|
İsmayıl Musayev
İsmayıl Musayev
Xosrov bəy Sultanov Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında
Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü ilə əlaqədar yaradılan
problemlərin ən mürəkkəblərindən biri də Dağlıq Qarabağla bağlı idi. Bu dövrdə
Azərbaycanın siyasi-diplomatik dairələrində həmin problemin həlli yolları və
vasitələrinə dair müxtəlif qənaət və mövqelər ortaya çıxmışdı.
Bunlar
arasında AXC-nin ilk hərbi naziri və Qarabağın general-qubernatoru olan
X.Sultanovun mülahizə və təklifləri çox maraqlı və dəyərlidir. Həmin fikir və
təkliflər Xosrov bəyin AXC hökumətinə “Qarabağda ingilis siyasəti ilə əlaqədar
olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün zəruri tədbirlər”adlı
məlumat-məruzəsində, habelə ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair
apardığı müzakirələrdə (25.VI.1919) səslənmişdi.
Onlar
problemin ayrı-ayrı məqamlarına daha dərindən nüfuz edilməsi baxımından
əhəmiyyətlidir. Həm bu cəhət, həm də XX əsrin sonlarında başlayan və hazırda
davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin (müharibəsinin)
reallıqları və perspektivləri X.Sultanovun ibrətamiz mülahizə və təkliflərinin
nəzərdən keçirilməsinə ehtiyac yaradır.
Birincisi, X.Sultanov Qarabağ general-qubernatorluğuna daxil olan bölgələrin,
xüsusilə də Zəngəzurun Azərbaycan üçün geosiyasi önəmini dəyərləndirmişdi. Onun
fikrincə, Qarabağın itirilməsi Naxçıvan və Ordubadın, ümumiyyətlə isə bütün
Azərbaycanın itirilməsi demək olardı. Bununla Bakı ilə Gəncə arasında
möhkəmlənən ermənilər dövlətimizin mövcudluğunu təhlükə altına qoya bilərdilər.
İkincisi, Xosrov bəy Şatelvortla söhbətdən belə bir nəticəyə gəlmişdi:
ingilislərin guya bizə münasibətdə qərəzsizlik və xeyirxahlıq göstərib Qarabağ
məsələsində bitərəf mövqe tutmaları problemin həllini yubatmış və sayıqlığımızı
azaltmışdır. Belə hal isə Azərbaycan üçün əlverişsiz şərait yaratmış və
ermənilərin xeyrinə olmuşdur; üstəlik də Şərur, Naxçıvan və Qarsın ermənilərə
verilməsi elan edilmişdir.
Üçüncüsü, ingilislərin Qarabağ məsələsində üzərlərinə götürdükləri öhdəliklərə
əməl etməmələrini (ələlxüsus da Zəngəzurda hakimiyyəti AXC-yə deyil, erməni
Milli Şurasına verdiklərini) vurğulayan general-qubernator bu vəziyyətin
ermənilərin daha da fəallaşmasına təkan olduğunu açıqlamışdı.
Dördüncüsü, X.Sultanovun yerli şəraitə yaxşı bələd olmasına əsaslanan dərin
inamını (qənaətini), vəziyyətdən çıxış yolu kimi təklif etdiyi, təcili həyata
keçirilməli olan tədbirləri və onların ləngidilməsi (yaxud da qəbul olunmaması)
şəraitində gözlənilən nəticələri belə qruplaşdırmaq olar.
a)
Gəlinən qənaətlər:
·
Qarabağ-Zəngəzur
məsələsinin
həllində
ingilislərin
köməyindən
qəti
imtina
edilməlidir,
çünki
onlar
bu
işdə
bizə
yalnız
maneçilik
törədirlər;
·
məcburedici
tədbirlər
görülməzsə,
ermənilər
Azərbaycan
hökumətinin
tabeçiliyinə
razı
olmayacaqlar;
·
bu
məsələni
bir
ay
da
həllsiz
qoymaq əhalini
hökumətin
gücsüzlüyünə
inandırmaq,
müsəlman
hissəsində
anarxiyaya
səbəb
olmaq
və
bölgədən
həmişəlik
əlini
üzmək
deməkdir.
b)
Təcili
həyata
keçirilməli
olan
tədbirlər:
·
təxirəsalınmadan
Zəngəzura
hərbi
hissələr
yeridilməsi
və
ermənilərin
İrəvandan
Azərbaycana
hərəkətinin
qarşısının
alınması;
·
Dağlıq
Qarabağ
ermənilərinə
Azərbaycan
hakimiyyətini
altı
günə
tanımaq
barədə
ultimatum
verilməsi;
·
bütün
ermənilərə
müsəlman
rayonlarını
tərk
etmələrinin
təklif
olunması (Şuşa
şəhəri
üçün
istisna
ediləcəyi
bildirilməklə);
·
Azərbaycan
hökumətinin
tanınmayacağı
təqdirdə
altıgünlük
möhlət
bitəndən
sonra
hərbi
əməliyyatlara
başlanılması.
c)
Təxirəsalınmaz
tədbirlərin
görülməyəcəyi
şəraitdə
gözlənilən
nəticələr:
·
ermənilərin
Zəngəzurdan
irəliləmələri
və
Dağlıq
Qarabağdakı
daşnak
silahlı
qüvvələri
ilə
birləşmələri;
·
müsəlman rayonlarında anarxiya;
·
Qarabağın itirilməsi ehtimalı.
General-qubernator xülasə olaraq bildirirdi ki, ingilis siyasəti
nəticəsində Qarabağ məsələsinin həlli ləngidilmiş, Zəngəzur və Qarabağ
ermənilərinin Azərbaycan hakimiyyətini dinc yolla tanımaları təmin olunmamış,
nəticədə bölgədə millətlərarası münasibətlər xeyli kəskinləşmişdir.
|