|
Firdovsiyyə Əhmədova
Firdovsiyyə Əhmədova
Qarabağ
müharibəsi və Azərbaycan cəmiyyətində psixoloji durum
İlkin olaraq münaqişə səviyyəsində başlanan Qarabağ müharibəsinin
respublika, həmçinin keçmiş SSRİ ərazisində yaşayan azərbaycanlıların şüurunda
yaratdığı təsir, bu məkandan kənardakı azərbaycanlıların şüurundakından bir çox
cəhətlərinə görə fərqli idi.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların əksər
hissəsi prosesdən kənarda olduğu üçün informasiya kasadlığı və tarixi məlumatın
azlığı səbəblərindən canlı reaksiya nümayiş etdirmədi. Onarın yalnız müəyyən bir
qismi, xüsusilə siyasi baxımdan mühacirət edənlər fəal mövqe tutdular. Lakin
dağınıq fəaliyyət göstərdikləri üçün nə siyasi, nə də iqtisadi cəhətdən
əhəmiyyətli səviyyədə yardımçı ola bildilər.
Respublika daxilində, həmçinin keçmiş SSRİ ərazisində yaşayan
azərbaycanlılar üçün başlanan münaqişə gözlənilməzlik, çaşqınlıq, gərginlik
yaradıb getdikcə mürəkkəbləşərək məhəlli müharibələr üçün xarakterik olan üzücü
bir dövrü əhatə etmiş və onların şüurunda böhran yaratmışdır:
a)
Yaşadıqları siyasi quruluş daxilində müharibə ola biləcəyi
ehtimalının sıfır səviyyəsində olması, lakin daxili müharibə ilə şüurən
hazırlıqsız qarşılamaq və onun hələ də konkret- tarixi baxımdan tam dərk edilib
mənimsənilməsi;
b)
Ənənəvi düşüncə tərzinin söykəndiyi dəyərlarin puça çıxması,
mənasızlaşması və nəhayət, həmin dəyərlərdən imtina edilməsi inamın sarsılması
(hətta onların rədd edilməsi);
c)
Problemin beynəlmilləşməsi ilə bağlı azərbaycanlı dünyagörüşünün
daha geniş miqyas alması, bununla hazırlıqsız üzləşib öz, gücsüzlüyünün dərk
etməsi. Dünya dövlətləri tərfindən “tərk edilmiş”ehtimalına yəqinlik duyaraq
pessimist əhvali- ruhiyyəyə qapılma;
ç)
İctimai-siyasi quruluşun müharibə getdiyi dövürdə baş verən
dəyişiklərin yaratdığı psixi durum.
Yeni sistemə keçid, onun
törətdiyi sosial gərginlik və yeni dəyərlər.
Müharibənin gedişində ardıcıl hərbi uğursuzluqlar, ərazi itkilər,
qaçqınlar dalğası, hakimiyyət dəyişiklikləri, xroniki hal alması, dövlət
çevrilişi cəhdlərinin, uyğunlaşa və mənimsəyə bilmədiyi siyasi dartışmalar-
bunların hamısı azərbaycanlı şüurundakı dərin böhranın zəmini oldu.
Qarabağ müharibəsi yeni dəyərlər gətirdi:
Milli özünüdərk, milli şüurun intişar tapması, milli dövlət
təəssübkeşliyi, vətəndaş fəallığı və s.
Ənənəvi sovet adamı şüuruna təlqin edilən xalqlar dostluğu,
xalqın rifahı, ədalət, xeyirxahlıq dəyərlərinə malik azərbaycanlının (sovet
sistemində yaşayan) milli dəyərlərə əsaslanan şüura yiyələnməyə keçidi. Bu zaman
azərbaycanlı şüurunun qarşılaşdığı daha bir problem - tarixi milli adına -
türklüyə qayıdış.
Qarabağ müharibəsinin gedişində psixoloji durumun
mahiyyət-mərhələ təsnifatı:
-
Mənəvi birlik;
-
Mənəvi sarsıntı;
-
Özünə güvənc və mənəvi səfərbərlik;
-
Ruh düşkünlüyünü əvəzləyən inam hissi;
-
Problemə adaptasiya prosesi;
-
Gözləmə mövqeyi, biganəlik, ara-sıra milli heysiyyat oyanışı
ilə çulğaşmış psixoloji durum.
Qarabağ müharibəsinin təsiri altında yaranmış böhrandan çıxış
yolu:
a)
Millətimizin hazırkı tarixi mərhələdə mənəvi cəhətdən səfərbər olunması gələcək
taleyinin öz iradə və enerjisindən aslı olduğunu dərk etməsi; əyalət təfəkkürü
tərzindən əl çəkib beynəlxalq aləmə çıxmaq, nüfuz sahibi olan dövlətlərdə rəyin
önəmli olduğunu nəzərə alıb həmin ölkələrdə yaşayan azərbaycanlıların,
səviyyəsindən asılı olaraq bütün sahələrdə aktiv mövqe tutmasına çalışmaq.
b)
Güclü iqtisadiyyat, peşəkar ordu və mənəvi səfərbərlik kombinasiyasından
qaynaqlanan xarici siyasət kursu;
c)
Xarici siyasət - ölkə iqtisadiyyatı faktorunun qarşılıqlı təsir imkanlarından
maksimum fayda ilə istifadəyə nail olmaq;
ç)
Diplomatik fəaliyyəti müasir standartların mahiyyətinə uyğun gücləndirmək;
d)
Azərbaycanın geostrateji mövqeyi və təbii resursları hesabına beynəlxalq
sistemdə əhəmiyyətli mövqeyinə söykənən siyasi iradə nümayiş etdirilməsi.
|