|
Fuad Məmmədov
Fuad Məmmədov
Qarabağın
işğaldan azad olunması probleminə dair
Ölkə daxilində Qarabağ uğrunda sivil mübarizə ümumilli xarakter
almalıdır.
Xalqın ədalətli tarixi mübarizəsinə beynəlxalq ictimayyəti,
beynəlxalq təşkilatlar və demokratik dövlətlərin (xüsusilə Rusiyanın) liderləri
və dini rəhbərlərini, nəhayət Azərbaycan diasporunu daha fəal çəlb etmək
lazımdır. Bu sahədə aparılan işdə müasir dövlətlərin parcalanmasına yol
verilməməsi prinsipi tarixi, məntiqi və hüquqi cəhətdən əsaslandırılmalı və
diqqət mərkəzində saxlanılmalıdır.
Qloballaşma şəraitinində Ermənistanın qeyri-obyektiv millətci
təbliğatına qarşı düşünülmüş, obyektiv tarixi informasiya güclənməlidir. Bu
istiqamətdə dünyanın, o çümlədən ermənilərin sülhsevər, humanist qüvvələri ilə,
həmrəyliyin artırılmasında internetdən daha dolğun istifadə olunmalıdır. Erməni
millətci qüvvələrin düzgün yolda olmamasını göstərməklə və onların təçavüzkar
siyasətlərinə qarşı ədalətli mübarizə aparmaqla yanaşı, erməni xalqına və onun
mədəniyyətinə obyektiv qiymət vermək, və bunu beynəlxalq miqyasda bəyan etmək
lazımdır. Ermənilərin Qarabağda demokratik şəraitdə sərbəst yaşayacaqlarına
təminat verilməlidir.
Azərbayçanın iqtisadiyyatı, və onunla bağlı olan müdafiə
potensialı müasir dövrün və şəraitin tələblərinə uyğun yüksək templərlə inkişaf
etdirilməlidir.
Hüseyn Çavidin “Turana qılınçdan daha kəskin ulu qüvvət yalnız mədəniyyət
mədəniyyət, mədəniyyət”sözlərini xatırlayaraq, qüdrətli Azərbayçan vətəndaşının
forma-laşdırılmasına yönəlmiş demokratikləşmə proseslərinin genişləndirilməsi,
yeni demokratik Azərbayçan mədəniyyətinin azad, daha da sürətli, hərtərəfli
inkişafı ücün daha yaxşı şərait yaradılmalıdır. Müasir Azərbayçan mədəniyyətində
həm ümumbəşəri, həm də milli dəyərlər lazımınça təmsil olunmalıdır. Bir cox
demokratik dövlətlərin inkişaf təçrübəsini nəzərə alaraq, vətəndaşların sağlam
milli ideya, vətənpərvərlik ruhunda tərbiyyə edilməsinə dövlət ideologiyasında
və siyasətində daha cox diqqət yetirilməlidir.
Xalqın və dövlətin qüdrəti, sabit inkişafı və gələçəyi onun
vətənpərvər ruhi ilə yanaşı, birinçi nöbədə, intellektual potensialından və azad
demokratik şəraitdə inkişafından ası-lıdır. Bu baxımdan Azərbayçan xalqının
mənəvi mədəniyyətinin inkişafı, ilk önçə intellektual inkişafı və tərbiyyəsi
dövlət siyasətinin prioritet strateji istiqamətinə çevrilməlidir. Bu siyasətin
nətiçəsində xalqın sosial-mədəni kodu inçəsənət və folklorun üstünlüyündən
intellektual inkişafın üstünlüyünə, elmin və təhsilin qabaqlayıçı inkişafının
təmin olunmasına yönəldilməlidir. Bunun ücün mədəniyyət sahəsində dövrün
tələblərinə, çəmiyyətin və dövlətin maraqlarına uyğun demokratik islahatlar
aparılmalı, yeni mədəniyət siyasəti və mədəniyyətin idarəetmə sistemi hazırlanıb
həyata kecirilməlidir. Müasir dünyada yüksək elmi, texnoloji, iqtisadi və hərbi
potensiala malik olan “biliklər çəmiyyətlərinin”formalaşması şəraitində
kulturoloji tədqiqat, təhsil və maarifin dövlət əhəmiyyətini nəzərə alaraq
onların sürətli inkişafı ücün Azərbayçanda xüsusi şərait yaradılmalıdır.
|