|
İsmayıl Vəliyev
İsmayıl Vəliyev
Konfliktlərin
həllində sülhə nail olmanın ümumi və ayrıca prinsipləri (Azərbaycan—Ermənistan
müharibəsi və Dağlıq Qarabağ konflikti əsasında)
Dağlıq
Qarabağı Azərbaycan ərazisindən ayıraraq Ermənistana birləşdirmək məqsədilə
başlanmış müharibə regionda və dünyada ciddi narahatlıq yaradan hadisələrdən
biridir. Əvvəlcə etnik münaqişə zəminində ortaya çıxarılan bu hadisə sonra iki
ölkə arasında müharibəyə çevrilmiş, beynəlxalq iqtisadi, siyasi tarazlıqlara
ciddi ziyan vurmuşdur. Bu münaqişənin həllində Beynəlxalq Təşkilatların, region
dövlətlərinin, iştirakçısı dövlətlərin və müxtəlif ictimai təşkilatların
iştirakı ilə işlər aparılır. Aparılan işlər nəticəsində sülh variantının
formaları haqda layihələr irəli sürülüb. Bu layihələrdə əsas olanlar: atəşkəs
rejiminin tətbiqi, ərazi bütövlüyü, sərhədlərin dəyişməzliyi, qarşılıqlı
kompromislər, regional qurumun statusu, qaçqınların öz yerlərinə qaytarılması,
separatizmə son qoyulması, əhalinin təhlükəsizliyinin təimin olunması və s. kimi
aktual probemlər gündəmə gətirilir və həllini gözləyir. İrəli sürülən
layihələrdə tərəfləri narazı salan amillərin olması, onların ucbatından
məsələnin uzadılması təəssüflə qeyd edilir. Ona görə də sülh prosesində yeni
prinsiplər meydana çıxır.
Təqdim
olunan məruzədə münaqişənin sülh yolu ilə həll olunması problemləri ilə əlaqədar
mövcüd təkliflər şərh olunur, anlaşılmazlıqlar təhlil edilir və sülh
müqaviləsinin optimal variantı irəli sürülür.
|