Əli Məmmədov
Əli
Məmmədov
Rusiyanın
Qafqaz siyasətində erməni amili
I
Pyoturun dövründə formalaşmağa başlayan rus-erməni münasibətləri hər iki tərəfin
ayrılıqda güdülən məqsədlərindən irəli gəlirdi. Rusiya Qafqazda olan marağını
reallaşdırmaq üçün yalnız bu yerlərə ekspedisiyalar və simsarlar göndərməklə
kifayətlənə bilməzdi. Eyni zamanda işğal etmək istədiyi torpaqlarda din, əqidə
e'tibarilə simsar olanlardan oraya köçürmək yolu ilə özünə ictimai dayaqlar
yaradırdı.
Məhz
Qafqazın istilasını həyata keçirməkdə Rusiya ilk öncə İran və Türkiyədən
köçürülən ermənilərin orada yerləşdirilməsi xüsusi diqqət və qayğı göstərirdi.
Heç vaxt
Qafqazın oturaq əhalisi olmayan və burada milli quruma malik olmayan ermənilər
zaman-zaman Ön və Kiçik Asiya, Yunanıstanda məskunlaşa bildikləri üçün Qafqaza
göz dikmişlər. Bu işdə bir çox Avropa dövlət başçılarına vaxtaşırı müraciətləri
nəticəsiz olmuşdur. Əzəli mənfur məqsədlərə özgə xalqların torpaqlarına can atan
bu gəzəri ermənilər Rusiya dövlətinin himayəsi altında getgedə istəklərinə nail
oldular.
Hətta
ilk rus imperatoru I Pyotr ermənilər haqqında 1724-cü ilin oktyabrında gələcəkdə
bunlar üçün böyük əhəmiyyət kəsb edəcək dövlət fərmanı da vermişdi. Təbii olaraq
I Pyotrın ermənilərlə bağlı tədbirləri onun xələfləri tərəfindən həyata
keçirilməyə başladı.
Məlumdur ki, I Pyotr Bakıya general Matyuşkinə və briqadir
Levaşevə göndərdiyi fərmanda hər vasitələrlə erməniləri və başqa xristianları
Rusiya qoşunlarının tutdunları Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa
əlverişli yerlərə köçürmək, onları nəvazişlə qəbul etmək, onlara yaxşı yerlərdə
münasib torpaqlar ayırmaq, yaşayış yerlərində olan boş evləri və avadanlıqları
onlara verməyi tövsiyyə etmişdir. Əgər onlara pis münasibət və düşmənçilik
göstərən müsəlmanlar olaraq onları qovub rədd etmək tapşırığı vermişdir.
Çarizmin
Qafqazda həyata keçirdiyi müstəmləkəçilik siyasətinin mərkəzində XIX əsrin
əvvəllərində Türkiyə və İran ərazisindən ermənilərin Qafqaza, xüsusilə də Qərbi
Azərbayacana, Gəncə quberniyasına Qarabağla, Şamaxıya köçürülməsi dururdu.
Bununla əlaqədar Rusiyanın İrandakı o zamankı səfiri A.Qriboyedovun çara
göndərdiyi məktubu da əvvəlcədən düşünülmüş planın tərkib hissəsindən özgə bir
şey deyildir.
Rus
müəlliflərindən V.A.Veliçkonun, S.N.Qlinkanın XX əsrin əvvəllərində Ərzurumda
Rusiyanın baş konsulu general Mayevski və N.N.Şavrovanın Azərbaycana köçürülməsi
barədə rəsmi məlumatları tutarlı və təzkib edilməzdir.
N.N.Şavrova qeyd edir ki, 1826-1828-ci illər müharibəsi qurtardıqdan iki il
sonra Zaqafqaziyada 40000 fars və 84000 türk ermənisini ən yaxşı dövlət
torpaqlarında Gəncə və İrəvan quberniyalarında yerləşdirdi.
Onların
yerləşdirilməsi üçün 200000 desyatin dövlət torpaqları alınmışdır. Eyni zamanda
köçürülənlərin Yelizavetpol quberniyasının dağlıq hissəsinə və Göyçə gölü
sahillərinə yerləşdiyi göstərilirdi.
Rəsmi
köçürülən 124000 ermənidən əlavə qeyri-rəsmi köçənlərin də olduğu qeyd
edilməklə, ümumi köçürülənlərin sayını 200000 nəfərdən çox olduğu bildirilirdi.
1853-56-cı il müharibəsindən sonra da ermənilərin köçürüldüyü deyilir. Kiçik
Asiya yarımadasından 1864-cü ildən 1876-cı ilə qədər köçürülən erməni və
yunanların Qara dəniz sahillərində yerləşməsi məlumatlaşdırılır.
1877-79-cu illər Rus-Türk müharibəsi nəticəsində 50000 erməni buraya köçürüldüyü
və bundan başqa general Terquqasovun Sürməli qəzasına 35000 Türkiyə ermənisinin
yerləşdiyi bildirilir.
1897-ci
ildə buraya baş canişin təyin edilmiş knyaz Q.S.Qalisinanın 1894-cü ildə artıq
ölkəyə 90000 erməninin gəldiyini göstərirdi.
Nəzərə
alsaq ki, 1907-cı ildə Zaqafqaziya əhalisinin ümumi sayı 6318000 nəfər olmuşdu.
Bunun 1300 mini erməni idi və bunlardan da 1000000 köçürülən ermənilər olmuşdu.
Bəs onda özünü dünyaya ''Əzabkeş'', ''zavallı'' xalq kimi təqdim edən ermənilər
tarixən Qarabağa və indiki Ermənistan adlanan yerə gəlmək olduqlarını niyə
danışırlar.
Həmin
torpaqlardakı bu gün milli quruma malikdirlərsə, deməli onların qədim Azərbaycan
torpaqlarında yerləşdirilməsinin səbəbkarı və himayədarı olan ruslara
borcludurlar.
Ermənilərin Azərbaycana uzaq, yaxın ellərdən köçüb gəlməsi prosesi (rus
qəyyumluğu sayəsində) XX əsrdə də davam etmişdir. Xüsusilə də Azərbaycanda neft
sənayesinin gur inkişafı və bolşevik-daşnaq birləşmələrinin yürütdüyü
antiazərbaycan siyasəti buna əlverişli şərait yaratmışdı.
İki
əsrdən artıq bir vaxtdır ki, Rusiyanın Qafqazda öz müstəmləkə əsarətini,
imperiya təkəbbürlərini qoruyub saxlamaq üçün heç yerdə analoqu olmayan erməni
amilindən kifayət qədər bəhrələnir. Əks tərəf, yə'ni ermənilərdə istədiklərinə
nail olub, Qafqazda özgə torpaqlar hesabına ''Öz dövlətlərini'' yaradıblar.
Çar
Rusiyası dövründən başlayan Rusiyanın Qafqazdakı bu iyrənc və buranın aborigen
xalqlarına fəlakət nəsib etmiş siyasəti, sovet rejimi tərəfindən davam
etdirilmiş. Bu gün də Rusiya federasiyası tərəfindən ermənilərə 1 milyard ABŞ
dolları həcmində bir neçə il ərzində təmənnasız müasir hərbi silahla bəxş
etməklə bu təcavüzkar cırtdan Ermənistana hərbi havadarlıq etməklə regionun yeni
müstəqil dövlətlərinin inkişafına əngəl törəmir.
|