Əlikram Tağıyev
Əlikram Tağıyev
Dağlıq
Qarabağ probleminin ideya siyasi aspektləri
1.
Dağlıq Qarabağ probleminin ideya siyasi aspektlərinin öyrənilməsi müasir
Azərbaycan cəmiyyəti üçün müstəsna əhəmiyyətə malikdir. Əvvəla, ona görə ki,
Azərbaycan cəmiyyəti polietnik tərkibə malikdir və daim bu kimi problemlərlə
üzləşə bilər; ikincisi, bu problem milli – regional səviyyəni aşaraq
qloballaşmışdır və onun həlli artıq beynəlxalq təşkilatların və dünya
ölkələrinin işə qarışması nəticəsində mümkün ola bilər; üçüncüsü, bu sahədə
fəaliyyət göstərən erməni təbliğatı azərbaycanlıların timsalında erməni xalqına
qarşı düşmən obrazının yaradılmasına qismən də olsa nail olmuşlar; dördüncüsü,
problemin öyrənilməsi gələcək elmi tədqiqatlar və siyasi ideoloji fəaliyyət üçün
gərəkli ola bilər.
2.
Dağlıq Qarabağda baş vermiş erməni – azərbaycanlı münaqişəsində erməni tərəfi
aşağıdakı ideoloji üsullardan, vasitə və metodlardan istifadə etməyə səy
göstərir; Nə sülh, nə də müharibə” şəraitindən istifadə edən erməni
siyasətçiləri və ideoloqları vəziyyəti elə qələmə vermək istəyirlər ki, onlar
tərəfindən işğal edilmiş ərazilər guya daimi olaraq onların ixtiyarlarına
verilmişdir və bu sahə artıq müzakirə obyekti ola bilməz.
3.
Ermənilər ideoloji işi elə bir istiqamətə yönəldirlər ki, onun qayəsini “əzəli
erməni torpaqları olmuş Gəncə, Şamaxı, Naxçıvan və b.” Azərbaycan şəhərlərinin
“azad edilməsi” təşkil edir. Daha döğrusu azərbaycanlılara qarşı müharibə
başlanacağı təqdirdə bu plan ermənilərin strateji xətti hərəkətinin əsasını
təşkil etməlidir.
4.
Erməni ideoloqları müvəqqəti hərbi üstünlüklərdən istifadə edərək, erməni
əhalisində müharibə və hücum psixologiyasını saxlamaq, azərbaycanlılara isə
müdafiə olunmaq və yeri gələrsə qaçmaq psixologiyasını aşılamaq üçün mövcud olan
bütün vasitələrdən istifadə etməyə səy göstərirlər.
5.
Erməni siyasətçiləri, hətta parlamentariləri revanşizm
əhvali-ruhiyyəsini qızışdıraraq 1915-ci ildə ermənilərin Osmanlı imperiyasındakı
“genosidinin” əvəzini azərbaycanlılardan çıxmağa çağırır, azərbaycanlıların da
bu işdə məsuliyyət daşıdıqlarını əsaslandırmağa çalışırlar.
6.
Azərbaycan torpaqlarının daim işğala məruz qalmasını əsaslandırmaq məqsədilə
Azərbaycan “şərti respublika”, onun sərhədləri isə “ şərti sərhədlər” elan
olunur, ermənilərin bu şərti sərhədləri daim pozmağa hüquqi əsasları olduğu
fikri aşılanır.
7.
Erməni - azərbaycanlı münaqişəsinin həqiqi mənası pərdələnir, onun kökündə
“Böyük Ermənistan” ideyasının dayandığı gizlədilir və məsələ islam-xristian
qarşıdurması səviyyəsində təhlil olunur.
8.
Erməni ideologyasının bir qolunu da Qarabağ ərazisində tarixi-mənəvi dəyərlərin,
abidələrin, maddi və mənəvi mədəniyyət nümunələrinin “özəlləşdirilməsi”, onların
azərbay–canlıların tarixi qan yaddaşından özkələşdirilməsi siyasətinin
yeridilməsi təşkil edir.
9.
“Ümumi dövlət” ideyasının irəli sürülməsi ilə onlar problemin həllini düyünə
salmaq və dünya ictimaiyyətini azdırmaq, problemin həllində ermənilərin guya
konstruktiv, azər–baycanlıların isə destruktiv rol oynadıqlarını ideyanı təlqin
edən ictimai şüura aşılamaq siyasətini yeridirlər.
10.
Belə ideoloji hiylələrdən birini də guya azərbaycanlıların ermənilərə nisbətən
qeyri-sivil, qeyri-mədəni bir xalq olduğu fikrinin aşılanması cəhdləri təşkil
edir. Yəni bu xalqla ermənilərin birlikdə yaşaya bilməsi qeyri-mümkündür.
11.
Erməni ideoloqları və siyasətçiləri biz sadalamadığımızdan xeyli çox digər üsul
və vasitələrdən də istifadə edirlər. Onlar bu yolda yeri gəldikcə qeyri-insani,
qeyri-əxlaqi aksiyalara da əl atırlar.
12.
Problemin həlli, hər şeydən əvvəl erməni – Azərbaycan tərəflərinin və eləcə də
regiona “daimi qeydiyyati” olan və olacaq ölkələrin: Rusiya, Türkiyə, İran, ABŞ
və Avropa Şurası ölkələrinin birgə səyi ilə həyata keçirilməlidir. Çünki,
dediyimiz kimi, erməni siyasətçilərinin və ideoloqlarının əli ilə bu problem
artıq regional səviyyəni aşaraq beynəlxalq bir problemə çevrilmişdir.
|