|
Havva Məmmədova
Havva
Məmmədova
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağın dağlıq hissəsində erməni
separatizminə qarşı mübarizə
(1918-1920-ci illər)
Xalqımızın və milli dövlətçiliyimizin inkişafında özünəməxsus yer
tutan Azərbaycan Xalq Cümhuriyyəti müərkkəb bir dövrdə meydana gəlmiş və çox
çətin şəraitdə fəaliyyət göstərmişdi.
Gənc
respublikanın daxili və xarici problemləri çox idi. Bunlardan ən qorxulusu ərazi
bütövlüyümüzə qarşı Ermənistan tərəfdən daimi təhlükə idi.
Erməni
millətçi təşklatlıarının Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və
Zəngəzur bölgələrinə yiyələnmək cəhdləri XIX əsrdə başlamışdır.
Ermənilərin Azərbaycan ərazisinə iddiaları türk-müsəlman əhalisini qırmaq,
xəyanət və fitnə yolu ilə Azərbaycan ərazilərini özününküləşdirmək tarixinə
nəzər salarkən erməni milli hərəkatı tarixinin öyrənilməsi göstərir ki,
bəşəriyyətə qarşı çevrilmiş, amma hiyləgərcəsinə düşünülmüş əməllərini yerli
əhalinin genosidi hesabına yaratmaq xülyasında olduqları, hələ bir neçə əsr
bundan əvvəl irəli sürdükləri qondarma “Böyük Ermənistan” ideyası ilə
pərdələmişlər.
AXC
yarandığı gündən Ermənistan Respublikası ilə siyasi və ərazi məsələlərini dinc
yolla həll etmək istəyirdi.
Azərbaycanın Qarabağ bölgəsi tarixən Cənubi Qafqaz regionunda strateji əhəmiyyət
kəsb etdiyindən onun həm yaxın qonşuları Rusiya, İran, Türkiyə, Ermənistan, həm
də XX əsrdə dünyanın ən aparıcı dövlətləri olan İngiltərə, ABŞ, Fransa bu
bölgəyə xüsusi maraq göstərərdilər. Bunu nəzərə alan ermənilər öz bəd
niyyətlərini həyata keçirmək üçün bütün dövrlərdə, bütün sahələrdə olduğu kimi
tarixi də saxtalaşdırmağa çalışırdılar. Erməni tarixçilərinin əksəriyyəti
Qarabağ tarixini, etnoqrafiyasını, mədəniyyət tarixini və onun etnik tərkibini
son dərəcə saxtalaşdırılmış şəkildə təqdim edirlər.
Aydın
məsələdi ki, Dağlıq Qarabağ “Böyük Ermənistan” yaratmaq yolunda erməni
planlarının tərkib hissəsi idi.
Erməni
tarixçiləri Dağlıq Qarabağ hadisələrinin başlanma səbəblərini onunla izah
edirlər ki, 1918-1920-ci illərdə Müsavat höküməti Dağlıq Qarabağı guya
Ermənistandan zorla qoparmışdır.
1919-cu
ildə Azərbaycan hökuməti tərəfindən ərazi bütövlüyümüzü saxlamaq üçün görülmüş
ən mühüm tədbirlərdən biri Qarabağ general-qubernatorluğunu yaratması və
görkəmli şəxsiyyət olan Xosrov bəy Sultanovun general-qubernator təyin olunması
o vaxt ermənilərin müsəlman əhalisinə qarşı təxribatların qarşısını almaqda
böyük rol oynadı.
Burada
bir həqiqəti demək lazımdır ki, Azərbaycan üçün çətin və mürəkkəb olan həm
1918-ci il və həm də 1988-1991-ci illərdə Türkiyə dövləti ərazi bütövlüyümüzün
və suverenliyimizin qorunması istiqamətində bizə həm hərbi və siyasi sahədə
yardım etmişdir. Türkiyə dövləti bu gün də öz qardaşlıq köməyini göstərir.
XX
əsrin əvvəllərində də erməni millətçiləri öz havadarlarının yedəyində gedəcək,
əlində vasitə olduğu böyük dövlətlərə arxalanır, özlərini “yazıq”, “fağır” və
“genosidə məruz qalmış” xalq kimi göstərərək, dünya ictimaiyyətini inandırmağa
çalışırlar ki, türklər və azərbaycanlılar onları qırır və vətənlərindən
qovurlar.
1918-1920-ci illərdə Yuxarı Qarabağda, Zəngəzurda və ümumiyyətlə, Azərbaycanın
bütün bölgələrində qaçqınlar ordusunun yaranması və onlara qarşı erməni
millətçilərinin törətdiyi vəhşiliklər 1988-ci ildən yenidən başladı. Bu dəfə
“Qondarma Dağlıq Qarabağ hadisələri” nin ermənilər tərəfindən ortaya atılması
nəticəsində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndləri başdan-başa
yandırıldı, əhalisi vəhşiliklə qətlə yetirildi, dünyada analoqu olmayan əsrin
Xocalı faciəsi baş verdi.
Azərbaycan tarixinin 1918-1920-ci illər dövrü, xüsusilə Qarabağda erməni
terrorizminə qarşı aparılmış mübarizə Sovet hakimiyyəti dövründə araşdırılaması
məsləhət bilinməyən qapalı mövzulardan idi. Mövzuya hakim kommunist ideologiyası
baxımından yanaşılması hadisələrin mahiyyətinin saxtalaşdırılmasına və problemin
antimilli mövqedən izah edilməsinə səbəb olmuşdu.
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra qapalı arxivlər açıldı. Bu
gün AXC barədə, onun yaranıb, fəaliyyyət göstərdiyi dövr haqqında çoxlu
elmi-tədqiqatlar, aparılmış, xeyli publisist əsərlər yazılmışdır.
Yaxşı
haldır ki, bizim alimlərimiz, ədiblərimiz erməni daşnaklarının necə faciələr
törətdikləri barədə yetki, sənədli-sübutlu əsərlər yazmış və yazırlar. Bu
prosesi davam etdirilməli, erməniləri ifşa etmək üçün onların mənfur iç üzü
bütün dünyaya göstərilməlidir.
|