
ilk orta əsr erməni müəllifləri bunu Kürün sağ sahilində olan vilayətlərin
Sasanilər tərəfindən ermənilərdən alınıb albanlara verilməsi faktı kimi qələmə
vermişlər. Erməni alimləri isə öz iddialarında buna əsaslanmağa çalışmışlar.
Lakin onlara cavabı öz həmkarı - ABŞ Kolumbiya universitetinin professoru,
milliyyətcə erməni olan N. Qorsyan vermişdir. O yazır ki, erməni müəlliflərinin
ilk orta əsrlərə aid fikirləri zərdüşt İran təhlükəsinə qarşı duran vahid
Ermənistan ideyasını əks etdirir. Bu mənzərə real gerçəkliyi əks etdirmir, çünki
Ermənistan V əsrdə birləşmiş halda deyildi.
Beləliklə, alban arşakilər sülaləsinin hakimiyyəti dövründə Kürün sağ sahili
Albaniyanın hakimiyyəti altında idi. Hətta Albaniya dövlətinin paytaxtı V əsrdə
Qarabağ ərazisinə - Bər-dəyə köçürülmüşdü. Qarabağ daha sonra - VII – VIII
əsrlərdə isə bu ərazi Mehranilər sülaləsinin hakimiyyəti altında olmuşdur.
Albaniya
dövlətinin ərəb işğalı nəticəsində süqutundan istifadə edən erməni kilsəsi alban
kilsəsini ərəblərin vasitəsi ilə özünə tabe edərək, burada qriqorianlığı yaymağa
başladı. Qarabağın dağlıq zonasında yaşayan əhalinin bir hissəsi
qriqorianlaşdırıldıqdan, sonra onların erməniləşdirilməsinə şərait yarandı.
Lakin buna baxmayaraq, öz keçmişini unutmayan və alban ruhunu itirməyən albanlar
IX əsrdə Dağlıq Qarabağ ərazisində alban knyazlığını bərpa etdi. XIII – XIV
əsrlərdə Xaçın knyazlığı yarandı. Dağlıq Qarabağın xristian əhalisi öz keçmişini
unutmamışdı onlar sonralar da XVIII əsrin brinci yarısında rus çarı I Pyotura
yazdıqları məktubunda özləri göstərirlər ki, biz erməni deyilik, bizim əcdadımız
albanlardır.
Beləliklə, ta qədim zamanlardan Qarabağ erməni yox, əzəli və əbədi Azərbaycan
torpağıdır və buranın əhalisi isə azərbaycanlıların əcdadıdır.
|