|
Musa Qasımov
Musa Qasımov
İkinci Dünya
müharibəsindən sonrakı ilk illərdə
Ermənistanın Azərbaycana ərazi iddiaları
·
müharibə başa çatdıqdan az sonra beynəlxalq münaqişələrdə və
Birləşmiş Millətlər Təşkilatında Güney Azərbaycan məsələsinin müzakirə edildiyi
zaman erməni təşkilatları bir neçə istiqamətdə fəaliyyətə başladılar. Onlar
Türkiyəyə ərazi iddiaları irəli sürdülər. Lakin bu iddialar puça çıxdıqda
Azərbaycandan Dağlıq Qarabağı tələb etməyə başladılar. Ermənistan KP MK-nın
katibi Arutunov ÜİK(b)P MK-ya məktub yazaraq, Dağlıq Qarabağ Vilayətinin
Ermənistana birləşdirilməsi məsələsinə baxmağı təklif etdi. Bu barədə ÜİK(b)P MK
katibi Malenkov 1945-ci il 28 noyabr tarixdə Azərbaycan KP MK katibi Bağırova
məktub yazdı. Bağırov 1945-ci il 10 dekabr tarixli 330 N-li cavab məktubu ilə bu
iddiaları rədd edərək özünün əks təkliflərini irəli sürdü. Lakin sovet
rəhbərliyi erməni rəsmi dairələrini avantürasının əleyhinə çıxdı. Belə olduqda
erməni dairələri xaricdəki ermənilərin Ermənistana köçürülməsini tələb etməyə
başladılar. Köçürülən ermənilərin yerləşdirmək üçün Ermənistanda tarixi
torpaqlarında yaşayan azərbaycanlılar Sovet hakimiyyətinin qərarlarına uyğun
olaraq Azərbaycana deportasiya edildilər.
·
məruzədə yuxarıda göstərilən problemlər, Azərbaycan Dövlət
Təhlükəsizliyi naziri Yemelyanovun 1946-cı il 24 avqust tarixli “DQMV–nin
erməni ziyalılarının bəzi hissələri arasında mənfi əhval-ruhiyyə haqqında
arayışı” və digər məsələlər arxiv materialları əsasında təhlil ediləcəkdir.
|