|
Qeyrət Quliyev
Qeyrət Quliyev
Atəşkəs: yaranması, inkişafı və böhranı
Atəşkəsin 8 yaşı arxada qaldı. Bu hakimiyyətin 9 yaşı davam edir. Əvvəlki
hakimiyyətin dövründə müharibə var idi və xalq “Qarabağ” hayqırırdı. İndi
atəşkəs var və xalqı “Barı Naxçıvan” oynamağa vadar edirlər. Bu hakimiyyət
hakimiyyətin qorunub saxlanması ilə bağlı bütün problemləri həll edib və bu
qəbildən olan işlərdən biri atəşkəsdir. 12 iyun 1994-cü ildə Bişkeş protokolunun
imzalanması əslində separatist tərəfin tanınması idi. Bu, bir növ Qarabağda
mövcud olan Rusiya Ermənistan müştərək işğal zonasının yerdə qalan ərazimizdəki
daimi nümayəndəliyi kimi bir şeydir.
O vaxt
hakimiyyətin daxilində protokolun imzalanması ilə bağlı vahid mövqe yox idi. A.
Cəlilov imza atmaqdan imtina etmişdi. Demək istəmirəm ki, o buna görə qətlə
yetirilmişdir. Hər halda belə bir ehtimalın yoxlanılması istintaqın işidir. Bu
rejimin yeganə həmmüəllifi Rəsil Quliyev isə imza atmışdı. Azərbaycan xalqı öz
etirazını 21 may, 10 sentyabr 1994-cü ildəki mitinqlərə bildirilmişdi. Çox
sonralar indi müxalifətdə olan, amma o vaxt indiki iqtidarda yüksək vəzifə
tutmuş adamlardan ikisi etiraf etmişdilər ki, bu mitinqlər olmasaydı, Qarabağın
hüquqi verilməsi başa çatacaqdı. Bu mitinqlər həm də Rusiyanın sülhməramlı
qüvvələrinin ölkəmizə gətirilməsi məsələsini gündəlikdən çıxartdı. Əgər bu, baş
versəydi, bu, Rusiya ordusunun ölkəmizə qaytarılmasına bərabər olacaqdı.
Atəşkəslə doğulan uşaqlar indi üçüncü sinfə gedirlər. Lakin təkcə onlar yox,
bütün cəmiyyət atəşkəsin girovuna çevrilib. Atəşkəs indi bizdə mühatribədən
başqa hər şeyə aiddir. O, cəmiyyəti susdurmağın kompleks vasitəsinə çevirilib.
Hakimiyyəti qane etməyən istənilən adi hərəkət atəşkəsin pozulması kimi qələmə
verilir. MM-də açıqca deyirlər ki, başqa cür düşünmək sabitliyi pozmaqdır. Bütün
sahələrdə minlərlə belə misal gətirmək olar. Atəşkəs 4 iyun 1993-cü ildən
başlamışdı. O vaxta qədər ermənilər “mədəni muxtariyyat”a razı idilər, indi “ən
yüksək muxtar statusu” çoxdan dəfn ediblər.
39
batalyonu buraxdılar və bu əslində ordunun tərksilahına bərabər aksiya idi. Bu
hakimiyyət dəstəbazlığı, başıpozuqluğu, qanunsuz silahlı birləşmələri,
avtoritetşinanı ləğv edib. Bunlar şübhəsiz ciddi müvəffəqiyyətdir. Amma ordu
quruculuğu çox zəif gedib. Orduda alqı-satqı adiliyə çevrilib. Ordunun cəza
yerinə çevrilmək halları var. H. Əliyev rus şovinisti Baburinə deyirdi ki,
ordumuz döyüşə bilmir.
O vaxt
Rusiya-Ermənistan hərbi ittifaqının Gəncə - Yevlax xəttinə çıxmaq planı
pozulmuşdu. Bu müvəffəqiyyət idi, amma Murovdağ faciəsi də oldu. Müdafiə
atəşkəsi elə o vaxt qurtulmalı idi və hücum atəşkəsinə keçilməli idi. Təəssüf
ki, bu, baş vermədi. Atəşkəsin böhranı başladı. Və indi də davam edir. Bu
böhranın ən bariz nümunəsi hər iki respublikada 1999-cu ilin payızına təsadüf
etdi. 27 oktyabrda Ermənistan parlamentində sülh tərəfdarlarını güllələdilər,
Azərbaycanda isə biabırçı sülhün əleyhdarları olan üç yüksək vəzifəli məmur
istefa verdi. Bu hadisələr mahiyyətcə bir-birini təkrarlayırdılar. Bu necə
atəşkəsdir ki, hər gün pozulur. Məsələn, bir ildə 426 dəfə. Bundan əlavə hər gün
əsgərlər həlak olur və uzun müddət onları şəhid hesab eləmirlər. Gündəlik
sanitar ölüm göstəricisi artır. Təhlükə var ki, o müharibə dövrünün ölümlərinə
sayca bərabərləşsin.
Orduda
gündəlik ideoloji təxribat aparılır. Məsələn, fərarilik ən yüksək səviyyədə
bağışlanılıb. Ordunu nüfuzdan salmaq üçün bundan yaxşı nəsə fikirləşmək mümkün
deyil. Ölü bir sabitlik var. Qalxan kimi ad qoyurlar – “sui-qəsd”, “dövlət
çevirilişi”, “ixtişaş” … İstənilən çatışmazlığı olmayan müharibə ilə izah etmək
meyli adiləşib. Müxalifət də 4-5 il öz fəaliyyətsizıiyini bununla izah edirdi.
Atəşkəs
girovundan çıxmaq lazımdır. Çünki onun böhranı artıq inkişafın böhranı
çərçivəsindən də çıxıb.
|